Xalq qəzeti.- 2015.- 12 noyabr.- 248.- S. 5.

Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

 

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri, Moskva

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq.

Mahaçqala Şəhər Administrasiyasından bildirilib ki, abidənin ətrafında, həmçinin bağ salınacaq. Gələcək bağın müfəssəl memarlıq planı artıq hazırlanıb. Abidənin qoyulması və bağın adablaşdırılması üzrə bütün işlər gələn ilin yazında başa çatacaq.

Görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyev müxtəlif illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, Azərbaycan SSR Ali Sovetinin sədri, ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi olub.