Respublika.-2017.-31 mart.-65.-S.1,4.

 

1918-ci il Mart Soyqırımının siyasi hədəfləri

 

Ataş CƏBRAYILOV

 

Çar Rusiyası, daha sonra Sovet imperiyası tərəfindən qədim ərazilərimizə strateji siyasi məqsədlərlə zaman-zaman köçürülmüş ermənilər torpaqlarımıza sahib çıxmaq üçün həmişə münasib məqam güdmüş, xəyanət və xainliklə yerli azərbaycanlılara qarşı təxribat, kütləvi qırğın törətmiş, etnik təmizləmə və soyqırımına yol vermişlər. Birinci Dünya Müharibəsindən sonra 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr inqilablarından istifadə edən bu nankorlar öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etdilər. Bakıda hakimiyyəti ələ keçirmiş bolşevik libaslı daşnak Stepan Şaumyan əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martın 31-dən başlayaraq bütün Bakı quberniyasının azərbaycanlılardan etnik təmizlənməsi məqsədlərini güdən soyqırımı planının reallaşdırılmasına başlayır. Üç gündə 40 minə yaxın türk-müsəlman, hətta erməni yaşamayan Qubada təxminən 2000 yəhudi belə məhv edilir. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına hüquqi-siyasi qiymət verilib. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mücadiləsini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət idi və bəşər tarixində qara ləkə kimi qalır. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Azərbaycanlıların soyqırımı haqqında Fərmanla hər il 1918-ci il martın 31-i ermənilərin törətdiyi kütləvi qırğınlar Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

 

Bu gün ANTANTA hərbi paktı ilə bağlı olan qaragüruh, millətçi və irqçi daşnak siyasi-hərbi partiyası ilə bolşevik S.Şaumyanın məktublaşması da meydandadır. Üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmış və bütün kütləvi qırğın mexanizmi dəqiqləşdirilmişdi. Ermənilər mart qətliamından qabaq Türkiyənin Ərzurum əyaləti yaxınlarında - Taşılyaylada 3.000 türkü qətlə yetirən 7.000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Bundan başqa, məhz S.Şaumyanın rəhbərliyi və təşkilatçılığı ilə Qızıl Qvardiya adlı ordu da ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında bolşevik-erməni koalisiyonu S.Şaumyanın da ifadə etdiyi kimi, savaşa hər cür hazırlaşmış, Sovet Rusiyasından ağır silahlar da alınmışdı. Beləliklə, təpədən dırnağadək silahlanmış bu vəhşi koalisiya qüvvələri bütün cəbhə boyu hücuma keçdi. Martın 30-da axşam saat 5:00-da Bakıda ilk atəş səsləri eşidildi. Təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəst qüvvələr də bu soyqırımına qoşuldular. Onlar müsəlmanların evlərinə basqınlar edir, onları öldürür, 3-4 günlük körpələri belə xənçərlə qətl edir, hamilə qadınların bətnini yırtır, körpəni çıxarıb süngüyə keçirir, formalaşmış körpənin başını kəsirdilər. Müsəlman kişi və qadının kürəyində samovar qaynadırdılar və s. Bu sadist və vəhşi, yırtıcı heyvan xislətindən inanılmaz dərəcədə aşağı mənəviyyatlı dəstələr keçdikləri yerdə hər cür ağlasığmaz barbarlıqlar törədirdilər. Həmin vəhşiliklər İrəvandan tutmuş Azərbaycanın bütün bölgələrində törədilmişdir. Onlar sadizm və barbarlıqla da qürurlanırdılar. Məsələn, Tuz kəndində bütöv bir hovuzu kəsilmiş müsəlman başları ilə doldurmuş, sağ qalanları isə suyun üzünü örtmüş qanlı su ilə dəstəmaz almağa məcbur etmişdilər. Şamaxıda mart ayında 200 nəfər qız, gəlin, uşağın namusuna toxunub, sonra məscidə doldurub diri-diri yandırmışdılar. İkinci Dünya Müharibəsində faşist Almaniyasının SS generalı olan Dro mütəşəkkil erməni qoşunları ilə Aleksandropoldan (Gümrü) Culfayadək 50 verstlik məsafədə dəmiryolunun hər iki tərəfində müsəlmanları qırmış, etnik təmizləmə aparmışdı. Daşnak Ermənistanı 1918-ci ilin may ayından 1920-ci ilin noyabrınadək İrəvanın müsəlman əhalisinin 60 faizini məhv etmişdi. 1918-ci ilin martında Bakı kommunasının erməni-bolşevik birləşməsi 40 minə yaxın aborigen müsəlmanı qətlə yetirmişdir. Erməni Ağamyan arvadları, qızları toplayıb onları soyunmağa məcbur edərək gölməçələrdə qaz kimi hərəkət etməyə məcbur edir, döyür, gecələr çağırıb zorlayır, ləyaqətlərini təhqir edir, sonra isə növbətçilərin ixtiyarına verirdi. Q. Muradyan qürrələnə-qürrələnə yazırdı ki, bizim hökumətin tədbirləri nəticəsində Toxluca, Soyuqbulaq, Ərdəniş və digər kəndlərin əhalisi Ermənistanın sərhədlərini tərk ediblər. Mən boşaldılmış kəndlər gördüm ki, onlar qəbiristanlığa məxsus olan sakitlikdən təəccüblənərək sanki heyrətləndirici bir səslə hürürdülər. Digər soyqırım müəllifi olan erməni isə fərəhlə deyirdi ki, mən Basarkeçərdə tatar əhalisini ağına-bozuna baxmadan məhv etdim. Bəzən gülləyə heyfim gəlir. Bu itlərə qarşı ən düzgün üsul odur ki, döyüşdən sonra sağ qalmışların hamısını toplayıb quyuya doldurasan və üstündən ağır daşlarla sıxasan ki, onlar bir daha bu dünyada olmasınlar. Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları bir yerə yığdım və onları tulladığım quyuları isə daşlarla doldurdum. Belə faktları kifayət qədər çəkmək olar, lakin yazının bir əsas məqsədini açıqlamaq istərdik, mart-aprel qırğınında S.Şaumyanınn əsas siyasi hədəfi nə idi? Bakıda törədilən bu soyqırımına vətəndaş müharibəsi adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan S.Şaumyan 13 apreldə Moskvaya göndərdiyi məktubda yazırdı: Üç gün içində, yəni 30-31 Mart və 1 Apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və Erməni milli ordusu Müsavat partiyasının liderliyindəki müsəlman Dikaya diviziyasıyla və silahlı müsəlman quldurlarıyla savaşdılar. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə yox edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3.000-dən çoxdur. Əgər müsəlman türklər qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə qətliama məruz qalacaqdılar. Çox aydın görünür ki, S.Şaumyan Leninin imperativ hədəflərindən çox bacarıqla istifadə edib.

Sovet Rusiyasının strateji hədəfi yanacaq və enerji mənbəyi olan Bakını nəyin bahasına olursa-olsun əldə etmək idi. Təsadüfi deyil ki, XKS sədri V.İ. Lenin yazırdı ki, bizə Bakı və Xəzərətrafı rayonlar lazımdır. Bu o demək idi ki, Bakı neft mədənlərinə görə və strateji əhəmiyyətli Hind okeanına ən qısa yol kimi Rusiya üçün həyati əhəmiyyətə malik idi. Azərbaycanın, müsəlmanların taleyi onu maraqlandırmırdı və Azərbaycanın digər bölgələrini Ermənistana bəxş edirdi. Beləliklə, S.Şaumyan böyük Ermənistanı yaradır, Leninə Şərqə əməliyyat meydanı bəxş edir, Sovetlər isə Şərqə doğru çox mühüm əməliyyat meydanı əldə edirdi. Bakkommunanın süqutundan sonra xalqımızın görkəmli oğlu Nəriman Nərimanovun mühüm arqumentləri nəticəsində Lenin bu ideyanı reallaşdırmaqdan əl çəkdi.

Lenin o zaman dünyanın ən böyük imperialistlərindən biri idi. Bütün ölkələrin proletarları birləşin! şüarı, Avropa Birləşmiş Ştatları, Dünya Birləşmiş Ştatları kimi devizləri, dünyada rus və ingilis dilinin əsas dil olması kimi ideyaları buna dəlalət edir. S.Şaumyan da bu ideyaların əsasında böyük Ermənistanın yaradılmasını reallaşdırmaq istəyirdi. Ona mane olan isə Azərbaycan, Gürcüstan və Türkiyədə demoqrafik azlıqlar idi. Kütləvi etnik təmizləməni də ona görə aparırdı ki, millət yoxdursa, erməni monoetnikliyi yaranırsa problem birdəfəlik aradan qalxır.

Bakı Sovetinin bu şovinist və soyqırımı təşkilatçısı şəhəri yoxsulluğa, aclığa və məhvə sürükləyirdi. Bu rəhbərliyin istefasını tələb edənlər də, mitinq təşkil edənlər də vardı. Nobel qardaşları şirkətinin 6 min nəfərlik mitinqinin protokolunun gündəliyinin ikinci məsələsində hakimiyyət barədə yazılır ki, hakimiyyətin fəaliyyətinin müzakirəsi 13 səs əleyhinə olmaq şərtilə yekdilliklə qəbul olunmuşdur: başda İcraiyyə komitəsi olmaqla yenidən seçki olmasını, həmçinin komissar Lenin tərəfindən təyin olunmuş fövqəladə Xalq Komissarı yoldaş Şaumyanın əvəzinə vaxt itirmədən başqasının seçilməsini tələb edirik. Fəhlə Tixonov isə deyirdi ki, bir fəhlə kimi, mən liderlərin siyasətini başa düşmürəm. Biz sıx toplaşmışdıq, bizi indi ayırırlar; rayonlarda necə ki, bolşeviklər də s.i. eyniliklə liderlərin hərəkətindən hiddətlənirlər. Bu nümunələrdən aydın görünür ki, məsələ milli ayrı-seçkilikdən və mart-aprel soyqırımından gedir.

Mart-aprel qırğınının məqsədli və qərəzkarlıqla, bilərəkdən törədilməsi o qədər aşkar idi ki, hətta Bakı Sovetinin iclasında Ayolla Şaumyana və digər rəhbərlərə qarşı kəskin çıxış edir: Məsələn, (erməni-A.C.) Milli Şuranın verdiyi və Şaumyanın imzaladığı 1 nömrəli qərar nə demək idi?.. Şəhəri iki yerə bölən xətti siz yaratmadınızmı?

Mən bu vətəndaş müharibəsində öldürülənlərə baxmağa gedirdim, mən yalnız müəyyən kasıbları görürdüm, mən əksinqilabçılar görmədim. Əzizbəyovun kəndlərə səfərindən danışarkən Şaumyan ağzından söz qaçırtdı: Əzizbəyov qırmızı qvardiyaçılarla. Deməli, kəndlilər Sovet hakimiyyətini belə qəbul edirmişlər. Bəzi imzalarla hadisələrin səhnəsini dəyişmək olmaz.

Göründüyü kimi, heç bir Müsavat qiyamı olmadığı, şüurlu, məqsədli surətdə kütləvi qırğın törədildiyi və əhaliyə zorla hakimiyyəti qəbul etdirmək ortadadır. Təbii ki, bu hakimiyyətə etiraz edən mitinqçilərin və Ayollanın çıxışı Sovet Mərkəzinə, Leninə təsir edə bilməzdi. Çünki strateji hədəf vardı. Şaumyan V.İ.Lenin tərəfindən Türkiyə Ermənistanının fövqəladə komissarı təyin edilmişdi. Bu, mifik böyük Ermənistanın siyasi üfüqdə görünən işartıları idi. Çünki Azərbaycanı mühafizə edəcək qüvvə Osmanlı Türkiyəsi dağılırdı, orada ölüm-dirim savaşı gedirdi. Antanta paktı artıq Türkiyə ərazisinə girmişdi, ermənilər orada da geniş ərazilərdə yüz minlərlə müsəlmanı məhv etmiş, soyqırımı törətmişdilər. Bu soyqırımını türk və müsəlmanların adına yazıb beynəlxalq ictimaiyyətdə türk-müsəlmanların mənfi obrazını yaratmışdılar. Bu obrazı yaratmaqda ermənilərə böyük dövlətlərin müəyyən siyasi dairələrinin də xüsusi rolu vardı. İranda da Antanta qüvvələri mövcud idi və ermənilər burada da aborigen türk-müsəlmanlara qarşı soyqırımına başlamışdılar. Cənubi Azərbaycanda da etnik təmizləmə aparılırdı. Beləliklə, S.Şaumyanın Bakıda möhkəmlənməsi, Gürcüstanda da öz siyasi məqsədinə nail olması, yaradılacaq Türkiyə Ermənistanına da rəhbər olması etnik təmizləmə aparılan Cənubi Azərbaycanın da ələ keçirilməsi bu mifik dövləti reallaşdırmaq üçün güclü şans verirdi. Buna görə də Şaumyanın Gürcüstan hədəfləri də reallıq idi. Azərbaycanda müsəlman partiyalarının səhvindən istifadə edərək Dikaya diviziyanı tərk-silah edib buraxdıran, daşnak hərbi qüvvələrini Rusiyadan ağır silahlar, uzaqvuran toplar alıb silahlandıran və gücləndirən Şaumyan Gürcüstanın müstəqillik elan etməsindən hiddətlənir və deyirdi: Bu, yaranmış vəziyyətdən inqilabi yolla çıxış yolu deyil. Daim xalqların öz müqəddəratını təyinetmə devizindən bəhrələnmək istəyən, Çarlz Darvinin təkamül nəzəriyyəsinə tərəfdar çıxan nəyə görə bu soyqırım tərəfdarı və təşkilatçısı gürcülərin müstəqilliyini elan etməsinə qarşı çıxır və qanlı inqilabı irəli sürürdü? Diqqət edin, görün Şaumyanın strateji hədəflərində nələr gizlənirdi: Bu, Gürcüstanla qonşu olan erməni xalqına qarşı misli görünməmiş, həyasızcasına edilmiş yeni xəyanətdir... Zaqafqaziyanın Tiflisdən Şərqə tərəf olan qalan hissəsilə nə olacaq? Siyasi mənada bu hansı vəziyyətə düşəcək? Ordubadı çıxmaq şərtilə bütün Naxçıvan qəzası Türkiyəyə birləşəcək, bu xətdən başlayaraq Şərqdən və Şimal-şərq müsavatçıların arzuladığı avtonom Azərbaycan olacaq. Bu sözlərin arxasında imperiya Mərkəzini Gürcüstanın müstəqillik əldə etməsi nəticəsində müsəlmanların müsavat partiyası ətrafında vəhdət yaradaraq Türkiyəyə birləşəkləri qənaətini yaratmaq dayanıb. Bu Rusiyaya siyasi təhdid mənzərəsini yaratmaq üçün idi. Nəticəsi isə iki respublikanın suverenliyinin itirilməsi olduğu artıq məlumdur. Strateji hədəfdə Böyük Ermənistanı reallaşdırmaq bu yolla mümkün idi. Çünki belə olardısa, Rusiyanın dünya hegemonluğu iddiasından sui-istifadə edən ermənilər çox asan yolla böyük dövlətlərin himayəsi ilə Azərbaycanın, daha sonra digər erməni iddiaları olan ölkələrin ərazilərini ələ keçirə bilərdilər. Bu siyasət bu gün də ortadadır. Tarixi proses və faktlardan aşkardır ki, Stepan Şaumyan Ağcaqum çöllərində güllələnməyib, lakin Rusiyaya da dönməyib. Hindistanda vəfat edib, qəbri də oradadır. Qənaətimizi birini oxuculara çatdırmaq istərdik. S.Şaumyanın oğlu Suren Şaumyan mart qırğının iştirakçısı olub.17 yaşlı bu gənc artıq pulemyotla günahsız insanları qətlə yetirib. Ata öz oğlunun bolşevik partiyasına üzvlüyünü təmin edib. Suren Bakkommuna süqut edəndən sonra Rusiyaya gedib. Hərbi sistemdə məsul vəzifələrdə çalışıb. Sergey Şaumyan isə Azərbaycan xalqına, ədəbiyyatına, mədəniyyətinə, tarixinə qarşı düşmənçilik mövqeyini davam etdirib. Azərbaycan KP MK katibi Mircəfər Bağırovun Stalinə 2 fevral 1949-cu il tarixli 49 saylı məktubunda deyilir: Mən, görünür öz əlaqələrində antisovet ünsürlərlə dərinə getmiş Stepan Şaumyanın oğullarının davranışı üzərində çox dayandım. Qurultayın (25-28 yanvar 1949-cu ildə olmuş AZ.KP-nın XVIII qurultayı-A.C.) gedişatından məlum oldu ki, onlardan biri - Sergey Şaumyan 1947-ci ildə Bakıda olmuş, hazırda Dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edilmiş Avakyan adlı kimsə ilə əlaqəyə girmişdir... Yoldaş Stalin, Sizdən yeganə xahişimiz odur ki, Sovet Yazıçılar İttifaqına və bizim başqa ittifaq təşkilatlarına göstəriş verəsiniz ki, Azərbaycan xalqının tarixinə dair, Azərbaycan partiya təşkilatlarının tarixinə dair məsələlərdə, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, və incəsənətinə dair məsələlərdə bizi inkar etməsinlər, bizimlə məsləhətləşsinlər. Göründüyü kimi, Stepanın bu düşmənçiliyi oğulları vasitəsilə həyata keçirilirdi. Bir reallıqdır ki, bolşevik libaslı daşnaklar Sovet Rusiyasında Mərkəzin himayəsi ilə çox rahat fəaliyyət göstəriblər.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhqiqat komissiyasının sənədləri artıq beynəlxalq səviyyəyə qaldırılmışdı. O zaman Rusiya Federasiyası Qərb dövlətlərindən o qədər də güclü deyildi ki, diplomatik uğur qazanıb bu kütləvi qırğın faktlarını inkar edə bilsin. Çünki mart qırğını ilə bağlı beynəlxalq nümayəndələr AXC tərəfindən dəvət edilmiş və soyqırımı faktı təsdiqlənmiş səviyyədə idi. Digər tərəfdən, hərbi cinayətə yol vermiş bu 27 komissar (onlardan biri Anastas Mikoyan Rusiyaya gedərək ömrünün axırına qədər SSRİ-nin məsul vəzifələrində çalışmış, hətta SSRİ Ali Sovetinin sədri də olmuşdur) Bakı kommunasının süqutundan sonra kütləvi qırğın və digər ağır cinayətlərinə görə məhkəmə məsuliyyətindən qaçmışlar. S.Şaumyana qırğını, talanı, soyğunçuluğu törətməyə imkan verən Leninin bu quldur və siyasi kanibala bir göstərişini nəzərə çatdırmaq istəyirəm: Vo çto bı ni stalo soxranitğ Baku dlə Rossii (Nəyin bahasına olursa-olsun Bakını Rusiya üçün saxlamalı). Bolşevik libaslı daşnak Şaumyan, daşnaklar və onun tərəfdarları Leninin bu göstərişindən bacardıqları qədər azərbaycanlıların soyqırımı istifadə etdilər. Türk qoşunlarının soyqırımının qarşıısını almaq üçün Azərbaycana gəlməsi, daşnak-bolşevik birləşməsinin məğlubiyyəti S.Şaumyan və tərəfdarlarını qorxuya saldı. Qəddar olduqları qədər də qorxaq olan bu soyqırımı təşkilatçıları və icraçıları döyüş meydanından qaçdılar. Məsələn, ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Ermənilərin dezinformasiyaları bu aşkar dəlillər və şahidlərin iştirakı ilə ifşa olacaqdı. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.

Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha aydın göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın dolusu silah, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamların milli mənsubiyyətə görə olduğu barədə yazırdı: Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Daşnaklar bolşevikliyinizi tanımırıq. Bir halda ki, müsəlmansınız bu yetər deyirdilər. Beləliklə, bu qaçışın mühüm məqamlarını ortaya çıxarmaq çox vacibdir. Sovet dövründə bizə tarixə dair dərsliklərdən soyqırımı törədənlərin Həştərxana gedə bilməmələrini gəmidə olan eser partiyasının təhriki ilə əlaqələndirir və bu hərbi caniləri sovet hökuməti bizə qəhrəman kommunarlar kimi tanıdırdı. Sovet hökumətinin son dərəcə riyakar və xalqlar düşməni olduğunu, öz yırtıcı sifətini və faktlarını sirr saxladığını bu sənəd bir daha təsdiq edir:

Qəbul olundu Bakıdan 09.08.1918-ci il. Teleqram

Moskva, Leninə, Trotskiyə.

Bakı Xalq Komissarlar Şurası istefaya çıxıb. Fraksiya çərçivəsində olan bolşevik hakimiyyəti yıxıldı, çünki öz siyasəti ilə az qala Bakını və onun neft rayonlarını alman-türk yırtıcılarının əlinə vermişdi. Müflisləşmiş rəhbərlərdən inqilabi kütlələr üz döndərib. 26 iyulda Bakı və rayon Sovetlərinin fövqəladə iclası Bakının fəal surətdə müdafiəsini, onu inqilabi Rusiya üçün saxlamağı, Sovetə daxil olan sosialist partiyalarının koalisiya hökumətini yaratmağı tələb etdi, lakin başda S.Şaumyan olmaqla Bakı Xalq Komissarları Şurası Bakı Sovetinin hökmünü yerinə yetirmək istəmədi. Ordunu pozaraq və bununla Bakını təslim olmaq dərəcəsinə çatdıraraq Bakı Xalq Komissarları Şurası əllərini silib qaçmağı üstün tutdu. O, şəhəri və əhalini yaxınlaşmaqda olan düşmənin hökmünə atıb Həştərxana qaçmaq üçün gəmilərə minir. ...bu faciəli dəqiqələrdə öz vəzifələrindən qaçırlar (SSRİ OİMDA, f. 130, siyahı 2, iş 742, vərəq 4). Beləliklə, siyasi iflasa uğradıqları üçün və ədalət qarşısında cavab verməli olacaqlarını düşünərək qaçırdılar.

XIX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası, daha sonra sovet ittifaq mərkəzi tərəfindən Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər bölgəni sözün əsl mənasında qan çanağına çevirmişlər. Onların böyük Ermənistan yaratmaq kimi mifik ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanmışdır. İndi o qanlı 1918-ci il mart-aprel soyqırımından 99 il ötür.

Tarixi proseslər təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir hədəfə istiqamətlənib. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq, möhkəmlənmək və aborigen xalq olduqlarını təsdiqləmək məqsədindədirlər. Bu niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Onlar böyük dövlətlərin siyasi hədəflərindən sui-istifadə edərək bu vəhşi əməlləri ilə Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Ölkəmizin Prezidenti İlham Əliyev bu gün işğalçılıq və soyqırımı siyasəti yürüdən Ermənistanın yerləşdiyi ərazilərin qədim Azərbaycan torpağı olduğu barədə deyib: Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Beləliklə, erməni vandallarına, terrorçularına və soyqırımı yürüdənlərə qarşı ən təsirli mübarizə üsulundan biri tarixi həqiqətləri üzə çıxarmaq, bu dəlil və sübutları bütün dünyaya geniş səviyyədə çatdırmaqdır.