Üç nöqtə. - 2017.- 17 noyabr. - ¹ 204. - S. 10.

 

İslam ölkələrinin həmrəyliyində Azərbaycan payı...

 

Azərbaycan İslam ölkələrinin həmrəyliyi istiqamətində yalnız bəyanatlarla çıxış etmir, təcrübədə işlər görür

 

Könül Əhmədova

 

"İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-bin ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edirəm" - bu fikirləri Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu ilin əvvəlində Prezident İlham Əliyev səsləndirib.

 

"İslam dünyasının problemləri biz də yad deyil"

 

Ümumi götürdükdə, Azərbaycanın İslam dünyasında qazandığı nüfuz hələ 2009-cü ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə öz əksini tapıb. 2016-cı ılm "Multikulturalizm ili" elan olunması, 2017-cı ildə isə IV islam oyunlarının Bakı şəhərində keçirilməsi, bu ilin "islam həmrəyliyi ili" elan edilməsi və 2018-ci ildə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması və s. işlər görülüb və davam edir. Əslində qarşıya qoyulan məqsəd, gedilən yol bəllidir, görülən işlər isə göz önündədir. Bəs gördüyümüz işlərin nəticəsi nə dərəcədə effektlidir? İslam ölkələrinin həmrəyliyində Azərbaycan payı nə dərəcədədir?

Politoloq Fikrət Sadıxov deyir ki, islam həmrəyliyi - yeni bir anlayış deyil islam dininə məxsus olan dövlətlər əməkdaşlıq edir, biri-birini dəstəkləyir və müdafiə edirlər. Bəzi məsələlərdə onla­rın mövqeyi üst-üstə düşür, bir sıra problemlərlə bağlı beynəlxalq arenada birgə çıxış edirlər: "Biz Azərbaycan olaraq bu istiqamətdə müxtəlif addımlar atmışıq. Bakıda tədbirlər keçirilir, dini nümayəndələrin qəbulu təşkil olunur. Düzdür, müxtəlif dinin nümayəndələri də bu görüşlərdə iştirak edirlər, lakin biz heç vaxt müsəlman dünyasının bır tərkib hissəsi olduğumuzu gizlətmirik, islam dünyasının problemləri biz də yad deyil".

Politoloqun sözlərinə görə, bir sıra islam ölkələri nəzəri cəhətdən islam həmrəyliyinə sadiq olmaları haqqında bəyanatlar versələr də, təcrübədə ilk növbədə öz maraqlarını müdafiə edir və ön plana çəkirlər. Bu isə islam həmrəyliyi prinsiplərinə, anlayışına, əməkdaşhğına zidd hərəkət kimi qəbul olunur: "Bəlkə də, Yaxın Şərqdə ərəb ölkələrinin ona görə bu qədər problemlən yaranıb ki, onlar lazım olan mürəkkəb anlarda həmrəy olmurlar. Bir sıra dövlətlər tərəfindən onlara qarşı dağıdıcı addımlar atılanda həmrəyliyi itirirlər. Beynəlxalq münasibətlər sistemində artıq bu cür reallıqlar var".

 

"Ölkəmiz yalnız bəyənatlarla çıxış etmir, təcrübə bunu əyani nümayiş etdirir"

 

F. Sadıxov bildirdi ki, islam ölkələri həmrəy olmaq istəyirlərsə, bunu sözdə yox, əməldə göstərməlidirlər: "Konkret mürəkkəb bir vəziyyət yarananda həmrəy olmalı və bir-birim dəstəkləməlidirlər. Mən islam ölkələrinin həmrəyliyə tam zidd addımlar atdıqlarını, bütövlükdə bu cür birliyə qarşı çıxış etdiklərini də demirəm. Amma həmrəyliyə qarşı çıxış edən bir sıra aparıcı dövlətlər öz niyyətlərinə və məqsədlərinə nail ola bilirlər. Çünki, bu həmrəyliyi qırır və öz maraqlarım həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirlər, islam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanın ərazi bütövlüyü haqqında bəyanatlar verib, dəstəyim nümayiş etdırib. Müxtəlif beynəlxalq tribunalardan çıxışlar zamanı bizi müdafiə edib və s. Bir sıra müsəlman dövlətləri - Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və s. -lər bizim mövqeyimizi çox qabarıq şəkildə müdafiə edirlər".

Politoloq əlavə etdi ki, islam həmrəyliyi istiqamətində ölkəmiz yalnız bəyənatlarla çıxış etmir, təcrübə bunu əyani nümayiş etdirir: "Biz islam dünyasının tərkib hissəsi olduğumuzu inkar etməmişik. Bununla yanaşı, biz Avropanın da tərkib hissəsiyik. Bütün məsələlərdə beynəlxalq münasibətlərdə islam ölkələrinə və onların maraqlarına zidd bir hərəkət baş verəndə biz islam dünyası ilə həmrəyliyimizi göstəririk. Biz bunu müxtəlif hallarda həm bəyanatlarda, həm də əməllərdə sübut etmişik, həmişə onların yanında olmuşuq. Bizim müxtəlif müsəlman ölkələri ilə, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan, İraq, Fars körfəzində yerləşən bir sıra dövlətlərlə münasibətlərimiz çox yaxşıdır. Bu günə qədər Səudiyyə Ərəbistanı və Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmaması bizim üçün çox önəmlidir. Eyni zamanda qardaş, müttəfiq ölkəmiz Türkiyə nəinki, Ermənistanla diplomatik əlaqələr qurmayıb, hətta onunla sərhədləri də bağlayıb. Düşünürəm ki, bu əsl həmrəyliyin möhürüdür".

 

"Azərbaycanın tarixən islam dünyasında mühüm yeri olub"

 

Politoloq Zaur Məmmədov bildirdi ki, islam dünyası yer kürəsinin təxmini 50 dövlətindən çoxunu və 2 milyard sakinini özündə birləşdirir. Bu gün paytaxt Bakı beynəlxalq arenada demək olar ki, bütün islam dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləmələrinə nail olub: "2017-ci il bu xüsusda xüsusi yer tutub. islam oyunları da daxil olmaqla müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın sədası ərəb və islam dünyasının hər bir vətəndaşının qapısına qədər gedib çatıb. Beynəlxalq miqyasda ikitərəfli əlaqələrdə təkcə siyasətçilər arasındakı münasibətlər deyil, eyni zamanda xalq diplomatiyası da çox vacibdir, islam ölkələri ilə münasibətlərimizin yüksək səviyyədə olmasının ən böyük payı təbii ki, hakimiyyətin bu istiqamətdə apardığı siyasətdə dayanır".

Z. Məmmədov bildirdi ki, islam oyunları ilə yanaşı, keçən il ölkəmizdə keçirilən IV Umumdttnya Mədəniyyətləra- rası Dialoq Forumunun da həmrəylik məsələsində rolunu qeyd etmək olar: "Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarım, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərim, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalılan bir platformada birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qar­şılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradıb. Sivilizasiyalann kəsişməsində yer alan Bakının bugünkü beynəlxalq təhdidlər zamanı dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi olduqca mühümdür".

Z. Məmmədovun sözlərinə görə, Azərbaycan islam ölkələri arasında bütün müsəlman ölkələri ilə mehriban dostluq münasibətlərinə malik nadir dövlətlərdən biridir: "Azərbaycanın tarixən islam dün­yasında mühüm yeri olub. Müsəlman dünyasının mərkəzi olan Səudiyyə Ərəbistanı, əhalisinin sayma görə birinci olan İndoneziyadan sonra Azərbaycanın İslam oyunlarına ev sahibliyi etməsi mühüm hadisə idi. Bu, coğrafi cəhətdən kiçik Azərbaycanın islam ölkələri arasında xüsusi nüfuzunun olmasının göstəricisidir. Beləliklə, islam dünyasında Azərbaycanın yeri və rolu mövzusundan danışarkən, Bakının müsəlman dünyasında cərəyan edən proseslərin passiv iştirakçısı kimi deyil, proseslərdə fəal iştirak edən bır subyekt dövlət kimi qeyd edə bilərik. Tarixən islam dünyasının önündə gedən ölkəmiz bu gün də bu missiyanı uğurla davam etdirir".

 

"Bu, heç də hamar, asan və qısa müddətdə gediləsi yol deyil"

 

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə deyir ki, islam dünyası müxtəlif dil qruplarının, adət-ənənələrinin, fərqli coğrafi qurşaqda yaşayan insanları birləşdirən bir aləmdir. Bu həmrəylik dünyaya bir qüvvə kimi çıxılması, ölkələrin qarşısında duran bir sıra problemlərin həllində bir mövqedən çıxış edilməsidir: "Eyni sualı xristian, yaxud budda həmrəyliyi ölkələrinə də vermək olar. Hansısa bir həmrəylik prinsipi əsasında toplanan ölkələr inteqrasiya, qarşılıqlı münasibət və anlaşmada maraqlıdır. Bu, heç də hamar, asan və qısa müddətdə gediləsi yol deyil. Amma əsas istəyin olması və bu prinsiplərin qəbul edilib həmin prinsiplərlə irəli gedılməsıdir. Ölkələr bır-bırinə dəstək göstərsələr, yaxın münasibətlər qursalar, qarşıya qoyulan məsələlər də tezliklə həll olar".

Millət vəkili deyir ki, Azərbaycanın islam dünyasında özünəməxsus nüfuzu var: "Azərbaycan ənənəvi islam ölkəsidir. İslami dəyərlər cəmiyyətdə çox vacib yer tutur. Eyni zamanda islam dünyası ölkələri ilə sərhədik. Türkiyə, İran, Xəzərdən o tərəfdə Mərkəzi Asiya, Ərəb ölkələri, uzaq olsa da, Malayziya, İndoneziya, Cənubi Afrika və Cənubi Amerikada yerləşən islam ölkələri ilə sıx münasibətlərimiz var. Bütün bu əlaqələr Azərbaycanın dost ölkə kimi tanınmasına və Azərbaycanla dostluğa marağın artmasına səbəb olur. Azərbaycan ilk növbədə bu ölkələrlə münasibətdə qarşılıqlı maraqlan nəzərə alır. Bu ölkələrlə birlikdə dünya problemlərinin həlimdə birgə fəaliyyətə maraqlı olduğunu göstərir. Azərbaycan əməkdaşlıq etdiyi bütün ölkələrdə özünü çox etibarlı bır tərəfdaş kimi göstərir. Ölkəmizin islam dünyasında özünəməxsus və çox nüfuzlu bir yeri var. Onun dövlət quruculuğu və islamı dəyərlərdən istifadə edilməsi, cəmiyyətdə islam dinini roluna dövlət tərəfindən böyük hörmətlə yanaşılması, islam təşkilatlarının fəaliyyətinə dövlət tərəfindən təşkilatı və maddi yardımın göstərilməsi islam dünyası tərəfindən görülür və dəyərləndirilir".

Millət vəkili İslam Həmrəylik Oyunlarının rolundan da danışdı. Bildirdi ki, bu oyunlar nəticəsində ölkələr bir-birilərini daha yaxından tanıdılar, potensiallarına bələd oldular, mədəniyyətlərin inteqrasiyası və qovuşması üçün şərait yaradıldı: "Ümumi bir islam dünyası olduğu aydınlaşdı. İslam dünyasında həm ənənəvi mühafizəkar islama, həm də liberal islama yer var. Bu ümumilikdə dəyərlərin bölüşdürülməsidir. Azərbaycanın həm islam ölkəsi, həm də Avropa dəyərlərinə hörmət edən bir ölkə olaraq, dövlət quruculuğunda böyük uğurları var və öz təcrübəsini islam dünyasının digər ölkələn ilə bölüşə bilir".

 

Yazı "İslam həmrəyliyi və media" mövzusundakı müsabiqəyə təqdim olunur