Hürriyyət. - 2018.- 27 mart. - 18. - S. 14

 

Erməni şovinistlərinin Azərbaycanda törətdiyi qırğınlar

 

Mir Cəfər Bağırovun millətimizin düşmənlərinə qarşı mübarizəsi və ondan sonrakı Azərbaycanda nələr baş vermişdir

 

Məmməd Tağı

 

 

1918-ci ilin faciəli günlərindən 100 il ötsə də, erməni daşnaqlarının törətdiyi cinayətlər arxiv sənədlərində qalmaqdadır.

Çoxsaylı mötəbər arxiv sənədləri, hadisələrin canlı şahidlərinin ifadələri, mətbuat materialları və digər sənədlər birmənalı şəkildə bir daha təsdiq edir ki, Azərbaycan rəhbərinin erməni millətçiləri, şovinistləri, saxtakarları, uydurmacı və böhtançıları ilə apardığı qətiyyətli mübarizənin uzun və məşəqqətli bir tarixi vardır. 22 yaşlı Mir Cəfərin 1918-ci ildə öz doğma yurdunda erməni xmbanetlərinin (oxu: başkəsənlərinin) törətdiyi dəhşətli vəhşiliklərin canlı şahidi olması faktı da bu həqiqəti bir daha təsdiq edir. M.C.Bağırov 1923-cü il yanvar ayının 29-da yazdığı tərcümeyi-halında erməni qatillərinin 1918-ci ilin may ayında Qubada törətdiyi qırğınla əlaqədar olaraq ürək ağrısı ilə qeyd etmişdir ki, başkəsən xmbanet (daşnaksütyunun quldur dəstələrinin başçıları özlərini belə adlandırmışlar müəl.) Amazaspın şəhərdə və kəndlərdə törətdiyi qırğınlar onun gözləri qarşısında baş vermişdir. O zaman Stepan Şaumyanın tapşırığı ilə yeni qurulmuş Sovet hakimiyyətini qorumaq pərdəsi altında Qubaya göndərilən mütəşəkkil erməni silahlıları bütün şəhəri və onun ətrafındakı kəndləri viran qoyub qılıncdan keçirmişdir. Qırğın günlərində M.C.Bağırovun 70 yaşlı əmisi Mir Talib, onun oğlu Mir Həşim və kürəkəni Hacı Heybət şaski ilə doğranaraq öldürülmüşdür (Bax: ARSPİH Dövlət Arxivi, f 1, siy. 405, iş 107, s.8 Fazil Məmmədov Sovet Azərbaycan Kreml Orbitində Bakı , Şəms 2017 səh 120).

Tarixin qəribəliyinə bax ki, erməni millətçilərinin, daşnaksütyun cəlladlarının XIX və XX əsrlərdə bütün Zaqafqaziyada o, cümlədən Azərbaycanda törətdikləri vəhşiliklər haqqında elə milliyətcə erməni olan Kasyan tərəfindən 1921-ci ilin iyul ayında Kommunist İnternasionalının Üçüncü Konqresinin yüksək kürsücündən dünya ictimaiyyətinə məlumat verilmişdir.

Hörmətli oxucu! Erməni qaniçənlərinin insanlığa yad olan hərəkətləri ilə siz də tanış olun. Kasyan çıxışına belə başlamışdır:

, , . . , , . , , . , , , ( -. .).

. . - .: - -1978 -. 176.

Yuxarıda qeyd olunan tarixi mənbələrdən aydın şəkildə göründüyü kimi erməni millətçiləri bütün qonşu xalqlara ziyan vurmaqla, bütün dünyada insanlıq adına ləkə gətirmişlər. Təəssüflər olsun ki, onlar öz təcavüzkarlıqlarından indi də əl çəkməmişlər. Lakin onların tarix qarşısında ifşa olunmaları göz qabağındadır. Azərbaycan rəhbərləri də bütün ömrü boyu erməni xislətinə qarşı qətiyyətlə mübarizə aparmaqla ümumbəşəri məqsədə yorulmadan xidmət etmişdir.

Zəruri qeyd: 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş Mir Cəfər Bağırovun əmisinin qızı Seyyid xanım nənə hal-hazırda Quba şəhərində ömrünün 100-cü baharınındadır. Şəhid övladına Allahdan can sağlığı, bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyirik.

Son nəfəsinədək erməni daşnaqları ilə mübarizə aparmış və bu yolda şəhid olmuş musiqişünas-alim Firudun Şuşinski Gənclik nəşriyyatı tərəfindən 1998-ci ildə buraxılmış Şuşa kitabında həmin dövrdə Qarabağda baş verənlər barədə belə yazır: 1920-ci ilin sentyabrın ortalarında yenidən daşnaq qiyamı baş verdi. Bu qiyama keçmiş çar ordusunun zabiti, Qərbi Avropa ölkələrinin agenti, daşnaq Tevan başçılıq edirdi. Zəngəzur və Qarabağ daşnaqlarının köməyindən istifadə edən Tevan bir neçə ay Dağlıq Qarabağda, xüsusi ilə Hadrut və Martuni (Xocavənd) rayonunda dərəbəylik edirdi... Bu insan cildinə girmiş dişi qanlı canavarda belə bir adət də varmış: əsir düşənlərin burnunu, qulağını kəsdirib buraxarmış.

1921-ci il martın 21-də Azərbaycan kommunist Partiyasının Mərkəzi komitəsi Qarabağda Tevanın bandasına son qoymaq üçün başda Mir Cəfər Bağırov olmaqla bir dəstə məsul işçini Qaryagin (indiki Füzuli rayonu M.T.) rayonuna göndərdi. Tezliklə M.C.Bağırov yerli kommunistlərdən və kəndlilərdən döyüşçü dəstələri yaratdı. Bir həftə keçməmiş, yəni 1921-ci il aprelin əvvəllərində M.C.Bağırovun dəstələri Tevanın bandasını darmadağın edərək daşnaq qiyamına son qoydu. Tevan canını xilas etmək üçün İrana qaçdı.

 

Həmin hadisədən 20 il sonra, yəni 1941-ci ildə Sovet qoşunları İran torpağına girərkən o zaman Zaqafqaziya cəbhəsinin hərbi şurasının üzvü General leytenant M.C.Bağırov DTK-nın kəşfiyyatçılarına nəyin bahasına olursa-olsun Tevanı axtarıb tapmaq əmri vermişdi. Çox çəkmədən çekistlər Tevanı Tehranda tapıb Bakıya gətirdilər. Mənə sonralar DTK-nın banditizmə qarşı şöbəsinin rəisi məşhur çekist, polkovnik Ələkbər Abdullayev danışırdı ki, M.C.Bağırov mənim kabinetimdə Tevanı danışdırdıqdan sonra güllələdi.

Firudun Şuşinskinin yazdığına görə Azərbaycan xalqının ən qatı və qəddar düşməni Andronik Ozanyanın xilaskarı Saşa Arturovun dərsini də Bağırov vermişdir. Yuxarıda adı çəkilən kitabın 169-cu səhifəsində oxuyuruq: Andronikin son günləri haqqında cürbəcür əhvalatlar və rəvayətlər söylənilir. Bir çoxları onun Zəngəzurdan Türkiyəyə, bəziləri isə İrana və Tiflisə, oradan da xaricə qaçması haqda müxtəlif fikirlər yürütmüşlər. Mənə hələ 1947-ci ildə şuşalı qoca ermənilər söyləyirdilər ki, Andronik Zabıx dərəsində məğlub olandan sonra onu Şuşa daşnaqlarının başçısı qəssab Avatesin oğlu Saşa Arturov Şuşaya qaçırtmışdı. Andronik bir neçə gün şuşalı erməni tacirlərindən İsfəndiyarovun evində qalmışdır. Onun Şuşada gizli yaşadığını eşidən şair Ovanes Tumanyan Tiflisdən faytonla Şuşaya gəlib Andronikə arvad paltarını geyindirib həmin faytonla Tiflisə aparmışdı. Bir müddət sonra Andronik Tiflis daşnaqlarının köməyi ilə Parisə gəlmişdir. Mənə köhnə çekistlərdən Məmmədəli Novruz söyləyirdi ki, 1920-ci ildə Az.ÇEKA-nın sədri M.C.Bağırov Şuşaya gələrkən Androniki qaçırtdığına görə Arturov Saşanı tutdurub Şuşa türməsində şəxsən özü güllələmişdi. Yeri gəlmişkən onu da deyim ki, M.C.Bağırov təkcə Saşanı yox, onlarca daşnaq quldurlarını məhv etmişdi.

Zəruri qeyd: Tevanın İranda həbs olunub Azərbaycana gətirilməsində İranda fəaliyyət göstərən Azərbaycanın daxili işlər komissarı Ağasəlim Atakişiyevin xidməti idi. O, həm də 1941-1945-ci ildə İranda Sovet Qoşunları olan müddətdə erməni daşnaqlarının bir çox cinayələrinin qarşısını almışdır. Ona görə də 1956-cı ildə Mir Cəfər Bağırovun qondarma məhkəməsində onu da məsuliyyətə cəlb etmişlər.

Bəs 1954-cü ildən sonra Azərbaycanda nələr baş vermişdir:

1954-ildə M.C.Bağırov Kuybışev şəhərində həbs olunanda Moskvanın yüksək dairələrində dövlət sərhəd xəttinin dəyişdirilməsi bəhanəsiylə Azərbaycanın ərazi bütövlüyünə qayçı uzadıldı. Kommunist qəzetinin 1955-ci il 26 aprel sayındakı SSRİ Ali Soveti İttifaq Sovetinin və Millətlər Sovetinin xarici işlər komissiyalarında sərlövhəli xəbərində oxuyuruq: Azərbaycan SSR xarici işlər naziri M.Ə.Əliyev demişdir ki, dövlət sərhəd xəttinin dəyişdirilməsi onlarla kvadrat kilometr torpağın Azərbaycan SSR-dən Ermənistana keçməsi olsa da Azərbaycan SSR təklifə tərəfdardır.

Sonrakı illərdə Azərbaycan torpaqlarının qardaş Ermənistana pay verilməsinə dair Moskvanın təkliflərinə də Azərbaycan SSR tərəfi 1954-cü ildəki cavabı təkrar etmişdir: Bu, onlarla kvadrat kilometr torpağın Azərbaycan SSR-dən Ermənistana keçməsi olsa da, Azərbaycan SSR təklifə tərəfdardır. Mir Cəfər Bağırov 1954-cü ildə həbsdə olmasaydı, bu razılığı ilk dəfə Moskvada rus və erməni deputatlar qarşısında bəyan edən xarici işlər nazirinin dilini kəsərdi.

1954-cü ilin fevralında isə Azərbaycan rəhbəri İmam Mustafayev indiki Sabir adına bağın ətrafında Anastas Mikoyanın Azərbaycanda keçmiş fəaliyyətinə görə xatirə lövhəsi vurulmuş indiki Sahil metrosunun qarşısında olan 26-lar adlı parkda yenidənqurma işlərinə rəvac vermiş, hələ 1926-cı ildə erməni heykəltaraşının 26-lara həsr olunmuş memarlıq işlərini orada bərqərar etmişdir. 30 ildən sonra bu abidə 26-ların Əziz xatirəsinə ithaf olunmuşdur. Hələ 1960-cı ilin axırlarında Bakıda qəribə bir hadisə baş vermişdir.

1960-cı illərdə Bakıda M.Ə.Sabirdən sonra ikinci heykəl olan, bütün Şərqdə dramaturgiyanın əsasını qoyan M.F.Axundovun abidəsi gecə ikən uçuruldu. Bu heykəl kimə nə eləmişdi, niyə uçurulurdu?

Məlum oldu ki, o günlərdə televiziya ilə M.F.Axundovun Hacı Qara komediyası göstərilib. Orada belə bir yer var: Hacı Qara mal alverindən gələrkən yolda bir neçə erməni kəndlisinə rast gəlir.

Bu biçarələr biçindən evlərinə qayıdırlarmış. Hacı Qara gecə vaxtı elə bilir ki, bunlar yol kəsəndirlər, onu soymaq istəyirlər. Özü daşın arxasına keçib onların üstünə qışqırır: Tüfənglərinizi yerə salın, yoxsa vurdum.

Ermənilər başlayırlar yalvarmağa,

Mkrtıç - Vallah, yarağımız yoxdur, bu iki oraqdan başqa bizdə kəsər tapılmaz. Əgər bizdə silah varsa, qanımız sənə halaldır.

Hacı Qara - Sizin qanınız çoxdan halaldır, amma bu zamanadək tökən olmuyub.

Bu sözlərə görə Bakının mərkəzində, sovet hakimiyyətinin güclü dövründə M.F.Axundovun heykəlini o zaman iki erməni balası uçurtmuşdu. Azərbaycan hökuməti bunun səsi çıxmasın deyə tez-tələsik heykəli qaldırdı və hər şey guya yoluna qoyuldu.

Bundan sonra daha dəhşətli hadisələr baş verdi. Bakının ikinci gözəl tarixi abidəsi olan Opera Teatrının binasını yandırdılar...

Həmin yandırılan bina mərhum Əliş Ləmbəranskinin rəhbərliyi altında təzədən tikildi. Bina tikilib qurtaranda bir də yandırıldı. İstintaq aparıldı, məlum oldu ki, yenə ermənilərin işidir.

Özü də adi fəhlə işləyənlər acıqnan yandırmışlar. Yenə üstü örtüldü, səs salınmadı. Opera binası üçüncü dəfə təzədən tikildi. Belə faktları daha da artırmaq olar.

 

...M.F.Axundov adına Opera və Balet Teatrının əzəmətli binasını ermənilər 1985-ci il aprelin 17-də yandırıblar. Azərbaycan xalqı böyük Üzeyirin anadan olmasının yüz illiyini təntənəli şəkildə burada keçirməyə hazırlaşırdı...

Sonralar da 1980-cı ilin axırlarında Azərbaycan rəhbərləri tərəfindən Ermənistana çoxlu torpaqlar hədiyyə edildi. 1990-cı ildən sonrakı hadisələr isə hamıya məlumdur.

Torpaqlarımızın azad olunması uğrunda mübarizə aparsaq da hələlik heç bir nəticə hasil olmayıb. Ümüdümüz göydə Allaha, yerdə isə Azərbaycan əsgərinədir. Biz bunu 2016-cı il aprel döyüşlərindəki hadisələrdə Azərbaycan əsgərinin qəhrəmanlığının şahidi olduq.

Rəhmətlik şair Qabil demişkən: Ümid sənədir ancaq Azərbaycan əsgəri. Allah millətimizə səbr verməsin. Səbrimiz artıq tükənmişdir. Hər birimiz şəhidlik zirvəzisnə yüksəlmək arzusu ilə!

 

26.03.2018