İki sahil. - 2018.- 13 mart. - ¹ 47. - S. 11

 

Daşnak ideologiyasının əsas prinsipləri: etnik təmizləmə, insanlara nifrət

 

Xuraman İsmayılqızı

 

Rus filosofu, fundamental fəlsəfi əsərlərin müəllifi Aleksey Losev fəlsəfə tarixçisi D.Çijevskinin “bütöv bir fəlsəfi sistem” adlandırdığı “Mifin dialektikası” kitabında yazır: “Mif büsbütün uydurmadır, mif uşaq fantaziyasıdır, o, real deyil, lakin subyektivdir, fəlsəfi cəhətdən cılızdır və ya əksinə, sitayiş predmetidir.” Daşnak ideologiyasının əsas müddəalarından olan “Dənizdən-dənizə” xəyalı da ermənilərin formalaşdırdığı mifdir.

“Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı yazısında bu məsələyə daha geniş mənada aydınlıq gətirib, təhlil edən akademik Ramiz Mehdiyev bildirir ki, sosioloji reallıq olan mif xalqın gerçəkliyi ümumiləşdirilmiş formada, ibtidai şüurun tamamilə real hesab etdiyi konkret-hissi şəxsləndirmələr və canlı duyğular şəklində əks etdirən kollektiv fantaziyasının məhsuludur.

Qeyd olunur ki, mif yaratmaq üçün intellektual səylərdən çox da istifadə etmək lazım gəlmir. Yəni mif ideal varlıq deyil, lakin həyatda hiss edilən və yaradılan, maddi reallıq və cismani, heyvani dərəcəyə çatan cismani gerçəklikdir.” Akademikin araşdırmalarına görə, mifoloji təfəkkür çox vaxt tarixi ümumiləşdirmələrə çıxır. Bu xəyal konkret ərazi ilə bağlı olanda onların birgə həyatının müəyyən dövrlərində mənşələrinin eyni olması barədə təsəvvür güclənir, əcdadlara pərəstiş, uydurma tarixi miflər yaranır. Bu xəyalpərəstilikdə də Ermənistanın heç bir mənbəyə əsaslanmayan utopik siyasəti nümunə göstərilə bilər.

Yüz illərlə türklərə qarşı Səlib yürüşü aparan, özlərini məzlum xalq qismində təqdim edərək başqalarının tökülən qanları, qonşularından qopardılan ərazilər üzərində dövlət- Ermənistanı yaradan “hay”lar əsrlər keçsə də mənfur niyyətlərindən əl çəkməmiş, ideoloji, hərbi münaqişələr, soyqırımlar törətməklə mifik niyyətlərini həyata keçirmişlər. Alimlərin qeyd etdikləri kimi,  “qədim ölkə, xristianlığın ilk vətəni ideyasını” əsrlərdən bəri formalaşdıran, Azərbaycan ərazilərini mənimsəyib tarixi adlarımızı özününküləşdirən qaniçən daşnakların  həqiqət kimi qələmə verdikləri “mənbələr” əslində sərsəmlikdən, xəyali təsəvvürdən  başqa bir şey deyildir.

Daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımlar bəlkə də bəşər sivilizasiyasının ən qanlı, qaranlıq tarixidir. Ötən əsrdə imperiya siyasətinin quluna çevrilən daşnakların Azərbaycan xalqına qarşı apardıqları soyqırımlarda qətlə yetirilən soydaşlarımızın üzləşdikləri faciələrin, vəhşiliklərin analoqu yoxdur. Hətta faşizmin ideoloqu olan Hitlerlə müqayisədə Fürerə haqq qazandıranların sayı artmaqda, Xocalı soyqırımını tanıyan dövlətlərin sırası genişlənməkdədir.

Qaniçən Şaumyanın davamçısı, daşnak ideologiyasının sadiq təbliğatçısı, əsl adı Qaregin Ter-Arutyunyan olan Qaregin Njdeyə İrəvanın mərkəzində abidə ucaldan Ermənistan iqtidarı faşizm ideyalarına sadiqliyini göstərdi. XX əsrin əvvəlində “inqilabi terrora” sevgisini “erməni milli ordusunu” yaratmaqla, Vedibasarda və doğulduğu Naxçıvanda azərbaycanlılara qarşı amansız etnik təmizləmələr həyata keçirməklə bildirən Nijde sovet hakimiyyəti qurulanda Avropaya köçərək faşizm ideyaları ilə ciddi maraqlanıb və xaricdə yaşayan ermənilər arasında “Seqakron”” adlı faşist təşkilatı yaradıb. 1942-ci ildə Qaregin Nijde şəxsən Berlinə gedib, orada Fürerə ehtiramını bildirib və bundan sonra general Drastamat Kanayan (Dro) ilə birlikdə “Erməni SS legionu”nu” yaradıb və legion komandirinin müavini vəzifəsini tutub. Onun başçılığı ilə on minlərlə insan məhv edilib.

Dronun və Njdenin başçılığı ilə erməni SS-çilər tərəfindən törədilmiş qanlı cinayətlər barədə bu gün də arxivlərdə çoxlu məlumat var. Onlar partizanlara qarşı əməliyyatlar keçirib, yəhudiləri və qaraçıları məhv ediblər. 809-cu erməni piyada batalyonu Ukraynada və Polşada o qədər fəallıq göstərib ki, Vermaxtın Ukraynadakı komandanı Gitsinger və Şərq hissələrinin komandanı, general-mayor İgen bu batalyonu nümunə göstərib. Erməni SS batalyonunun tərkibinə daxil olan “Dromedar” zonderkomandası Şimali Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-təxribat tədbirləri həyata keçirib. Qaregin Njdenin hitlerçi hakimiyyətlə münasibətləri Banderanın və Şuxeviçin münasibətlərindən daha yaxın olub. Sözün qısası, bu hadisələrin miqyası “erməni-azərbaycanlı münasibətləri”nin çərçivəsindən kənara çıxır. Yəni etnik təmizləmə siyasətlərini məqamı düşdükcə qanlı əməlləri ilə yerinə yetirən, özlərini “ali irqə mənsub millət” adlandıran ermənilər təkcə türklərə, azərbaycanlılara deyil, bütün insanlara nifrət bəsləyir, özlərini başqalarından fərqli hesab edirlər.

Hələ də daşnak ideyalarını sülh, qarşılıqlı anlaşma, bərabərlik prinsiplərindən “qoruyan” ermənilərin ötən əsrin son onilliyində törətdikləri təxribatlar, ölkəmizə qarşı ərazi iddiaları, imperiyanın dəstəyinə arxalanaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı təxribatlarını davam etdirməsi də bu millətin qana hərisliyindən qaynaqlanır. Daşnak ideologiyasını lənətləyən, xarici ölkələrdə “Dağlıq Qarabağ” planını hazırlayan və erməni xalqının milli maraqlarını bəhanə edərək milyonlar qazanan ideoloqların, lobbiçilərin təxribatlarını pisləyən sadə erməni xalqı bu gün də ölkə iqtidarına qarşı etiraz aksiyalarını davam etdirir. SSRİ DTK-nın,  xarici ölkələrdə yaşayan ermənilərin birgə planı əsasında törədilən Sumqayıt hadisələrini yada salaq. Dostluq, qardaşlıq şəhəri adlandırılan, müxtəlif millətlərin birgə yaşadıqları Sumqayıtda təxribat törədənlərin öz millətlərindən olduğunu etiraf edən, dağıntılardan zərər çəkən ermənilər daşnak ideologiyasına tabe olmayanlar idi.

Hayların qonşulara münasibətdə aqressivlik siyasəti illərdən bəri davam edən ənənədir. Bu, keçmişdə də belə olub və ən yeni tarixdə də heç nə dəyişməyib.  “Forpost, marionetka” kimi tanınan” Ermənistanın saxta tarixi də təsdiq edir ki, əsrlər boyu xarici qüvvələr tərəfindən idarə olunan bu xalqın özünün mənafeyinə uyğun olmayan daxili, xarici siyasəti başqalarının geosiyasi maraqlarına xidmət edib. Bu cür ələbaxımlılıqla məşğul olan, həmişə siyasi alver predmetinə çevrilən Ermənistanın xalqımıza qarşı soyqırımlarının “ mükafatı” bu qaniçən dövlətə imperiyanın səxavətlə ayırdığı Azərbaycan torpaqları olub.

 Dünya birliyi və ən başlıcası öz xalqı tərəfindən dəstəklənməyən bu hakimiyyət ötən əsrlərdə olduğu kimi müasir dövrümüzdə də tarixin ibrət dərsindən nəticə çıxarmayaraq yenə də Azərbaycan xalqına qarşı təxribat və təcavüzü davam etdirir. Yerevanda siyasi kabinetlərdə yuva salan cinayətkar Qarabağ klanı, Xocalıda soyqırımı törətmiş adamlar indi erməni xalqına qarşı soyqırımı törədirlər. Onlar erməni xalqından gizlədirlər ki, Bakıda erməni kilsəsi salamat qalıb, burada 30 min erməni yaşayır.

2016-cı ildə Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş “Ermənistan, -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı konfransda iştirak edən “Meridian” qeyri-hökumət hüquq-müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyan, Ermənistan “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyan Ermənistanın təcavüzkar siyasətini pisləyərək tökülən qanları erməni xalqının acı aqibəti adlandırdılar. Bildirdilər ki, sadə erməni xalqı Ermənistanın hakim dairələrinin təzyiqi altındadır. Onlar, həmçinin qeyd etdilər ki, qonşulara ərazi iddiaları son nəticədə Ermənistanın təcrid olunmasına gətirib çıxarıb, beynəlxalq iqtisadi əlaqələrin potensialı əhəmiyyətli dərəcədə azalıb. Ermənistan iqtidarının soyqırımı və qətliamlarını daşnak ideologiyasının mənfur niyyəti adlandıran V.Martirosyanın “Ermənistan hökuməti militarist, şovinist, faşist siyasəti yürüdür. Ermənistanın xüsusi xidmət orqanları hələ sovet dönəmində ASALA kimi terror təşkilatları yaradıblar. Bu təşkilatlar ermənilərin şüuruna müsəlmanlara, xüsusən azərbaycanlılara, türklərə nifrət hissi aşılayırlar” sözləri bu günün reallıqlarını əks etdirir.

Konfrasın digər iştirakçısı Suzanna Caqinyan münaqişə nəticəsində insanların öldürülməsini, Ermənistanın təcavüzkar siyasətinin erməni xalqına çox baha başa gəldiyini bildirir: “Bu münaqişə Ermənistana yalnız göz yaşları və bədbəxtlik gətirib. Ermənistandakı indiki rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə saxlanması Ermənistan hökumətinə çox sərf edir. Təəssüf ki, Ermənistan hökuməti tənzimləməyə imkan vermir. Bu rejim öz xalqına münasibətdə də çox ədalətsizdir.”

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji , nəqliyyat layihələrindən təcrid olunan, beynəlxalq iqtisadi əlaqələr potensialı azalan, dünya bazarına çıxışı olmayan bu ölkənin iqtisadiyyatı iflic vəziyyətindədir. Heç kəs tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikası””nın adının dəyişdirilərək “Arsax” “ adlandırılması  isə mənəvi terrordur.

Halbuki Azərbaycanla münasibətlərin tənzimlənməsi iqtisadi böhran içərisində qalan Ermənistan vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırar, qlobal layihələrdə iştirak imkanı qazandırar. Ermənistanın qeyri-konstruktiv mövqeynin nəticəsidir ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsi,  Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafının, sabitliyin başlıca şərti kimi həllini gözləyir. Lakin tarix öz sözünü ədalət prinsipləri və zamanın hökmü ilə bildirir. Bir zamanlar azərbaycanlıların simasında erməni etnosu ilə uzlaşmayan “ikinci növ” adam” obrazı yaradan, Dağlıq Qarabağ münaqişəsini iki xalqın etnik uyuşmazlığının nəticəsi adlandıran, mahiyyət etibarilə nasist xarakterli sözlər səsləndirən Ermənistanın keçmiş prezidenti Robert Koçaryan artıq kimin göreşən, kimin isə sülhə çağırış bəyanatları ilə dünyanın diqqətini cəlb edən ölkə olduğunu insan qanından qidalanan “pas atmış daşnak təfəkkürü” ilə çox gözəl qavrayır.  İşğalçı ölkədə tez-tez təsadüf olunan Dağlıq Qarabağ və Ermənistan erməniləri arasındakı münaqişələr də bu millətin milli təfəkkürlərində çatışmazlıq sindromunun olmasından xəbər verir. İrəvanda keçirilən mitinqlərdə daim səslənən fikir də bunu təsdiqləyir: İndi hakimiyyət Qarabağ klanının əlindədir və biz əminik ki, həmin klan bu problem ilə birlikdə həmişəlik gedəcək və onu Haaqa tribunalı gözləyir.