Ekspress. - 2018.- 10-12 mart. - ╣ 46. - S. 10

 

Azərbaycan-Türkiyə-İran əlaqələri

 

XİN başçılarının üçtərəfli görüşləri əhəmiyyət kəsb edir

 

Murad Məmmədli

 

Azərbaycan-Türkiyə-İran xalqları arasında mövcud olan dərin köklərə malik tarixi, dini, mədəni oxşarlıqlar və ümumi dəyərlər daha güclü həmrəylik üçün xüsusi imkanlar yaradır. Bu gün bu üç ölkə arasında qırılmaz əlaqələr mövcuddur.

Azərbaycanın istər Türkiyə, istərsə də İranla bütün sahələrdə əlaqələr daha da genişləndirilir. Məhz bunun vasitəsilə regionda sülh, sabitlik, təhlükəsizlik, firavanlıq və əməkdaşlıq həlqəsinin yaradılmasına dair öhdəliklər təsdiq edilib və bu səylərin həmrəylik yolu ilə regional sahiblik hissi gücləndirilir.

Hər üç ölkə regionda sülh və sabitliyin möhkəmləndirilməsində birgə maraqlar, bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və bütün mübahisələrin dinc yolla nizamlanması da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə əməl edirlər. Azərbaycan-Türkiyə-İran arasında iqtisadi-ticari əməkdaşlıq getdikcə güclənir, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə edilir, həmçinin enerji, nəqliyyat, telekommunikasiya, sənaye, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində birgə layihə və proqramlar həyata keçirilir. Bundan başqa, regional və qlobal məsələlər üzrə siyasi dialoq, koordinasiya və əməkdaşlığı daha da genişləndirmək məqsədilə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli formatda müntəzəm görüşləri keçirilir.

Qeyd edək ki, keçirilən üçtərəfli görüşlərin sayı artıq 5 olub. Sonuncu belə görüş ötən ilin dekabrında Bakıda keçirilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə əsasən region məsələləri müzakirə olunub. XİN başçılarının beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsində nazirlər bundan əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğulayıbar. Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər. Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd ediblər.

áBakı Bəyannaməsində regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıblar və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklər qeyd edilib. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi vurğulanır. Nazirlər müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsini razılaşıblar. Hər üs ölkənin xarici siyasət idarəsinin başçısı Əl-Qüds Əl-Şəriflə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun komunikesini alqışlayıblar. Nazirlər iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşıblar. Bəyannamədə beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılması xüsusi vurğulanır, nəqliyyat infrasturukturunun inkişafı və tranzit potensialının artrırılması naminə yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunur.

áBakı Bəyannaməsini imzalayan nazirlər sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq "Şərq-Qərb", "Cənub-Qərb", "Şimal-Cənub" maşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışlayıblar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd ediblər. Bundan başqa, mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsi, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyəti vurğulanır.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Bakı Bəyannaməsində nazirlər neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə ediblər. Üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, eyni zamanda, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmaq qərara alınıb. Tərəflər regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

áXİN başçıları qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini, bu təşkilatların diqqətini ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya və enerji sahəsi kimi prioritet sahələrə cəlb edilməsi, eləcə də bu institutlar tərəfindən üç ölkənin ümumi marağında olan layihələrin həyata keçirilməsinin təşviq edilməsi və dəstək göstərilməsini qeyd ediblər. Bəyannamədə 2015-ci ilin sentyabr ayında BMT tərəfindən qəbul edilən 2030 dayanıqlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi qeyd edilir. Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsinə razılaşıblar və bu mənada EXPO 2025-in Azərbaycan Respublikasında keçirilməsi üçün Bakının namizədliyini alqışlayıblar.

Etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyən XİN başçıları müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Aliansının 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusi qeyd ediblər.
Bundan başqa, terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

İran İslam Respublikasının təşəbbüsü ilə "Dünya ekstremizm və zorakı ekstremizmə qarşı" başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsini qeyd ediblər. Üçtərəfli görüşdə XİN başçıları öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan ediblər; separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıblar.

Milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayan nazirlər bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar. Bəyannamədə eyni zamanda, çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (CCPOA) əhəmiyyəti vurğulanır. Nazirlər etiraf ediblər ki, CCPOA-nın uğurla yerinə yetirilməsi CCPOA-da təmin olunan faydalardan tam yararlanmaq məqsədilə onlara icazə verilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir; BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının CCPOA-da öhdəliklərinə əməl etməsini nəzərə alaraq, bütün BMT üzvlərinə CCPOA-in həyata keçirilməsinə töhfə verəcəklərinə dair öhdəliklərini xatırladıblar.

İslam Dünyasının qarşılaşdığı çağırışlara qarşı durmaq məqsədilə İslam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyətini qeyd ediblər və islam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq edilməsi niyyətini ifadə ediblər. Bu xüsusda, İslam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından 2017-ci il 12-22 may tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd ediblər.

Bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların, o cümlədən 2016-2018-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planının təqib edilməsinin əhəmiyyətini vurğulayan nazirlər üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək.