Xalq qəzeti.- 2017.- 29 avqust.- ¹188.- S.5.; 31 avqust.- ¹190.- S.6.; 9 sentyabr.-¹195.- S.5.

 

Şamaxı qırğını: yeni araşdırmalar, müdhiş faktlar

 

Rövşən Vəliyev,

politoloq

 

Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana qarşı bütün dövrlərdə bir-birindən fərqli qanlı cinayətlər törədilməsində çox sayda günahsız soydaşımızı qətlə yetirən, uşaqları və hamilə qadınları diri-diri yandıran “Erməni Milli Bürosu” (“Büro”) fəal rol oynayıb. Türk-müsəlman əhalinin dədə-baba torpaqlarında “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq sərsəmliyi ilə ortaya atılan bu təşkilat Qafqazda və Türkiyədə, yayıldıqları ərazilərdə, guya, erməniləri müdafiə məqsədilə “könüllü dəstələr” yaratmış, fürsət düşdükcə terror və kütləvi qırğınlar törətmişdi.

Bu siyasət qondarma “erməni məsələsi”ndən həmişə öz məqsədləri üçün istifadə edən Qərbin imperialist dairələrinin, eləcə də çar və sovet Rusiyasının maraqlarına cavab verdiyindən onlar əlaltı erməni toplumunu daim və hər yerdə xəyanətkarlığa, qanlı əməllərə şirnikləndirmişlər. Birinci Dünya müharibəsi dövründə bu siyasət geniş dairəni əhatə etmiş və ən yüksək həddə çatmışdır.

Əldə etdiyimiz məlumata görə, “Büro” 1912-ci ildə Bakıda, indiki Amerika səfirliyinin ərazisində təsadüfən tapılan bir uşaq qəbrinin üstündə yaradılıb. Ermənilər iddia edirdilər ki, bu uşaq, guya, erməni olub və onu azərbaycanlılar qətlə yetiriblər. Ərazi isə o vaxt Bakı neftində 5 faizlik payı olan erməni milyonçusu Gülbekyanın olub. Bu qanlı təşkilat yaradılanda heç bir məramnaməsi olmayıb. Proqramsız və nizamnaməsiz, qondarma bir uşaq qəbrinin üstündə qurulmuş bu erməni təşkilatının qanlı izləri 1918-ci il Şamaxı qırğınlarında daha qabarıq görünür.

Əvvəla, “Milli Büro”nun üzvlərinə nəzər salaq:

1.Yepiskop Mesrop – Qafqazdakı erməni burjuaziyasının başçısı, çar Nikolayın Qafqazdakı canişini Vorontsov-Daşkovun arvadının məşuqu, təşkilatın rəhbəri idi.

2. A.Xatisov-“Daşnaksütyun” partiyasının liderlərindən və 1918-1920-ci illərin ən qatı cinayətkarlarından biri olmuş, Şamaxı qəzasına S.Lalayanın hücum taktikasını işləyib hazırlamış, bir müddət çarın xəfiyyə idarəsində çalışmış polkovnik idi.

3.E.Zavriyev – ixtisasca uşaq həkimi olmuş bu qatili “Doktor Zavriyev” çağırırdılar. O, “Daşnaksütyun” partiyasında xaricdə yaşayan ermənilərlə əlaqələndirmə şöbəsinin başçısı idi.

4. S.Arutyunov – “Silahlı azadlıqsevərlər” qrupunun, “DRO” erməni silahlı birləşməsinin rəhbəri idi, ona “Hibanet”, dəstə üzvlərinə isə “hibanetçilər” deyirdilər.

5.Andranik – Qafqazda erməni silahlı birləşmələrinin komandanı. Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat mərkəzinin agenti idi.

1915-ci ilin əvvəllərində bütün ermənilərin katalikosu V Gevorq “Milli Erməni Büro” adından çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “Ermənilər sizin ən inanılmış övladlarınızdır”. V Gevorq daha sonra qeyd edirdi: “Bizə şərait yaradın ki, Türkiyə və Azərbaycanda öz qardaş- bacılarımızı onların əsarətindən xilas edək. Bizə yardım və köməklik edin ki, “könüllü dəstələr” yaradaq.”

Ermənistanda 1965-ci ildə rus və erməni dillərində çap olunan (Åîñèçäàò Àðìåíèè) “Daşnaksütyun əvvəl və indi” kitabında tarixçi-diplomat Q.Abovyan isə yazırdı: “Məktubdan sonra, doktor Zavriyev tələsmədən Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı vədlər verərək, regionda “könüllü erməni dəstələri”nin yaradılmasını əks etdirən sənədlərə imza atdırır. Bundan sonra yepiskop Mesropla, S.Arutyunovla, A.Xatisovla görüşlər təşkil edən canişin Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq. Ermənilərə, həmçinin məsləhət görülürdü ki, həm Türkiyədə, həm də Azərbaycanda yuxarı eşelonlarda çalışıb mövqe tutsunlar və ən çox kəşfiyyatla məşğul olsunlar”.

1915-ci ilin ortalarında “Büro”nun liderlərindən olan doktor Zavriyev Rusiyanın xarici işlər naziri Neratovun xüsusi məktubu ilə İngiltərədə və Fransada olur. Doktor Zavriyev İngiltərədəki Rusiya səfiri Benqendorfla və Fransadakı Rusiya səfiri İzvolski ilə görüşür. Rusiyanın xarici işlər naziri Neratov xüsusi məktubunda həm Londondakı, həm də Parisdəki nümayəndəsinə yazırdı: “Zavriyev çox nüfuzlu adamdır. Rusiyanın siyasi dairələrində məşhurdur. Ona imkan yaradın ki, ermənilərlə görüşlər keçirib, məlum siyasi məsələləri həll etsin. Ona qəyyumluq edin.”

Araşdırma materiallarına görə, “Büro”nun London və Paris görüşlərindən sonra erməni millətçilərinin Avropaya yeni qapıları açıldı. O zaman Şamaxı və Bakı London və Paris üçün də çox önəmli strateji ərazi hesab olunurdu. Həmin vaxt İngiltərə hərbi sənaye kompleksində Qafqaz xalqlarının genetik kodları araşdırılırdı. İngilis alimləri genetik kodlar arasında uzunömürlülüyün və dözümlülüyün sirlərilə yanaşı, Naxçıvan və Şamaxı ərazisində uran, qızıl və neft yataqlarının axtarışında idilər. Digər tərəfdən, ingilislərin “Mİ-6”sının məlumatına görə, Şamaxıda bir neçə yerdə “qızıl və digər qiymətli sərvət xəzinələri” mövcud idi.

O dövrdə “Milli Erməni ­Bürosu”, xüsusən Azərbaycanda ciddi qırğınlara hazırlaşırdı. Əlavə olaraq, təlim üçün Parisdən, Londondan və ABŞ-dan xüsusi hərbi emissarlar yola salınmışdı. Çar ordusundan tərxis olunanların 450 nəfəri dərhal “Milli Erməni Bürosu”na daxil olmuşdu. Ən maraqlısı bu idi ki, ermənilər “Büro”ya əllərində silah və hərbi geyimdə üzv yazılırdılar. Tərxis olunan ermənilərdən silah geri alınmırdı. Məsələn, kəşfiyyat polkovniki

S. Qolikov iddia edir ki, belə bir ənənə ermənilər üçün sovet ordusunda da davam edib. Sovet Ordusundan tərxis olunmuş erməni əsgər və zabitə xəlvəti yolla istədiyi silahı özü ilə aparmaq ixtiyarı verilmişdi.

“Milli Erməni Bürosu” 1916-cı ildə Şamaxıda, Qubada, əsasən, şərq və qərb istiqamətlərində özəklərini yaratmağa müvəffəq oldu. Fransızların və ingilislərin istəyini nəzərə alaraq, ermənilər birinci olaraq hər iki qəzada milliyyətcə yəhudi olan ailələrin siyahısını tərtib etdilər. Həmin ildə Şamaxıda 16, Qubada isə 9 tüfəng qeydə alınmışdı. Yelizavetpol qəzasının çar xəfiyyəsinin məlumatlarının birində yazılırdı: “Məlumata görə, Şamaxı və Quba qəzalarına gələn tacirlər özlərilə birgə silah gətirirlər. Əsasən, Şamaxı qəzasında bu məsələ aktiv baş verir”.

Əslində, belə deyildi. Bu saxta və uydurma məlumatı qoşanların elə özləri Şamaxı qəzasında ardı-arası kəsilmədən evlərə soxulur, qeydsiz-şərtsiz axtarışlar aparırdılar. Şamaxı ilə Bakı arasında tədricən əlaqələr qırılırdı, gediş-gəliş azalırdı. Qəzada əsas vəzifələrə, icraedici orqanlara ermənilər irəli çəkilirdi. Şamaxı qəzasını faktiki olaraq 1916-cı il dekabrın sonlarında ermənilər işğal etmişdilər. Şamaxı ziyalılarının bir qismi artıq dərk etməyə başlamışdı ki, qəzada baş verənlərin sonunda yaxşı bir şey dayanmır.

“Milli Erməni Bürosu”nda cəmlənmiş erməni könüllü dəstələrinə qarşı nəsə bir tədbir görülməli idi. Şamaxı qəzasında baş verən hadisələrlə, ərazidəki siyasi-içtimai mühitlə bağlı Bakıya ötürülən məktub və teleqramlar cavabsız qalırdı. 1916-cı ilin dekabrında “Milli Erməni Bürosu”nun şəxsi məktubuna əsasən, rus dilini yaxşı bilən, milliyyətcə erməni olan L.Ambartsumov Şamaxı qəzasının poçt-teleqraf işləri üzrə “cavabdeh şəxs” təyin edildi. Onsuz heç bir teleqraf açılmırdı. Məktubu isə Tiflisdəki canişin imzalamışdı.

Aşkar edilmiş materiallara görə, 1917-ci il yanvarın 6-da L. Ambartsumov “Milli Erməni Bürosu”nun xarici əlaqələr şöbəsinin başçısı, bilavasitə çar Nikolayın dəftərxanası ilə sıx əlaqəsi olan doktor Zavriyevə xüsusi bir teleqram göndərib. L.Ambartsumov yazırdı ki, Şamaxıda bir qrup ziyalı ermənilərə qarşı təşkilat yaradıb. Amma bu təşkilatın adı yox idi. L.Ambartsumovun saxta teleqramından sonra, əsasən ermənilərdən ibarət kiçik bir dəstə Şamaxıya göndərildi. Doktor Zavriyev cavab teleqramında tələb edirdi ki, L.Ambartsumov ona təşkilat haqqında geniş məlumat versin.

Nəticədə Şamaxıda məxfi qaydada fəaliyyət göstərən “Büro”nun S.Lalayanın başçılıq etdiyi silahlı birləşməsi Cümə məscidinə hücum edib, onu yandırdı. Məsçiddə olan 11 adamdan 5 nəfəri öldürüldü, 6 nəfəri isə ağır bədən yarası aldı. Şamaxı qəzasında baş verən bu hadisə yerli əhalinin qəzəblənməsinə səbəb oldu. Lakin adamlar silahsız və köməksiz idilər.

Əldə etdiyimiz materiallardan aydın olur ki, İran ərazisindən Azərbaycan istiqamətində ingilislərin xeyir-duası ilə hazırlanmış vəhhabi dəstələri, daha doğrusu, şiə müsəlmanlara qənim kəsilmiş ərəb karmatları (vəhşi ərəblər) və yaxud “Karmat birlikləri” yola salınmışdı. Onların bir qrupu məhz Şamaxı ərazisində “Büro”ya – S.Lalayanın rəhbərlik etdiyi silahlı dəstələrə yardım göstərir, şiə-müsəlmanların evlərini qarət edir, din xadimlərini öldürür, quran kitablarından tonqallar qururdular.

İngilislərin Bəhreyndən qovub gətirdikləri bu vəhhabi dəstələri Təbrizdə, Tehranda, Ərdəbildə də şiə-müsəlmanlara qarşı ermənilərlə birgə qanlı cinayətlər törədirdilər. Bilavasitə regionda İslamın parçalanmasına xidmət edən ərəb karmatları Azərbaycanda ermənilərin apardıqları etnik təmizləmə siyasətində alət olmuşdular.

Yeri gəlmişkən qeyd edək ki, bu gün işğal olunmuş Qarabağ ərazilərində Bəhreyndən gələn ərəb karmatları üçün kiçik qəsəbələr salınır, onlara torpaq sahəsi verilir. Onların bir qismi işğalçı rejimin ordusunda-- silahlı terror birləşmələrində xidmət edir. Bütün bunlar bir əsr əvvəl ermənilər üçün Londonda hazırlanmış “İngilis direktivləri”nin tərkib hissəsi olaraq qalır.

Doktor Zavriyev məktubların birində soruşurdu: “Cənab Leon! (Ambartsumov) Mənə Şamaxıda müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi” haqqında məlumat ver. Bu nə təşkilatdır? “Büro”dan yanına xüsusi nümayəndə gələcək”. Doktor Zavriyev narahat idi. Bu narahatlıq 1917-ci il fevral inqilabından sonra daha da artdı. Erməni könüllü dəstələrini təlatüm və nigarançılıqda saxlayan Şeyx Şamaxı haqqında yetərincə materialımız yoxdur. Toplanmış materialları Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsinin arxiv müdiri O.Ağacanyan tərəfindən məhv edilib.

Yalnız Yelizavetpol Xəfiyyə İdarəsinin istintaq qrupunun başçısı Q.Demçenkonun Moskvaya göndərdiyi sorğu məktubunda qeyd olunurdu: “Şamaxı qəzasında millətlərarası münaqişə və yaxud qarşıdurma genişlənir. Münaqişədə maraqlı olan “Milli Erməni Bürosu”nun üzvlərinə yardım göstərir, köməklik edirik. Müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi”ni isə yaxşı tanımırıq. Şeyx Şamaxı barədə bircə onu deyə bilərik ki, o, sadə, ortayaşlı bir din xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var. Onlar da, bizim adamların nəzarətindədir.” Həmin vaxt isə Şeyx Şamaxı haqqında kiçik rəvayətlər dolanmaqda idi. Bütün bunlar erməniləri qorxudur və səksəkə içində saxlayırdı.

Topladığımız digər materiallardan görünür ki, Şamaxıdakı qırğınlar 1918-ci ilin aprel ayında başlamalı idi. Ermənilərin planına görə, Şamaxı və Quba qəzalarına gözlənilən hücum eyni gündə olmalı idi. Lakin Şamaxıda artıq formalaşmaqda olan “Şeyx Şamaxı məclisi” hərəkatı genişlənməkdə idi. Qazax yaşayış məntəqəsində “Salehin dəstəsi” deyilən doqquz nəfərlik bir qrup, Yelizavetpoldan on üç nəfərlik “Alməmmədin dəstəsi” “Şeyx Şamaxı”nın dəstəsinə tərəf gəlirdi. Erməni tərəfdə isə S. Ambartsumyan Doktor Zavriyevi, Doktor Zavriyev də S. Şaumyanı tələsdirirdi. Şamaxı qəzasında ermənilərin qırılması, məhv olması təhlükəsi haqqında şayiələr genişlənirdi.

Şamaxı qəzasında baş verən hadisələr “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət, artıq, müsavatçıların başçılıq etdikləri yerli milli Şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu vaxta qədər ermənilər və molokanlardan ibarət hərbi qarnizonu yerli milli Şura tərksilah etmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanılmışdı.

Nəzərə almaq lazımdır ki, bolşevik-daşnakların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı xüsusi strateji əhəmiyyət kəsb edirdi. Odur ki, martın birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan bura toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla, təxminən, üç minədək erməni qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayan başçılıq edirdi. Lakin həmin dəstə gətirdiyi silah-sursatı Şamaxı qarnizonuna verməkdən imtina etdi və bildirdi ki, “onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub, normal həyat bərpa etməkdir.” (Bax:E.M.Surikov.1918-ci il. Qanlı mart qırğını. Tiflis.1921).

Martın 15-də sübh çağı S. Lalayanın dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı. Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar. Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilməli oldular.

Dəhşətli qarışıqlıq baş verdi. Ermənilər və molokanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran-Şirvan”a daxil oldular. Evlər yandırılır, od tutub yanan mənzillərdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi. Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb, qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyitləri üst-üstə qalaqlanmışdı.

Bu vəhşiliklər Gəncədən silahlı müsəlman dəstəsinin Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və molokanlar Şamaxıdan molokanlar yaşayan Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən məlum oldu ki, ermənilər və molokanlar sayca onlardan qat- qat üstündür. Buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özlərilə aparmalı, Şamaxını tərk etməli oldular. (Bax:1918-1920-ci il. Gəncədə hadisələr. Tiflis.1921. Qabriadze nəşriyyatı).

Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar şəhəri ikinci dəfə zəbt etdilər. 1918-ci ilin martın 16-da dağlara və meşələrə çəkilən Şeyx Şamaxının dəstəsi qəzanın mərkəzində qətllərdə adları çəkilən üç ermənini edam etdi. Bu, artıq, ilk xəbərdarlıq idi. Doktor Zavriyev S. Ambartsumova yazırdı: “Mənə əlavə məlumat verin. Ərəb karmatlarına, Əbu Sana salamlarımızı çatdır. Müsəlmanların silahlı dəstəsi haqda məlumat ver. Onların nə qədər silahı var? Hardan alırlar? Stepana xüsusi qəhrəmanlıq salamlarımızı yetir”.

Bütün yazışma və teleqraf mətnlərinin surəti Yelizavetpol Məxfi İdarəsinə göndərilirdi. Çünki araşdırma materiallarından aydın olur ki, uzun müddət Yelizavetpol teleqraf mərkəzində çalışan Samuel Aleksandroviç Ambartsumov 1915-ci ilin avqustun 3-dən etibarən çar Rusiyasının Məxfi İdarəsinə işləyirdi.

Şamaxıda əsl partizan hərəkatı başlamışdı. Araşdırma materiallarına görə, bu hərəkat Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk və son partizan hərəkatı idi. Qəfil hücumlardan qorxuya düşən S. Lalayan bir-birinin ardınca Bakıya-- S. Şaumyana xəbərlər göndərdi, əlavə kömək istədi. Cavab isə verilmirdi. Ermənilər girdikləri hər evdə Şeyx Şamaxını axtarırdılar. S. Lalayan onun yerini nişan verənə ənam da ayırmışdı.

Şamaxıda döyüşlər səngimirdi. Törədilən qanlı və dəhşətli qırğınların səsi-sədası, artıq, Azərbaycanın hüdudlarından kənara çıxmışdı. Şeyx Şamaxının partizan dəstəsi iki qrupa bölünmüşdü. Birinci dəstə yerlərdən xəbərlər gətirir, ikinci dəstə isə həmin xəbərlərə uyğun hərəkətə keçirdi. Erməni vəhşilərinin xarici bazarlarda satmaq üçün seçib, ayırdığı uşaqların azad edilməsi və onların Göyçay qəzasında yerləşdirilməsi üçün partizan dəstəsinin qanlı döyüşlərdə əsir və girov götürməsi barədə xəbəri də həmin vaxt geniş yayılmışdı.

Əsasən yerli əhalidən ibarət Şamaxının kiçik partizan dəstəsi əlləri qan içində olan, qorxudan gecələri oyaq qalan, silahı əldən qoymayan Stepan Lalayanın quldur dəstələri ilə üz-üzə dayanmışdı. Şəhərin Çaylı, Sündü, Çuxanlı istiqamətində formalaşan “Milli Erməni Birliyi”nin silahlı özəyini martın 17-də Şamaxı partizanları dağıtdılar. Elə həmin gün də Mədrəsədən əlavə silahlı dəstələr S. Lalayanın köməyinə gəldi. Ələ keçən dəstə üzvləri camaatın gözü qarşısında diri-diri yandırıldı.

Arxiv materiallarından məlum olur ki, martın 18-də ermənilər ələ keçirdikləri dörd nəfəri: Məlikçobanlı Həsən Qulaməli oğlunu, Qonaqkəndlili Fəraməz Mir Haşım oğlunu, Sarıtorpaqlı Balamirzə Yusifcan oğlunu, Zərxili Nəhmətulla Məşədi Musa oğlunu “partizan” adı ilə Meysəri yaşayış məntəqəsində yandırdılar. Sənədlərdən aydın olur ki, hər gün doktor Zavriyevə ermənilərin Şamaxıdakı “qəhrəmanlıqlarından” və s. əməliyyat məlumatları göndərilirdi.

Materiallardan məlum olur ki, 1918-ci il, martın 30-dan 31- nə keçən gecə silahlı erməni-rus birləşmələri Şamaxının mərkəzinə yaxın yerdə, daha dəqiq desək, Kürdtənəsində Kərbəlayi Dadaşın evində yığışan partizan dəstəsinə qəflətən hücum edir. Hadisələrin sonrakı gedişindən heç bir xəbər verilmir. Amma bəzi mənbələrdə edilən qeydlərə görə, dəstənin 12 üzvü dar ağacından asılır. Şeyx Şamaxı-- 41 yaşlı Hacı Mehdi Qəhrəman oğlu “Yeni hökumətin düşməni” kimi həbs olunaraq, Yelizavetpol həbsxanasına göndərilir. Onun sonrakı taleyindən heç bir xəbər verilmir.

Lakin ingilis generalı Tomson doktor Zavriyevə açıqlamasında bildirmişdi: “Şeyx Şamaxı” adlı silahlı qrupun başçısı Hacı Mehdi Qəhrəman oğlunun nəsli də kəsildi. İnanmıram bundan sonra Şamaxıda belə bir adam dünyaya gəlsin. Ermənilər rahat davam edə bilərlər”.

Araşdırma materiallarına görə, Şamaxı qırğını zamanı 15 min nəfər şəhər əhalisindən cəmi 1700 nəfər salamat çıxıb. Az müddət ərzində ermənilərin bu qədər adam qırmaları hələ də tarix üçün müəmmalı qalır. Bu günə qədər Şamaxıda 12 min nəfərdən çox adamın necə qırılması hələ tam tədqiq olunmayıb. Bizim çoxillik araşdırmalarımız isə bu günə qədər tarixə qaranlıq qalan məqamlardan xəbər verir.

Fikrimizcə bu məsələ, yəni Şamaxıdakı qırğınların strateji-məxfi planları tədqiq olunub, ciddi şəkildə araşdırılsa, görərik ki, 1918-ci ilin mart–aprel qırğınları zamanı Şamaxı əhalisi böyük əksəriyyətlə məhv edilib. Dünyada ikinci bir məkan yoxdur ki, Şamaxı faciəsini yaşasın.

Şamaxıda mübariz, ləyaqətli, vətənpərvər 27 nəsil başdan-başa məhv edilib. Üstündən bir əsr keçsə də həmin nəsillərin müdhiş faciəsi haqqında tarix susur, dünya heç nə bilmir. Düşünürük ki, artıq Şamaxı soyqırımı barədə də etiraz səsimizi ucaltmaq vaxtıdır. Nəhayət, erməni faşistlərinin varlığımıza qənim kəsildiyi bir vaxtda Azərbaycanda bu qaniçən toplumun törətdiyi soyqırımlarını dünya ictimaiyyətinə çatdırmalıyıq. Əks təqdirdə, biz keçmiş qətliamların təkrarları ilə üzləşmək təhlükəsində qalarıq.

Şamaxı qırğını zamanı tamam məhv edilmiş 27 nəsil bizi düşündürməyə bilməz. Məsələn, rusiyalı demoqraf professor A.Petrovski “Müharibələr, millətlər və böyük yerdəyişmələr” əsərində qeyd edir ki, məqsədli aparılan silahlı münaqişələrin ağır nəticələrindən biri də böyük insan nəsillərinin bilərəkdən birdəfəlik məhv edilməsidir. Professor keçmiş sovet ittifaqı ərazisində baş verən kütləvi insan qırğınlarından danışarkən tarixə müraciət edir və Azərbaycandakı Mart qırğınlarını xüsusi qeyd edərək, Şamaxı qəzasında ermənilərin törətdikləri misilsiz qanlı cinayətləri xatırladır. O göstərir ki, itirilmiş nəsillər gələcək Şamaxının həm mənəvi, həm fiziki, həm psixoloji, həm də genetik cəhətdən dəyişməsinə güclü təsir etmişdir.

Tehran Milli Arxivində saxlanılan “Ənzəli qovluğunda” isə Məhəmməd Kərbəlayi Sultan adlı şahid qeyd edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllələdilər, sonra meyitləri bir- birinin üstünə qoyub yandırdılar. Məlumatda o da bildirilir ki, bu ağır və insanı dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar lentə alıblar.

Demək, əgər Fransanın və İngiltərənin arxivlərində bu istiqamətdə araşdırmalar aparılsa, kifayət qədər material əldə etmək mümkündür. Rusiyanın Baş Kəşfiyyat Arxivinə gəlincə, orada qırğınlar vaxtı Şamaxının poçt-teleqrafına başçılıq edən S.Ambartsumovun 1918-ci il martın 23-də saat 16-da “Milli Erməni Bürosu”nun rəhbəri doktor Zavriyevə ünvanlanmış teleqramı var. S.Ambartsumov bu məlumatda Şamaxıda qırılan nəsillərin siyahısını və sayını göstərir. O, həm etiraf edir, həm də sevinclə bildirir ki, qırılan müsəlman nəsillərinin sayı 27-dir. Arxivdə Yelizavetpol Məxfi İdarəsinin də bu faktları təsdiq edən əlavə sənədi var. İki səhifəlik məlumat- arayışı isə kəşfiyyat mayoru, bilavasitə “Milli Erməni Bürosu”nun Şamaxı özəyi ilə əlaqələr quran O.S.Aleksandrov-Nikolayev imzalayıb. Həmin qanlı siyahıya nəzər salaq.

1.Şamaxının mərkəzində yaşayan Məşədi Kamran Məşədi Əliağa oğlu Hüseynovlar nəsli. Bu nəsildə böyüyən altı nəfər İraq, İran və Rusiyada təhsil almışdı. Ziyalı bir nəsil idi. Üst-üstə bu nəsil 32 nəfərdən ibarət idi. Onlar bir-birinə yaxın ərazilərdə yaşayırdılar. Məşədi Kamran özü Türkiyədə təhsil almış Ankarada həkimliyi bitirmişdi. Nəslin sonuncusu Cəmil Məşədi Əliağa oğlunun qız nəvəsi Gövhərin doqquz yaşı olacaqdı.

2. Kərbəlayi Qulu Bəşirovlar nəsli (51 nəfər), əslən Qurdtələsi;

3. Möhsünovlar nəsli (76 nəfər), əslən Qonaqkənd;

4. Qədimovlar nəsli (35 nəfər), əslən Dədəgünəş;

5. Qəniyevlər nəsli (29 nəfər), əslən Məlikçoban;

6. Ağamalı Məşədi Hənfə oğlunun nəsli (42 nəfər), əslən Çuxuryurd;

7. Camal (Hüseynxan) Hacı Qasım oğlunun nəsli (?), əslən Qacarlı;

8. Uzun müddət Çar Rusiyasının ordusunda xidmət etmiş Məhəmməd Məşədi Dadaş oğlunun nəsli (?), əslən Kələkanı. Məhəmməd Məşədi Dadaş oğlunun nəvələrindən olan 25 yaşlı Rəfi Məşədi Murad oğlu “Şeyx Şamaxı”nın silahlı qrupunda döyüşüb. S.Lalayanın göstərişilə Şamaxının mərkəzində edam olunub.

Şübhəsiz, biz bu məsələlərə yenidən qayıdacağıq. Amma hələ də müəmmalı, naməlum məqamlar çoxdur və bütün bunlar cavablarını gözləyən suallar yaradır. Qeyd edildiyi kimi, o vaxt Şamaxı qəzasında 15 min əhalidən cəmi 1700 adam salamat çıxmışdı. Məxfi qovluqlar Şamaxıda kütləvi şəkildə zəhərlənmiş adamlardan, insanı bir göz qırpımında məhv edən zəhərli un və sudan da bəhs edir.

Açıq-aydın görünür ki, Şamaxıda ermənilər həm də maraqlı ölkələrin hərbi-sənaye komplekslərində hazırlanmış bir sıra dərman preparatlarını da sınaqdan çıxarıblar. Axı o vaxt insanları kütləvi şəkildə hansısa silah növü ilə qırmaq, məhv etmək, külünü göyə sovurmaq qeyri-mümkün idi.

XX əsrin əvvəllərində çar imperiyasının süqutu Azərbaycana misilsiz Şamaxı faciəsini, bu əsrin sonunda isə sovet imperiyasının çöküşü Xocalı soyqırımını yaşatdı. Bir qırğının başında doktor Zavriyev (icraçı S.Lalayan), o biri qətliamın başında isə polkovnik Zarviqarov (icraçı S.Ohanyan) dayanırdı. Bu tarixi oxşarlığın özü də ermənilərin qanlı planlarının tərkib hissəsi olaraq qalır.

Bir əsrdən sonra belə bir sual yaranır: necə olmuşdu ki, ermənilər soydaşlarımıza belə divan tutmuşdular? Apardığımız tədqiqatların nəticəsinə görə, Azərbaycana və Türkiyəyə qarşı ermənilərin ilk “Direktivlər planı” Londonda 1893-cü ilin əvvəllərində Böyük Britaniyanın baş naziri olmuş Uilyam Qladstounun mənzil-qərargahında hazırlanıb. Həmin vaxtdan etibarən ermənilər iki istiqamətdə hücum taktikasını davam etdirdilər.

Qafqazda və Türkiyədə olmuş fransız diplomatı F.D.Kambon yazırdı: “Erməniləri kütləvi şəkildə iki mühüm, lakin sadə olan ideyalarla tərbiyə etmək lazım idi: Birincisi, milli özünüdərketmə. İkincisi, erməni azadlığı. Hiss edirdim ki, Avropa bu ideyalar altında xəritədə “Ermənistan” deyilən bir yer axtarır. Amma bilinmirdi ki, bu “Ermənistan hardan başlayıb, harda qurtaracaq”.

İngilislərin “Direktivləri”nə görə, qurulacaq Ermənistan ikiyə bölünmüş, nəticədə gücsüz olan, qüvvədən düşən Azərbaycan torpaqlarından başlamalı idi. Uilyam Qladstounun məxfi “Direktivləri”nin icrasına Fransa, Avstriya, Amerika da qoşuldu. Onları isə Londondan fərqli olaraq Türkiyə–Rusiya münasibətlərinin pozulması, baş verə biləcək qarşıdurmada hər iki dövlətin gücdən düşməsi, parçalanması maraqlandırırdı. 

Hər iki cəbhədə ermənilər lazımlı faktor kimi, hadisələrin nüvəsi kimi diqqət mərkəzinə çəkilirdi. Həmin vaxt Parisdə və Londonda “Erməni manifesti” deyilən bir manifest yayıldı. Ondan cəmi iki gün sonra, 1917-ci il sentyabrın 25-də Azərbaycanın Dərələyəz və Zəngəzur ərazilərinə böyük bir qrupda ingilis emisarları gəldilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “Erməni Milli Birliyi”nin silahlı dəstələrilə görüşür, onlarla birlikdə Dərələyəz və Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk ingilis-erməni hərbi düşərgəsi salındı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan isə müdafiəsiz və tənha qalmışdı.

Araşdırma materiallarına görə, 1918-ci il martın 1-də polkovnik Yum Robert kiçik bir dəstə ilə Dərələyəzdən Bakıya gəlir. Həm Londonu, həm də Vaşinqtonu Bakı nefti çox düşündürürdü. Londonda nəşr olunan “Daily Mail” (Deyli mayl) qəzeti 1918-ci il martın 10, 11, 12-də bir-birinin ardınca Bakı nefti haqqında materiallar çap etmişdi. Nəticədə ilk dəfə olaraq İngiltərə mətbuatı “Mİ-6”ya yaxın olan, “Lonro” neft şirkətinə məxsus “The Observer” qəzeti 1918-ci ilin mart sayında Böyük Britaniyanın “Azərbaycan- Gürcüstan-Türkiyə” neft layihəsini ortaya qoydu.

Məlumata görə, Bakıya mart ayında ermənilər üçün ilk silah -sursat Göyçə gölünün yanında salınmış ingilis–erməni hərbi düşərgəsindən göndərilmişdi. Bakıda isə bu silahların bölünməsi və yerlərdə paylanması işinə Yum Robert özü baxırdı. Qafqazda müsəlmanları müdafiə məqsədilə yaradılmış Müvəqqəti Fövqəladə Komissarlığa isə Bakı Sovetinin sədri S.Şaumyan rəhbər təyin olundu. Eser Saakyan, daşnak Arakelyan, Nuricanyan, Melik-Bolçyan, eləcə də polkovnik Avetisov, briqada komandiri Amazasp, polkovnik Kazarov, Əmiryan, Yum Robert və s. Şaumyanın göstərişilə silah və digər hərbi sursatın bölüşdürülməsi işi ilə məşğul oldular.

1918-ci ilin mart ayının 12-də ingilis Yum Robertin dəstəsində Bakıya gələn ixtisasca həkim olan Edmond Henri və Test Kansell S. Şaumyanın otağında Stepan Lalayanla görüşdülər. Mart ayının 13-də isə Doktor Zavriyev və əlavə digər xarici qonaqlar Bredinq və Sind davam edən görüşdə iştirak etdilər. Digər araşdırma materiallarından aydın olur ki, T. Kapsell və Bredinq Şamaxı qırğınlarında S.Lalayanın yanında olublar.

 Bu haqda Çar Rusiyasının süqutundan sonra bir müddət işini davam etdirən Yelizavetpol Məxfi İdarəsinin xüsusi məlumatları var və həmin məlumatlar da Rusiyanın Baş Kəşfiyyat İdarəsinin arxivində qorunmaqdadır. Uzun müddət arxivdə çalışan, istefada olan polkovnik, kəşfiyyatçı A.A.Belov 1918–1920-ci illərdə Azərbaycanda erməni silahlı birləşmələri tərəfindən törədilmiş qırğınlarla bağlı xüsusi qovluqların olduğunu bildirir.

Tarixi sənədlərdə göstərilir ki, 1918-ci ilin mart qırğınlarında Amerika tərəfi də öz maraqlarını gizlətməyib. “The Vashinqton Post” (Vaşinqton Post) qəzeti 1918-ci il martın 14-də Bakı neftilə bağlı iqtisadçı Pollun açıqlamasını verib və gələcəkdə çəkilməsi ehtimal edilən “Azərbaycan-İran-Fars körfəzi” neft layihəsini təklif edib.

1918-ci il azərbaycanlıların kütləvi qırğınları zamanı erməni polkovniki Amazaspın bəyanatı yayılmışdı. O deyirdi: “Mən erməni xalqının oğluyam və bu xalqın da maraqlarını qoruyacağam. Mən ölən və öldürülən ermənilərin qisasını alacağam. Mənə əmr verilib, Xəzər dənizindən Şahdağa qədər bütün müsəlmanları qırıb, məhv etməliyəm”. Təəssüf ki, Azərbaycan tərəfi hələ də “əmr verəni” tapmayıb. Nəticədə, “əmr verən” növbəti əmrini Qarabağda, Xocalıda verdi.

1918-ci ilin Mart qırğınlarında Şamaxıda 11 yaşayış məntəqəsində əsir götürülən, öldürülən əhalinin yandırılması haqqında məlumatlara gəlincə, həmin faktlar da Rusiya arxivlərində qorunmaqdadır. Erməni tərəfi həmişə ehtiyat edir ki, Rusiya həmin materiallara günün birində aydınlıq gətirə bilər.

Ermənilər Şamaxının Kələxana, Baharlı, Dədəgünəş, Qaraməmmədli, Təklə, Məlikçobanlı, Quşçu, Poladlı, Göylər, Xocaman, Ləngəbiz yaşayış məntəqələrində, eləcə də Azərbaycanın bir neçə bölgəsində insanları diri-diri yandırıb, məhv etmişlər. Bu vəhşilikləri təsdiq və sübut etmək üçün elm və texnikanın mövcud imkanlarından bu gün də istifadə etmək mümkündür. Hərbi həkim, professor L.S.Popov 1976-cı il, “Pravda” qəzetinin 14 iyul tarixli nömrəsində törədilmiş genosid hadisələrilə bağlı verdiyi açıqlamada iddia edirdi ki, insan külü torpaq qatında 150 ildən artıq qala bilir.

Qarabağda, Zəngəzurda və Dərələyəzdə olmuş ingilis jurnalisti Skotland-Liddel Londona məlumat verirdi: “Londonda “Erməni bürosu” var. Buna bənzər təşkilatlar Fransada da, ABŞ-da da var. Onların ən çox sevdiyi metod ən alçaq reklam üçün, xristian sözündən istifadə etməkdir. Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis içtimaiyyəti bilmirsə də, ingilis nazirlikləri bilməlidirlər”.

Nə qədər ki, bu qırğınların əsl mahiyyəti açılmayıb, Azərbaycan tərəfi həmişə erməni terroru ilə üz-üzə qalacaq.