İki sahil. - 2017.- 3 oktyabr. - ¹ 178. - S. 12.

 

Azərbaycanın dövlət müstəqilliyinin banisi

 

3 oktyabr 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın yüksək etimadını qazanaraq müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi

 

Xuraman İsnıayılqızı

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin banisi adlandırılması təsadüfi deyil. Sovetlərin tərkibində olduğumuz dövrdə, müstəqilliyimizin ilk illərində baş vermiş hadisələrin çətinliyini, mürəkkəbliyini xatırlamaqla Azərbaycanı bəlalardan qurtaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının tarixi əhəmiyyəti bəlli olur.

...Azərbaycan KP MK-nın 1969-cu il iyul ayının 14-də keçirilən tarixi plenumunun qərarı ilə öl­kəyə rəhbərliyə başlayan Heydər Əliyev kompleks proqramlarının həyata keçirilməsi ilə quruculuq salnaməmizə intibah dövrü kimi yazılan respublikanın dinamik inkişafını təmin etdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Azərbaycanın inkişafı naminə xidmətlərini əsirgəmirdi. Kreml rəhbəriliyinin yeritdiyi dəst-xəttə etiraz olaraq vəzifəsindən istefa verən Ümummilli Lider yenidən Vətənə dönərək doğma xalqı ilə birgə olmağa üstünlük verdi. Ulu öndər Heydər Əliyevin doğma torpağa möhtəşəm qayıdışı ilə iqtisadi inkişafımızın əsası qoyuldu. Bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunması, tənəzzülün qarşısının alınması, islahatların həyata keçirilməsi, iqtisadiyyatın dirçəlməsi ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsi olmaqla digər sahələrin tərəqqisinə, vətəndaş cəmiyyətinin qurulmasına da təkan vermişdir.

Azərbaycana qayıdan Ulu Öndər insanlara özünə inam hissini qaytardı. Vətənə dönüş tarixi do­ğulduğu Naxçıvanla başlayan Heydər Əliyev muxtar respublikaya rəhbərlik edərkən bütünlükdə Azər­baycan naminə, ölkəmizin müstəqilliyinin əbədiliyi üçün çox önəmli qərarlar qəbul etdi. 1991-1993-cü illərdə Azərbaycanın səriştəsiz rəhbərliyinin, ayrı-ayrı qrupların və şəxslərin mənafelərinə xidmət edən siyasətin dövlətə ağır zərbələr vurduğu dövrdə Naxçıvan MR Ali Məclisinin Sədri olan Ulu Öndərin iştirakı ilə keçirilən sessiyalarının hər biri Azərbaycan xalqının gələcəyi naminə atılan addım kimi tarixə yazılıb.

O dövrdə Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan qərarlar tarixi xilaskarlıq missiyasının başlanğıcı idi. Sovetlərin bərpa olunması üçün M. Qorbaçovun “referendum oyunu”na etiraz etməklə Azərbaycanın müstəqilliyini qoruyan Heydər Əliyev sonrakı fəaliyyəti ilə xalqa bələdçilik missiyasını yerinə yetirdi. Hələ Naxçıvanda olarkən daxili düşmənlərin bəd niyyətli, qərəzli əməllərinin qarşısını almaqla da suverenliyimizin əbədiliyini təmin etdi. Xalqa arxalanaraq Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tərəqqi və azadlıq ideyalarının qələbəsi uğrunda mübarizliyi ilə ümumxalq məhəbbəti qazanan ulu öndər Heydər Əliyev dəyanəti, qətiyyəti ilə seçilmiş, siyasət aləmində, dövlətçilik tarixində qalib lider obrazını yaratmış, örnək, nümunə olmuşdur.

...1993-cü ilin may-iyununda hakimiyyətdə olan AXC-Müsavat iqtidarına qarşı etirazların son də­rəcə kəskinləşməsi, Gəncə hadisələri nəticəsində ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. “Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-CÜ ilin əv­vəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər, ö, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib” söyləyən Rezident İlham Əliyev o illəri belə xarakterizə edir.

1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi. Qanlı Yanvar faciəsini tö­rədənləri ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda qətiyyətli addım idi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “sovet, sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, burada da bu addım atılsın. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada Heydər Əliyevin təşəbbüsü ilə referendum ke­çirilmədi. Bu missiya müstəqillik yolunda atılan addımlar idi. Digər tərəfdən bu xidmətlər onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin tə­şəbbüskarıdır, onun banisidir. Azərbaycanın o zamankı səbatsız rəhbərləri ulu öndər Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss edərək xalqın tələbi ilə onu Bakıya dəvət etdilər. Təcrübəli siyasətçi Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı, həmin ayın 15-də isə respublika Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə. Qayıdış, Milli Qurtuluş Günü kimi yazıldı. İyulun 24-də isə Ulu Öndər Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də milyonların etimadı nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

10 oktyabr 1993-cü ildə dövlət başçısı kimi həyatını xalqının etimadını doğrultmaq üçün sərf edə­cəyini bildirən Heydər Əliyev Azərbaycan bayrağını öpüb and içərkən ilk növbədə Azərbaycan xalqının ağlına, zəkasına, qüdrətinə inandığını bildirdi: “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

Andiçmə mərasimində verdiyi vədləri həmişə olduğu kimi xalqına sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Heydər Əliyev bu andına daim sadiq qalaraq, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə də Vətəninə, xalqına bağlılığını ifadə etdi. Olduqca mürəkkəb bir dövrdə xalq qarşısında tarixi xidmətlərə imza atan Heydər Əliyev ən bacarıqlı siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə tanınmış siyasi xadimlər sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.

Azərbaycançılıq fəlsəfəsinə, milli ideologiyaya bağlılığı və dərin zəkası, təfəkkürü ilə ölkəmizin müasir dünyada rolunu və geosiyasi əhəmiyyətini müəyyən etmiş, milli, dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu ideyalar Azərbaycan xalqının dövlətçilik ənənələri ilə sıx bağlı olub milli ruhun, özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmış, hərəkətverici qüvvəyə çevrilmişdir.

Bazar iqtisadiyyatı yolu ilə dünya birliyinə inteqrasiyanı Azərbaycanın inkişaf strategiyası kimi təkmilləşdirən, iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual ya­naşma yollarını müəyyənləşdirən Heydər Əliyev müstəqil dövlətin başçısı kimi ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsini başlıca amil hesab edən Ulu Öndər özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsini prioritet kimi qarşıya qoydu, ordu quruculuğunu daim diqqətdə saxladı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji layihələri dünya dövlətlərinin diqqətini Azərbaycana yönəltdi. BTC, BTƏ neft-qaz kəmərlərindən sonra TANAP, TAP, “Cənub Qaz Dəhlizi” haqqında deyilən hər xoş sözlər, belə möhtəşəm layihələrə marağın artması düşünülmüş siyasətin. Heydər Əliyev qətiyyətinin, düşüncəsinin, uzaqgörənliyinin məntiqi nəticəsi. Prezident İlham Əliyevin bu irsə sadiqliyinin ifadəsidir.

Bu gün Azərbaycan enerji resursları ilə Avropa ölkələrinin yanacağa tələbatının 30-40 faizini təmin edirsə bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan bu strategi­yanın tətbiqi nəticəsində dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətinik Hesabatında ölkəmizin 35-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin bu siyasətə sadiqliyinin təsdiqidir. Heydər Əliyev siyasətinə daim sadiq qalan, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarını tətbiq etməklə respublikanın bütün bölgələrinin tərəqqisinə nail olan Prezident İlham Əliyevin söylədiyi kimi. Ulu Öndərin irsi, siyasi məktəbi bir neçə onillər üçün önəmli və faydalıdır.

Azərbaycan artıq xarici investisiyaya ehtiyacı olan ölkə deyil, digər dövlətlərə sərmayə qoymaq imkanı olan qüdrətli respublikadır.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi, Milli Konstitusiyanın qəbulu Heydər Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər ulu öndər Heydər Əliyev fenomeninin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev demokratik, hüquqi dövlət qurucu­luğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. Qnun fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlə­rin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi

Humanist ideyalara sadiq qalan Ulu Öndərin qurduğu respublikamız tolerant ölkə kimi diqqət çəkməklə sivilizasiyalararası dialoq məkanı kimi də tanınır. Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir.

“Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbdır” söyləyən Prezident İlham Əliyev bildirir ki, biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik. Ulu Öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir.