Şərq. - 2018.- 14 mart. - ¹ 48. - S. 5-6.

 

Cümhuriyyət nədir?

 

Akif Aşırlı

 

1917-ci il inqilabından sonra Rusiya məhkum millətlərinin istiqlala qovuşacağını gözləyən Azərbaycan siyasi elitası, ziyalılar və xüsusən fəal gənclər müxtəlif təşkilatlar, dərnəklər yaratdılar. Təkamüllə müstəqilliyə gedən yolu müəyyənləşdirən milli-siyasi qüvvələr öncə Rusiyanın tərkibində milli-mədəni muxtariyyat, sonra ərazi muxtariyyəti fikirlərini dilə gətirib, cəmiyyətə təlqin etdilər. 1917-ci ilin oktyabr hadisələri və Bakıda erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklər milli qüvvələrin qarşısına növbəti sual qoydu:

"Zaqafqaziyada yaşayan Azərbaycan türkləri tarixi şansdan necə istifadə etməli və xalqa hansı dövləti yaratmaq yolu göstərilməlidir?” İstiqlalçılar yalnız Cümhuriyyət ideyasının etnik və dini baxımdan zəngin olan Azərbaycanda daha əlverişli olduğunu düşünürdülər. Amma bu fikirlərin əleyhinə olanlar da vardı. Bu qüvvələrin bəziləri hesab edirdi ki, Azərbaycan heç vaxt müstəqil yaşaya bilməz.

Kifayət qədər geniş sosial bazaya arxalanan istiqlalçılar bu yolda ən optimal variantlardan istifadə etməyə çalışırdılar. Siyasi və mətbu fəaliyyətlə yanaşı, onların gördüyü ilk işi də "Cümhuriyyət nədir?” kitabçasının nəşri oldu. Bu yolda gənclər daha çox fəallıq göstərdilər. Bütün millətlərin siyasi kitablarla maarifləndiyini gözəl anlayan gənclər kitabçanın çapını zəruri edən şərtləri bu cürə açıqlayırdılar: "Hamı millətlərin böyük siyasi kitabları olduğu halda biz Qafqaz müsəlmanlarının məhrum olduğunu nəzərə alaraq, gənclər öz arasında "İttifaq” nəşriyyatı cəmiyyəti təsis etdi. Biz kiçik qüvvəmiz ilə millətimizə xidmət ediriz deyə ilk qədəm olaraq "Cümhuriyyət nədir?” kitabını nəşr ediriz”. Bakıda "Orucov qardaşlarının Elektrik mətbəəsi”ndə çap olunan kitabın qiyməti 10 qəpik idi. İlk səhifədə "Qardaş köməyi” dərgisinin elanı çap olunub.

 Yığcam, faktlarla zəngin olan kitabçada dövlətlərin idarə forması və tarixi barədə məlumatlar verilir və Rusiyanın əski üsul idarəsinin ləğvindən sonra müstəqilliyinə qovuşacaq millətlərin hansı idarəçilik forması seçəcəyinin müsbət və mənfi tərəfləri izah olunur. Amerika, Fransa, İsveçrə və başqa dövlətlərin tarixi, keçib-gəldikləri yol asan bir dillə izah edilir, monarxiya, prezident və parlament idarəçiliyinin müsbət və mənfi tərəflərinə diqqət yönəldilir. Sonda isə xalq tərəfindən seçilən və parlament qarşısında hesabat verən respublika, cümhuriyyət üsul idarəsi yeganə müsbət yol hesab olunur.

Rusiyanın əski üsul idarəsi məhv edildi. İndi isə yeni üsul-idarə bina etmək lazım gəlir. "Rusiyənin üsul idarəsi nə tövr olmalıdır” sualına böylə cavab verməliyiz: - Cümhuriyyət üç növdür: 1) Cümhuriyyət-əmələ; 2) məthut cümhuriyyət; 3) Sərvətdarlar cümhuriyyəti.

Cümhuriyyət əlam nədir? Rusiya nə üçün cümhuriyyət olmalıdır? Bu suallara cavab verməkdən ötrü Rusiyadan çox qabaq azadə vəsiləsi həyatı başlayan dövlətlərin nə tövr təşkil edildiyi ilə aşina olmaq lazım gəlir.

Başqa dövlətlərin nə tövr təşkil edildigini yazmaqdan əvvəl dövlət nə olduğu barəsində izahat verməliyiz. Dövlət hüdudu (sərhədi) müəyyən bir yerdə yaşayıb və bütün vətən əfradina aid bir hökumət aliyyəyə tabe olan insanlardan ibarətdir. Hökumətin vəzifəsi:

1) Vətən əfradından ötrü hökumət qanun verir. Və bunlara bütün əfradi, vətən tabe olmalıdır.

2) Qanunu pozanları və onu icra edənləri hökumət mühakimə edir.

3) Hökumət dövlət idarə edib və qanuni icra etməsi üçün binaküzarlıqda bulunuruz. Qanun hökumət tərəfindən verildiginə baxmayaraq onların icrası üçün edilən binaküzarlıq qanuni pozmamalıdır.

Buna görə də hökumət kimin əlində olduğunun böyük əhəmiyyəti və mənası vardır. Dövlət iki növ idarə edilir: Biri mütləqiyyət (padşahlıq), digəri isə cümhuriyyətdir. Mütləqiyyət idarəli dövlətlərdə hökuməti-aliyyə (verxovnaya vlas) padşahın əlində olur.

Hərgahə dövlət idarəsi bütün-bütünə padşahın ixtiyarında olar isə o vəqt öylə bir idarəyə səltənət-mütləqiyyə deyilir. Yəni bütün hökuməti padşah özü bildigi kibi idarə edir. Dövlət duması təsis olmadan və hətta olandan sonra da Rusiyəni padşah öz bildigi kibi idarə edirdi. Padşahın böylə hərəkətləri camaəti, onu iş başından rədd etməgə məcbur etdi. Başqa səltənət mütləqiyyələrdə padşahın ixtiyarı məşrutə qanunları ilə məhdud edilib padişah öz tərəfindən heç bir qanun verə bilməyib, ancaq quru adı var.

İngiltərədə, Belçikada padşahın ixtiyarı məclis-məbusa (parlamento) ilə məhdud edilmişdir. Məclisi-məbusan camaat nümayəndələrindən təşkil edilib, onun verdigi qanuni padşah təsdiq edir.

Padşah məclisi-məbusanın verdigi qanuları təsdiq etməgə ixtiyarı vardır.

O vəqti o parlamenti buraxıb, yenisini dəvət ediyor...Hərgah ikinci məclis məbusanda birincisi verdigi qanunu qəbul edirsə, o zaman padşah o qanunu təsdiq etməgə məcburdur. Bəzi vəqt məclis-məbusan ilə padşah arasında narazılıq əmələ gəlir. Camaət öz nümayəndələrinin tərəfini saxlamağa başlar, o zaman padşah dövlətin əsas qanunlarını yeni məşrutəşir pozmuş olduğundan mövqe çox pis olur.

 

Bunun ilə səltənəti-mütləqiyyə məşruyitənin, yəni (konstitusiya tərəfdarı) nə olduğunu bir növ anlamışdı. Məşrutədə ali-hökuməti padşah və cümhuriyyət nümayəndələri (məclis-məbusan) birabər idarə edirlər.

Öylə hökumətlər var ki, bütün hökuməti-aliyyə cəmaət ixtiyarında olub, onu məclis-məbusanə göndərilmiş nümayəndələr idarə edirlər. Bu üsul idarəli dövlətlər Cümhuriyyət adlanırlar. Cümhuriyyət idarəli cümhuriyyətlər Şimali Amerika, İsveçrə, Fransa və başqa dövlətlərdir.

Amerikanın idarə hökuməti məthut cümhuriyyətdən ibarətdir. Amerika məşrutəsi başqa dövlətlərin məşrutəsinə oxşamayır. Avropada Amerika üsul-idarəsi kibi ancaq İsveçrə dövlətinin idarəsidir ki, burada da camaət cümahir məthdədə olan kibi öz vətəninə sahibdir. Bu məşrutə mövcibincə hər mahal (ştat) bir müstəqil cümhuriyyət təşkil edir.

Və öz xüsusi qanunlarilə idarə olunurlar. Bu müttəfiq cümhuriyyətlərin başında bütün Amerika öz əhalisinə aidə işlərə məsələ: xarici dövlətlər ilə əlaqədə bulunmaq, ordu, donanma, ticarət, posta və pul işlərinə baxmaqdan ötəri bir müttəfiq hökumət durur.

Bu məşrutə sayəsində düzəlmiş qanun verən hökumət cəmavir müttəfiqinin nümayəndələrindən ibarət (senat) və (palata)dan mütəşəkkil konfrans buraxır.

Nümayəndələr (Palatası) hər mahaldan (ştat) iki ilə inqilab edilmiş üzvlərdən təşkil edilir, 25 yaşına çatmayan 18 ilin ərzində cümhuriyyətdə qrajdanı (vətən əfradı) və bir ştatın sakini olmayan adamın intixab edilməgə ixtiyarı olmayır. Rəisi-Cümhuriyyətinin ixtiyarı məhduddur. Fəqət nə müharibə başlamağa, nə də sülh əqd etməyə ixtiyarı yoxdur. Onun vəzifəsi qanunların icra edilməsinə nəzarət etməgdir. Prezidentə qanun vermək ixtiyarı verilməyir.

 (Naloq) töcyü qoymağa və mühakimə etməkdə ixtiyarı yoxdur. 35 yaşında vətən əfradının prezident olmağa, 15 sənə cəmahir mədhiyyədə yaşadığından sonra ixtiyarı olur. Prezident olacaq şəxsə dövləti və zadəgan olmaq lazım gəlməyir. Ancaq camaət arasında hörmət qazanmış və öz məlumatı sayəsində məşhur olmuş adamlar rəisi-cümhur ola bilirlər. Deməli, məthut cümhuriyyətin nə olduğu az da olsa məlumdu. Çox millətlərdən təşkil edilmiş bir dövlət məthut cümhuriyyət lazımdır, çünki öylə üsul-idarədə hər millətə öz dili öz qanunu ilə idarə olunan muxtariyyata sahib olmuş olur. Bu muxtariyyatlar bir yerə cəmləşib məthud cümhuriyyət (federativ respublika) təşkil edirlər.

Cümhuriyyətdə də bir şəxsə hökumət aliyyə tapşırılır. O şəxs də rəisi-cümhuriyyətin (prezidentdən) ibarətdir. Fəqət, prezident ilə padşahda böyük fərq vardır.

Əvvəla, prezident camaət tərəfindən bir neçə ilə seçilir. Padşah isə seçilməyib arsa taxt-taca malik olur. Onun qorxunc nəticələrini tarix göstərir. Çox vəqt vəliəhd padşahlığa layiq olamadağında yeni başı boş bir adam olduqda yenə də o bütün hökuməti idarə ediyor. İndii özünüz bir fikir ediniz, bir başı boş adam özünü padşah elan etdikdə Vətən və millət üçün nə edə bilər? Həmişə ətrafında olan tamahkar, ac qurdlar kibi insanların arzusuna Vətən və milləti fəda etməzmi?

Saniyə - prezident camaət qabağında cavabdehdə (məsul) olub onu qanundan kənar dutduğu işlərdən ötrü məhkəməyə vermək olar. Amma padşah camaət qabağında cavabdehində (məsul) olamadığından məhkəməyə vermək olmayır. İngiltərədə padşahın ixtiyarı məhdud olmağına baxmayaraq orada da başqa məşrutəli dövlətlər kibi padşaha da küllü vəzirlər cavabdehində olurlar.

Cümhuriyyət ilə məşrutənin təfavütü bundan ibarətdir. Cümhuriyyətdə xırda mənsəbli məmurlardan başlayaraq prezidentə qədər hamısı məclisi-məbusanın (yəni camaət nümayəndələri) qarşısında qanundan kənar iş görərlərsə, məsul dutulacaqdırlar. Bu bir mühüm məsələdir: Cümhuriyyət idarəli dövlətdə camaət öz vətəninin ağası olur. Heç kim ona qəsd etməyi bacarmayır. Prezident camaətin xidmətçisidir.

O, əhalinin arzusu ilə işləməlidir. Deməli, cümhuriyyətin nə olduğu aşkar oldu. Camaət ancaq cümhuriyyətdə azadə yaşayacağına və onun hürriyyətinə heç kim qəsd etməyəcəyinə və azad surətdə yüksəlib mədəni olmasına heç kəs mane olmayacağına inana bilər. Cümhuriyyət idarəli bir dövlətin vətən əfradı, bir cəmiyyətdə hamısı ilə öz hüququnu müsavi olduğunu və heç bir məmur bana rəisi cümhur onun hürriyyətinə xilidar etməyəcəyini düşünür.

Camaət nümayəndəni hökumət (Verxovnıy vlast) mükəmməl surətdə mövcud edər isə bir o qədər də onun rahat yaşaması və mədəni olması artacaqdır. Camaətin çox hissəsinin kəndlilər və fəhlələr təşkil edirlər. Əhalinin o işlək sinfi (proletariat) öz nümayəndələri sayəsində məclisi-məbusanda əksəriyyət təşkil etməlidirlər. O vəqt məclisi-məbusuan fəhlələri və kəndliləri nəfinə qanun verəcəkdir.

Dövlətlilərin (sərvətdarların) iştəhası çox olan dövlətlilər də fəhlə və kəndlilər üçün nə qədər ağır və çətin keçdiyini biliriz, çünki oralarda məclis-məbusanda əksəriyyət sərvətdarlar təşkil ediyor. Əlbəttə ki, onlar öz yerlərindən mülklərindən, fabrika və zavodlarından hasil olan mənfəəti nəzərə alaraq füqarayi-kasibənin hüququnu və istirahət ilə yaşamalarını təmin etməzlər. Hökumət idarəsi varlıların əlində olan bir dövlətin idarəsinə sərvətdarlar cümhuriyyəti (aristokratiya) dayanır ki, bu da heç vəqt işlək sinif üçün əlverişli degildir. Öylə cümhuriyyətdə hürriyyətdən ancaq böyük sərvətə malik olanlar istifadə edə biləcəkdir. (Bunların sırasına qəddar da daxildir). Biz bütün qüvvəmiz ilə Rusiyədə sərvətdarlar cümhuriyyəti olmaması üçün çalışalım.

Rusiyanın çox hissəsini təşkil edən işlək camaətin və füqarayi-kasıbənin sərvətdarlara fəda etmək olmaz. Sərvətdarların işlək camaətə mənfəət verməyə cəngini verməyə bir dəfə düşünürsək, heç bir vəd sərvətdar cümhuriyyəti qəbul etməyəcəyiz. Buna görə də lazımdır ki, qanun fəhlə və kəndliləri özü müdafiə edib onlar üçün insana yarar bir məişət təmin etsin. Məsələn: gündə 8 saatdan artıq işləməməlidir. Yevropada olan iki cümhuriyyətə bakalım: Fransa və İsveçrə. Fransada cümhuriyyət üsul-təxmiyanə yarım əsr olar ki, başlanmışdı. Demək olar ki, Fransada cümhuriyyət gözəl surətdə möhkəmlənməmişdi. Hərgah bir təbəddülat olar isə, o da işlək camaətin hüququnu müdafiə edəcək və imdikindən artıq dərəcə işlək camaətin yaşayışını təmin edəcəkdir.

Deməli, Fransanın üsul-idarəsinin möhkəmlənməsi xamdar olar isə imdikindən artıq işlək camaətə hürriyyət bəxş edəcəyini vəd ediyor.

İsveçrədə də prezident belə yoxdur. Cümhuriyyətin başında bir neçə nəfərdən ibarət bir komissiya durur. İsveçrə məthid cümhuriyyəti bir neçə mahal (qantun)lardan təşkil edilmişdir. Hər qantunun öz milli-ictimai vardır. Və ictimaidə "məthid şura” adlanan komissiyaya öz nümayəndəsini seçib göndərir. Bunlardan maildə ən mühüm qanunları İsveçrədə camaət özü verir, (ümumcamaət qarşısında) mövqe müzakirəyə qoyur. Hər kəs qanunu qəbul etmək istəyirsə, razılığını, istəməyən narazılığını izhar edir.

Hər bir qanunun qəbul edilib-edilməməsi əksəriyyət sədrilə qəbul olunur.

Deməli, İsveçrə cümhuriyyəti Fransa cümhuriyyətinə heç də oxşamayır. Çünki Fransada (referendum) yəni ümumcamaət qarşısında müzakirəyə qoyularaq üsulu yoxdur. Bir də İsveçrə də məthud cümhuriyyətdir. Fransada isə rəsmi cümhuriyyəti-əlam isə də əsl həqiqətdə isə sərvətdar cümhuriyyətidir. Bundan miyadə Fransada intixabat işləri öylə bir surətdədir ki, məclis-məbusanına - fabrika, zavod sahibləri və dövlətli düşür.

Onların məclisi-məbusanında 2-yə təqsim edilir. Yuxarı və aşağı palata. (Birinci sərvətdarlardan, 2-ci isə füqərayi-kasibə nümayəndələrindən ibarətdir. Məclisi-məbusanın ikiyə bölünməsi əhalidən ötrü məzr vəxtlidir. Qanuni aşağı palata tərtib verdikdən sonra, yuxarı palatada təqdim edilir. Və ancaq yuxarı palatanın təsdiqi ilə qəbul olunur. Böylə bir qaidəyə işlək camaət razı ola bilməz. Və olmamalıdır da. Zira əhalinin əksəriyyətini təşkil edən işlək camaatın nümayəndələri bu və yaxud digər bir qanun tətbiq etdigində camaatın nəfi nəzərə alır, gözləyir. Artıq bu qanunun digərlər tərəfindən təsdiq edilib-edilməməsinə nə hacət?

Rusiyada da iki palata var idi: Dövlət Duması və Dövlət Şurası. Duma həll etdiyi məsələləri çox vaxt Şura qəbul etməyirdi. Çünki Şurada (Sovet) zadəganlarından ibarət idi. Onlardan da çoxu Şura ilə əhali tərəfindən intixab edilməyib, padşahın təyin edilməsi ilə daxil olurdular. Böylə idarəyə zadəganar idarəsi deyilir. Çünki idarə başında zadəganlar, dövlətlilər, əyanlar dururdular. Rusiyada imdi öylə üsul-idarə düzəltilməlidir ki, oraca camaətin işlək sinfi qüvvə tapa bilsin.

Üsul-idarə cümhuriyyəti-əlam ilə olmalıdır!

Yuxarıda zikr olunanlardan anlaşıldı ki, işlək camaət bu yaxın zamanda dəvət ediləcək məclisi-məbusanda Rusiyada cümhuriyyəti-əlam olması üçün çalışmalıdır.

Məclisi-məbusan camaət-ictimai adlı bir palatadan ibarət olacaqdır. Ancaq cümhuriyyəti-əlam ilə əhali keçmiş qara günlərinin məhv ediləcəyinə ümid edirlər. Ancaq fəqiri-kasibə bilir ki, bu hürriyyət bizə nə baha qiymətə oturdu. İndi hürriyyəti möhkəmləndirəlim!

İkinci kitabımız "Məclisi-məbusan nədir” olacaqdır.