Palitra.- 2017.- 26 aprel.- ¹ 72.- S. 13.

 

Qazaxıstanda Mir Cəlal Paşayevin əsərinə çəkilən film nümayiş olunub

 

Fuad

 

Qazaxıstanın paytaxtı Astana şəhərində görkəmli yazarımız MirCəlal Paşayevin anım günü qeyd olunub. "Addım" təşkilatı və Qazaxıstanda fəaliyyət göstərən "Heydərçı azərbaycanlı Gənclər Təşkilatı" tərəfindən hazırlanan tədbirdə qardaş ölkənin dövlət və media nümayəndələri, eləcə də diplomatik nümayəndəliyimiz iştirak edib. Tədbirin aparıcısı qisməndə çıxış edən qonşu ölkədə tanınmış teleaparıcı, həmyerlimiz Amır Yolçuyev ilk əvvəl tədbir iştirakçılarını salamlayıb və görkəmli ədibimizin həyat və sənət yolu ilə bağlı qonaqları məlumalandırıb. Daha sonra "Addım"ın rəhbəri Hüseyn Cavadzadə çıxış edərək təşkilatın sifarışı ilə MirCəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsi əsasında çəkilmiş "İki yad adam" filminin məhz bugün də Qazaxıstan tamaşaçılarna nümayiş etdirmək imkanı üçün tərəfdaşlara təşəkkürünü bildirib. Daha sonra "Heydərçi Azərbaycanlı Gənclər təşkilatı"nın rəhbəri Bəhruz Axundov çıxış edib qonaqları Qazaxıstan və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 ili olduğunu qeyd edib. Eləcə də təşkilatlar arasında qarşılıqlı fəaliyyətlə bağlı memorandum imzalanıb. Daha sonra " İki yad adam" filminin nümayişi baş tutub. Film qazaxıstanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Film nümayişindən sonra səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, ssenari müəllifi Nicat Dadaşov və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər. Yerli qonaqlar aktrisa Duyğu Dəvəlinin çıxışını xüsusi maraqla qarşılayıblar.

Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən Grand Asian Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub. Filmin Bakıda ilk nümayişi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Addım”ın gerçəkləşdirəcəyi 1-ci Gənc Ailələrinin Forumunun bağlanış mərasimində baş tutacaq.

Tədbirdən Keyfiyətli VideoLİNK: https://www.youtube.com/watch?v=-WaQvJ3B8Tg