Xalq qəzeti. - 2018.- 30 mart. - ╣ 70. - S. 8.

 

Ulu öndər Heydər Əliyev azərbaycanlıların soyqırımı faktının bütün dünyada tanıdılmasını zəruri sayırdı

 

Quba Soyqırımı Memorial Kompleksinin yaradılması bu istiqamətdə atılmış uğurlu addımlardandır

 

Şükür Hüseynov,

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

 

İndi Ermənistan yerləşən ərazi də Azərbay˝an torpağıdır. Tarixçilər bunları ardı˝ıl surətdə sübut etməlidirlər. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indiki Ermənistan yerləşən həmin torpaqların Azərbay˝ana məxsus olmasını daimi ardı˝ıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələ˝ək nəsillər üçün bir yol açmalıyıq.

 

Ulu öndər Heydər Əliyevin

1999-˝u il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının

75 illik yubileyi üzrə Dövlət Komissiyasının i˝lasındakı çıxışından

 

Son iki əsrdə öz himayədarlarının köməyi ilə azərbaycanlılara qarşı deportasiya, soyqırımı, terror və təxribatlar törətmiş ermənilərin tarixi cinayətlərinin bütün dünyada tanıdılmasını həm ulu öndər Heydər Əliyev, həm də ölkəmizin bugünkü rəhbərliyi qarşımızda əsas məsələ kimi qoyur. Bu istiqamətdə atılan ən uğurlu addımlardan biri də Quba Soyqırımı Kompleksidir.

Xatırladaq ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu idi. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Heydər Əliyev Fondu ôQuba Soyqırımı Memorial Kompleksiö inşa edildi. 2013-cü il sentyabrın 18-də açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci ildə Azərbaycanın bütün ərazisində azərbaycanlı -- müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş qətliamların bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

Arxeoloqların fikrincə , Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstünə qalaqlanmışdı. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyununku isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeleti tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir.

Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi də dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burada baş vermədiyi güman olunur: Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Quba hadisələrinə dair sənədləri bunu deməyə əsas verir ki, Quba qırğınları zamanı müsəlmanlardan fərqli olaraq, yəhudilər bilavasitə qırğın obyekti olmamışlar və ola da bilməzdilər. Burada bir mə-qam da nəzərə alınmalıdır ki, bolşeviklərin, o cümlədən Bakı Soveti Komissarları arasında yəhudilər az deyildi və yəhudi əhalisinə qarşı hər hansı zorakılıq əməlləri ermənilərə bağışlanmazdı.

1918-ci il dekabr, 1919-cu ilin yanvar aylarında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.F.Novatskinin başçılıq etdiyi istintaq qrupu Quba qırğınlarının təhqiq edərək 4 cilddən ibarət istintaq sənədləri hazırlayır. Bu sənədlər əsasında Quba qırğınlarının rəhbərlərinə və icraçılarına qarşı müəyyən obyektiv səbəblərə görə cinayət işi açılmasa da tale özü bu cinayətlərin əsas iştirakçılarını cəzalandırdı. D.Gelovani FTK ilə əməkdaşlıq etdiyinə görə 1919-cu ilin oktyabr ayında Bakıda erməni terroristi Sarkis Terunts tərəfindən öldürülür.

Ayrı-ayrı bölgələrdə olduğu kimi, Bakıda da həmin illərdə azərbay˝anlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb viran edilmişdir. 1918-˝i il mart ayının son üç günü ərzində yalnız Bakıda 30 mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında məlumat verən mənbələr az deyil, onlardan birində deyilir: ôErmənilər müsəlman əhalisini işgən˝ələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, ˝əsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölün˝əyə qədər döyürdülərö.

1918-˝i ildə erməni silahlı quldurları insanlara qarşı amansızlıq etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşi˝əsinə dağıdır, məs˝idləri yandırır, memarlıq in˝isi sayılan binaları yerlə-yeksan edirdilər. Məhz mart qırğınlarında ermənilər bəzi qədim binaları, o ˝ümlədən Đümə məs˝idini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışdılar. Ötən əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-˝u illər) ermənilərin azərbay˝anlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə təkrarlayır. Bu, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi düşmənçilik münasibəti dəyişməyib.

Alimlər sübut edirlər ki, 1918-˝i ilin mart soyqırımı zamanı öldürülən insanların da çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırmışlar ki, ˝inayətin izini itirsinlər. Tarixi faktlarda göstərilir ki, daşnak quldurları tək˝ə insanlara qənim kəsilməmişdilər. Onlar şəhər ˝amaatının 400 milyon manatlıq daş-qaş və əmlakını da müsadirə etmişdilər.

Şamaxı da o illərdə dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 ˝ild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, 13 məhəllə və məşhur müqəddəs o˝aq -- Đümə məs˝idi yandırılmışdı. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbay˝anlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi, 2560-ı qadın və 1277-si uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur.

Doğrudur, Azərbay˝an Demokratik Respublikasının yaratdığı fövqəladə komissiya 36 ˝ildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, fransız, rus və Azərbay˝an dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin 1920-˝i ilin 28 aprelində sovet ordusu Azərbay˝an Xalq Đümhuriyyətini süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi.

Xalqımızın haqq səsini u˝altmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində də ümummilli lider Heydər Əliyev öz müdrikliyini göstərdi. Onun 18 dekabr 1997-˝i il tarixli ô1948-1953-˝ü illərdə azərbay˝anlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqındaö və 28 mart 1998-˝i il tarixli ôAzərbay˝anlıların soyqırımı haqqındaö fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq fa˝iəsi öz hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev Fondu da son illər milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində böyük işlər görür. Fond bəşəriyyətin ən böyük fa˝iələrindən olan 31 Mart və Xo˝alı soyqırımları haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardı˝ıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi fa˝iələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-˝ı ildə Azərbay˝an, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış ôQarabağ həqiqətləriö bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur.