Türküstan. - 2018.- 13-19 mart. - ¹ 56. - S. 5.

 

İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi

 

 

Səməndər Çaxmaqlı,

“Qərbi Azərbaycan – İrəvan Xanlığı Torpaqlarına qayıdış İctimai Birliyi”nin rəhbəri”

 

XVI əsrin əvvəllərində (1502-ci ildə) Səfəvilər dövləti Qərbi Azərbaycanı öz inzibati ərazi bölgəsinə daxil edərək, mərkəzi İrəvan şəhəri olmaqla Çuxursəd bəylərbəyliyini yaratdı. Bu ad Qərbi Azərbaycanın ilk coğrafi adı hesab olunur. Qərbi Azərbaycanın əksər bölgələrinin bir bəylərbəyliyində birləşdirilməsi sonradan onun müstəqil dövlət kimi formalaşmasında çox böyük rol oynadı.

XVI əsrin ikinci yarısında Çuxursəd bəylərbəyliyi Rəvan (İrəvan) əyaləti kimi tanınmaqla Qərbi Azərbaycan bölgəsi yeni coğrafi ad qazandı. Bölgənin İrəvan şəhərinin adına uyğun olaraq adlandırılması sonralar bu yerin "İrəvan xanlığı", "İrəvan quberniyası" və "İrəvan qəzası" kimi tarixə düş-məsinə səbəb oldu və Qərbi Azərbaycan həmin adla tanındı. Tarixi mənbələrə görə, "İrəvan" sözü hələ e.ə.VIII əsrdə mövcud olmuş, eramızın VII əsrindən başlayaraq strateji mərkəz kimi tanınmışdır. "İrəvan" türk sözü olaraq rəvanlıq, düzənlik mənasını verir. Şərq mənbələrində və orta rus arxiv sənədlərində İrəvan şəhəri "Rəvan" adlandırılmışdır. Bu da şəhərin dağlarla əhatə olunmuş rəvan (düzənlik) yerdə yerləşməsi ilə əlaqələndirilmişdir. Məlum olduğu kimi, həmin bölgələrdə yaşayan azərbaycan türkləri "r" hərfinin əvvəlinə "İ" hərfi əlavə edirdilər. Məsələn, Rza-İrza, Mirzə-İmirzə, rahat-irahat, rəhmət-irəhmət və s. Ona görə də Rəvan şəhəri İrəvan adlandırılmışdır. Sonralar ermənilər bu sözü öz dillərinə uyğunlaşdıraraq onu "Erivan", "Yerevan" kimi işlətmişdilər.

"Erebuni" qalası hələ eramızdan əvvəl 782-ci ildə Urartu çarı I Arqişti tərəfindən İrəvan şəhəri ərazisində, şəhərin cənub-şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmışdır. O, qədim türk şəhər - qalalarından biri olmuş və e.ə. IV əsrə qədər mövcud olmuşdur. Tarixi mənbələrdə Erebuni şəhəri "İşpini" kimi də göstərilmişdir. Erebuni sözü qədim türk dilində "ərlər boyu" mənasını verən "erbi" və urartu dilində "ölkə" mənasını verən "uni" sözlərindən yaranmış, "ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da öz təsdiqini tapmışdır. Sovet dönəmində ermənilər əski erməni əlifbası ilə yazılmış bir neçə daş parçasını İrəvan qalası ərazisində torpağa basdırmış, bir müddət sonra, guya, qazıntılar zamanı tapıldığını iddia edərək bütün dünyaya yaymışlar. Onlar İrəvanın erməni şəhəri olduğunu təsdiqləmək üçün hətta Yerevan şəhərinin 2500 illiyini də qeyd etdilər. Lakin onların tarixi saxtakarlıqları indi də kağız üzərindədir.

1590-cı ildə olduğu kimi, 1728 - ci ildə də İrəvan əyaləti Osmanlı imperiyasının tərkibində olarkən əyalətin müfəssəl dəftəri tərtib edilmiş, Naxçıvan bölgəsinin icma dəftərindən Zəbil, Zar, Şərur nahiyələri çıxarılaraq İrəvan əyalətinin tərkibinə daxil edilmişdir. Bu zaman İrəvan əyaləti Mülki, Axsaxala, Məvazeyi-Xatın, Aslanlı, Qarabağ, Dərəşam, Dərə-şahbuz, Bazarçay, Şərur, Zəbil, Zar, Əlincə, Sisyan, Azadçıqan, Ordubad, Şorlud, Dəmiqad kimi 16 nahiyədən və bir qəzası olan Naxçıvan livasından ibarət olmuşdur. Əyalətdə türk müsəlmanlar 73%, ermənilər və qeyri millətlər 27%i təşkil etmişdir.

1736 -1747-ci illərdə mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaradıldı. Bu zaman Çuxursəd bəylərbəyliyi də ləğv edilərək Qərbi Azərbaycan "İrəvan vilayəti" kimi Azərbaycan vilayətinin tərkibinə daxil edildi. 1747-ci ildə Azərbaycan vilayətində, 20 müstəqil xanlıq yaradıldı və bu xanlıqlardan biri də İrəvan xanlığı oldu. İrəvan xanlığı Ağrıdağ düzənliyini, Göyçə gölü hövzəsini və Araz çayının cənub-şərqə doğru uzanan ərazisini əhatə edirdi. Azərbaycanın şimal-şərqində yerləşən bu xanlıq mərkəzi İrəvan şəhəri olmaqla Naiblərin idarə etdiyi Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərə kənd, Saatlı, Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçədən ibarət 15 mahaldan və Şörəyel sultanlığından ibarət idi. İrəvan xanlığı 1797-ci ilədək 50 il müstəqil dövlət kimi mövcud olmuşdur. Hətta 1797-1828-ci illərdə də bu bölgədə İran hakimiyyəti bərpa olsa da, xanlıq öz mövcudluğunu itirməmişdir.

Xanlığın öz inzibati ərazi xəritəsi, bayrağı, xüsusi idarəetmə formaları var idi. Qeyd edək ki, erməni kilsələrinin katalikosu da ölkənin başçısı olan xan tərəfindən təyin olunurdu. Erməni tarixçisi Hovanes Şahxatun Erməni Sovet Ensiklopediyasında İrəvan xanlığından bəhs edərək yazır ki, 1410-cu ildən başlayaraq 1828-ci ilədək İrəvan xanlığını Azərbaycan türkü olan 49 xan idarə etmişdir.

Qərbi Azərbaycan İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycan türklərindən, az bir hissəsi isə erməni və qeyri millətlərdən ibarət olub. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya ilə İran arasında gedən müharibələr zamanı rus qoşunları birinci növbədə strateji əhəmiyyət daşıyan İrəvan qalasını ələ keçirməyə çalışmışlar. İrəvan qalası Zəngi çayının kənarındakı Qanlıtəpə adlı yüksəklikdə yerləşirdi. Qalanın mübarizəsinə qalxmış yerli əhali ölüm-dirim müharibəsinə girərək, böyük fədakarlıq göstərdilər. Ruslar bütün qüvvələrdən istifadə etsələr də, İrəvan qalasını ələ keçirə bilmədilər. Lakin xanlığın torpaqlarından Gorus, Qafan və Sisiyan mahallarını işğal etdilər. 1813- cü ildə bağlanmış Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan ikiyə bölündü. Naxçıvan və İrəvan xanlıqları İran torpaqları hesab edildi. 1826-1828-ci illərdə II Rus - İran müharibəsi çar Rusiyasının qələbəsi ilə nəticələndi. İrəvanda müvəqqəti idarə üsulu yaradıldı.

1828-ci ilin mart ayının 21-də Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, Rus çarının əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində "erməni vilayəti" adlı müvəqqəti idarə üsulu yaradıldı və İrəvan şəhəri ermənilərə paytaxt kimi "hədiyyə" verildi.

1828-ci ildən başlayaraq çar Rusiyasının havadarlığı ilə yaxın dövlətlərdən İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Bu yeni erməni dövləti yaratmaq siyasəti bir əsrdən də çox davam etdirildi. Hətta bu köçürülmələrdən sonra da İrəvan xanlığı ərazisində azərbaycan türkləri və müsəlmanlar əhalinin 76,24 faizini, erməni və qeyri millətlər isə 23,46 faizini təşkil edirdi. Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq üçün ermənilər və onların havadarları birinci növbədə yerli əhalini, azəri türklərini sıxışdıraraq dədə-baba yurdlarından qovmağı, onlara məxsus tarixi abidələri məhv etməyi qarşılarına məqsəd qoydular. XIX əsrin əvvəllərindən XX əsrin sonunadək onlar öz məqsədlərini həyata keçirmək üçün insanlığa xas olmayan bütün vasitələrdən istifadə edərək, milyonlarla azərbaycan türkünü əzəli və əbədi yaşayış məskənlərindən didərgin saldılar. Minlərlə tarixi abidəni yer üzündən sildilər. Təkcə İrəvan şəhəri və onun yaxınlığında dağıdılmış möhtəşəm tarixi abidələrdən bir neçəsi barədə məlumat vermək istərdim;

- 1604-cü ildə I Şah Abbasın İrəvan qalası ərazisində Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.

- 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş möhtəşəm məscid.

- İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.

- 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi (1918-ci ildə həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırmışdılar).

- 1413-cü ildə inşa edilmiş Sərdarabad türbəsi.

- 1510-cu ildə İrəvan sərdarı Əmirquni xan Qacar tərəfindən ucaldılmış və İrəvan xanı Hüseynəlixan tərəfindən 1782-ci ildən təhkimləşdirilmiş Sərdar qalası.

- Sərdarabad qalası - Türk- müsəlman qalası.

- Uzunlar qalası və s.

Ümumiyyətlə, 1912-ci ilədək Qərbi Azərbaycanın İrəvan qəzasında 42, Üçmüəzzin qəzasında 33, Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr və məscidlər dağıdılaraq yer üzündən silinmişdir. Ermənilərin Qərbi Azərbaycana köçürülməsi 1828-ci ildən başlayaraq mərhələlərlə həyata keçirilmişdir. Tarixi faktlara əsasən görürük ki, ermənilərin indiki Ermənistana köçürülməsi 1953-cü ilədək davam etmişdir. Bununla bağli bir neçə dövrə nəzər salaq:

 

-1828-ci ildən başlayaraq;

İrandan - 40.000 nəfər,

Türkiyədən - 84.600 ııəiər,

Suriyadan - 30.000 nələr.

-1914-1922-ci illərdə;

Türkiyədən - 70.000 nəfər.

Fransadan - 30.000 nələr.

-1945-ci ildən başlayaraq;

İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan – 509.000 nəfər.

-1947-ci ildən;

Fələstin, Suriya, Fransa,

ABŞ, Misir, Yunanıstan,

İraq, Livandan - 35.400 nəfər.

-1948-ci ildən başlayaraq;

Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan, İrandan - 40.000 nəfər,

Rumıniyadan - 100.000 nəfər köçürülmüşdür.

Əsası rus çarı I Pyotr tərəfindən qoyulan erməniləri himayə siyasəti sonralar Rusiyanın digər çarları və bolşevik Rusiyası tərəfindən davam etdirilmişdir. 1768-ci ildə Rusiya çariçası II Yekaterina ermənilərin himayə edilməsi haqqında əmr imzalamışdır. 1802-ci ildə çar I Aleksandr Sisyanova yazdığı məktubda deyilirdi: 'Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır ".

Qərbi Azərbaycandan azərbaycan türkləri mərhələli şəkildə qovulanıq dədə-baba yurdlarından çıxarılmışdır:

I mərhələ: 1828-1905, 595.000 nəfər;

II            mərhələ: 1905-1907. 275.000 nəfər;

III          mərhələ:          1918-1920. 575.00nəfər;

IV          mərhələ:          1948-1953. 120.000nəfər;

V           mərhələ: 1988-1989, 250.000 nəfər qovulmuşdur.

Bu mərhələlərdə 1 milyon nəfərdən artıq azərbaycan türkü öldürülmüşdür. Qərbi Azərbaycandan qovulan azərbaycanlılara 105 milyarddan çox ABŞ dolları həcmində maddi ziyan dəymişdir. Təkcə 1988-1990-cı illərdə Ermənistandan qovulan azərbaycanlılara 6,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur.

Göründüyü kimi, 1827-ci ildə İrəvan xanlığının işğalından sonra erməni faşistləri tərəfindən Qərbi Azərbaycan torpaqları tamamilə işğal edilmiş, azərbaycan türklərinə məxsus bütün tarixi abidələr dağıdılmış, bütün yaşayış yerləri məskənlərinin adları erməniləşdirilmiş, bütün azəri türkləri dədə-baba yurdlarından qovularaq, mülki əhalinin əmlakı talan edilmişdir. İndi Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı yaşamır.

XIX əsrin əvvəllərindən başlayaraq, əvvəllər Rus imperiyasının, sonralar isə bolşevik Rusiyasının havadarlığına arxalanan ermənilər qədim Azərbaycan torpağında qondarma erməni dövləti yaratsalar da, bu torpaqların kimlərə məxsus olduğunu çox yaxşı başa düşürlər. Bu torpaqların sahiblərinin gec-tez öz dədə-baba yurdlarına qayıdacağı, quldurların işğalından azad edəcəyi zaman uzaqda deyil. İndi tarixi havadarlarının böyük köməyinə arxalanaraq Qərbi Azərbaycan və Qarabağ torpaqlarını işğal altında saxlayan erməni daşnakları bilməlidirlər ki, bu torpaqlar hansı yolla olursa-olsun azad ediləcək və düşmən özü nəlayiq cəzasını alacaqdır.

Ölkə Prezidenti İ.Əliyevin son zamanlar İrəvan xanlığı torpaqlarının Göyçə, Zəngəzur və s. mahallarının qədim Azərbaycan torpaqları olması və bu torpaqların işğaldan azad edilməsi barədə “Ermənistan”a qarşı kəskin mesajları vaxtında atılmış addımdır. Qərbi Azərbaycanlılar nəyin bahasına olursa olsun, gec-tez öz dədə-baba yurdlarına qayıdacaqlar.