Təhsil problemləri.-2018.-24-28 fevral.-15-16.-S.1-4.

 

Azərbaycan demokratik cümhuriyyətinin 100 illiyi

 

Dilqəm Quliyev,

professor

 

Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz.

Heydər Əliyev

 

Azərbaycan Respublikası Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamışdır. Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz, Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır.

XX əsr bəşər tarixində çox görkəmli yer tutur. XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş vermişdir. Bu əsr Azərbaycan xalqı üçün I sürətli bir inkişaf dövrüdür. Azərbaycan öz coğrafi, siyasi vəziyyətinə, öz təbii sərvətlərinə görə bir çox dövlətlərin daim maraq dairəsində olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Azərbaycan hələ tam oxunmamış kitabdır.

Azərbaycan XX əsr tarixində üç dəfə dövlət yarada bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1921-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik. Ancaq 1920-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədik.

Azərbaycan Demokratik Respublikası, Azərbaycan Respublikası - müsəlman Şərqində ilk dəfə demokratik respublikasının əsasını qoymuş müstəqil Azərbaycan dövlətidir. 1918-ci il mayın 28-də yaradılmış, cəmi 23 ay yaşamışdır (1918, 28 may - 1920, 28 aprel). Olduqca qısa müddətdə, həm də ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC-nin həyata keçirdiyi tədbirlər (milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, demokratik dövlət quruculuğunun başlanması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış uğurlu addımlar və s.) Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Rusiyada mütləqiyyəti devirərək Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoymuş və demokratik azadlıqlara yol açmış 1917-ci il fevral inqilabı AXC-nin yaranması üçün real şəraitin təmin olunmasında mühüm rol oynamışdı. Yeni yaranmış, yaxud fəaliyyətlərini bərpa etmiş partiyalar arasında geniş nüfuzu ilə fərqlənən Müsavat partiyasının 1917-ci il oktyabrın 26-da Bakıda keçirilmiş I qurultayında Milli muxtariyyət tələbləri qətiyyətlə irəli sürüldükdən sonra Bakıda və Azərbaycanın bütün qəzalarında Azərbaycana muxtariyyət şüarı altında Milli hərəkat başlanmışdı (bu dövr Azərbaycan tarixinə Milli Azərbaycan hərəkatı dövrü kimi daxil olmuşdur).

1918-ci il aprelin 22-də Rusiya Müəssisələr Məclisinə Zaqafqaziyadan seçilmiş (1917, 26 noyabr) deputatlardan ibarət Zaqafqaziya Seymi Cənubi Qafqaz ərazisində müstəqil Zaqafqaziya Federativ Respublikasının yaradıldığını elan etdi. Zaqafqaziya hökumətinə daxil olan 13 nazirdən 5-i, (o cümlədən yollar naziri X. Məlikaslanov, ədliyyə naziri F. Xoyski, maarif naziri N. Yusifbəyov, ticarət naziri M.N. Hacmski, dövlət nəzarəti naziri İ.Y. Heydərov) azərbaycanlı idi. 1918-ci il mayın 26-da fraksiyalararası çəkişmələrə son qoya bilməyən Zaqafqaziya Federasiyası Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə süquta uğradı. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası (AMŞ) yarandı (sədri M.Ə. Rəsulzadə, müavini H. Ağayev). Mayın 28-də Tiflisdə Rusiyanın Qafqaz canişini sarayının Mavi Salonunda AMŞ-nin iclasında AXC-yaradıldığı (lehinə-24, bitərəf-2) elan edildi və 6 bənddən ibarət Azərbaycanın istiqlal bəyannaməsi qəbul olundu. Mayın 30-da bitərəf F. Xoyskinin başçılıq etdiyi hökumətin tərkibi təsdiq olundu və Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə məlumat dünyanın böyük dövlətlərinin paytaxtlarına çatdırıldı. AXC hökuməti iyunun 16-da Gəncəyə köçdü və öz mətbu orqanını - Azərbaycan qəzetini nəşr etməyə başladı. Azərbaycan hökuməti 1918-ci iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu əlahiddə Azərbaycan korpusu adlandırıldı, burada xidmət edəcək zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı. Azərbaycan hökuməti Azərbaycan dilində dövlət dili statusu verilməsi, karkuzarlıqla Azərbaycan dilinin tətbiq edilməsi məsələsi haqqında 1918-ci il 27 iyun tarixli xüsusi qərar verdi. Həmin qərarda deyilirdi: Dövləti lisan türk dili qəbul edilərək irəlidə bütün məhkəmə, idareyi- daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalına müsaidə edilsin. Sentyabrın 15-də Bakı şəhəri erməni-daşnak-kommunist güruhunun işğalından azad edildikdən sonra AXC hökuməti öz iqamətgahını buraya köçürdü. Azərbaycan hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edildi. Azərbaycanda milli-demokratik hərəkatın tarixini təbliğ etmək məqsədilə Azərbaycan parlamentində İstiqlal muzeyi təşkil olunmuşdu.

1918-ci il noyabrın 19-da (noyabrın17-də ingilislər Bakım tutmuşdular) AMŞ iclasında 120 nəfərdən ibarət parlament yaratmaq haqqında Azərbaycan hökumətinin təqdim etdiyi qanun layihəsi qəbul olundu.

Dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası keçirildi. Parlamentin ilk tədbirlərindən biri Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq t üçün Ə.M. Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına nümayəndə heyəti göndərməkdən ibarət olmuşdu (nümayəndə heyətinin müstəsna səyləri sayəsində 1920-ci il yanvarın 11 -də Paris Konfransının Ali Şurası AXC-nin müstəqilliyini de-fakto tanıdı). Ümumiyyətlə, mövcud olduğu dövrdə (1918, 7 dekabr - 1920, 27 aprel) parlamentin 140-a qədər iclası olmuşdur.

Bu iclaslarda hökumətin təqdim etdiyi 315 qanun layihəsi (bunlardan 10-12-si rədd edilmiş, qalanları barədə ya da onların komissiyalarda müzakirəsi davam etdirilmişdi) nəzərdən keçirilmişdi (bunlardan 82-si maliyyə nazirliyi, 32-ci ədliyyə, 24-ü daxili işlər, 19-u xalq maarif, 12-si torpaq, 10-u sosial təminat nazirlikləri, 9-u hərbi nazirlik və b. Tərəfindən təqdim edilmişdi).

AXC dövründə 5 dəfə hökumət təşkil edilmişdi. Birinci üç hökumətə (28.05.1918-14.03.1919) F. Xoyski, 4-cü və 5-ci hökumətlərə (14.03.1919-30.03.1920) N. Yusifbəyli başçılıq etmişlər. Azərbaycanın ərazi bütövlüyünün qorunması AXC hökumətinin fəaliyyətində daim öncül yer tutmuş və ümdə vəzifələrdən biri sayılmışdır. Azərbaycan ərazisinin elə bir bölgəsi olmamışdır ki, ora AXC hökumətinin diqqətindən bir an belə kənarda qalsın. Bu baxımdan, Naxçıvan diyarına və Zəngəzur mahalına münasibət xüsusi qeyd edilə bilər. Azərbaycan parlamentinin yaradılması haqqında qanunda göstərilirdi ki, Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasından (Naxçıvan, Şərur, Ordubad nəzərdə tutulur) üç nəfər millət vəkil seçilməlidir.

Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-də və 25-də keçirilmiş iclaslarında Naxçıvan bölgəsinin və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmiş, Ermənistan hökumətinin Naxçıvan və digər qəzaların azərbaycanlı əhalisinə qarşı yeritdiyi etnik təmizləmə siyasəti pislənmişdi. Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü M. Təkinskinin 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin olunması da orada yerli azərbaycanlı əhalinin hüquqlarının müdafiə olunması zərurətindən irəli gəlmişdi.

Azərbaycan hökuməti 28 fevral 1919-cu il tarixli qərarı ilə Naxçıvan general qubernatorluğunu yaradaraq B. Naxçıvanskini ora general qubernator təyin etmiş və cari xərəcələr üçün 2 mln. manat vəsait ayırmışdı. Araz- Türk Respublikasının süqutundan (1919, mart) sonra Naxçıvan bölgəsinin ingilislərin köməyi ilə erməni idarəçiliyinə keçəcəyi barədə xəbərlərin yayılması Azərbaycan hökuməti tərəfindən ciddi etirazla qarşılaşmış və yerli əhalinin dəstəyi ilə bu idarəçiliyə son qoyulması üçün təsirli tədbirlər görülmüşdü. Naxçıvan bölgəsi əhalisinin fəal müqaviməti sayəsində iyul ayında erməni idarəçiliyi ləğv edildi. AXC hökumətinin Zəngəzur, Qarabağ, Muğan bölgələrinə münasibətdə də öz suveren hüquqlarını müdafiə etmək üçün qəti tədbirlərə əl atması ölkənin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynamışdı. Bütün bunların nəticəsi idi ki, AXC ərazisinin sahəsi 97237,67 km² mübahisəsiz, 16598,30 km² mübahisəli zonaları əhatə etməklə 113835,97 km² təşkil etmişdi. AXC hökuməti 1919-cu ilin yazında Cənubi Qafqazın başı üstündə hərlənən vahid və bölünməz Rusiya tərəfdarı, çar generalı Denikinin Könüllü Ordusunun hücumunun qarşısını almaq üçün bütün tədbirləri görsə də (bu məqsədlə 1919-cu il iyunun 27-də Gürcüstanla hərbi ittifaq da bağlanmışdı). Azərbaycan neftinə susamış qırmızı bolşevik Rusiyanın işğalçı XI Qızıl Ordusunun təcavüzünün qarşısını ala bilmədi.

Azərbaycan KP və Sovet Rusiyasında yaşayan Azərbaycan bolşeviklərinin mövqeyini bir az sonra S.M. Kirov və Stalin müdafiə etmiş, Azərbaycan Respublikasını tanımamaq haqqında qəti qərar qəbul edilmişdi. Sovet Rusiyasının iqtisadi vəziyyəti çox ağır idi. Bakı nefti olmadan o öz təəssüratını qaldıra bilməyəcəkdi. 1920-ci il martın 17-də V. İ. Leninin Qafqaz Cəbhəsi hərbi inqilab şurası üzvləri N.Q. Smiqla və Q.K. Orconikidzeyə göndərdiyi teleqramda göstərilirdi ki, Bakını tutmaq bizə son dərəcə və zəruridir. Bütün səyinizi buna verin.

Azərbaycan Demokratik Cümhuriyyəti elə bir tarixi dövrdə meydana gəlmişdi ki, Qafkazda durum son dərəcə gərgin, qeyri-sabit idi. Azərbaycanda milli toqquşmaların qəsdən törədilməsi və kimlər tərəfindən dəstəklənməsi barədə çoxlu tarixi faktlar mövcuddur. Bakıda darğalıq edən Şaumyan bu sözləri təsadüfən deməmişdi: Azərbaycanın müstəqil dövlət olmasını istəyən milliyətçilər sonunda xarabalar tapacaqlar. Bu söz günümüzlə nə qədər səslənir: Bakını - Beyruta, Azərbaycanı isə Livana çevirəcəyik. Onlar Qarabağda, Şamaxıda, Kürdəmirdə, Lənkəranda, Salyanda, Qubada, Gəncədə və s. yerlərdə kütləvi qırğınlar törətmiş qısa dövr ərzində 211 yaşayış məntəqəsini xarabalığa çevirə bilmişlər (eyniylə indiki kimi). Həmin dövrdə Azərbaycan Demokratik Respublikası Sov Rusiyası ilə ticarət sahəsində danışıqlar aparırdı. 1920-ci il mart 30-da Sovet Rusiyası - Azərbaycan birgə komissiyasının iclasını ticarət müqaviləsi imzalandı.

Belə bir şəraitdə F. Xoyski aprelin 15-də sonuncu nota i G.V. Çiçerinə müraciət etdi. Lak başqa notalar kimi bu nota cavabsız qalmışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə başda 3 İnternasional olmaqla 2-ci Qızıl Ordunun N hərbi hissələri Azərbaycan Respublikasının sərhədlərini keçib sürətlə cənuba doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət Azərbaycan Ordu hissələri ciddi müqavimət göstərə bilmədi. Aprelin 27-də Azərbaycan KP MK, Qafqaz Diyar Komitəsinin Bakı bürosu və fəhlə konfransı adından Azərbaycan parlamentinə hakimiyyətin təhvil verilməsi haqqında ultimatum verildi. Parlamentin bu son iclasında iştirak etmiş Məmməd Əmin Rəsulzadənin yazdığına görə, hakimiyyəti ələ alacaq bolşeviklər aşağıdakı şərtlərə riayət edəcəklərini bildirdilər:

Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycan tam müstəqilliyi qorunub saxlanılacaqdır;

Hər hansı kənar təzyiqdən asdı olmayan Azərbaycanın əsil idarə formasına fəhlə, kəndli və əksər deputatlarının timsalında Azərbaycanın yüksək qanunvericilik təşkilatı təyin ediləcəkdir;

Yeni yaradılmış kommunist hökuməti Azərbaycan hökuməti və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığını təmin edəcək;

Qızıl Ordunun Bakı şəhərinə daxil olmasına yol verməmək üçün tədbirlər görüləcək;

Azərbaycan ordusu olduğu kimi qalacaq;

Azərbaycanda siyasi partiyaların hürriyyət və sərbəstliyi təmin ediləcək.

1920-ci il aprelin 27-də axşam saat 23-də Azərbaycan parlamenti hakimiyyətin təhvil verilməsi haqqında qərar qəbul etdi.

Beləliklə, yerli bolşeviklərin iştirakı ilə XI Qızıl Ordu Bakıya daxil oldu.

Müstəqil Azərbaycan Demokratik Respublikasının 2 illik fəaliyyətinə son qoyuldu və Azərbaycan yenidən, bu dəfə də artıq sovetləşmiş formada Rusiyanın tərkibinə qatıldı

Yerli bolşeviklərin yalan vədləri də bu işdə az rol oynamadı. 1920-ei il aprelin 27-də Azərbaycan parlamenti hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxarmağa məcbur oldu.

Müstəqil Azərbaycan Demokratik Respublikasının 2 illik fəaliyyətinə son qoyuldu və Azərbaycan yenidən, bu dəfə də artıq sovetləşmiş formada Rusiyanın tərkibinə qatıldı.

Sovet dövründəki müstəqillik itirildiyi şəraitdə yaşadığımız illər də tarixdən bizə yaxşı məlumdur, çox da uzun olmayan tariximizin 1988-90-cı illəri də yaxşı yadımızdadır.

1988-ci ilin yayında, Bakı alimlər klubunda birləşmiş Azərbaycan ziyalılarının nümayəndələri tərəfindən SSRİ tərkibində suverenliyə nail olmaq şüarını irəli sürən, Pribaltika xalq cəbhələri tipli Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs qrupu yaradıldı. Təşəbbüs qrupu bir neçə ay ərzində AXC-nin proqram və nizamnaməsini işləyib hazırladı.

Ümumiyyətlə, 1988-ci ilin yayından etibarən Azərbaycanda onlarca qeyri-formal qrup və təşkilatlar fəaliyyət göstərirdi. Məhz bunlardan biri olan Varlıq qrupu sonralar Təşəbbüs qrupu ilə birlikdə AXC-nin yaradılması üçün baza oldu. Varlığın öz qarşısına qoyduğu əsas məqsəd - respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni problemlərinin həllində geniş xalq kütlələrinin fəal iştirakını təmin etməkdən ibarət idi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli iclası DQMV-nin Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdikdən sonra ermənilər siyasi yolla öz məqsədlərinə nail olmayacaqlarını başa düşərək, respublikamıza qarşı elan olunmamış müharibəyə başladılar. Yaxşı hazırlıq keçmiş və müasir silahlarla silahlanmış erməni quldur dəstələri Azərbaycan ərazisində fəal hərbi əməliyyatlara keçdilər.

1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkatına çevrildi.

1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirirdi. Son mərhələ üçün qığılcım lazım idi. Bu isə Xankəndindən (Stepanakertdən) başlamalı idi.

1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində (Stepanakertdə) DQMV-nin Ermənistana verilməsi tələbini irəli sürən tələbnaməyə açıq şəkildə imza toplanmağa başlandı, fevralın 12-də isə həmin tələblə ilk mitinq keçirildi.

O, vaxtkı respublika rəhbərliyinin seyirçi mövqeyi geniş xalq kütlələrini hiddətləndirməyə bilməzdi. 1988-ci il noyabrın 18-dən dekabrın 5-dək Bakının baş meydanında davam edən fasiləsiz mitinq bu hiddətin əzəmətli nümayişinə çevrilmiş oldu.

1988-ci il dekabrın 5-də səhər saat 4-də meydan xüsusi təyinatlı əsgərlər tərəfindən təmizləndikdən sonra hərəkatın bir sıra liderləri və fəallarına qarşı başlanan təqiblə bağlı Azərbaycan milli hərəkatında zahiri sakitlik yarandı.

Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi. Nəticədə Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi. Bunun ardınca tarixi cinayət-90-cı ilin Qanlı Yanvar qırğını baş verdi: 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olunub, 4 nəfər itkin düşüb. Onlardan - 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.

Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq, o dövrkü Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edərək bildirdi ki, bu gün (19-20.01.90) Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır.

Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında xalqın qanı töküldü. Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar dinc əhalini vəhşicəsinə məhv etməyə başladı. Moskvadakı bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük maneələr törətməyə başlayır. Amma dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi bir vaxtda, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özlərinə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan ümumiyyətlə, bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.

Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegomonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, Xocalı faciəsi, bunların ardınca isə Azərbaycanın o zamankı fərasətsiz rəhbərlərinin yeritdikləri siyasət ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şəraitdə yarandı. Məlum olduğu kimi, müstəqillik asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir.

Xalqımızın bir müdrik kəlamında deyildiyi kimi: Su gələn arxdan bir də gələcək. Nəhayət, 70 il sonra XX əsrin son onilliyində Azadlıq xalqımızın üzünə yenidən güldü. 18 oktyabr 1991-ci ildə Sovet imperiyası dağıdıldı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Azadlıq sədaları yenidən eşidildi. Vətənimizdə Azərbaycan Respublikası adlı müstəqil dövlətçiliyimiz yenidən bərpa olundu. Lakin, yeni dövlətimizin bərpası kəskin qarşıdurmalar əsasında baş verdi. Azərbaycan Respublikası bir tərəfdən daxili siyasi çəkişmələrə, digər tərəfdən isə tarixi düşmənimiz Ermənistanın təcavüzünə qarşı mübarizə aparırdı...

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası parlamentində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı.

Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş, daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edir.

Sonra gənc müstəqil Azərbaycan dövləti iqtisadi, sosial-siyasi və hərbi sahədə ilk əsaslı tədbirlərin həyata keçirilməsi asan olmayıb, xeyli çətinliklərlə üzləşdi.

Bu çətinliklər Sovet imperiyası dağılıb tarixə çevrildikdən sonra bütün sahələrdə yaranmış gərgin vəziyyətlə və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başladığı hərbi təcavüzlə və s. amillərlə bağlı idi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq, demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin, təəssüflər olsun ki, bu sevincimiz içərisində sox acılı, məşəqqətli günlərlə rastlaşdıq.

Təəssüf ki, 1991 -1993-cü illərdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət - aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli və emosional çıxışlar üzərində quruldu. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, Milli sərvətlər talan edildi. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, bir qarışıqlıq, dövlət reketi hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxartdı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və dağılma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Beləliklə də Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi.

İndi həmin vaxtdan 25 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1990-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı.

Bu gün İlham Əliyev keçmiş sovet respublikaları içərisində ən yetkin siyasətçi adını qazanmışdır. Təsadüfi deyil ki, Amerikanın siyasi elitası İlham Əliyevi yetkin bir şəxsiyyət adlandırmışdır. Heydər Əliyev kursunun on layiqli davamçısı İlham Əliyevdir.

Əgər azadlıq dərk olunmuş həqiqətdirsə, onda həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Həm də ədalət gücdə deyil, güc ədalətdədir.

Böyük Platonun məşhur bir kəlamı var: Azadlıq bərabərdir xalq üstə gəl şəxsiyyət, şəxsiyyətsiz azadlıq xəyaldır.

Məhz bu gün Azərbaycan azadlığa çıxaran şəxsiyyət Ümummilli liderimiz Heydər Əliyev olmuşdursa, onun azadlıq yolunu davam etdirəcək yeganə şəxs İlham Əliyevdir.

Heydər Əliyev Azərbaycan xalqının atası adına layiqdirsə, İlham Əliyev- Azərbaycan xalqının fəxri və gələcəyidir.

Bizim hər birimizin borcudur ki, Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşməklə. Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq.