Səs. - 2017.- 20 oktyabr. - ¹ 191. - S. 7.

 

Azərbaycan islam həmrəyliyi ideyalarına sadiq olduğunu bir daha bəyan edir

 

Nəzakət Ələddinqızı

 

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında İslahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının ölkəmizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır.

Azərbaycan Prezidenti Cənab ilham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Cabitlik adası kimi tanınan Azərbaycan inamlı İnkişafını davam etdirir, ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. “Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir”- deyən İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Tarixi ipək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyətdədir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.

 

“İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycan dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-

amanlığa, birgəyaşayışa öz töhfələrini verir

 

Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan prinsipial və ədalətli mövqeyi ilə seçilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olması islam dünyasının bir parçası olan Azərbaycan il ərzində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verərək, sülhsevər siyasətini bir daha dünyaya bəyan edib. Dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər Məscidi inşa edilib. Bütün bu və ya digər amillərlə yanaşı, Azərbaycan islam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilib. Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi və yüksək imicə malik dövlətdir.

 

Müsəlman intibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan şərqlə qərb arasında birləşdirici körpü rolunu oynayıb

 

“İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilib. Bu tədbirlərin davamı olaraq, bu günlərdə Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu, Azərbaycanın islam həmrəyliyi ideyalarına, o cümlədən, mədənlyyətlərarası dialoq ənənələrinə sadiq olduğunu sübut edir və bu dövlətlər arasında əlaqələrin möhkəmlənməsində, qaynaqlanır. Təbil ki, Özbəkistan da islam dünyasının bir hissəsi kimi islam sivilizasiyasının inkişafına öz töhfəsini verib. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri islam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın imam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri olub və onları bütün dünyada tanıyırlar. Hazırda Özbəkistanda 130 xalq və millətin 16 konfessiyanın nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar.

İslam həmrəyliyi bu gün islam dünyası qarşısında duran mühüm vəzifələrdən olduğundan, bu bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman İntibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan Şərqlə Qərb arasında birləşdirici körpü rolunu oynamış və bu, davam etməkdədir. Azərbaycan Prezidenti Cənab ilham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə qeyd etdiyi kimi, ölkələrimiz islam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır. Müraciətdə qeyd olunur ki, bu gün tolerantlıq və multikulturalizm kimi tarixi ənənələrə sadiq qalan dövlətlərimiz öz xarici siyasətlərində islam dünyası ilə və başqa dövlətlərlə münasibətlərin möhkəmlənməsinə eyni səviyyədə mühüm əhəmiyyət verir. Daha sonra deyilir ki, bu gün dünyada insan sivilizasiyası üçün real təhlükə sayılan ziddiyyətli proseslər və hadisələr baş verir. Bəşəriyyət yalnız birgə səylərlə bu təhlükələrə qarşı dura bilər: “Bizi sevindirir ki, Azərbaycanda “islam Həmrəyliyi ili” elan edilən ildə xalqlarımız arasında olan dostluq münasibətləri dövlətlərimizin islam həmrəyliyi və dinlərarası dialoqun tərəfdarı olduğuna bir daha sübutdur”. Bu gün tolerantlığın məkanı, multikultural ənənələrə, islam dininə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizdə keçirilən “IV İslam Həmrəyliyi Oyunları” islam dünyasına böyük töhfə oldu. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, hə*ll edirik, biz dünyaya nümunə də göstəririk: “Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk”

 

Bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir

daha əyani surətdə göstərir

 

Konfransda Milli Məclisin ictimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti ilham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan edib: “Xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Belə ki, parlament “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunlar qəbul edib. Parlamentin komitə sədri vurğulayıb ki, xalqlarımızın islam sivilizasiyasına verdiyi töhfəni dahi Azərbaycan şairi Nizami Gəncəvinin, Azərbaycan alimi Nəsirəddin Tusinin, dahi özbək şairi Əlişir Nəvainin, məşhur alim və dövlət xadimi Mirzə Uluqbəyin yaradıcılığında görmək olar. Bu yaxınlığın nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkəndə Nizami Gəncəvinin abidələri qoyulub.

Müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması İslam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan bütün dünyada İslam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir.

Bu gün Azərbaycan müsəlman dünyası ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib. Dini durumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan Prezidenti ilham Əliyevin bu ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi bizi fərəhləndirməklə yanaşı, dövlətimizin başçısının islam birliyinə həssas münasibətini də göstərir. Ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Azərbaycanda milli-mənəvi dəyərlərə hörmət edilir.

Bütün islam dövlətləri ilə sıx əlaqədə ola Azərbaycan islam həmrəyliyi ideyalarına və mədənlyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da, təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Bəli, Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır.