Ədalət.- 2017.- 1 dekabr. - ¹ 220.- S. 4.; 2 dekabr.- ¹ 221.- S. 12.

 

Media İslam Həmrəyliyinə dəstək verir...

 

İradə Ələsgərova,

Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru

 

XXI əsrin başlanğıcında ictimai rəyi formalaşdıran əsas vasitə kimi təşəkkül tapmış informasiyanın təsir dairəsi müasir texnologiyaların inkişafı ilə paralel dəyişib daha da genişləndi. Gürcüstan, Ukrayna, ərəb ölkələri və İraqda baş verənlər bir daha təsdiqlədi ki, informasiya bütöv regionları çalxalayıb mütəşəkkil bir ordunun görə bilməyəcəyi işi görə, istənilən ölkədə hakimiyyətlə xalqı üz-üzə qoyub dövlətçiliyə təhlükə yarada bilər. Həm də, ideoloji sahədə işin düzgün qurulmadığı, təhsilin keyfiyyətinin aşağı olduğu bölgələrdə insanların təsir altına düşməsi ehtimalı daha böyükdür: qəbul etdiyi informasiyaları bir-biri ilə uzlaşdırıb düzgün nəticə çıxarmağı bacarmayan şəxs reallığı düzgün dəyərləndirib məntiqli qərar verməyi də bacarmayacaq.

Dünya yaranandan tarix nəfsinin əsiri olan ambisioz insanların hökmranlıq iddiasına düşüb həmcinslərinə qənim kəsilməsinə, bütöv ölkələri qan çanağına çevirməsinə şahidlik edir. EL gün də bu iddiaya düşənlər az deyil. Sadəcə, onu təmin etməyin yolları, üsulları dəyişib: artıq bunun üçün hər hansı ölkəyə qoşun yeritməyə ehtiyac qalmayıb. Müharibə ocağının alovlanması üçün yayımlanan informasiyanın hədəfə istiqamətləndirilməsi kifayətdir: şüurları manipulyasiyaya məruz qalanlar öz dövlətlərini elə özləri dağıdacaq. SSRİ- nin süqutundan sonra dünyada baş verənlərin (narıncı inqilablar və s.) təhlili, dünyanı hörümçək toru kimi sarmış beynəlxalq təşkilatlar şəbəkəsinin hər keçən gün bizi bir qütbdən idarəedilən vahid sistemliliyə aparan yolun sonuna bir az daha yaxınlaşdırdığını göstərir. Təhsil, səhiyyə, bank sistemi və s. kimi strateji sahələrdə bu təşkilatların təkidilə həyata keçirilən islahatlar vahid məqsədə - supergüclərin dünya hegemonluğuna, ingilis dilinin daha geniş ərazidə yayılması üçün ayrılan qrantlar və bu dilin daşıyıcılarının verdiyi dəstək supergücləri bu məqsədə mümkün qədər tez çatdırmağa xidmət edir. Reallıq isə, ondan ibarətdur ki, ABŞ-ın Böyük Yaxın (yaxud Orta) Şərq Layihəsinin tərkib hissəsi olan ’’bahar ərəb ölkələrinə demokratiya yerinə fəlakət gətirdi, əsrlərlə formalaşmış infrastruktur dağıldı, insanlar yurd-yuvalarından didərgin düşdülər, dövlətçiliyə təhlükə yarandı. Etirazlar başlayan andan üsyançıara siyasi, iqtisadi, hərbi dəstək verib silahlı müdaxilə ilə də olsa hakimiyyəti dəyişməyə çalışan Qərb və region dövlətlərinin hakimiyyət çevrilişindən sonra neft-qaz yataqlarını özlərinə məxsus transmilli şirkətlər arasında bölüşdürməsi, inqilabdan sonra yaşanan ictimai-siyasi gərginlik, güclənən iqtisadi böhran, radikallıq, separatizm meylləri və "Əl-Qaidə” kimi terrorçu qüvvələrin Liviyada aktivlik nümayiş etdirmək səylərinə Qərb siyasi dairələrində reaksiya verilməməsi, çox şey deyir. Azad olmayan ölkələrə demokratiya gətirmək məqsədilə hazırlandığı iddia olunan bu layihənin meydana gəlməsində siyasi, İqtisadi faktorlarla yanaşı, dini faktor da az rol oynamadı.

Məhəmməd Peyğəmbərin, hələ, VII əsrdə Mədinədə əsasını qoyduğu islam dini 1400 il ərzində Şimali Afrikadan (20%) Cənub-Şərqi Asiyaya qədər (80%) yer kürəsinin təxminən 10,1%-ini əhatə edən 15 mln. m2 (bax: Böyük Britaniya ensiklopediyası) əraziyə yayılıb. Planetin ümumi əhalisinin təxminən 23% təşkil edən, BMT-yə üzv olan 193 ölkədən 120-sində əhalinin bir qismini, 41 ölkədə (iran, Əfqanıstan, Yaxın Şərq və Cənub-Şərqi Asiya dövlətləri) əksəriyyətini təşkil edən müsəlmanların sayı və artım tempi, tarixən xristianların (katolik, protestant və pravoslavların) çoxluq təşkil etdiyi ABŞ və Avropa ölkələrində (cəmi 44,138 mln.) də yüksəkdir. Bu sülh, mərhəmət üzərində qurulmuş dini (”Qurani-Kərim”də deyildiyi kimi: - "bütün müsəlmanlar qardaşdır") qəbul edənlərin sıralarının gündən-günə genişlənməsi, əhalisinin əsas hissəsi xristian olan Qərb dövlətlərində də bəzi dairələri qıcıqlandırır. Elə bu qıcıqdan qaynaqlanan məkrli planların nəticəsidir ki, islam dünyasında gərginlik (Fələstin-İsrail, Pakistan-Hindistan, Əfqanıstan, İrak, Suriya, Şimal-Şərqi Çin, Nigeriya, Zaqafqaziya) səngimək bilmir.

Təbliğat maşınını işə salıb dini təriqətçiliyi qızışdırmaqla Bəhreyn və Qətərdə sünni və şiələri, Səudiyyə Ərəbistanında ayrı-ayrı tayfa və dini təriqətləri, Türkiyədə sünni və ələviləri bir-birinə qarşı qoymaqla məsələni siyasiləşdirənlər kürd faktorundan istifadə edib Suriya, İraq, iran və Türkiyədə də vəziyyəti gərginləşdirməyə çalışırlar, irandan söhbət gedəndə sünni təhlükəsini, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanından danışanda şiə təhdidini önə çəkirlər. Böyük dövlətlərdən hər birinin bölgədə müttəfiq hesab etdiyi dövləti haqlı çıxarmaq cəhdi durumu daha da mürəkkəbləşdirib dağıdıcı prosesləri intensivləşdirmiş olur. Gerçək olan isə, odur ki, bü­tövlükdə regionun daha kiçik ölkələrə parçalanmasına yönələn proses gedir, Yaxın və Orta Şərq geosiyasi məkanı yenidən qurulur. Baş verənlərin demokratiya ilə əlaqəsi olmadığını, ABŞ-ın keçmiş dövlət katibi Kondoleza Raysın -’’layihə Mərakeşdən Çin sərhəddinə qədər 22 ölkənin siyasi-iqtisadi coğrafiyasını dəyişəcək" sözləri də təsdiqləyir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov da MDB ölkələri təhlükəsizlik orqanları rəhbərlərinin görüşündə sıralarında 100-dən çox xarici ölkədən muzdlular olan ”İŞİD” və ”ƏI-Nusra’’ya yeni qəbul olunanların Suriya, İraq və həmsərhəd dövlətlərin ərazisində təlim keçdiklərini, Afrika, Avropa və Cənub-Şərqi Asiya ölkələrində olan regional terror təşkilatları rəhbərlərinin də ”İŞİD’’-ə sədaqət andı içdiklərini qeyd etməklə, əslində, ikili standartlar siyasəti yürüdüb maraqlarını "terror taranı”nın köməyi ilə reallaşdırmağa çalışan dünya və regional güc mərkəzlərini göstərib ,"İŞİD“-j gücləndirənlərin ünvanını nişan vermiş oldu.

Məsələnin kökündə isə, ilk dəfə əhalinin sayının həndəsi, resursların ədədi silsilə ilə artdığını, belə davam edərsə, yaxın gələcəkdə Yer kürəsinin kütləvi aclıqla üzləşəcəyini deyən ingilis iqtisadçısı Tomas Maltusun (1766-1834) resurs məhdudluğu ilə bağlı xəbərdarlığı dayanır. ABŞ Baş Kəşviyyat idarəsinin polkovniki Alen Dalles (1893-1963) idarəetmə mexanizmlərini araşdırıb bu qənaətə gəlir ki, dünya iqtisadiyyatının rıçaqları 300 varlı ailənin ("300- lər Komitəsi’’) əlində cəmlənib. Elmi-tədqiqatlara yekun vurulanda məlum olur ki, təbii ehtiyatlar yalnız 1 milyard insanın normal yaşayışını təmin edə bilər. Onda, növbəti 100 ildə Yer kürəsində əhalinin sayını bir milyarda çatdırmalı olan (H5N1, H1N1 və s. viruslarla quş, donuz qripləri kimi yoluxucu xəstəliklərin yayılması, genləri dəyişilmiş sağlamlığa zərərli ərzaq məhsulları istehsalının təşkili, günahsız insanların məhvi ilə nəticələnən terror aktları, müharibə ocaqlarının alovlanması və s.) "qızılmilyard” layihəsi meydana gəlir. ABŞ, Kanada, Qərbi Avropa, İsrail və Yaponiya əhali-sinin daxil edildiyi bu bir milyardin tərkibində Şərqi Avropa və Asiyanın digər dövlətlərinə və MDB əhalisinə yer ayrılmırdı.

Təbii ehtiyatların əsas hissəsinin yer kürəsinin 1/6-ində yerləşən SSRİ-də cəmləşdiyini, Avropada isə, 2020-ci ilə qədər tükənəcəyini öyrənən Qərb dövlətləri hərəkətə keçir: SSRİ-nin parçalanmasına hesablanan ”Harvard Proqramı’ hazırlanır və 1985-ci ildə KP MK-nın Baş katibi Çernenkonun ölümü ərəfəsində ABŞ-ın başçılığı ilə "Böyük Yeddilik” toplanıb SSRİ-ni 52 kiçik dövlətə parçalamaqla bağlı qərar qəbul edir. Bu proqramın həyata keçirilməsi üçün ayrılmış yüz milyard dollarla vəsait KP MK rəhbərliyinin, yerli icra strukturları və KİV-in ələ alınmasına sərf edilir. Əsas prosesə - qloballaşmaya start verilir və SSRİ dağılır.

FTX-nın rəhbəri Alen Dalles, hələ 1945-ci iidə "Amerikanın müharibədən sonrakı dövrdə SSRİ-yə qarşı həyata keçirməli olduğu doktrina ilə bağlı düşüncələrim" kitabında yazırdı:

- İnsan beynində anlayışların yerini dəyişmək yolu ilə xaos yaratmaq, mənəvi dəyərləri uydurulma dəyərlərlə əvəz edib insanın bu yeni, saxta dəyərlərə tapınmasına nail olmaq olar: "azad cəmiyyət" kon­sepsiyasına əsaslanan "təhsil reforması” nın aparılması və "elmi axtarışlara dəstək”, "azad mətbuat”, TV və təhsil sisteminin yenidən qurulub maliyyələşdirilməsi kimi...;

teatr, kino və ədəbiyyat nümunələrində qəddarlıq, satqınlıq, üzüdönüklük, seks kultu kimi utancverici nə varsa onu tərənnüm edib insanları mənəviyyatsızlığa səsləyən "sənətkarlara hərtərəfli dəstək verməklə, tədricən mədəni, maarif, sosial, xeyriyyə sahələrində dövlətin iştirakını sıfırlayan "qeyri-kommersiya” sektoru, qeyri hökumət təşkilatları (QNT) yaratmaq, leqal qanun-verici icra orqanları səviyyəsində cəmiyyətdə bu sahələrə nəzarətin itirilməsinə nail olmaq. Bir sözlə, sivil yolla cəmiyyətin təməl daşı olan ailə institutunun dağılmasına, insanı insan edən mənəvi dəyərlərin deqradasiyaya uğrayıb şüurlardan transformasiya edilməsinə, xalqların milli öz-əlliklərini itirib "qızıl milyard” üçün resurs əlavəsinə çevrilməsinə şərait yaratmaq;müntəzəm və ardıcıl şəkildə nəfsinə sahib çıxa bilməyən rüşvətxor, əxlaqsız, əyyaş, qətiyyətsiz rəhbərləri dəstəkləməklə məmur azğınlığına haqq qazandırmaq, icra strukturlarında xaos və qarışıqlıq yaratmaqla xalqın hakimiyyətdə olanlara inamını sarsıtmaq. Süründürməçilik və bürokratizmi, harınlıq və xudpəsəndliyi məmur üçün zəruri keyfiyyətlər səviyyəsinə qaldırıb şərəf və ləyaqəti gülüş hədəfinə çevirib keçmişin qalığı, heç kəsə lazım olmayan məziyyətlər kimi təqdim etmək: qərb nümunəsi əsasında "vətəndaş cəmiyyəti” adlanan qurumlar yaradıb yeni qanun layihələrinin hazırlanmasına, mövcud proqramlara yenidən baxılmasına nail olmaq, sosial işçi və hüquqşünas kadrların hazırlığı adı altında universitetlər yaradıb maliyyələşdirmək və s. kimi...

A. Dallesin 1945-ci ildə icrasına start verdiyi bu planda deyilirdi: - ”nə baş verdiyini çox gec, çox az sayda insan anlayacaq. Onlar da bir yolla haqsız çıxarılıb gülünc vəziyyətə gətiriləcək”.

Artıq rüşeymlərinin hər addımda boy göstərdiyi bu acımasız konsepsiya "sivil dünya’’nın maliyyə qaynaqları, informasiya vasitələri və qabaqcıl texnologiyalar üzərində nəzarətini təmin edib, "qızıl milyard" ölkələrinin dünya bazarlarına çıxarılan xammal əlavələrinin azad ticarətindən asılılığını aradan qaldırmalı, onların təbli ərzaq məhsullarına tələbatını ödəməli idi. Bir sözlə, "qızıl milyard ’ın yüksək yaşayış səviyyəsi dünyanın qalan hissəsinin siyasi, hərbi və iqtisadi geriliyə sürüklənməsi, ağır sənayesi çökdürülüb elmi-texniki inkişafı əngəllənən, təhsili bərbad vəziyyətə gətirilən ölkələrin ucuz işçi qüvvəsi mənbəyi, xammal əlavəsi halına gətirilib zərərli istehsalat tullantılarının saxlanıldığı poliqona çevrilməsi yolu ilə təmin edilməli idi.

SSRİ-nin süqutundan və ikiqütblü sistemin sosialist qanadının dağılmasından sonra daha da intensivləşən qloballaşdırma prosesi ölkələrdən vahid iqtisadi sistemə qoşulub iqtisadiyyatlarını liberallaşdırmağı tələb edir; beynəlxalq təşkilat və institutların (BMT, Avropa Şurası, Dünya Ban-kı, BVF, Hu- man Rights Watch və s.), transmilli korporasiya və maliyyə qurumlarının funksiyaları artdıqca hakimiyyətdə olanların ölkə iqtisadiyyatına təsir imkanları məhdudlaşır; dünya informasiya, ideya və onların daşıyıcılarının, kapital, məhsul və xidmətlərin daim hərəkətdə olduğu vahid məkana çevrilirdi. Xidmət, istehsal və ticarət sektorları dünya çapında sərbəst hərəkət etmək imkanı qazanır, mövcud baryerləri aşmağa istiqamətləndirilən milli-mədəni dəyərlərin vahid lokal normalara uyğunlaşdırılması prosesi gedirdi. İnformasiya texnologiyalarının inkişafı elmi-texniki tərəqqini sürətləndirməklə yanaşı, həm də beynəlxalq qurumlara istənilən dövlətdə insan haqlarını, sosial problemləri qabardıb sabitliyi pozmaq, əhali ilə hakimiyyəti üz-üzə qoyub qarşıdurma yaratmaq imkanı verirdi. Təhsil, bank sistemi, səhiyyə və s. kimi strateji sahələrdə vahid yanaşmanın ortaya qoyulması beynəlxalq təşkilatların, bu qurumlara üzv olan dövlətlərə təsir imkanını genişləndirir, təhsilin çökdürülməsi kütləni yanlış səmtə yönəltməyi asanlaşdırırdı. Hakimiyyətin ölkədaxili siyasi-ideoloji durum, istehsal və maliyyə qaynaqlarına nə­zarət kimi məsələləri tələb olunan çərçivədə həll etməsi tək iqtidarın strateji sahələrə nəzarət rıçaqlarını zəiflətmir, həm də supergüclərin, zərurət hiss edildikdə bu ölkədə vəziyyətdən öz geosiyasi rəqiblərinin zəiflədilib məhv edilməsi məqsədilə istifadə etməsinə şərait yaradırdı.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən dövlətlərdə təhsil, səhiyyə, bank sistemi, qeyri-hökumət təşkilatları (QHT) və s. üçün ayrılan yüz milyonlarla (S) maliyyə vəsaiti, 2011-ci ildən bəri ərəb dünyasında baş verənlər və 2016-cı ilin axırlarında Türkiyədə qarşısı alınan dövlət çevrilişinə cəhd, əslində ssenarisi Qərbdə cızılmış ikili standartlar siyasətinin məntiqi davamı, supergüclərin dünya hegemonluğuna istiqamətlənmiş qloballaşma planının tərkib hissəsidir.

ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), Ford Fondu və Beynəlxalq Respublikaçılar institutu tərəfindən maliyyələşən Albert Eynşteyn adına institutun təsisçisi və rəhbəri, "rəngli inqilablar ideoloqu amerikalı Cin Şarpın (Gene Sharp, 1928) yazdığı kitablarda ("Diktaturadan demokratiyaya doğru", "Qeyri-zora- ki hərəkətlərin 198 üsulu" və s.) haqqında söhbət gedən hakimiyyət dəyişikliyi texnologiyası (siyasi şantaj, zor gücünə hakimiyyəti devirmək üçün tətbiq edilən taktiki gedişlər) da inqilabların xaricdən idarə olunan siyasi qeyri-stabilliyin nəticəsi olduğunu, haqqında söhbət gedən üsulların 80-ci İllərin sonunda Baltikyanı respublika­larda, daha sonra isə Gürcüstan, Ukrayna və ərəb dövlətlərində sınaqdan keçirildiyini təsdiqləyir. Müəllif seçkilərin qeyri-legitim keçirilməsi və s. kimi bəhanələrlə inqilabi prosesə start verilməsi üçün lider, kütlə, radikal qruplaşmalar, qeyri-stabil sosial-siyasi vəziyyət, maliyyələşmə kimi 5 şərtin ödənilməsini zəruri sayır, inqilabların katalizatoru rolunda Qərbdə təlim keçmiş liderlər və radikal qruplaşmalar çıxış edirdi.

Sosial şəbəkələrin təsiri altında şüuraltı səviyyədə psixoloji təzyiqə məruz qalıb etiraz aksiyasına qoşulan iştirakçıların dayanıqlı fəaliyyəti təmin olunur, onların maddi vəsaitə, çadır, ərzaq və s. olan tələbatı ödənilirdi. Hərəkətləri refleks və instinktlərlə tənzimlənən kütlə kütləvi iğtişaşlar törədilməsi və fiziki güc tətbiqi hədələri ilə ölkə iqtidarına hakimiyyətin təhvil verilməsi kimi tələblər irəli sürür, iqtidar təzyiqə tab gətirə bilməyəndə, ’’inqilabı” idarə edən qüvvələr Misir, Gürcüstan və Ukraynada olduğu kimi hakimiyyəti ələ keçirirdi. Yox, əgər dirəniş göstərsə xaricdən hərbi müdaxilə və qiyam qaçılmaz olur, vətəndaş müharibəsi başlayırdı. Skype, Vi- ber, Whats App kimi texnologiyaların köməyilə prosesi koordinasiya edən xarici güclər ya hakimiyyətə özlərinə daha çox güzəşt vəd edən müxalif qüvvəni gətirir, ya da, mövcud iqtidarı daha çox güzəştə gedib ölkəni diktə edilən kimi idarə etməyə məcbur edirdi.

İnqilab planlaşdırılan ölkələrdə din, korrupsiya, milli azlıqlar, demokratiya, insan hüquq və azadlıqlarına dair məlumatların toplanılıb mətbuata sızdırılması, radikal qruplaşmalarla, gənclər təşkilatları və dini kontingentlə iş aparılması, sifarişçini maraqlandıran sosial qrupların cəmiyyətə müsbət imicdə təqdim olunması və narazı kütlənin formalaşdırılması əslində vahid məqsədə - hakimiyyətdə olanları daha çox güzəştlərə get­məyə məcbur buraxmağa xidmət edir. Başqa cür də ola bilməz. Çünki, Qərb dairələri agentura şəbəkələrini işə salıb hərarəti artırmaqla, siyasi təlatümlər, xaos yaratmaqla öz siyasi ambisiyalarını təmin etməyə böyük pullar axıdır.

Siyasi məqsədlərə sərmayə kimi qoyulan bu pullar hansı sosial qrupla işləyib, hansı qrupu yeni qüvvə kimi ortaya çıxarmaqla bağlı təlimatlandırılan QHT-lərə ötürülür. Və, təbii ki, bu qədər zəhmət və xərci çə­kənlərin məqsədi kimlərəsə "bahar’’ gətirmək yox, əldə etdikləri siyasi üstünlüyü saxlamaqla iqtisadi qüdrətlərini artırıb dünya hegemonluğuna iddialarını ortaya qoymaqdır. Postsovet məkanında, Yaxın Şərqdə və Şimali Afrikada ’’rəngli inqilabların təhlili göstərir ki, iqtidarın siyasi iradəsizlik göstərib vaxtında adekvat addımlar atmadığı hallarda hadisələr, məhz bu ssenari üzrə inkişaf edir və hakimiyyət dəyişikliyi ilə sonuclanır. Uğur isə, əhalinin daha böyük hissəsinin rəğbətini və dəstəyini qazanan qüvvənin tərəfində olur. Amma, bu halda da, udan xarici güclər, uduzan isə inqilabın baş verdiyi dövlətin daha da acınacaqlı duruma düşən yerli əhalisi olur. Bu baş verməsin, dövlətçiliyə təhlükə yaranmasın, sərvətlər talanmasın, ölkə xarici güclərin poliqo­nuna çevrilməsin, əhali ayaq altında qalıb qırılmasın deyə, aparılan maarifləndirici iş gücləndirilməli, təbliğatın effektivliyi artırılmalıdır. Bu da yayımlanan informasiyanın inandırıcılıq dərəcəsimin artırılmasını, korrupsiyaya bulaşmış dövlət yetkililərinin vəzifədən uzaqlaşdırılmasını, azğın məmurların cəzalandırılmasını, icra strukturlarına peşəkarların gətirilməsini, insanların rifahının yüksəldilməsini tələb edir, çünki, "xalqın gözü tərəzidir və tükü-tükdən seçir”. Deyilənlər əks təsir verməsin, ”ac qılınca çarpmasın” deyə, təbliğat məntiqli olub reallığa söykənməlidir, çünki, "yalan ayaq tutsa da, yerimir”, müasir texnologiyalar nəyisə xalqdan saxlamağa imkan vermir. Azadlıq, insan haqları, demokratiya pərdəsi altında çirkin oyunlar oynayıb siyasi proseslərin gedişini öz xeyirlərinə dəyişməklə maddi gəlir əldə etməkdən, təsir dairələrini genişləndirmək üçün insanları məhvə sürükləməkdən çəkinməyən dairələri, yalnız təkzibolunmaz dəlillər, real faktlar və tutarlı arqumentlər susdura və yenə də yalnız xalqın dəstəyi dayandıra bilər.

Bu dəstəyi qazanmaq üçün isə qanunlar işləməli, iqtidar-vətəndaş münasibətləri güc, prinsip və maraqların deyil, hüququn üzərində bərqərar olmalı, sabitlik dəyənək, təzyiq gücünə deyil, əhalinin etibarını qazan­maq yolu ilə təmin edilməlidir. Məmurlar anlamalıdırlar ki, qeyri-qanuni yollarla əldə edilib xarici banklara yatırılan sərvət, onları talayanın sonunu gətirib vətəndaşı olduğu ölkənin dağılmasına səbəb ola, dövlətçiliyə təhlükə yarada bilər. Liviyada dinc əhalini diktatorundan qorunaq üçün BMT TŞ-nın qəbul etdiyi qətnamə demokratikləşməyə alternativin olmadığını, əhali ilə təzyiq dilində danışmağın təhlükəli olduğunu, dinc insanların öz hökumətləri tərəfindən kütləvi şəkildə qırılmasının beynəlxalq müdaxilə ilə nəticələnə biləcəyini göstərdi.

Kataloniyanın referendum keçirib mərkəzləşdirilmiş dövləti rədd etməsi, Avropanın potensial separatçıları üçün də siqnal oldu: müstəqillik qazanmağa can atan qruplar fəallaşdı. İspaniya hökumətinin müstəqillik referendumunu zorakılıqla boğmaq cəhdləri, bu dövlətin demokratik normalara sadiqliyi ilə bağlı suallar doğurdu və Yaxın Şərq ölkələri ilə yanaşı, Qərb ölkələrinin də öz dəyərlərinə yenidən baxmalı olduğunu göstərdi. Təsdiq olundu ki, Avropa Birliyi ölkələri özləri də, başqa ölkələrə münasibətdə daim müdafiə etdikləri, BMT nizamnaməsində əksini tapmış milli azlıqların öz müqəddəratlarını təyinetmə hüququnun reallaşmasına hazır deyillər. Və, bu hüququ reallaşdırmaq istəyən milli azlıqlar, son nəticədə iflasa məhkumdur. Bir sözlə, Qərbdə planı cızılmış ikili standartlar siyasəti bumeranq effekti verib, onu tətbiq edənlərin özünə qayıtdı. Başqa dövlətlərdə separatçıları dəstəkləyib bu ölkələrin ərazi bütövlüklərinə təhlükə yaratmaqla öz maraqlarını təmin etməyə çalışanlar, indi özləri separatçıları zorakılıqla dayandırmalı oldular.

Azərbaycanın ərəb dünyasında baş verən hadisələrə neftlə zəngin digər dövlətləri də qarışdırıb cəmiyyətdə rezonans yaratmağa hesablanmış informasiya müdaxilələrinə (”Wiki- Leaks”in açıqla-maları və s.) münasibətdə təmkin nümayiş etdirməsi və dövlət başçısı səviyyəsində balanslaşdırılmış siyasətə üstünlük verilməsi, sərvətimizi talan edib ərazimizi bölüşdürmək həvəsində olanların arzularını gözlərində qoydu. 2015-2016-cı illərdə Prezident İlham Əliyevin iqtisadi hədəflərin qarşısında olan əngəllərin (xüsusilə gömrük və sahibkarlıqla bağlı) aradan qaldırılması, problemli sahələrdə əsaslı struktur dəyişikliklərinin aparılması, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik

prinsiplərinin geniş formada tətbiqi ilə bağlı imzaladığı fərman və sərəncamlar, ölkənin gələcək daxili və xarici siyasətinə də təsirini göstərdi. 2016-cı il mayın 27-də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə "Buta” sarayında keçirilən rəsmi qəbulda Azərbaycanda sərbəst toplaşma azadlığının, demokratiyanın olmamasından və insan hüquqlarının pozulmasından, avtoritar rejimin hökm sürməsindən danışıb iqtidarı ittiham edənlərin diqqətini demokratiyanın beşiyi sayılan ölkələrdə nümayişçilərin vəhşicəsinə döyülməsinə yönəldən dövlət başçımız, ikili siyasət yürüdənlərin dərdinin demokratiya olmadığının fərqində olduğunu dünyaya bəyan etmiş oldu. Qərb dövlətləri səfirlərinin də iştirak etdiyi tədbirdə dövlətimizin milli maraqlarımıza zidd idarə edilməsinə cəhd edənlərin, bu alınmayanda ölkənin siyasi rəhbərliyini və şəxsən onun özünü hədəfə alan kampaniyaya start verdiklərini deməklə, İlham Əliyev diqqəti, onunla təzyiq dili ilə danışmaqla nəyəsə nail olmağın qeyri-mümkünlüyünə yönəltmiş oldu.

Azərbaycanın 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə yanaşı, bu il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməsi, ölkəmizin müasirliklə yanaşı, islami dəyərlərə də sadiq­liyinin göstəricisidir. Bu yarış, Prezident ilham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında dediyi kimi tək idman tədbiri deyil, həm də, Azərbay­canın bu gün islama tapınanlar haqqında geridə qalmış sivilizasiya kimi rəy formalaşdırıb islamofobiyaya rəvac verənlərə, İslamı dünyaya təhlükə kimi qələmə verib terrorizmlə eyniləşdirənlərə cavabıdır. Bakıda bu oyunların keçirilməsi təriqətlərə parçalanmış islam aləminin birləşib onları ayıran məsələlərlə bağlı ortaq məxrəcə gəlməsi, gücümüzün, imkanlarımızın, dini dəyərlərimizə sadiqliyimizin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətdin münasibətlərini məzhəblərarası etimad mühitində quran, müsəlman dövlətləri üçün nümunə ola biləcək dini-dünyəvi dövlətçilik modelinə malik Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda islam dünyasının maraqlarını daim önə çəkir. Dinlərarası qarşıdurmaların baş vermədiyi Azərbaycanda pravoslav və katolik kilsəsi fəaliyyət göstərir, digər dinlərin təmsilçiləri dini ayinləri sərbəst icra edə bilirlər.

Günbəgün addımları sürətlənən qloballaşma şəraitində informasiya yayımı vasitələrinin istənilən vaxt bilavasitə bu, yaxud digər şəxsin beynində formalaşan rəyə, onun dünyanın hansı nöqtəsində məskunlaşmasından asılı olmayaraq təsir göstərmək imkanı əldə etməsi, informasiya axınını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevirib. Və, görünən budur ki, artıq informasiyanın toplanması, saxlanması, işlənilib yayılması və istehsalı proseslərinə öz qayda və qanunlarını diktə etməklə dünya çapında söz sahibi olmağa can atan beynəlxalq media şirkətləri də, bunun fərqindədirlər. Senzura tarixə qovuşsa da, transmilli korporasiyalar (və şübhəsiz ki, onların arxasında duranlar) xəbərlərin manipulyasiyası yolu ilə supergücləri dünya hegemonluğuna aparıb ölkələrarası sərhədlərin, mədəniyyətlərarası fərqlərin silinməsinə yönələn məqsədyönlü təbliğat aparır, beynəlxalq rəyi nəzarətə almağa çalışırlar. 1991-ci ildə, belə bir mürəkkəb şəraitdə müstəqilliyini bərpa etmiş Azərbaycanın də üzvü olduğu beynəlxalq təşkilatların yürütdüyü "ikili standartlar” siyasətinə, "mətbuat, söz azadlığı, insan haqları” ilə pərdələnmiş tələb, təpki və təzyiqlərinə dirəniş göstərilməsi və milli-mənəvi dəyərlərimizə zidd qanunların qəbulunun əngəllənməsi media və dövlət qurumlarının birgə, sinxron fəaliyyətini qaçılmaz edir. Və, bu prosesdə ağırlığın əsas hissəsi də, elə peşəkar media kapitanlarının çiyninə düşür.

İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "İslam həmrəyliyi və media” mövzusunda konfrans da əhalisi bu sülh, mərhəmət dininə (islam) tapınan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin media ilə əməkdaşlığa açıq olması və media nümayəndələrinin dini maarifləndirmə ilə bağlı tədbirlərdə iştirakı, Həsən bəy Zərdabi tərəfindən əsası ("Əkinçi”) qoyulmuş Azərbaycan mətbuatında dini dəyərlərə və din xadimlərinə qarşı həssas münasibətin formalaşmasına zəmin yaradıb.

Bu gün jurnalistlərimizin radikalizm və ekstremizm meyllərini, mövhumatı, xurafatçılığı davamlı tənqid edib əhalini dini təriqətlərlə, onların nümayəndələrinin apardığı zərərli təbliğatla bağlı maarifləndirilməsinə ehtiyac var. ’’islam Həmrəyliyi ili” ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlər çərçivəsində jurnalistlərimizin İslam ölkələrinə səfəri və xarici jurnalistləri Azərbaycanda qəbul etməsi, bu maarifləndirmənin sərhədlərini daha da genişləndirmiş olur. Dini məsələləri daim gündəmdə saxlayan Azərbaycan, İslam ölkələri üçün örnək ola biləcək media modelinə malikdir. Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatında keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin toplantısında İslam ölkələrinin media qurumlarını birləşdirən bir təşkilatın (yəqin ki, mərkəzi ofisi Bakıda yerləşəcək) yaranması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir. Güclü, qüdrətli İslam Birliyini formalaşdırmağı hədəf seçmiş belə bir təşkilatın yaradılması İslam dünyasının problemlərinin müzakirə edilib araşdırılması, təriqətlərarası ziddiyyətlərin aradan qaldırılması istiqamətində atılan addım olacaq. Bu təşkilatın ölkələrimiz arasın­da qarşılıqlı əməkdaşlığın tənzimləməsinə yönələn koordinasiya olunmuş fəaliyyət sərgiləyib hamılıqla ortaq mövqedən çıxış etməyimizi təmin etməsi şərtdir.

İslam aləminin əqidə birliyinə və mənəvi həmrəyliyə, siyasi dəstəyə ehtiyac duyduğu bir vaxt-da Azərbaycanda 2017-ci ilin ’’İslam həmrəyliyi ili” elan edilməsi, müsəlman ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsinə yönələn addım, islam dünyasında əmin-amanlığın, sülhün təmin olunmasına verdiyimiz töhfə olacaq. Bu gün islama qarşı çirkin kampaniyaya rəvac verib müsəlmanları qarşı-qarşıya qoymaqla yenməyə çalışanlar qarşılarında vahid mövqedən çıxış edən güclü, qüdrətli islam Birliyini görüb geri çəkilməli, hədəflərinə çatmamalıdırlar!

Dünya qlobal hərbi-siyasi kataklizmlərin məngənəsində çalxalandığı bir dövrdə Azərbaycanın ’’sabitlik adası” olaraq qalmağa davam edib bölgənin lider dövlətinə, dinlər və sivilizasiyalar-arası dialoqların mərkəzinə çevrilməsi, ölkə başçısı səviyyəsində yürüdülən düşünülmüş siyasətin nəticəsidir. Bu əmin-amanlığın fərqində olub, hansısa xarici çevrənin bizi çirkin oyunlara alət etməsinə yol verməməliyik. Məkrli planlar güclü Azər­baycan qarşısında iflasa uğramalıdır!