Paralel.-2017.-3 may-¹ 76.-S.7.

 

Azərbaycan islam dünyasında böyük nüfuza malik dövlətdir

 

IV İslam Həmrəylik Oyunları QHT-lərin diqqət mərkəzindədir

 

Ölkəmizdə start götürəcək IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılan günlər qalıb.

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda ’’İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçiriləcək IV islam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək.

Bu fikir Azərbaycanda "islam Həmrəyliyi ili” elan edilməsi və islam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda Bakıda Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda "islam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, Prezident İlham Əliyevin islam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu təşəbbüslə Azərbaycan Prezidenti tarixdə ilk dəfə islam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Bu, həmçinin Azərbaycan Prezidentinin islam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir. Əflatun Amaşov bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin də təsadüfi olmadığını qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər' şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. ’’Ölkəmizin ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyindən razıyıq”.

Bu gün Səudiyyə Ərəbistanı, Pakistan kimi dövlətlər Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr qurur ki, bu da İslamın ruhuna ziddir. Azərbaycanın işğal olunmuş torpaqlarında islam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək yolverilməzdir.

Tədbirdə o da qeyd edilib ki, Azərbaycan islam dünyasına böyük nüfuza malik, islam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün islam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda ’’İslam Həmrəyliyi İli” elan etməsi böyük önəm kəsb edir. Bununla dövlətimiz İslam dünyasına böyük töhfələr verəcək və öz nüfuzunu da həmin dövlətlər arasında möhkəmləndirmiş olacaq.

Bu da bütün dünyaya məlum həqiqətdir ki, Azərbaycanda əsrlərdir multikultural həyat tərzi hökm sürür. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinə diqqət və qayğı artıb. Ötən müddətdə xeyli məscidlər tikilib, bərpa olunub. Bu gün Azərbaycan, həm də İslam ənənələrinin yüksək səviyyədə qorunduğu ölkələrdən biridir.

Gənclər və idman nazirinin müavini intiqam Babayev çıxışında bildirib ki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malikdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bu yolda bir sınaq idi. Azərbaycan bu sınaqdan uğurla çıxdı. Bir neçə gün sonra ”Bakı- 2017” İslam Həmrəyliyi Oyunlarına start veriləcək. Azərbaycan bu Oyunları da yüksək səviyyədə keçirməyə tam hazırdır. Bu mötəbər idman tədbiri ölkəmizin beynəlxalq miqyasda tanıdılması və təbliğində mühüm rol oynayacaq.

Bu il Azərbaycanın bir sıra müsəlman ölkələri ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Hikmət Hacıyev qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq mühüm addımlar atıb, bir sıra beynəlxalq təşkilatlara qoşulub. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən müsəlman ölkələri birmənalı şəkildə bizə dəstək veriblər. Bu da əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov islam Həmrəyliyi Oyunları zamanı Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görüləcək işlərdən danışıb. Bildirib k, bu məqsədlə bütün mədəniyyət ocaqlarında dəyərlərimizi, xüsusən də ,islam mədəniyyətini təbliğ edən mərkəzlərdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin ölkəmizin turizm gəlirlərinin artması baxımından da böyük əhəmiyyətə malik olduğunu deyən V. Şixəmmədov nazirlik tərəfindən bütün istirahət mərkəzlərinə xidmətin keyfiyyəti və qonaqların -təhlükəsizliyi ilə bağlı tapşırıqların verildiyini bildirib.

Prezident ilham Əliyevin 2017-ci ili Azərbaycanda ’’İslam Həmrəyliyi İli” elan etməklə bütün İslam dünyasını həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan ’’Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətimizin başçısının bu qərarı zamanında verdiyini söyləyib. O, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulduğunu, Azərbaycan Prezidentinin bu təşəbbüsünün dostluq və qardaşlıq ideallarına xidmət etdiyini diqqətə çatdırıb.

Dördüncü islam Həmrəyliyi Oyunlarının ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanıdıl­ması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən B. Sadıqov bu mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycanın bütün imkanlarının olduğunu deyib. O, Oyunların təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın birbaşa diqqətində olduğunu, "Bakı-2015” ilk Avropa Oyunları kimi bu idman bayramının da uğurla keçiriləcəyinə əminliyini xüsusi qeyd edib.

IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı tədbirlər müxtəlif dövlət qurumlarının, eləc­ədə QHT-lərin də diqqət mərkəzindədir. Bu baxımdan qeyd etmək yerinə düşər ki, 30 mart tarixində ”EI-1” İdman Klubu İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının konfrans zalında ”4-cü İslam Həmrəyliyi Oyunlarına 43 gün qalıb” adlı təbliğat xarakterli mətbuat konfransı keçirib. Mətbuat konfrans-, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xüsusi dəstəyi, "Sobsan" və ’’Payim” şirkətlərinin tərəfdaşlığı ilə baş tutub.

”EI-1” İdman Klubunun prezidenti Elçin Çobanzadə tədbiri açıq elan edərək, konfrans iştirakçılarını salamlayıb və tədbirə qatıldıqları üçün onlar təşəkkürünü bildirib: ”Hər bir idman ictimaiyyəti Oyunlara yüksək səviyyədə hazırlaşır. Biz də ”EI-1 ” idman Klubu ictimai Birliyi olaraq, həm idman növlərinin inkişafı, həm də İslam Oyunlarının təbliğatı üçün əlimizdən gələni edirik. Hər kəs öz sahəsində bacardığı qədər ölkəmizə töhfə verirsə, deməli, hər kəs bacardığını edir.

Tədbirdə çıxış edən paraolimpiyalı cüdoçu İlham Zəkiyev qeyd edib ki, biz idmançılar hər idman yarışında qürurla çıxış edirik. ”Mən də öz növbəmdə İslam Həmrəyliyi Oyunlarında qələbə qazanmaq is­təyirəm. Gəlin, Azərbaycanımızın bayrağını qələbələrimizlə qaldıraq, sülhü təmsil edək".

”Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının müşaviri, Umman Ağamalıyev isə qeyd edib ki, ”EI-1” idman Klubu ictimai Birliyi ilə ’’Bakı- 2015” Avropa Oyunları zamanı tanış ‘olub və əməkdaşlıq uğurlu alınıb. ’’Ölkəmizin 4-cü islam Oyunlarına ev sahibliyi edəcəyi bir ərəfədə ”EL-1” və digər idman İctimai Birliklərinin təbliğatını alqışlayıram”.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin nümayəndəsi isə öz ürək sözlərini belə ifadə edib: ”Biz İslam Həmrəyliyi Oyunlarını səbirsizliklə gözləyirik. İslam ölkələrini birliyə və sülhü tərənnüm etməyə çağırıram”.

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı Direktoru Fərasət Qurbanovun çıxışı da hər kəsin diqqətini cəlb edib: "Azərbaycanda istənilən peşə sahibi dövlətinin sevincinə şərik olur. Təmsil etdiyim qurumda hər kəs vətənimiz üçün əlindən gələni edir. Biz böyük ümidlə islam Oyunlarının keçirilməsini gözləyirik. Belə bir ölkənin vətəndaşı olduğumuza görə fəxr edirik və qürur duyuruq”.

Çıxış edən digər natiqlər də Azərbaycanın idman sahəsində artıq öz sözünü demiş bir dövlət olduğunu vurğulayıblar. Konfransda bir çox media nümayəndələri də iştirak ediblər.

IV islam Həmrəyliyi Oyunlarının təbliği ilə bağlı digər bir tədbir Binəqədi rayonunda keçirilib.

Tədbirdə Binəqədi rayon icra Hakimiyyəti Aparatının İctimai- siyasi və humanitar məsələlər şö­bəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, media eksperti, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov, Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon Təşkilatının fəal üzvləri, icra nümayəndələri, bələdiyyələrin səhifələrini idarə edən adminlər iştirak ediblər.

Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsə­lələr şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunun rəsmi facebook səhifəsi haqqında məlumat verib, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı gənclərimizi aktiv olmağa dəvət edib. Natiq rayonda gənclərin bu sahədə aktiv olması üçün müəyyən edilən haştaglar haqqında da məlumatlandırıb.

Təxminən 20-25 gün əvvəl isə İslam Həmrəyliyi Oyunlarında qalib idmançılara təqdim olunacaq medallar Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub.

Bu oyunlar üçün xüsusi olaraq hazırlanmış medal dəsti "Bakı- 2017” oyunlarının püşkatma mə­rasimindən sonra baş tutan tədbirdə Gənclər və İdman Naziri və AİHOƏK-nin Baş İcraçı Direktoru Azad Rəhimov tərəfindən islam Həmrəyliyi idman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib. Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb.

Ölkənin zəngin tarixini özündə xarakterizə edən bu elementlər ”Bakı-2017” İslam Həmrəyliyi Oy­unlarının əsas dəyərlərini sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Dörd qitənin islam ölkələrindən olan idmançılar, 10 gün davam edəcək yarışlarda 20 idman növü üzrə mübarizə aparacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla ”Bakı- 2017” islam Həmrəyliyi Oyunlarına təxminən 500,000 tamaşaçının gələcəyi gözlənilir.