Xalq qəzeti.-2016.-4 iyun.-119.-S.9-14.

 

Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi

 

Ramiz MEHDİYEV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,

Milli Elmlər Akademiyasının akademiki

  

Güc hökmən dinc idarəetməyə gətirib çıxarır, gücün yoxluğu isə hökmən hərc-mərcliyə gətirib çıxarır; güc hökmən əmin-amanlığa gətirib çıxarır, gücün yoxluğu isə hökmən təhlükəyə gətirib çıxarır.

 

Bəşəriyyət getdikcə daha çox əmin olur ki, XXI əsr biliklər, yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Dünya prinsipcə yeni texnoloji uklada daxil olur, bu isə dövrlərin dəyişməsinə, əvvəlki dünya nizamının transformasiyasına dəlalət edir. Bəs, bu qədər çoxmənalı prosesdə millətlər və dövlətlər özlərini qoruyub saxlaya biləcəklərmi? Bu gün bu problem həm alimlərin, həm də dövlət xadimlərinin və bir sıra dövlətlərin siyasi elitasının diqqət mərkəzindədir. Xüsusi halda, dövlətin rolunun güclənməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması ekspert qiymətləndirmələrində əksini tapmış aparıcı tendensiyadır. Təbii ki, bu problem XXI əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcəyinə laqeyd olmayan insanların diqqətindən kənarda qala bilməz.

Bu fəsildə müstəqil dövlətin qorunub saxlanması məsələləri Azərbaycan xalqının müasir milli ideyasının əsas vəzifəsi kimi nəzərdən keçirilir, Azərbaycan dövlətinin dəyişən siyasi və sosial-iqtisadi məkanda milli ideyanı reallaşdıraraq, yeni dövrün çağırışlarına cavab verməsi üçün onun hansı keyfiyyətlərə malik olması göstərilir. Bu fəslin əsas motivi müasir şəraitdə milli ideyanın ən mühüm vəzifəsinin məhz güclü, müstəqil Azərbaycan dövlətinin və buradan irəli gələn bütün innovasiya, iqtisadi, sosial, siyasi, ideoloji və ictimai infrastrukturun qurulmasından ibarət olmasını göstərməkdir. Azərbaycan xalqı sivilizasiyalı dünyada baş verən qloballaşma dəyişikliklərinin ruhunu nəzərə almaqla bərabər, eyni zamanda, dövlətimizin hansı mürəkkəb geosiyasi regionda yerləşməsini də anlayır, bu halda özünün hadisələrlə zəngin olan əvvəlki tarixini də unutmur.

Bu gün elə bir beynəlxalq strateji araşdırmalar mərkəzi yoxdur ki, orada müasir dövlətlərin fəaliyyətinin qloballaşma proseslərinin təsiri altında baş verən ciddi dəyişikliklərlə bağlı olması haqda elmi nəticəyə etiraz etsinlər. XX yüzilliyin son dörddəbirində formalaşmış və XXI yüzilliyin başlanğıcında inkişaf etmiş qlobal dəyişikliklər və çağırışlar milli dövlətlər, dövlətin və cəmiyyətin qarşılıqlı təsiri məsələləri ilə bağlı yeni tələblər irəli sürüb. R.V.Yevstifeyev hesab edir ki, sosial, siyasi, iqtisadi və mədəni sahələrdə dövlətlərin əksəriyyəti üçün ümumi dəyişikliklər kimi anlaşılan qloballaşma prosesləri bəşəriyyətin inkişafı üçün bir magistral yol kimi qəbul edilir... Bu yolun istiqamətinin və xarakterinin dərk edilməsi cəmiyyətin və dövlətin qarşılıqlı təsirinin yeni prinsiplərinin formalaşmasına və bəşəriyyətin gələcəyə doğru ümumi hərəkətində dövlətlərin səmərəli fərdi siyasi trayektoriyalarının qurulmasına kömək edə bilər1.

Qlobal proseslər müəyyən mənada milli dövlətlərə çağırışlardır. Qloballaşmanın həyatımıza nə isə bir yenilik əlavə edəcəyinə aludə olmaq yox, onun hələ tam dərk etmədiyimiz nəticələri haqda düşünmək lazımdır. Bir məsələyə əsla şübhə yoxdur ki, qloballaşma  beynəlxalq ictimaiyyətin Qərb mədəniyyəti və kapitalizm cəmiyyəti prinsipləri əsasında homogenləşdirilməsi (yekcinsləşdirilməsi) prosesidir. Eyni zamanda, milli dövlətlərin rolunun və funksiyalarının dəyişməsi (nivelirlənməsi) qloballaşmanın ən mühüm məqsədlərindən biridir.

Müasir dövrün görkəmli filosof siyasətçilərindən biri olan Pyer Burdye hesab edir ki, qloballaşma heç də siyasi müdaxilədən asılı olmayan təbii-tarixi, obyektiv xarakter daşımır. Bundan başqa, o iddia edir ki, (və bu məsələdə o, haqlıdır) qloballaşma hətta sosial proses də deyil, siyasətin funksiyasıdır. Pyer Burdye yazır: Biz mondiallaşma siyasətinin şahidləriyik (mən təbii proses kimi mondiallaşma haqqında yox, məhz mondiallaşma siyasəti haqqında danışıram)2.

Qloballaşma bir sıra siyasi qərarların və tədbirlərin nəticəsi olaraq, bəşəriyyəti zəmanəmizin əsas ziddiyyətinə dünyada ictimai münasibətlərin artmaqda olan qloballaşması ilə milli dövlət qurumları arasında ziddiyyətə gətirib çıxarıb. Ümumi rifah ideyasına etinasızlıq, demokratiyanın geri çəkilməsi və milli dövlətin oyundan çıxarılması qlobal proseslərin inkişafında gözlənilməzlik oldu. Modernləşdirmə nəzəriyyəsinin ən böyük analitiklərindən biri olan A.Turen heç də təsadüfən yazmırdı ki, bundan sonra dünya sivilizasiyasının taleyi universal hədəf olaraq inkişaf ilə dəyər seçimi kimi mədəniyyət arasında kompromis tapılıb-tapılmayacağından asılıdır.3

Tarixi proseslərin mahiyyəti gözümüzün qabağında dəyişir. Hələ keçən əsrdə bir çox filosoflar və politoloqlar demokratikləşmənin yeni (üçüncü) dalğasının gəlişi (S.Hantinqton) və ya tarixin sonu (F.Fukuyama) haqqında danışırdılar. XXI əsrin başlanğıcında bütün elm aləmində anlamağa başladılar ki, heç bir tarixin sonu gözlənilmir; demokratiyanın zəfər yürüşü perspektivləri barədə danışanlar daha ehtiyatlı oldular, reallığın dəyişməsinə həmişə hamıdan əvvəl reaksiya verən publisistikada isə artıq liberal demokratiyanın böhranı, zorən demokratiyanın formalaşması (F.Zakariya) və hətta demokratiyanın geriləməsi haqqında danışırlar. XXI əsrdə demokratikləşmə prosesinin genişlənməsi ilə əlaqədar, biz liberal-demokratik dövlətlərlə ənənəvi ölkələr arasında rəqabətin kəskinləşməsinin şahidiyik. Heç də təsadüfi deyil ki, 2006-cı ilin iyulunda Fukoukedə (Yaponiya) keçirilmiş dünya politoloji konqresi Is democracy working? (Demokratiya işləyirmi?) mövzusuna həsr edilmişdi.4

Anlamaq çətin deyil ki, neoliberal ideologiyalı qloballaşan dünya tədricən qeyri-müəyyənlik vəziyyətinə yuvarlanır. 2008-ci ildə ABŞ-da və Qərbi Avropada başlanmış maliyyə-iqtisadi böhran, Qərbin inkişaf etmiş ölkələrində iş yerini itirmiş insanların səngiməyən kütləvi çıxışları kədərli proqnozlar üçün əsas verir. Bu faktlar onu göstərir ki, neoliberal demokratiyanın zəfər yürüşündə ciddi ləngimələr yaranır, siyasi-demokratik dəyişikliklər öz sürətini azaldaraq, zorakı xarakter kəsb edir (Liviya, Misir, İraq, Suriya). Nəticədə Avropa özü miqrasiya böhranının və millətlərarası böhranın təsiri altında multikulturalizm siyasətindən imtina etməli olub. Dünya birliyini gələcəkdə nə gözlədiyini heç kim bilmir.

Bütün bunlarla bərabər, neoliberal qloballaşma milli dövlətlərin rolu, onların suverenliyi, fövqəlmilli təşkilatlarla və millətlərarası korporasiyalarla milli dövlətlərin qarşılıqlı fəaliyyəti məsələlərini kəskin şəkildə qarşıya qoyur. Məhz bu səbəbdən, həmin suallara cavab axtarışı dünyanın bir sıra tədqiqat mərkəzlərində elmi işin mühüm istiqamətinə çevrilib.

Bu gün qlobal proseslərin dövlətlərin taleyinə və onların suverenliyinə təsirinin dərk edilməsində bir-birinə zidd olan iki əsas konseptual mövqe var. Bir mövqeyin tərəfdarları (əsasən neoliberalistlər) onu əsas götürürlər ki, qloballaşma ilə bağlı dəyişikliklər obyektiv olaraq, dövlət sərhədlərinin silinməsinə və dövlət müstəqilliyinin zəifləməsinə gətirib çıxarır, digər mövqeyin nümayəndələri isə suveren dövlətlərin bundan sonra onların ərazi bütövlüyü çərçivəsində mövcudluğuna bəşəriyyətin inkişafının obyektiv qanunauyğunluğu kimi baxırlar.

Qloballaşma proseslərinin müasir dünyanın vəziyyətinə, o cümlədən dövlətlərin mövcudluğuna təsiri problemləri neoliberal yanaşmanın məşhur nümayəndələrinin - Z.Bauman, Zb.Bjezinski, İ.Vallerstayn, E.Giddens, S.Hantinqton, P.Draker, C.Soros və başqalarının əsərlərində ətraflı nəzərdən keçirilir. Bu müəllifləri birləşdirən ümumi fikir ondan ibarətdir ki, bəşəriyyət qarşılıqlı əlaqəli, qarşılıqlı asılı və qarşılıqlı nüfuz edən vahid dünyanın formalaşması dövrünə daxil olub. Bütün xalqlar bir-birinə daha əsaslı şəkildə təsir edir, bütöv regionların az-çox əlahiddə mövcud olduğu dövr keçmişdə qalır və ölkələrin sakinlərinin taleləri öz aralarında daha sıx və daha qırılmaz şəkildə bağlı olur. Yuxarıda adları çəkilən və bəzi başqa tədqiqatçılar təkid edirlər ki, guya müasir şəraitdə milli dövlətlərin vaxtı keçmişdə qalıb və onlar dünya birliyinin ilkin iqtisadi və siyasi qurumları kimi sosial təşkilatın yeni formaları tərəfindən tədricən sıxışdırılacaq. Odur ki, dövlətlərin funksiyalarının bir hissəsi, o cümlədən iqtisadi nəzarət funksiyası beynəlxalq maliyyə təşkilatlarına və millətlərarası korporasiyalara verilməlidir.

Bu alimlərin fikirlərinə əsaslanaraq güclü dövlətlərin tənqid edilməsi və dövlət aparatının funksiyalarını özəl bazara və ya vətəndaş cəmiyyətinə verməklə onun rolunun azaldılması dünya siyasətində hakim tendensiyaya çevrilir. Bu halda o fakt nəzərə alınmır ki, zəif dövlətlər çoxsaylı ciddi problemlərin mənbəyi olur.

Məsələn, S.Hantinqton yazır: Ayrı-ayrı ölkələr dünya siyasət meydanında əsas oyunçular kimi qalsalar da, öz suverenliyini, dövlət funksiyalarını və hakimiyyəti itirirlər Müəyyən hallarda (bu, Avropada daha çox nəzərə çarpır) beynəlxalq təsisatlar əvvəllər dövlətə aid olmuş mühüm funksiyalar əldə ediblər Bir sıra ölkələrdə, o cümlədən dünyanın inkişaf etmiş dövlətlərində geniş muxtariyyət və ya ayrılma tələb edən regional hərəkatlar var. Dövlət hakimiyyəti orqanları ölkəyə daxil olan və ölkədən çıxan maliyyə axınlarına nəzarət etmək imkanını əhəmiyyətli dərəcədə itiriblər və ideyalara, texnologiyalara, mallara və insanlara nəzarət edilməsində getdikcə daha böyük çətinliklərlə qarşılaşırlar. Sözün qısası, dövlət sərhədləri maksimum dərəcədə şəffaf olub. Bütün bu dəyişikliklər ona gətirib çıxarıb ki, çoxları 1648-ci il Vestfaliya Sülh Müqaviləsi vaxtlarından hamının norma kimi qəbul etdiyi möhkəm dövlətin bilyard şarının tədricən ölüb getməsinin və çox cəhətdən orta əsrlər dövrünü xatırladan mürəkkəb, müxtəlif və çoxsəviyyəli beynəlxalq nizamın yaranmasının şahidləri olublar.5

Bu və digər müəlliflər etiraf edirlər ki, kapitalizmin mütəşəkkil prinsipi kimi milli dövlətin sıxışdırılması və eyni zamanda, kapitalist inkişafının əsası kimi dövlətlərarası sistemin bərqərar olması qloballaşma dövrünün müəyyənedici xüsusiyyətidir. Onların fikrincə, milli dövlət təsisatlarının bütün sistemi tədricən transmilli təsisatlarla əvəz olunacaq. Beləliklə, mahiyyət etibarilə, qloballaşma elə yeni dünya nizamı deməkdir. Bu müəlliflər bir məsələdə haqlıdırlar və həmin məsələ əsla şübhə doğurmur ki, qloballaşma dövlətə mənfi təsir edir, onun zəifləməsinə səbəb olur, onu müstəqillikdən qismən məhrum edir.

Müasir dünya şəraitində dövlət təsisatlarının tədricən aradan qalxması problemləri təkcə Qərb tədqiqatçılarının əsərlərində araşdırılmır. Bəzi Rusiya alimləri də eyni mövqelərin tərəfdarıdırlar. Məsələn, Rusiyadan olan bir qrup müəllifin fikrincə, innovasiyalı-postsənaye qloballaşması şəraitində gündəlikdə belə bir sual yaranır: hələ yaxın vaxtlarda beynəlxalq siyasi sistemdə əsas fəal obyekt olan suveren milli dövlət artıq tarixə çevrilməyibmi?6

Digər rusiyalı müəllif  V.V.Sokolov yazır: Milli hökumətlər müstəsna suverenliyin daşıyıcıları funksiyalarını tədricən itirəcək və iyerarxiya vertikalına orta vəsilə kimi qoşulacaqlar7. Bu müəllif iyerarxiya vertikalı haqqında danışarkən, hüquqların və məsuliyyətin ayrı-ayrı dövlətlərin hökumətləri və beynəlxalq təsisatlar, həmçinin millətlərarası təşkilatlar arasında bölünməsini nəzərdə tutur.

E.Toffler də analoji nəzəriyyəni əsaslandırırdı. O hesab edirdi ki, milli dövlətlər sistemi transmilli korporasiyalar dünyası tərəfindən tədricən sıxışdırılıb aradan çıxarılır. Müasir dünya siyasəti barədə neoliberal təsəvvürlərə malik nümayəndələrdən biri olan E.Toffler milli dövlətin tədricən əriyib gedəcəyini proqnozlaşdırır.

Oxşar fikrin tərəfdarı olan alman alimi V.Büll müasir dünyanın transmilliləşməsi meyillərinə əsaslanaraq, tarixin subyekti kimi dövlətin ölüb gedəcəyini bildirir.8

İngilis sosioloqu Z.Baumana məxsus olan daha bir nöqteyi-nəzər də var. Onun fikrincə, qlobal maliyyə, ticarət və informasiya-sənaye dairələrinin hərəkət azadlığını və onların hədəflərinin həyata keçirilməsində qeyri-məhdud imkanları təmin etmək üçün dünya səhnəsində siyasi pərakəndəlik hökm sürməlidir. Zəif dövlətlərin, yəni, zəiflədilmiş, amma dövlət kimi qalan ölkələrin mövcud olması bu dairələrin hamısının həyati maraqlarına uyğundur9.

O hesab edir ki, dünya bankları və valyuta fondları vasitəsilə bu ölkələri asanlıqla idarə etmək olar. Nəticədə yeni, amma daha zəif və daha kiçik resurslara malik olan, siyasi cəhətdən müstəqil ərazi qurumları yaradılmasına yönəlmiş açıq siyasət həyata keçirilir. Onun fikrincə, bu zəif siyasi oyunçular güclülərin əlində oyuncaqdır. Dövlətin maddi bazası məhv ediləndə, onun suverenliyi və müstəqilliyi ləğv ediləndə, siyasi sinif yer üzündən silinəndə milli dövlət sadəcə meqakorporasiyaların təhlükəsizlik xidmətinə çevrilir. Dünyanın yeni ağalarının birbaşa idarəçiliklə məşğul olmağa ehtiyacları yoxdur. Onlar inzibati məsələləri milli dövlətə həvalə edirlər.10

Gördüyümüz kimi, bu müəllifin fikrincə, qloballaşma tarixin təbii gedişatı, obyektiv zərurətdir. Buna görə də dövlətlərin öz suverenliyini itirməsi, dövlətin funksiyalarının yuxarıdan göndərilmiş tapşırıqların icrasından ibarət olması ilə barışmaq lazımdır. Lakin bu konsepsiyanın opponentlərinin fikrincə, maliyyə bazarlarının liberallaşdırılması haqqında qərar təbii iqtisadi zərurətin deyil, siyasi prosesin nəticəsidir. Bu proses həmin yolla öz banklarının və korporasiyalarının başqa ölkələrin bazarlarına daxil olmasını təmin etmək istəyən ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən başlanıb.11

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları dövlətlərin suverenliyinin aradan qaldırılmasında böyük rol oynayır, ölkələrin iqtisadiyyatı üzərində öz nəzarətini hər vasitə ilə möhkəmləndirirlər. Onların həyata keçirdiyi siyasət dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmayan ölkələrin milli iqtisadiyyatının zəifləməsi, əhalinin sosial durumunun pisləşməsi ilə nəticələnir.

Məsələn, Beynəlxalq Valyuta Fondu qlobal maliyyə axınlarını tənzimləyən qurum olaraq, formal baxımdan beynəlxalq təşkilat hesab edilir, əslində isə o, dünyanın ən çox inkişaf etmiş ölkələrinin maraqlarını təmsil edən vasitəyə çevrilib. Dünya Ticarət Təşkilatı da buna oxşar rol oynayır və əslində milli dövlətin iqtisadiyyatını dağıdır. Beləliklə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları bir tərəfdən dünya iqtisadiyyatı üzərində öz nəzarətini möhkəmləndirir, digər tərəfdən isə milli iqtisadiyyatları zəiflədir, bununla da ölkələrin əhalisinin sosial durumunu pisləşdirirlər.

Özünü inkişaf etdirmək məqsədilə qlobal strukturlarla müstəqil əlaqə yaradan regionlar da dövlətin bir təsisat kimi zəifləməsində müəyyən qədər rol oynayırlar. Belə regionlar kənar subyektlərlə qarşılıqlı əlaqəyə girərək, əslində onların maraqlarını reallaşdırırlar. Həm regionların, həm də kənar subyektlərin belə hərəkətləri çox vaxt milli dövlətin maraqlarına cavab vermir, müəyyən mənada ölkənin suverenliyinə təhdid yaradır.

Siyasi birliklərin və vətəndaş strukturlarının dağıdıcı rolu da müasir qlobal proseslərdə heç də az rol oynamır. Onların dəyər oriyentasiyaları dövlətin həyat fəaliyyətində mühüm amildir. Əgər cəmiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə formalaşdırıcı təsir göstərmək iqtidarında olsa, onlar öz dövlətinin mənafelərini ifadə etmək qabiliyyətini saxlayırlar. Amma Azərbaycanın təcrübəsi onu da göstərir ki, bu təşkilatların müəyyən dairəsinin siyasətinin mənbəyi cəmiyyətin özündə yox, kənar qüvvələrdədir. Bu halda milli siyasi birliklərin və vətəndaş birliklərinin öz fəaliyyətlərində rəhbər tutduqları prioritetlər, ideyalar və dəyərlər onların xarici kuratorlarının maraqlarına və hədəflərinə cavab verir, dövlətin daxili həyatında isə dağıdıcı xarakter kəsb edir.

Demək düzgün olmaz ki, qloballaşma şəraitində dövlətlərin suverenliyinin aradan qalxması konsepsiyası alimlərin ümumi mövqeyini əks etdirir. Alternativ fikir var. Onlar qloballaşma dövründə dövlətin potensialının və funksiyasının bir qədər dəyişməsi faktı ilə razılaşsalar da bu fikirlə razılaşmırlar ki, guya milli dövlət öz rolunu bitirib, qloballaşmanın isə həddi-hüdudu yoxdur. Bu müəlliflərin fikrincə, dövlətin əsas rolunun saxlanması şübhə doğurmur, çünki az-çox effektiv beynəlxalq idarəçiliyin həyata keçirilməsi üçün şərait yalnız dövlət tərəfindən başqa dövlətlərlə əməkdaşlıq vasitəsilə təmin edilir. Müasir dövrdə praktiki olaraq dünyanın bütün dövlətlərinin təmsil olunduğu BMT, müəyyən mənada, belə təsisatdır.

Qloballaşmanın müasir dövlətə təsiri barədə bəzi müəlliflərin mövqelərini bu cür şərh etməkdə məqsədim onu göstərməkdir ki, bu problem dünya alimləri arasında müzakirə obyekti olaraq qalır və onun fəlsəfi, sosial-siyasi və iqtisadi xarakteristikasına nöqtə qoymaq hələ tezdir. Məsələ bundadır ki, qloballaşma proseslərinın təsiri altında müasir dünyada nə dərəcədə fundamental dəyişikliklər baş verə biləcəyini biz hələlik hətta nəzəri cəhətdən də dərk etməmişik. Bununla birlikdə, modern dövrünün mahiyyətini müəyyən edən dəyərlər yoxa çıxmayıb. Modern, postmodern və demokratiya milli dövlətin əsas xarakteristikalarını çox da dəyişdirməyib. Suveren dövlətlərin legitimliyinin mənbəyi əvvəlki kimi, yenə də milli cəmiyyətlər, beynəlxalq və dövlətlərarası qarşılıqlı təsir, həmçinin müasir demokratiyanın və dünya mədəniyyətinin qəbul edilmiş dəyərləridir. Avropa İttifaqının üzvü olan dövlətləri bürümüş millətçilik meyillərinin yenidən fəallaşması belə düşüncələr üçün kifayət qədər qida verir. Tamamilə aşkardır ki, dövlətin məhv edilməsi ayrı-ayrı cəmiyyətlər və dünya birliyi üçün utopiyanın deyil, fəlakətin müqəddiməsidir.12

Mövcud ədəbiyyatdan görünür ki, milli dövlətlərin sonu konsepsiyası həm ciddi tədqiqatçılar, həm də siyasətçilər tərəfindən təkzib edilir. Əsas səbəb dövlətin əleyhinə olanların dünyanın inkişafında müasir tendensiyaların qiymətləndirilməsinə yanaşma metodologiyasıdır. Bu problemin tanınmış amerikalı tədqiqatçısı P.Draker də həmin məqama diqqət yetirib. O yazır: Son illərdə dövlətin əleyhinə olmaq dəb düşüb. Ancaq bu, düzgün deyil. Bizim güclü dövlətə ehtiyacımız var. Həqiqətdə biz qarşıdakı onilliklərdə dövlətçiliyin zəifləməsini yox, çox ehtimal ki, güclənməsini gözləyə bilərik.13

Fransalı, italiyalı, niderlandlı və belçikalı tədqiqatçıların əksəriyyəti, - sosialdemokratiya ənənələrinin güclü olduğu İsveç və Danimarka kimi ölkələr də öz yerində, - dövlətə fəal sosial təşkilatçı, himayəçi və iqtisadiyyatın tənzimləyicisi kimi baxırlar

Siyasi proseslərin müasir dinamikası cəmiyyətdə dövlətin əhəmiyyətini nəinki azaltmır, hətta əksinə, onun əhəmiyyətinin artmasını vurğulayır.14

Qeyd etmək lazımdır ki, istənilən siyasi təsisat kimi, dövlət təsisatı da daim inkişaf edir, tarixi proseslərə uyğun olaraq formasını dəyişir. Əgər bu gün biz dövlət təsisatının transformasiyasını müşahidə ediriksə, bu dəyişiklik, çox ehtimal ki, postsənaye tranziti ilə, yəni, XXI əsrin sosial-iqtisadi, texnoloji və siyasi trendlərini müəyyən etmiş postsənaye inkişafına keçidlə bağlıdır. Sonuncular da, öz növbəsində, dövlətin vəziyyətinə təsir göstərərək, onun müasir transformasiyasının istiqamətlərini müəyyən edir. Bu da təbii prosesdir. Lakin ən çox inkişaf etmiş ölkələr (ABŞ və onun müttəfiqləri) tərəfindən həyata keçirilən siyasətin müdaxiləsi nəticəsində bu prosesin kursunun (trayektoriyasının) dəyişməsi ona milli dövlətlərin xeyrinə olmayan tamamilə başqa məna verir.

Demək lazımdır ki, fikirlərdə uyğunsuzluq əsasən hamı tərəfindən qəbul edilmiş güclü dövlət zəif dövlət konsepsiyasının olmaması ilə bağlıdır.

Məşhur filosofların, futuroloq və sosioloqların mülahizələrində qloballaşma şəraitində dövlətin rolu haqqında proqnozlarla bağlı maraqlı bir ziddiyyət müşahidə etmək olar. Neoliberal konsepsiyanı fəal təbliğ edən bu insanlar qlobal siyasi və iqtisadi proseslərin mərhələlərinin xarakterindən asılı olaraq, müasir şəraitdə dövlətin rolu və yeri barədə ziddiyyətli fikirlər söyləyirlər. Belə təəssürat yaranır ki, elm aləmində tanınmış bu tədqiqatçılar öz əsərlərində dünya ictimaiyyətinə dərin nəzəri araşdırmaların yekunlarını, fəlsəfi, elmi nəticələri təklif etmək əvəzinə, sadəcə öz hökumətlərinin hədəflərinin heroldu (carçısı) rolunu yerinə yetirirlər.

Bu müəlliflər iri beynəlxalq korporasiyaların ideoloqları və onların maraqlarının müdafiəçiləri rolunu öz üzərinə götürdüklərini əslində gizlətmirlər. Məsələn, P.Draker hesab edir ki, qlobal biliklər cəmiyyətində və qlobal iqtisadiyyatda formalaşmaqda olan yeni dəyərlər sistemində milli dövlətə yer olmayacaq. Onun fikrincə, milli dövlət vaxtı keçmiş formadır və bu forma sənaye cəmiyyəti üçün yararlı idi, amma postsənaye cəmiyyəti üçün qəbuledilməzdir, qloballaşan postsənaye cəmiyyətində idarəçilik təsisatları dövlət əsasında deyil, korporativ əsasda, şəbəkə əsasında yaranacaq.15 Halbuki 1993-cü ildə dərc olunmuş və mənim yuxarıda istinad etdiyim Postkapitalizm əsərində P.Draker əks fikrin tərəfdarı idi. Bu, müəllifin özünün baxışlarının siyasi transformasiyasına dəlalət edir.

S.Hantinqton məşhur Sivilizasiyaların toqquşması əsərində yazır: Dünya siyasət meydanında əsas oyunçular yenə də milli dövlətlərdir. Onların davranışı, əvvəllər olduğu kimi, yenə də öz qüdrətini artırmaq və çiçəklənmək cəhdi ilə təyin olunur, amma bu davranış həm də üstünlük verilən mədəni dəyərlərlə, ümumi və fərqli cəhətlərlə müəyyən edilir. Qeyri-Qərb ölkələrinin qüdrəti və özünə əminliyi artdıqca onlar öz məxsusi dəyərlərini daha çox bərqərar edir və Qərbin onlara sırıdığı dəyərləri rədd edirlər.16 Amma hər halda, Hantinqtonun hansı mövqeyə tərəfdar olması aydın deyil. Məsələ ondadır ki, müəllif elə həmin kitabın sonrakı hissələrində dövlətlərin öz suverenliyini tədricən itirməsi haqqında yazır. Hantinqtonun XXI əsrdə dövlətin roluna baxışında ziddiyyət danılmazdır.

F. Fukuyamaya gəlincə, o, İsveçrənin Le Temps qəzetinə müsahibəsində (1 dekabr 2011-ci il) müasir dövlətlərin roluna qiymət verərək deyib: Danılmazdır ki, həm Avropada, həm də ABŞ-da daha güclü və dözümlü şəxsi maraqlar qarşısında hakimiyyətin bir növ iflicinin şahidləriyik. Qərarlar qəbul edilməsi prosesi ləngiyir və işlər o qədər də yaxşı getmir Otuz il əvvəl sadəcə prinsip üzündən, tetçerizm və reyqanizm siyasətini davam etdirərək dövlətin funksiyaları məhdudlaşdırılıb. İndi biz açıq-aydın görürük ki, xüsusən maliyyə sektorunda tənzimləmənin yetərincə olmaması çox zərərlidir.

2001-ci il sentyabrın 11-də radikal islamçıların Nyu-Yorkdakı ticarət mərkəzinə hücumu göstərdi ki, dövlətin zəifliyi böyük strateji problemlərə gətirib çıxarır. Beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının imkanları birlikdə dövlətin qayğılarına vətəndaşların və ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni problemlər əlavə etdi. F.Fukuyama məhz bunu əsas götürərək yazır: 11 sentyabr hadisələrindən sonra dövlətçiliyin zəiflədilməsi deyil, onun gücləndirilməsi məsələsi dünya siyasətinin əsas vəzifəsinə çevrilib. (Amerika qoşunlarının İraqa, həmçinin NATO-ya daxil olan dövlətlərin qoşunlarının Liviyaya müdaxiləsi də F.Fukuyamanın bu fikrini təsdiq edir).

F.Fukuyama daha sonra davam edir: Beləliklə, gələcək dünya nizamı üçün ən vacibi dövlət qurmağı öyrənməkdir Dövlətçiliyin qürubunu dəstəkləyənlər, istər azad bazarın, istərsə də çoxtərəfli müqavilələr ideyasının tərəfdarları, - müasir dünyada suveren milli dövlətlərin gücünü məhz nəyin əvəz edəcəyini izah etməlidirlər. Əslində bu uçurumu müxtəlif tərkibli beynəlxalq təşkilatlar, cinayətkar sindikatlar, terror qrupları doldurub. Onlar müəyyən dərəcədə hakimiyyətə və legitimliyə malik ola bilərlər, amma bunların hər ikisinə nadir hallarda malik olurlar. Aydın cavab olmadığı üçün biz yalnız suveren milli dövlət məsələsinə qayıtmalı və onu hansı yolla güclü və uğurlu etməyin mümkün olduğunu anlamaq üçün bir daha cəhd göstərməliyik.17

XXI əsrdə dövlətin rolunun aradan qalxacağını proqnozlaşdıran müəlliflər, sadəcə, müasir dövrün diqqətəlayiq, cəmiyyətdə gözlərimiz önündə baş verən dəyişikliklərlə bağlı olan bir xüsusiyyətinə məhəl qoymurlar. Bu dəyişikliklər müasir dövlətlərin funksiyalarına da aiddir. Özü də bu funksiyalar azalmır, əksinə, güclənir, yeni elementlərlə zənginləşir. Professor S.P.Perequdov tamamilə haqlı olaraq hesab edir ki, müasir dövlət öz mövqelərini qloballaşmaya təslim etməyib, onun iqtisadiyyatı idarə etmək qabiliyyəti də yox olmayıb. Amma bu idarəçiliyin formaları və deməli, onun strategiyası dəyişib. Ona görə qloballaşmaqda olan iqtisadiyyatda dövlətin yeni rolunun azalmasını və ya ümumiyyətlə, yoxa çıxmasını söyləməyə əsas yoxdur sadəcə onun rolu dəyişir.18

S.P.Perequdovun və transformist yanaşmanın başqa nümayəndələrinin fikrincə, qloballaşma bütün müasir dəyişikliklərin hərəkətverici qüvvəsidir (hərçənd, dərk edilmiş, məqsədli siyasətin təzahürüdür R.M.), bu dəyişikliklərin gedişində iqtisadi və sosial-siyasi tərkib hissələrin transformasiyası həyata keçirilir. Müasir dünyanın fərqləndirici xüsusiyyətlərindən biri dövlətin yeni, daha ədalətli dünya nizamı formalaşdırmaq cəhdidir. Bu, o deməkdir ki, müasir qloballaşma şəraitində milli dövlətlər əvvəlki funksiyalarını nəinki itirib, ikinci nəfəs, olduqca əhəmiyyətli yeni məqsəd və vəzifələr əldə ediblər.

Dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar hadisələr inandırıcı şəkildə göstərir ki, iqtisadi inkişafın yeganə səmərəli amili əvvəlki kimi, yenə də milli dövlətlərdir. Neoliberal qloballaşma şəraitində onlara ehtiyac nəinki aradan qalxmayıb, hətta öz funksiyalarını zənginləşdiriblər.

Heç də təsadüfi deyil ki, Zbiqnev Bjezinski əvvəlki yanaşmasını dəyişdirərək yazırdı ki, dövlət-millətlər dünya sisteminin əsas vəsiləsi kimi qalmaqda davam edir, milli ərazinin ölçüləri isə əvvəlki kimi, statusun və gücün ən əhəmiyyətli meyarı mənasını saxlayır.19

Müasir dünyada dövlətin rolunun saxlanması haqqında yazan tədqiqatçıların çoxu liberalizm klassiklərinin, o cümlədən Karl Popperin nüfuzuna istinad edirlər. Cəmiyyətdə dövlətin funksiyalarının və hakimiyyətinin qorunub saxlanması zərurəti çox amillərlə, o cümlədən ölkənin bütün əhalisinin hüquqlarına riayət etməyin əhəmiyyəti ilə müəyyən olunur. Lakin K.Popper belə hesab edir ki, dövlətin fəaliyyətinin mənfi məqamlarının inkişafa əngəl olmaması üçün onun hakimiyyətini zərurətdən əlavə artırmaq lazım deyil. K.Popper bu prinsipi Liberalizmin ülgücü adlandırır. Əgər dövlət öz funksiyalarını yerinə yetirməyə qadirdirsə, o, istənilən ayrıca vətəndaşdan və ya ictimai təşkilatdan daha artıq hakimiyyətə malik olmalıdır.20

Karl Popper tamamilə haqlıdır. Müstəqil dövlət apriori amorf və ya başqa sözlə desək, zəif ola bilməz. O, özünü xalqın milli mentalitetinə, yəni, xalqın dünya haqqında və bu dünyada öz yeri haqqında təsəvvürlərinə uyğun olmayan dəyərlərdən qoruya bilməlidir. Məsələ ondadır ki, milli mentalitet dövlətin həyatının bütün tərəflərinin təşkilində müəyyənedici rol oynayır. Bunu inkar etmək mənasız olardı.

Dövlət mürəkkəb sosial qurum, siyasi və hakim təsisatdır. Onun əsas funksiyası bütün cəmiyyətin xeyrinə hakimiyyətin həyata keçirilməsindən ibarətdir. Dövlətlər öz funksiyalarını cəmiyyətin dövlət tərəfindən idarə edilməsinin mahiyyətini və sosial missiyasını əks etdirən əsas fəaliyyət istiqamətləri vasitəsilə icra edirlər. Siyasi sistemin demokratik və ya avtoritar xarakterindən asılı olmayaraq, dövlət ictimai həyatın sabit fəaliyyətinin təmin olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, Dünya Bankı dağıdıcı rol oynayır, buna baxmayaraq, bu beynəlxalq təşkilatın Dəyişən dünyada dövlət adlı məruzəsində müəlliflər vurğulayırdılar ki, effektiv dövlət olmadan istər iqtisadi, istərsə də sosial baxımdan davamlı inkişaf qeyri-mümkündür21.

Aydındır ki, dünya sürətlə dəyişir. Bu dəyişikliklər yeni eranın aparıcı tendensiyasıdır. Nəticədə biz özümüz dəyişirik, bütövlükdə cəmiyyət dəyişir. Amma bəşəriyyəti gələcəkdə nələr gözlədiyini hətta ən böyük zəka sahibləri də qabaqcadan xəbər verə bilmirlər. Müasir dövlətlərin rolunun möhkəmlənməsi, daxili və xarici siyasətdə onların funksiyalarının güclənməsi tendensiyası məhz gələcəyin bəlli olmaması ilə müəyyən edilir. Bu, həm də bəşəriyyəti ümumdünya xaosuna düçar etməmək üçün lazımdır. Son zamanlar getdikcə daha çox müəlliflər yuxarıda deyilənləri təsdiqləyərək bu qənaətə gəlməyə başlayıblar ki, bir sosial qurum kimi, dövlətin rolu və əhəmiyyəti artacaq, gələcək planetar inkişaf mövcud dövlət qurumları çərçivəsində baş verəcək.

Çox cəhətdən dövlətlərə qarşı duran iqtisadi orqanizmlər kimi, korporasiyaların gücünün artmasına baxmayaraq, dövlətlərin sərəncamında olan alətlərin rolu və imkanı zəifləməyəcək, əksinə, güclənəcəkdir22.

Mövcud elmi ədəbiyyatda qloballaşan dünyada dövlətin yeri və rolu haqqında mövqelərin fərqli olmasına baxmayaraq, son onillikdə alimlərin çoxu məhz belə bir ideyaya meyil edir ki, sivilizasiyaların qarşılıqlı təsiri nəticəsində dövlətin rolu liberal konsepsiyalarda təqdim edildiyi kimi azalmayacaq, əksinə, artacaqdır. Xüsusən ona görə ki, dövlət liberalizminin Qərbi Avropa ölkələrini hansı vəziyyətə gətirib çıxarmasını fərziyyələrdə yox, reallıqda görürük. Hərçənd, vaxtilə Maks Veber (1864-1920) dövlətə müəyyən ərazinin daxilində fiziki qüvvədən qanuni istifadə inhisarçılığına (uğurla) iddia edən insan cəmiyyəti kimi tərif verirdi23.

Hegel hesab edirdi ki, hər bir tarixi forma yetkinlik kəsb etdiyi məqamda tənəzzülə məhkumdur. Ancaq şübhəsiz ki, o, tənəzzül haqqında danışarkən bu tarixi formanın tamamilə yox olmasını deyil, onun yeni keyfiyyətə transformasiyasını nəzərdə tuturdu. Yurgen Habermas yazır: Vaxtilə milli dövlətin vəzifəsi tarixin çağırışına inandırıcı cavab tapmaq, sosial inteqrasiyanın Yeni dövrün erkən mərhələsinə xas olan, sonradan tamamilə dağılan formaları üçün funksional ekvivalent tapmaq idi. Bu gün biz analoji çağırış qarşısındayıq. Rabitə və kommunikasiya, iqtisadi istehsal və onun maliyyələşdirilməsi vasitələrinin, texnologiya və silah satışının, hər şeydən əvvəl ekoloji və hərbi təhlükənin qloballaşması bizim qarşımızda elə problemlər qoyur ki, onlar artıq milli dövlət çərçivəsində və ya indiyə qədər hamı tərəfindən qəbul edilmiş suveren dövlətlər arasında sazişlər bağlanması üsulu ilə həll edilə bilməz. Hər şey onu göstərir ki, milli dövlət suverenliyinin zəifləməsi davam edəcək və milli səviyyədə siyasi təsir imkanlarının yaradılmasını və genişləndirilməsini tələb edəcək, biz bunu artıq rüşeym halında müşahidə edirik24.

Gördüyümüz kimi, müasir dövrün görkəmli mütəfəkkirlərindən biri Yurgen Habermas belə bir fikrə gəlir ki, milli dövlətlər bundan sonra da mövcud olacaq, amma onların funksiyaları müəyyən çərçivələrlə bir qədər məhdudlaşacaq. Həqiqətən də etnik sərhədlər daxilində təsis edilən milli dövlətlərin modernləşmə məqsədilə onlara xas olmayan funksiyalardan tədricən uzaqlaşmaları barədə nümunələr dünya praktikasında az deyil. Dövlətin və iqtisadiyyatın ayrılması baş verir. Bütövlükdə bu, dövlət aparatının funksional xüsusiləşməsində təzahür edir. Müasir dövlət inzibati və vergi sistemli dövlətə çevrilir, bu isə yalnız idarəetmə funksiyalarını nəzərdə tutur. Yurgen Habermas yazır: O, (dövlət R.M.) indiyə qədər siyasi dövlət çərçivəsində başa düşülən istehsal vəzifələrini ondan ayrılmış bazar təsərrüfatına verir. Bu baxımdan o, ümumi istehsal şərtlərinin, yəni, kapitalist əmtəə dövriyyəsi və müvafiq ictimai əmək təşkilatı üçün zəruri olan hüquqi çərçivələrin və infrastrukturun qayğısına qalır. Dövlətin maliyyə tələbatı özəl təsərrüfatçılıq subyektlərindən yığılan vergi daxilolmaları hesabına təmin edilir25.

Amma dövlətin və iqtisadiyyatın ayrılması, habelə dövlətin özünün bəzi funksiyalarını vətəndaş cəmiyyətinə verməsi heç də dövlətin öz suverenliyini itirməsi demək deyildir. Suveren dövlət daxildə əmin-amanlığı və asayişi, xaricdə isə sərhədlərini müdafiə edə bilən dövlətdir. Daxili işlərdə o, gücün rəqabət təzahürlərini bacarıqla dəf etməli, beynəlxalq işlərdə isə özünü bərabərhüquqlu rəqib kimi təsdiq etməlidir26.

Odur ki, dövlət idarəetmə, sosial-mədəni, təhsil, tərbiyəvi, ekoloji və s. xarakterli funksiyaların bütöv kompleksini özündə saxlayır. Əsas məsələ budur ki, dövlət öz eyniyyətinə, hakimiyyətin legitimləşdirilməsinə, millətin və dövlətin ərazisinin qorunmasına, inkişaf strategiyasına, milli identikliyin qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Dövlət ölkənin təhlükəsizliyini daxili və xarici dağıdıcı qüvvələrdən qorumağa borcludur. Dövlət təsisatlarının tədricən dağılması nəzəriyyələrinin apologetlərinə cavab verən F.Fukuyama yazır: Yalnız və ancaq dövlətlər asayişi təmin edən qüvvələri birləşdirməyə və məqsədyönlü şəkildə yerləşdirməyə qadirdirlər. Bu qüvvələr ölkə daxilində qanunların işləməsini təmin etmək və beynəlxalq asayişi qoruyub saxlamaq üçün lazımdır27.      

Aydındır ki, dövlət cəmiyyətin, ayrılıqda insanın həyatında əvəzsiz rol oynayır. İnsan dövlətdəki vəziyyətə əsaslanaraq həyatı üçün planlar qurur. Azərbaycan xalqı öz dövlətinə indiki nəslin payına düşən milli sərvət, böyük dəyər kimi baxır. Xalqımız gözəl başa düşür ki, öz dövlətindən məhrum olmaq dünyanın etno-milli xəritəsindən silinmək deməkdir. Buradan belə çıxır ki, öz dövlətini qoruyub saxlamaqdan və inkişaf etdirməkdən vacib məsələ yoxdur. Özü də təkcə güclü dövlət yaşamağa davam edə bilər. Hələ Napoleon Bonapart deyirdi: Ali hakimiyyətin zəifliyi xalqın ən qorxulu fəlakətidir28.

Şübhəsiz ki, dövlət hakimiyyətini real edən gücdür, o, sosial praktikada bu gücə tabe olan subyektlər tərəfindən başa düşülür və mənimsənilir. Məhz bu güc dövlətin fəaliyyətində gözə görünmədən mövcud olaraq, onu məsuliyyət daşıdığı hakimiyyətdən istifadə etməyi bacaran ictimai təsisata çevirir. Bu gücün olmaması dövlətin əhalisinə çoxlu fəlakət və ağır sınaqlar gətirir. Yaxın Şərqin və Şimali Afrikanın bir sıra müasir dövlətlərində hadisələr bunun bariz nümunəsidir. Onların düşdüyü durum göstərir ki, güclü dövlət olmadan normal fəaliyyət göstərən demokratik cəmiyyət yaratmaq mümkün deyil. Yalnız güclü dövlət modeli cəmiyyətin problemlərinin həllini, o cümlədən demokratiya prinsiplərinin reallaşmasını təmin etməyə qadirdir.

Güclü dövlət anlayışını ilk növbədə dövlətin iqtisadi və siyasi sistemini legitimlik əsasında idarə etmək bacarığının xarakteristikası kimi başa düşmək lazımdır. XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda dövlət idarəetmə praktikası belə deməyə əsas verir ki, yalnız prezident idarəetmə sistemi ölkəni dərin böhrandan çıxara bilərdi.

Azərbaycanda prezident idarəetmə forması ilə güclü dövlətin yaradılmasının həm də subyektiv zəmini var. Yaxın keçmişimizə retrospektiv nəzər salanda əmin olmaq mümkündür ki, Qarabağ müharibəsinin ilkin mərhələsinin yekunları 1990-cı illərin əvvəlində Azərbaycanda faktiki mövcud olan parlament idarəetmə sistemində ixtilafların və qərarsızlığın nəticəsi olub. Real gücə malik siyasi partiyalar olmadığı üçün icra hakimiyyəti əslində parlamentdə siyasi xadimlər deyilən qüvvələr tərəfindən kollegial əsasda həyata keçirilirdi. Sürətlə dəyişən vəziyyətdə operativ qərarların qəbul edilməsi uzunuzadı diskussiyalar, qarşılıqlı ittihamlar, mübahisələr, fikir ayrılıqlarını aradan qaldırmaq üçün müxtəlif komissiyaların yaradılması ilə nəticələnirdi. Bütün bu çarpışma nəticəsində Azərbaycan əraziləri nəinki Ermənistan tərəfindən işğal edildi, həm də 1993-cü ilin baharında real vətəndaş müharibəsi təhlükəsi yarandı.

Azərbaycan dövlətinin inkişaf məntiqi göstərir ki, Azərbaycan 1993-cü ilin ortalarından etibarən ardıcıl surətdə güclü dövlət prinsiplərini gerçəkləşdirmək yolu ilə gedir. İqtidarda olan qrupların neoliberal demokratiya ideyalarına aludə olduqları və bu ideyaları fəal surətdə sosial praktikaya tətbiq etdikləri bəzi postsovet dövlətlərindən fərqli olaraq, Prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək və böyük dövlət xadimi bəsirəti və uzaqgörənliyi nümayiş etdirərək güclü Azərbaycan dövləti konsepsiyasını irəli sürdü və onu ardıcıl surətdə praktikada reallaşdırmağa başladı. Sonrakı illərdə dövlətimizin bütün fəaliyyəti bu kursun düzgün olduğunu təsdiqlədi.

Güclü dövlət quruculuğu yeni hökumət idarələrinin yaradılmasından və mövcud olanların möhkəmləndirilməsindən ibarətdir. Heydər Əliyev məhz bu yolla gedirdi. O bilirdi ki, güclü dövlət yaratmadan ölkəni ümumi xaosdan çıxarmaq və onun ərazi bütövlüyünü bərpa etmək mümkün deyil. Eyni zamanda, güclü Azərbaycan dövləti xarici təhdidlərə müqavimət göstərməyə qadir olacaq, qonşularına problemlər yaratmadan özünəyetərli cəmiyyət quruculuğunun qarantına çevriləcək. Frensis Fukuyama yazır: ... güclü dövlət quruculuğu dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması dünyanın ən ciddi problemlərinin çoxunun mənbəyidir...29.

Güclü dövlətin yaradılması kursu Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında müəyyən olunub. Burada dövlət siyasətinin əsas istiqamətləri bəyan edilib. Konstitusiyanın səkkizinci maddəsində deyilir: Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident idarəetmə sistemi Azərbaycan dövləti üçün ən məqbul idarəetmə formasıdır. O, xalqın birliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.

 Bu gün Azərbaycan dövlətinin sabit olmasının səbəbi budur ki, o, güclüdür, bununla belə, bütün dövlətlərlə qarşılıqlı bərabərhüquqlu fəaliyyətə istiqamətlənib. Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ probleminin hərtərəfli həllinə, xalqın sosial-iqtisadi rifahının təmin edilməsinə, insanların həyat keyfiyyətinin artırılmasına, regionda sülhün bərqərar edilməsinə və dünya birliyinin üzvü olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa ümidlərini güclü və nüfuzlu dövlətlə bağlayır.

Güclü dövlət dedikdə, mən bu anlayışı təkcə güc mənasında işlətmirəm. Məsələn, ABŞ həm iqtisadi, həm də hərbi baxımdan dünyanın ən qüdrətli dövlətidir, amma onu güclü dövlət sırasına aid etmək olmaz. Frensis Fukuyamanın nəzəriyyəsinə görə, dövlətin gücü onun siyasi kurslar formalaşdırıb həyata keçirmək və qanunlar yaratmaq; minimum süründürməçiliklə səmərəli inzibatçılıq etmək; fırıldaqçılığı, korrupsiyanı və rüşvətxorluğu nəzarətdə saxlamaq; hökumət idarələrinin şəffaflıq və məsuliyyət (hesabat vermək) səviyyəsini yüksək saxlamaq; ən başlıcası isə qanunları həyata keçirmək30 bacarığından ibarətdir.

R.İ.Sokolova və V.İ.Spiridonov həmmüəllif olduqları əsərdə yazırlar: Müasir Qərb tədqiqatlarında güclü və zəif dövləti qarşılıqlı əlaqədar olan iki meyar onların daxili strukturlaşdırma dərəcəsi və ətraf mühitə, ilk növbədə vətəndaş cəmiyyətinə münasibətdə muxtariyyət dərəcəsi əsasında fərqləndirirlər. Elmi ədəbiyyatda model kimi paradiqmatik deyilən (yəni, misal, model, nümunə kimi R.M.) hadisənin ideal tiplərinə son dərəcə yaxın iki modeli zəif dövlət etalonuna maksimum müvafiq dövlət kimi ABŞ-ı və güclü dövlətin ən adekvat nümunəsi kimi Fransanı önə çəkirlər31.

Məsələ bundadır ki, Amerika millətinin formalaşması dövlətin mərkəzləşdirici gücünün fəaliyyətinin nəticəsi olmayıb, əksinə onun  cəmiyyəti ənənəvi başa düşülən hər hansı dövlət qurumu çərçivəsindən kənarda bir növ özünü təşkil edib. Fransa tarixçisi və siyasi xadimi Aleksis de Tokvil (1805-1859) hələ 1835-ci ildə yazırdı ki, ABŞ-da cəmiyyət heç bir zahiri hakimiyyət olmadan özbaşına və özü üçün fəaliyyət göstərir. Demək olar, ölkəni xalq özü idarə edir, çünki hökumətə verilən hüquqlar cüzi və məhduddur; hökumət xalq ilə əzəli əlaqəsini daim hiss edir və onu yaradan qüvvəyə tabe olur. Kainatda Allah-Taala hökmranlıq etdiyi kimi, Amerika siyasəti dünyasında xalq hökmranlıq edir. Mövcud olan hər şeyin əvvəli və sonu odur; hər şey onun iradəsindədir və hər şey ona qayıdır32.

Hakimiyyətin və nüfuzun natamam olması və dispersiyası (parçalanması) müasir zəif Amerika dövlətinin əsas xarakteristikalarıdır. Dövlətin daxili strukturu Amerika siyasi federalizmi ilə bilavasitə bağlı olan çox böyük mərkəzsizləşdirmə dərəcəsi ilə fərqlənir.

Zəif dövlət çoxsaylı siyasətçilərin və inzibatçıların real, amma bir-birindən ayrılmış fəaliyyət sahəsinə malik olduqları bürokratik plüralizm təzahürü ilə xarakterizə olunur. Siyasətçilər və məmurlar arasında əməkdaşlığın olmaması ümumi inzibati qərarların qəbul edilməsini və onların reallaşmasını çətinləşdirir. Fərdi, lokal administrasiya başçıları real hakimiyyət əldə edirlər. ABŞ-da hakimiyyətin strukturu məhz belədir.

ABŞ-dan fərqli olaraq, Fransanın tarixi boyu inkişafın bütün mərhələlərində cəmiyyət dövləti deyil, məhz dövlət cəmiyyəti yaradıb. Özü də islahatlar prosesində təsisatlar dövlətdən daha çox asılı olublar, nəinki dövlət onlardan. Tarix boyu çoxsaylı rejimlərin bir-birini əvəzləməsinə baxmayaraq, idarəetmənin təməli sabit qalıb, bütün sosial transformasiyalar isə inzibati funksiyaları yalnız möhkəmləndirib 33.

Qeyd etmək lazımdır ki, siyasi sistemin əsas təsisatı kimi güclü dövlətin ictimai həyatın sosial normalarını və qaydalarını müəyyən etmək və nizama salmaq hüququ var. O, iki tərkib hissəni - məhz gücü və siyasəti nəzərdə tutur. Güc düşünüləni yerinə yetirmək, siyasət isə bu kontekstdə düşünülənə prioritetlik vermək bacarığıdır. Deyilənlərə müvafiq olaraq, bu mövzular daim maraq doğurur: güclü dövləti necə başa düşməli, xarici və daxili amillərdə dövlətin gücünün mahiyyəti nədən ibarətdir? Güclü dövlət paradiqmasını iqtisadi, sosial, elmi-texniki, siyasi və reallaşması bir sıra mühüm səbəblərlə şərtlənən məhz hərbi potensiallardan törəmə kimi müəyyən edən çoxsaylı nəzəriyyələr mövcuddur. Amma zənnimcə, dövlətin qloballaşma şəraitindəki rolundan çıxış edərək, onun daha dəqiq xarakteristikası üçün Qədim Romadan Interregnum anlayışını köhnə ideyaların artıq işləmədiyi, yenilərinin isə hələ yaranmadığı zaman kəsiyini götürmək lazımdır. Bu halda iki baza mövqeyinə əsaslanmağa dəyər. 

Birincisi bundan ibarətdir ki, dövlətin gücü onun demokratik ənənələrinin və təsisatlarının inkişaf səviyyəsi ilə müəyyən olunur. Bunlar insan hüquqlarının müdafiəsini, qanunun aliliyini, səmərəli seçki sistemini, medianın azadlığını və vətəndaş cəmiyyətinin fəal rolunu özündə ehtiva edir ki, bu da qərarların qəbulu zamanı xalqın hakimiyyətini təcəssüm etdirir. Əlavə olaraq, xalqın iradəsi, yaxud demosun səsi ləngimə və əksliklər sisteminə nəzarət edir, bu yolla ictimai konsensus və dövlət mexanizminin fasiləsiz işini yaradır. Bu demokratiyanın necə - konstitusiyalı, əsaslı, prosedurlu olmasından, yaxud prosesə istiqamətlənməsindən asılı olmayaraq, cəmiyyəti idarə edən azlığın siyasi fəaliyyəti insan və insanın xoşbəxtliyi naminə həyata keçirilir. Buradan belə nəticə hasil olur ki, vətəndaş cəmiyyəti mexanizminin genişlənməsinin əsas şərtlərindən biri müvazinət, hüquq bərabərliyi və dövlətin, cəmiyyətin və fərdin tarazlı inkişafıdır. Çünki Aristotelə görə də dövləti fəaliyyətin əsas leytmotivi və dövlətin ali məqsədi xoşbəxt həyata nail olmaqdır. Bu isə fərdin güclü dövlətin hökmü altında olması şərti ilə mümkündür.

Dövlətin gücünün ikinci aspekti isə istər daxili siyasət, istərsə də xarici siyasət sahələrində onun hərbi-siyasi aparatının gücü ilə müəyyən olunan sistemdir. Dünyada dövlətin gücünün demokratik tərkib hissələrinin çox zəif olması şəraitində müvafiq hərbi-texniki təchizatla müəyyən olunduğu nümunələr az deyil. Bu halda hərbi-siyasi aparat dövlətin daxilində gücün qarantı, cəmiyyətə qarşı zorakılıq və repressiyalar aparatı kimi çıxış edir.

Zənnimcə, güclü dövlət dünyəvi dövlətdir. Güclü dövlət transparent dövlət idarəetmə sistemini dəstəkləmək üçün vətəndaşın demokratik hüququndan demokratiyanın ifrat həddə yuvarlanmasının və nəticədə çıxılmaz vəziyyətə düşməsinin qarşısını alan güclü hüquq-mühafizə strukturları ilə birlikdə istifadə edə bilən dövlətdir. Bu gün dünyada baş verən hadisələrin nümunəsində belə qənaətə gəlmək olar ki, dövlətdə həyat prinsiplərini dövlətin əsas funksiyalarına toxunmadan vətəndaş cəmiyyəti müəyyən etməlidir. Bu zaman güc strukturlarının rolu ayrı-ayrı qrupların imtiyazlarını müdafiə etmək deyil, hüquqi təhlükəsizliyə və asayişə təminat verməkdir.

Hegel yazırdı: möhkəm dövlət hakimiyyəti azadlığın zəruri şərtidir34.

Deməli, güclü dövlət güclü vətəndaş cəmiyyətidir. Əlbəttə, belə dövlət insan hüquqlarından üstün olmamalıdır. İnsan hüquqlarına və azadlıqlarına hörmət etməyən güclü dövləti təsəvvürə gətirmək mümkün deyil. Hər hansı dövlət modelində vətəndaş cəmiyyəti təsisatlarının inkişaf etdirilməsinin, vətəndaşların hüquq mədəniyyətinin və vətəndaş fəallığının, hüquqi nihilizmə qarşı mübarizənin səviyyəsinin artırılmasının zəruriliyi şəksizdir, çünki onların yoxluğu hər hansı islahat və dəyişiklikləri heçə endirir.

Amma bu zaman aşağıdakıları yadda saxlamaq lazımdır: insan hüquqlarının dövlət maraqlarına münasibətdə prioritet olması prinsipinin mütləqləşdirilməsi cəmiyyətdə ifrat fərdiyyətçilik və xudbinlik psixologiyasının formalaşmasına və yayılmasına şərait yaradır ki, bu da son nəticədə cəmiyyətin və dövlətin həyat fəaliyyətinə çox mənfi təsir göstərə bilər. Bir sıra səbəblərə görə, bəzən dövlətin insanın şəxsi maraqlarına müdaxilə etməsi obyektiv zərurətdən irəli gəlir. Məsələn, belə müdaxiləyə dövlət təhlükəsizliyi maraqlarının təmin edilməsi, başqa sözlə desək, siyasi baxımdan mütəşəkkil olan bütün cəmiyyətin təhlükəsizliyini təmin etmək məqsədi ilə bəraət qazandırmaq olar.

Azərbaycanda siyasi və sosial-iqtisadi sahələrdə islahatların aparılması ölkədə qeyri-hökumət təşkilatlarının, insan hüquqları ilə bağlı cəmiyyətlərin, vətəndaş cəmiyyətinin varlığını təcəssüm etdirən digər strukturların fəal inkişafına əlverişli şəraitin yaradılmasına kömək edib. Bununla əlaqədar Prezident İlham Əliyevin sözlərini misal gətirmək yerinə düşür: Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir35.

Dövlətin funksiyalarını, eləcə də qanunla dövlətin iştirakı nəzərdə tutulan işləri ondan başqa heç kəs icra edə bilməz, heç kəs buna qadir deyil. Bununla belə, bəzi dövlətlərdə biz bir sıra dövlət funksiyalarının ictimai təşkilatlara verilməsi prosesini müşahidə edirik. Öz sponsorlarının sifarişlərini yerinə yetirən beynəlxalq təşkilatlar bu faktı mütərəqqi hal kimi təqdim edirlər. Həmin strukturların gəldiyi qənaətlə razılaşmayan alimlər az deyil.

Zənnimcə, immanent dövlət funksiyalarının ictimai təsisatlara verilməsində müəyyən həddin qoyulmalı olduğunu hesab edən müəlliflər haqlıdırlar, çünki bu, dövlətçiliyin əsaslarını ciddi sarsıda bilər. Aşağıdakı sözləri yazan M.Q.Abramova tamamilə haqlıdır: Vətəndaş cəmiyyətinin yaradılması kimi nəcib bəhanə altında dövlətin təbii funksiyaları ictimai təsisatlara verilir. Bu, yalnız bir nəticəyə - cəmiyyətin siyasi sisteminin özəyi kimi dövlətin dağılmasına və onun zəifləməsinə, ölkədə yeni siyasi aktorların - əsas etibarilə xarici dövlətlər, yaxud təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq, ictimai, qeyri-dövlət strukturlarının peyda olmasına gətirib çıxarır36.

V.A.Zatonski vurğulayır: Ona məxsus immanent funksiyaların icrasından imtina edən, çıxıb getməyə haqqı olmayan cəmiyyət sahələrindən uzaqlaşan (nizamasalmanın dayandırılması yolu ilə) dövlət zəif və iqtidarsız olur37.

Müəllifin gəldiyi nəticələrin hər cür əsası var. Təkcə dövlət funksiyalarının ictimai təşkilatlara verilməsi məsələsinə həddən çox ölçülüb-biçilmiş şəkildə yanaşmaq lazım deyil, əksinə, güclü dövlət orqanlarının funksiyaları geniş və müxtəlif olmalı, belə dövlətin orqanlarının səriştəsi məsələlərin son dərəcə geniş dairəsini əhatə etməli, ictimai həyatın bir çox sahələrinə xeyli dərəcədə toxunmalıdır.

Güclü və zəif dövlətlərin təsnifatı üzrə mühakimə yürüdülsə, bu zaman Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan özünün bir çox göstəricilərinə görə güclü dövlət tipi kateqoriyasına uyğun gəlir.

Bu, onunla əsaslandırılır ki, Azərbaycanda yaradılmış dövlət hakimiyyəti sistemi demokratik siyasi rejimi təkmilləşdirməyə və gücləndirməyə davam edir, eyni zamanda, ölkədə vətəndaşların təsərrüfat-iqtisadi və ictimai təşəbbüsünü stimullaşdıran şəraitə səmərəli nəzarət bacarığının səviyyəsini artırır, bununla da bütün əhali üçün faydalı nəticələrin əldə olunmasında dövlətin rolunu möhkəmləndirir.

Azərbaycanın 1980-ci illərin sonu 1990-cı illərin əvvəlindəki təcrübəsindən bilirik ki, dövlətin zəifliyi və hakimiyyətin qətiyyətsizliyi cəmiyyəti tam kollaps vəziyyətinə salır. Odur ki, dövləti bütün idarəetmə təsisatlarının, hakimiyyətin bütün səviyyələrinin timsalında daha da gücləndirmək, dəqiq işləyən icra vertikalı mexanizmlərini qurmaq ən mühüm vəzifədir. Çünki güclü dövlət quruculuq fəaliyyətinin təşəbbüskarı, ruhlandırıcısı və qarantıdır.

Azərbaycanda hakimiyyət özünün güclü dövlət ideyasını həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır. Məsələ bundadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmasa Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşmasının üstündən xətt çəkilə bilər. Güclü dövlət gələcək nəslə və insan kapitalına investisiya yatırmadan müvəffəqiyyətli ola bilməz. Azərbaycanda güclü dövlətin uğurları təhsilə, səhiyyəyə, idmana və digər sosial proqramlara düşünülmüş şəkildə sərmayə yatırılması ilə bağlıdır.

Azərbaycanda güclü dövlətin bəzi əlamətlərini göstərməyə çalışaq:

-tam suverendir, buna görə də daxili və xarici siyasətində başqa dövlətlərdən, yaxud beynəlxalq təşkilatlardan asılı deyil;

-milli iqtisadiyyatı və istehsal sahəsini ən müasir texnologiyalar bazasında inkişaf etdirir;

-Azərbaycanın bütün etnoslarının dövlət ideologiyası olan, tolerantlıq və multikulturalizm kimi dövlət səviyyəsində möhkəmləndirilən elementlərə sahib olan güclü milli Azərbaycanizm ideologiyasına malikdir;

-milli mədəniyyəti, elm və təhsili, idmanı və praktik təbabəti inkişaf etdirir;

-pensiyaçıların və aztəminatlı vətəndaşların qayğısına qalır;

-qanuna müvafiq olaraq ictimai asayişi səmərəli təmin edir;

-dövlətin ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyinə  müvafiq olaraq Milli Silahlı Qüvvələri inkişaf etdirir;

-öz müstəqil fəaliyyətində milli maraqlara və dövlət maraqlarına əsaslanan qeyri-hökumət (vətəndaş) strukturlarını hər vasitə ilə dəstəkləyir;

-radikal qrupların, xüsusən başqa dövlətlər, yaxud beynəlxalq təşkilatlar və s. tərəfindən maliyyələşdirilən qrupların fəaliyyətinin qarşısını qanuna müvafiq olaraq bacarıqla alır.

Keçid dövrü şəraitində Azərbaycan dövləti ən mühüm sosial-siyasi qurum, yaxud daxili transformasiyalar amili olaraq qalır. Azərbaycan öz coğrafi mövqeyi ilə geosiyasi mərkəz kimi çıxış edir. Zbiqnev Bjezinskinin fikrincə, geosiyasi mərkəzlər öz coğrafi mövqeyindən asılıdır. Coğrafi mövqe bir sıra hallarda onlara ya mühüm rayonlara çıxışa nəzarət, ya da fəaliyyətdə olan mühüm geosiyasi şəxslərə resursların əldə olunmasında rədd cavabı verməyin mümkünlüyü baxımından xüsusi rol ayırır. Başqa hallarda geosiyasi mərkəz dövlətin, yaxud hətta geosiyasi məkanda həyati əhəmiyyət daşıyan regionun sipəri ola bilər. Bəzən geosiyasi mərkəzin mövcudluğunun özü qonşuluqda geostrateji fəaliyyət göstərən daha fəal şəxslər üçün, demək olar, çox ciddi siyasi və mədəni nəticələr verir38.

Müasir Azərbaycan dövləti təhlükəsiz-liyin, suverenliyin, ictimai maraqların, dilin və milli mədəniyyətin müdafiəsinin yeganə qarantıdır. Skeptiklərin fikirlərinə rəğmən düşünürəm ki,  qloballaşma şəraitində dövlətin potensialı azalmayacaq, əksinə artacaq. Qanunlara riayət olunmasının, siyasi, iqtisadi və sosial sabitliyin qorunub saxlanılmasının qarantı kimi öz əhəmiyyətini gücləndirən milli dövlətin özünü qloballaşma proseslərinin mümkün mənfi nəticələrindən qoruması üçün bəzi funksiyalarını dəyişdirmək məcburiyyəti qarşısında qalması başqa məsələdir. Deməli, cəmiyyət tədricən öz təkamülünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoyacaq ki, bu da müxtəlif tip sosial münasibətlərin inkişaf məntiqinin prinsipial yaxınlaşması ilə xarakterizə ediləcək. Amma güclü Azərbaycan dövlətinin rolunun saxlanması şəksiz olacaq. Çünki dövlətin gücü maddi başlanğıcdır, enerji, fəaliyyət, yaradıcı potensial, hərəkət, fəallıq mənbəyidir; bu, həm də hər hansı fəaliyyətin, müəyyən gərginlik dərəcəsi ilə fərqlənən vəziyyətin, məqsədyönlülüyün, iradənin təzahür etdirilməsi qabiliyyətidir. Bu halda elə qüvvə nəzərdə tutulur ki, onsuz qüdrət yoxdur, hakimiyyət yoxdur. Hakimiyyət özü-özlüyündə gücə çevrilə bilməz. Onu bu cür edən dövlətə mənsub olmasıdır39.

Azərbaycanın elmi cəhətdən əsaslandırılmış, bütün incəliyinə qədər düşünülmüş strateji inkişaf kursunun işlənib hazırlanması ölkə rəhbərliyinin müvəffəqiyyətlə həll etdiyi mühüm vəzifələrdən biridir. Yuxarıda bütöv bir bölməni müasir Azərbaycanda cəmiyyətin modernləşməsi, hüquqi, sosial və demokratik dövlət quruculuğu ilə bağlı fəal prosesin getməsinə həsr etmişəm. Modernləşmə sistemində dövlət hakimiyyətinin parametrlərinə, Azərbaycan cəmiyyətinin bütün üzvlərinin həyatında dövlətin rolunun artmasına xüsusi diqqət yetirilir. Bu, məhz həmin haldır ki, Azərbaycanda dövlət hakimiyyəti böyük Qərb dövlətlərinin ölkə rəhbərliyini güclü dövlət ideyasından imtina etməyə və dövlət funksiyalarının çoxunu  həmin dövlətlər tərəfindən maliyyələşdirilən vətəndaş qurumlarına verməyə məcbur etmək məqsədi daşıyan şantajına və təzyiqinə uymur.

Milli dövlətin mənşəyinin spesifikası nəzərə alınmadan güclü dövlət ideyası reallaşdırıla bilməz. Əksinə, bu ideya özünün başlanğıc nöqtəsini dövlətdəki milli özünəməxsusluq, hakimiyyət təsisatlarının inkişaf səviyyəsi ilə əlaqələndirməlidir. Bu nöqteyi-nəzərdən müasir Azərbaycan bütün funksiyalarını, sosial və siyasi təyinatını ardıcıl yerinə yetirən güclü, effektiv, mükəmməl, nüfuzlu və özünə güvənən dövlətdir.

Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxunu təmsil edən Azərbaycan regionda ən əhəmiyyətli dövlət kimi xüsusi mövqeyini getdikcə daha çox başa düşür. Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, bütövlükdə kiçik əraziyə, azsaylı əhaliyə (9,6 milyon) malik olmasına baxmayaraq, Azərbaycan çox böyük enerji, zəngin təbii ehtiyatları ilə Qafqaz regionunda geosiyasi cəhətdən mühüm mövqelər tutur. Coğrafi mövqeyi, habelə Çinin dəmir yolu qovşaqlarını və Orta Asiyanın enerji resurslarını Avropa ilə birləşdirən körpü olması da onun rolunun əhəmiyyətini müəyyən edir.

Beləliklə, qloballaşma dövründə milli istiqamətli inkişaf yolunu qoruyub saxlaması üçün Azərbaycanın zəruri resursları var. Amma bu məsələnin həllinin gedişində dövlətçiliyin indiki tipi tədricən ənənəviliyin yeni dövrün tələblərinə cavab verən formalarla birləşdiyi dövlət modelləri ilə konvergensiya olunacaq. Bu, inkişafın qanunudur. Bunun Qərbin nümunəsində liberal dövlət modeli olub-olmayacağını demək çətindir. Hazırda dünyanın bu hissəsində müşahidə etdiklərimizə əsaslansaq, yalnız bir nəticə çıxarmaq olar neoliberal dövlət tipinin perspektivi yoxdur. Dövlətin maraqları ilə şəxsiyyətin maraqlarını qarşılıqlı razılaşdırmağa, sosial-iqtisadi və siyasi xarakterli problemləri həll etməyə, xarici aləm ilə bərabərhüquqlu qarşılıqlı təsir mexanizmlərini reallaşdırmağa qadir milli suveren dövlətin olması XXI əsrdə milli ideyanın ən mühüm tərkib hissəsidir.

Azərbaycan xüsusi, özünəməxsus dövlət idarəetmə modelinə malikdir. Mən model dedikdə, siyasi sistemdə dövlətin yerini və rolunu göstərən əlamətlərin məcmusunu nəzərdə tuturam. Yeri gəlmişkən, özünəməxsus model özünü təsdiq etmiş hər bir dövlətə xasdır. Müasir dünyada dövlət idarəetmə sisteminin bütün milli variantlarının müxtəlifliyində güclü dövlət və servis dövlət konsepsiyaları seçilir. Güclü dövlət konsepsiyasında dövlət bütün cəmiyyətin inkişaf yolunu müəyyən edən aparıcı sükançı kimi nəzərdən keçirilir. Qərar qəbul edilməsi prosesi hakimiyyətin nüfuzuna əsaslanır. Servis dövlət konsepsiyasında islahatlar prosesi və onun istiqaməti cəmiyyət tərəfindən müəyyən olunur, lakin dövlət idarəçiliyinin forma və metodlarının həyata keçirilməsi prosesi ənənəvi forma və metodlardan fərqlənir. Söhbət elektron hökumət elektron dövlət proqramı vasitəsilə servis yanaşmanın reallaşmasından gedir40.  Bəzi müəlliflərin fikrincə, servis idarəçiliyi qruplar, fərd və dövlət arasında özünəməxsus simbiozun inkişafını əks etdirir.

Bir sözlə, cəmiyyətin həyatında Azərbaycan dövlətinin müəyyənedici rolunun qorunub saxlanması hətta qloballaşan dünya şəraitində fundamental milli ideya məsələlərini müvəffəqiyyətlə həll etməyə imkan verən fakt olaraq qalır.

Azərbaycanda dövlət hakimiy-yətinin daha da möhkəmlənməsi müasir şəraitdə milli ideyanın həyata keçməsinin qarantıdır. Bununla belə, dövlət hakimiyyətinin qətiyyətinin və fəallaşmasının labüdlüyü həm də cəmiyyətdə sabitliyin və xüsusi milli problemləri həll etməyə ölkə ərazisinin Ermənistan tərəfindən işğal edilmiş 20 faizini azad etməyə, dünyanın güclülərinin ölkənin təbii sərvətini ələ keçirmək (elə bu məqsədlə ölkəmizə aramsız hücumlar edilir) cəhdlərinə qarşı mübarizə aparmağa qadir olan siyasi hakimiyyətin sabitliyinin qorunub saxlanılmasının vacibliyi ilə şərtlənir. Bununla belə, dövlətin yürütdüyü qətiyyətli siyasət geosiyasi tərkib hissələri, Qərbin ikili standartlar siyasəti, habelə müasir dünyada ciddi problemlərin olması ilə şərtlənir. Deməli, güclü dövlət ideyası ölkəmizin müasir inkişaf mərhələsinin obyektiv tələbatından, dünyadakı proseslərdən və dövlətin qarşısında duran, həllini tələb edən mürəkkəb məsələlərdən irəli gəlir.

Azərbaycan dövləti vətəndaş-larımızın yaşamaq hüququna, milli təhlükəsizliyə və sosial-iqtisadi inkişafa təminat verən yeganə siyasi təsisatdır. Dövlət olmadan ictimai tərəqqi mümkün deyil.

Bu halda məhz güclü dövlət özünün zəruri və prioritet funksiyalarını müəyyən edir. Rusiyalı tədqiqatçı O.İ.Miroşkina güclü dövlətin inkişaf prioritetlərini, sosial prosesləri idarəetmə sisteminin təkmilləşdirilməsi modellərini, sosial rifaha çatmaq yollarını müəyyən edən baza funksiyalarını fərqləndirir. Müəllif güclü dövlətin əsas funksiyaları kimi təsisedici funksiyasını, yəni, lazım gəldikdə yeni siyasi mexanizm formalaşdırmaq (yeni təsisatlar yaratmaq, əhəmiyyətini itirmiş köhnə təsisatları yenidən qurmaq və ya ləğv etmək) bacarığını; əzəldən dövlətə xas olan və güclü dövlət üçün xüsusi aktuallıq kəsb edən qanunvericilik funksiyasını önə çəkir.

 

O qeyd edir ki, göstərilən funksiya yeni şəraitdə yeni məzmunla zənginləşir, təkcə daxili cari sosial məsələlərə dair qanunların qəbul edilməsini deyil, həm də qanunvericiliyin dünya standartlarına uyğunlaşdırılması tələbini; cəmiyyətin iqtisadi və sosial həyatında dövlətin yerinin və rolunun gücləndirilməsində təzahür edən dövlətin sosiallaşması funksiyasının genişlənməsini; yaşayış mühitinin müdafiəsi funksiyasını; xüsusi funksiya kimi müasir inkişafa təhlükə və təhdidlərə qarşı mübarizə mexanizmlərinin formalaşdırılmasını ehtiva edir.

Güclü dövlətin daha bir funksiyası orqanlar sisteminin yaradılması, sülhün, dinc həyatın və dövlət suverenliyinin qorunmasında onların səlahiyyətinin müəyyən edilməsidir41.

Öz ideologiyasını işləyib hazırlamaq və geniş xalq kütlələrinə çatdırmaq güclü dövlətin əsas funksiyalarından biridir. Odur ki, güclü dövlət təkcə funksional deyil, həm də öz vətəndaşlarına ünvanlanan, inkişaf istiqamətlərini və perspektivlərini onlara izah edən xüsusi ideologiyaya malik dövlətdir. Dövlət ideologiyasının mövcudluğu isə məhz dövlətin gücünü, siyasi sistemdə onun yerinin siyasətin digər subyekti tərəfindən tutulmadığını göstərir.

Heç bir mədəni və dayanıqlı sosial təsisat heç vaxt ümumdövlət ideologiyası olmadan keçinməyib. R.İ.Sokolova və V.İ.Spiridonova yazırlar: Məhz cəmiyyətin ideoloji altsistemi cəmiyyət üçün çox vacib olan salamat qalmaq məsələsini identik formada həll edir. Belə ideologiyanın olmaması müxtəlif qruplaşmalar arasında siyasi qütbləşmənin sürətlə güclənməsi üçün münbit zəmindir42.

Həmişə rəngarəng olan cəmiyyət ən müxtəlif - konfessional, etnik, mədəni, sosial, siyasi və s. əsaslara malikdir. Lakin o (hakimiyyət R.M.), mövcudluğunun mənasını təşkil edən, cəmiyyət tərəfindən ona verilən səlahiyyətləri qəbul etməsinin səbəbi olan mənəvi prioritetlərini, məqsədlərini, vəzifələrini bəyan etməyə sadəcə borcludur.

İctimai inkişafın yeni səviyyəsinə yüksəlmək üçün böyük səfərbərlik səyləri lazımdır. Lakin bunun üçün ruhlandırmağı bacaran məqsəd olmalıdır. Milləti gələcək quruculuq naminə birləşdirən və səfərbər edən ideologiya yalnız dövrlərin əlaqələrini bərpa edərək keçmişi və indini bir araya gətirmir, başlıcası budur ki, gələcəyin cazibədar simasını təklif edir 43.    

M.V.Lomonosov adına MDU-nun dosenti M.Q.Abramovanın fikrincə, dövlət ideologiyasını qısa və ortamüddətli perspektivdə dövlət siyasətinin konsepsiyası kimi təsəvvür etmək olar. Bütün ictimai fenomenlər kimi, dövlət siyasəti də forma və məzmuna malikdir. Formanı normativ-hüquqi mənbələr, məzmunu isə dövlət siyasəti təmsil edir44.

Azərbaycan Prezidenti

İlham Əliyev 28 MayRespublika Günü münasibətilə qəbulda deyib: Bizim milli ideologiyamız, azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir45. Gördüyümüz kimi, dövlətimizin başçısı etiraf edir ki, Azərbaycançılıq müasir Azərbaycanın dövlət ideologiyasıdır. Sıralarında 600 min üzvü olan Yeni Azərbaycan Partiyası da bu ideologiyaya sadiqdir. Lakin cəmiyyətimiz üçün bu partiyanın əhəmiyyəti üzvlərinin sayında yox, proqramının məzmunundadır. Proqramda ölkədə güclü dövlətin - XXI əsr dövlətinin bütün əlamətlərinə malik olan inkişaf etmiş müasir dövlətin qurulmasının yol xəritəsi əksini tapıb.

Lakin fəaliyyət proqramının mövcud olmasına baxmayaraq, dövlət öz ideologiyasını normativ cəhətdən təsbit etməli, orada özünün sosial-iqtisadi siyasətinin məqsədlərini əks etdirməlidir. Azərbaycan təkcə güclü ordusu və səmərəli hüquq-mühafizə sistemi olan dövlət kimi yox, həm də postsənaye cəmiyyətinin qurulması kursunu götürmüş, öz milli maraqları və vətəndaşlarının ehtiyaclarını təmin edən güclü dövlət kimi çıxış etməlidir.  

Sual yaranır: dövlət və ideologiyanın nisbəti necədir? Bu suala A.Q.Xabibullin və R.A.Raximov belə cavab verirlər: İdeologiya dövlətçiliyin baza elementidir, zəruri, ayrılmaz, mahiyyət əlamətlərindən biridir. Məhz bu əlamətlərin ortada olması dövlət fenomeninin özünün meydana gəlməsini və mövcudluğunu mümkün edir46

İdeologiya həmişə dövlətin yaradılmasından əvvəl gəlir. Bu, aksiomdur. Eyni zamanda, dövlət ideologiyası anlayışı rəsmi (yəni, hamı üçün məcburi olan) ideologiya anlayışı ilə üst-üstə düşmür. Öz ideologiyası olmayan, cəmiyyət həyatının mənəvi tərəfinə ardıcıl surətdə təsir göstərməyən, milli dəyərlər institutunu dəstəkləməyən dövlət daxili və xarici siyasətini həyata keçirərkən mütləq böyük çətinliklərlə qarşılaşacaq. Bu dövlətin gələcəyi yoxdur.   

Tədqiqatçıların fikrincə, istənilən formada dövlət ideologiyası dövlətin hakimiyyət, suverenlik, ərazi və s. kimi ayrılmaz əlamətidir. Lakin dövlətin özünü qadağan etmədən dövlət ideologiyasını necə qadağan etmək olar?47.

Professor Aleksandr Kərimov hesab edir ki, dövlət ideologiyası olmadan güclü dövlət təsəvvüredilməzdir. Onun fikrincə, dövlət ideologiyasının rəsmi elan edilməsinin, yaxud edilməməsinin, qanunvericilikdə təsbit olunmasının, yaxud olunmamasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, o, de-yure deyil, de-fakto mövcud olsun və xalqın əksəriyyəti tərəfindən qəbul edilsin, bəyənilsin və dəstəklənsin. Bunun üçün dövlət ideologiyası nəinki elmi cəhətdən əsaslandırılmalı, əhalinin başa düşməsi üçün dəqiq və aydın ifadə olunmalı, həmçinin onun təbliğatı, kütlələrin düşüncəsinə aşılanması üçün müxtəlif və səmərəli tədbirlər kompleksi ilə təmin olunmalıdır48.

Yalnız yuxarıda göstərilən şərtlərə riayət edildikdə bu ideologiyanın əhalinin əksəriyyəti tərəfindən dəstəklənməsinə ümid etmək olar. Elmi-texniki tərəqqi, bilik və təhsilin geniş yayılması, şüurun sekulyarizasiyası  dövründə ideologiya gerçəkliyin, o cümlədən bəlkə də başlıca olaraq obyektiv, yəni, elmi cəhətdən əsaslandırılmış dərki üzərində qurulmalıdır.

Həqiqətən güclü dövləti daha da möhkəmləndirmək üçün Azərbaycanın hakim elitası qeyri-vətənpərvər nümayəndələrdən təmizlənmə proseduru keçməlidir. Məqsəd vətənpərvər elitanı milli dövlət maraqlarının korporativ, yaxud fərdi maraqlar üzərində prioritetliyi ideyasını qəbul edən şəxslərin ittifaqına çevirməkdir.  

Siyasi elitanın daim yenilənməsi çox vacibdir. Ona yeni qüvvələr, yeni insanlar, ideyalar, baxışlar lazımdır, çünki bu, onun həyat qabiliyyətinin və səmərəliliyinin rəhnidir. Əgər hakim elitaya qeyri-elitar mənşəli elitar keyfiyyətli şəxslər kooptasiya edilmirsə, elitanın tərkibi pisləşir və əks elitanın kəmiyyət artımı baş verir49.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın ənənəvi hüquq mədəniyyətində fərdin (şəxsiyyətin) rolunun qavranması Qərbin hüquq mədəniyyətində həmin problemin başa düşülməsindən əhəmiyyətli dərəcədə fərqlənir. Birincisi, insanın təbii hüquqlarının prioriteti konstitusiyada təsbitini tapıb, ikincisi, onun ayrı-ayrı şəxsiyyətlərin mənəvi-əxlaqi birliyinin vahid toplumu olan dövlətə xidmət etmək borcu prioritetdir.

Azərbaycan cəmiyyəti şəxsiyyət və dövlət problemlərini çox cəhətdən hüquqi dövlətçilik ideyasının ənənəvi-liberal interpretasiyası ilə səsləşən güclü demokratik dövlət ideyası çərçivəsində həll edir. Lakin fərdin maraqlarına üstünlük verən hüquqi dövlətçilik ideyasından fərqli olaraq,  güclü demokratik dövlət ideyası maraqların balansını nəzərdə tutur, şəxsiyyət öz ayrılmaz hüquqları və azadlıqları ilə birlikdə dövlətin fövqündə durmur, ümumi məsələlərin həlli prosesində tərəfdaş qismində çıxış edir. Məhz belə ideyanın reallaşdırılmasında şəxsiyyətin hüquqları və dövlət müstəqilliyinin pariteti vacibdir.     

Transformasiyalar və daimi tranzitlər şəraitində dövlətin salamat qalması strategiyası, onun gələcəyi, nailiyyətləri və uğursuzluqları, geosiyasi və geoiqtisadi durumu, regional və qlobal qarşılıqlı münasibətləri çox cəhətdən inkişaf yolunun seçilməsindən asılıdır. Bununla bərabər, əksər hallarda inkişaf yolu şəxsiyyətlər tərəfindən müəyyənləşdirilir. Onların istedadı və dövlətçilik müdrikliyi mübarizə strategiyasını, inkişaf konsepsiyasını, fasiləsiz modernləşdirmə ideyasını formalaşdırmağa imkan verir. Şəxsiyyətin istedadı sayəsində dövlətlərin yenidən qurulmasına, kütləvi şüurun yeni impuls almasına, cəmiyyətin transformasiyasına dair nümunələr tarixdə çoxdur. Bu şəxsiyyətlərdən hər biri taleyin müəyyənləşdirdiyi tarixi missiyanı yerinə yetirərək coğrafi xəritələrdə millətlərin öz yerlərini qorumasına, dövlətlərin möhkəmlənməsinə kömək etmişlər. Onlar memarlar kimi möhkəm bünövrə qurur, hər kərpici təkcə böyük ustalıqla yox, həmçinin bu evə köçəcək insanların qarşısında məsuliyyəti başa düşərək diqqətlə düzür və son dərəcə dəqiq sementləyirlər.

Müstəqil Azərbaycan dövlətinin tarixi, həmçinin dövlətçiliyimizin qorunub saxlanmasına və onun davamlı inkişafına görə borclu olduğumuz şəxsiyyətin taleyidir.

Tale mürəkkəb 1990-cı illərdə müdrik, uzaqgörən, istedadlı, cəsarətli, prinsipial, xalqına sadiq olan, ölkənin möhtəşəm sosial-iqtisadi uğurlarına yol açan lideri - Heydər Əliyevi göndərdi və o, Azərbaycan xalqını fəlakətlərdən xilas etdi. Məhz onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi reallığa çevrildi. Sələflərindən fərqli olaraq Heydər Əliyev ona hədsiz dərəcədə inanan geniş xalq kütlələri arasında böyük nüfuza malik idi. Buna görə də o, ölkə vətəndaşlarını dövləti məsələlərin həllinə səfərbər edə bildi.

Təsadüfi deyil ki, H.Heygel Almaniya imperiyasının dirçəlməsinə bəslədiyi ümidlərdə N.Makiavellinin ardınca məhz güclü əli ilə kütləni birləşdirməyi bacaran və onları Almaniyaya məxsus olduqlarına inandıra bilən dahi dövlət xadiminə güvənirdi. H.Heygel əmin idi ki, çox sürətlə siyasi tənəzzülə yaxınlaşan xalqın taleyini yalnız dahi xilas edə bilər: Dahi adamın üstünlüyü mütləq iradəni bilməkdən və onu ifadə etməkdən ibarətdir. Hamı onun bayrağı altında toplaşır; o, onların Tanrısıdır50.  

Tarixi kataklizmlər və sarsıntılarla zəngin XX əsrin böyük şəxsiyyəti ümumi maraqları, məqsəd və vəzifələri aydın təsəvvür edən, ümumi rifah üçün qüvvələri birləşdirməyi bacaran, ictimai enerjinin, biliklərin və iradənin səfərbərlik mərkəzi kimi çıxış edən siyasətçi ola bilərdi. Belə insana ölkəsinin gələcəyi naminə özünü hər şeydən məhrum etmək xasdır, çünki siyasi liderlik həmişə hansısa danılmaz ideyaya xidmət etməkdir51

Müasir güclü Azərbaycan dövlətinin memarı, ən yeni Azərbaycan tarixində silinməz iz qoymuş Heydər Əliyev belə şəxsiyyət idi. İradəli, güclü xarakterə malik, qarşıya qoyulan məqsədlərə nail olmağı bacaran, Azərbaycan xalqının və dövlətinin taleyi üçün məsuliyyətini dərk edən bu insanın qarşısına tarix mürəkkəb vəzifələr qoymuşdu. O, böyük səylər, cəsarət və iradə sayəsində, xalqın dəstəyinə, sosial-iqtisadi və siyasi qərarların qəbul olunması prosesində əhalinin iştirakına arxalanaraq güclü dövlət yaratmağa nail oldu. Bütün dahi dövlət xadimləri kimi ona öz xalqının rifahı və tərəqqisinin qayğısına qalmaq, müvafiq ilkin şərait yaratmaqla cəmiyyətdə həmrəyliyə və sabitliyə can atmaq xas idi. Heydər Əliyev müasir güclü dövlət qurmaq üçün nə etmək lazım olduğunu aydın təsəvvür edən nadir insanlardan biri idi. Heydər Əliyev öz vəzifəsini Azərbaycan xalqının rifahının yaxşılaşmasında görürdü. Ona görə də öz iqtisadi siyasətinin başlıca prinsipini hamı üçün təminatlı həyat elan etmişdi və ömrünün sonuna qədər dönmədən bu prinsipə sadiq qaldı. 

Heydər Əliyev bütövlükdə üç əsas müddəanı həyata keçirməyə müvəffəq oldu: əmək məhsuldarlığının və məhsul istehsalı həcminin artırılması, əməkhaqqının artırılması, insanların rifah halının yaxşılaşdırılması. Bu amillərin sayəsində ölkədə həyat səviyyəsi artmış, cəmiyyətdə sabitlik bərqərar olmuşdur. Heydər Əliyev milli xüsusiyyətli bazar iqtisadiyyatının qəti tərəfdarı idi. Lakin bazar onun nəzərində məqsəd deyil, sosial məsələlərin həlli üçün vasitə idi.   

Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətinin dərin mənası var idi, çünki onun cəmiyyətə təsiri birləşdirici, dövlətyaradıcı əhəmiyyət kəsb edirdi. Biz  onun şəxsində özünü Vətənə fədakarcasına xidmətə həsr etmiş, Azərbaycanı planetin ən sabit, təhlükəsiz və inkişaf etmiş guşəsinə çevirmək istəyən insanın həyat və fəaliyyətini görürük. Müstəqil dövlətçilik tarixinin on ili dünya miqyaslı dövlət xadimi və siyasi xadim Heydər Əliyevin adı ilə ayrılmaz surətdə bağlıdır. O, milli müstəqil dövlət ideyasını formalaşdırmaqla ölkənin regionlar üzrə parçalanmasının qarşısını ala bildi, Azərbaycanı tamamilə dağılmaqdan xilas etdi. Ölkədə belə vəziyyət Azərbaycanın milli maraqlarına xəyanət edən keçmiş rəhbərləri Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun siyasi səriştəsizliyi, zamanın nəbzini tuta bilməməsi, dünyada baş verən geosiyasi dəyişikliklərin mənasını anlamaması və bu fonda Azərbaycan xalqının milli özünüdərkinin dirçəlməsini qiymətləndirməyi bacarmaması, həmçinin Əbülfəz Əliyevin səriştəsizliyi və keçmişdə qalan panturançı konseptlərə bəsirətsiz sadiqliyi  nəticəsində yaranmışdı.

Onlardan fərqli olaraq Heydər Əliyev yeni şəraitdə müstəqil dövlət yaratmaq məqsədilə hakimiyyəti və cəmiyyəti birləşdirə bildi. Onun müdrikliyi və siyasi uzaqgörənliyi, qeyri-adi təşkilatçılıq və idarəçilik istedadı  sayəsində ölkə dərin ümumi böhrandan çıxa bildi. Dövlətin həyatının bütün sahələrində fundamental islahatlar həyata keçirildi. Nəticədə XX əsrin sonunda milli ideyanın mücəssəməsi kimi müstəqil Azərbaycan dövləti yaradıldı.  

1993-cü ilin ortalarından başlayaraq milli ideyanın (onu Azərbaycan ideyası kimi də müəyyən etmək olar) vəzifəsi xeyli sayda problemləri həll etməli olan güclü suveren dövlət yaratmaq idi. Daxili siyasi vəziyyətin sabitləşdirilməsi, Ermənistanla hərbi qarşıdurmada eskalasiyanın aradan götürülməsi və Dağlıq Qarabağ probleminin həlli, tarazlaşdırılmış xarici siyasət kursunun aparılması, fərdin zəruri hüquq və azadlıqlarının təmin edilməsi, millətin sosial-iqtisadi və mədəni məsələlərin həllinə yönəlmiş səfərbərlik prosesinin fəallaşdırılması, milli identikliyin müasir anlamda səslənməsi həmin problemlər sırasında idi. Ötən illər ərzində azərbaycanlıların gələcəyə inamla baxmalarına və yeni nəslin perspektivləri haqqında düşünmələrinə imkan verən bir sıra layihələr həyata keçirilib.  Müasirlərimizin və gələcək intellektualların inkişaf etdirəcəyi Azərbaycan ideyası artıq bu gün özünü milli dövlətin mövcudluğunun əsas strateji modeli kimi göstərir. Heydər Əliyevin qarşısında duran vəzifəni bir fikirlə ifadə etməyə çalışsaq, yəqin ki, belə səslənəcək: dövlətçiliyi, milli ləyaqəti, tarixi, dili, ənənəni, mədəniyyəti müdafiə etmək, yəni, bütün dağılan və praktik olaraq yoxa çıxa biləcək nə vardısa qoruyub saxlamaq. Güclü dövlət qurmaq, ölkənin itirilmiş mövqelərini qaytarmaq, yeni siyasi ənənələr və institutlar yaratmaq, milli təhlükəsizliyi təmin etməklə iqtisadi inkişafı gücləndirmək, milli arxetipləri və mədəniyyəti dirçəltməklə yeni sosiomədəni ab-hava formalaşdırmaq üçün on il sərf olundu. 

Bir sözlə, 1993-cü ildə Azərbaycan xalqı üçün milli ideyanın mahiyyəti dövlətçiliyin yaradılması və möhkəmləndirilməsi idi. Bunun sübutu 1994-cü il oktyabrın əvvəlində dövlət çevrilişinə cəhdə respublika vətəndaşlarının reaksiyası oldu. 1995-ci ilin martında, həmçinin sonrakı illərdə Azərbaycan cəmiyyəti dövlətçiliyin qorunması və möhkəmləndirilməsi məsələlərində dəfələrlə hakimiyyətlə həmrəylik və birlik nümayiş etdirdi. Heydər Əliyevin özü milli ideyanın mənasını millətin enerjisinin dövlət institutlarının möhkəmləndirilməsi  naminə toplanmasında, Azərbaycanın inkişaf etmiş dövlətlər və demokratiyalara, tərəqqidə olan iqtisadiyyatlara inteqrasiyasında  görürdü. Odur ki, milli inkişaf prosesinin bütün çətinliklərini bilən Heydər Əliyev əsas diqqəti ölkəni iqtisadi və siyasi kollapsdan çıxarmağa, güclü müstəqil dövlətin və azərbaycanizmin dövlət ideologiyası kimi təşəkkülünə, mətbuat azadlığına, üçüncü sektorun rolunun fəallaşmasına, ictimai sabitliyin təmin edilməsinə yönəldirdi.   

Polimədəni və etnik baxımdan qeyri-yekcins olan, əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan bu gün, eyni zamanda, həm etnosların dialoqu məkanı, həm də burada məskunlaşan etnik qrupların tarixi və mədəni müxtəlifliyini birləşdirən areal kimi çıxış edir. Heydər Əliyevin tarixi xidməti ondadır ki, o, çoxmillətli Azərbaycan dövlətinin bütövlüyünü xilas edə bildi.

Heydər Əliyevin anlamında Azərbaycan milləti niyyətlərində ortaq,  dövlət quruluşu məsələlərində və inkişaf strategiyasında yekdil olan, tarix, ərazi, mədəniyyət və ənənələrlə birləşən ölkə vətəndaşlarıdır. Polietnik Azərbaycan dövlətinin mahiyyəti dövlətin və vətəndaşların ümumi maraqlarını təmin etməli olan məqsədlərin vəhdətində, milli siyasi məkanın ideoloji tərtibatı üçün zəruri olan bazanı yaradan inkişafın sabitliyi və səmərəliliyindədir.

Azərbaycan dövləti bu gün inkişaf strategiyasını artıq yeni tarixi şəraitdə reallaşdırır. Bu milli strategiya müvafiq kreativ məzmunla zənginləşib. Dünya intensiv surətdə dəyişir, bu səbəbdən onun dərk edilməsində yeni yanaşmalar, dövlətin gələcək inkişafını təmin etmək, milli maraqları müdafiə etmək, xalqın maddi və mənəvi ehtiyaclarını ödəmək üçün yeni həllər tələb olunur. Azərbaycanın gücü, onun gələcəyi bu strategiyanın həyata keçirilməsindədir. Bu gün Azərbaycan heç kimdən asılı deyil və heç kimə güvənmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir, Azərbaycan xalqının istedadına, imkanlarına, Azərbaycan iqtisadiyyatının gücünə, öz siyasi gücünə arxalanır, bölgədə əldə edilmiş mövqelərə və müstəqil siyasətə arxalanır52.

Şəxsiyyətin həqiqi miqyası və əhəmiyyəti özünü həyata keçirilmiş konkret işlərdə göstərir. Heydər Əliyevin siyasi varisi Prezident

İlham Əliyev innovasiyalı ideyaların ölkənin praktik həyatına tətbiq edilməsində haqlı olaraq kreativ lider sayılır. O, prezidentliyi illərində tədricən idarəçilik təcrübəsi toplayaraq hansı problemi nə vaxt həll etmək lazım olduğunu bilən böyük siyasətçilərə xas olan artan qətiyyət nümayiş etdirib.  

Prezident İlham Əliyevin unikal təşəbbüsləri Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişdirir. Hər şeydə yenilik öz Prezidentini hərtərəfli dəstəkləyən Azərbaycan xalqının mənəvi dirçəlişinin stimuluna çevrilir. Praqmatizm, çeviklik, açıqlıq, proqnozlaşdırılan, sistemli çoxvektorluluq, milli maraqların ardıcıllıqla irəlilədilməsi, həssaslıq, təvazökarlıq bunlar Prezident İlham Əliyevi səciyyələndirən anlayışların kiçik bir hissəsidir. Müasir şəraitdə dövlət başçısına lazım olan bütün keyfiyyətlər ona xasdır. O, XXI əsrdə lider üçün zəruri olan keyfiyyətlərə malikdir. Xalqı öz arxasınca aparmaq missiyası İlham Əliyevin tale qismətidir. O, məsuliyyətli mərhələdə dövlətin bir formasiyadan digərinə ağrısız keçməsini təmin edə bilib. Onun zəkası və idarəçilik istedadı sayəsində Azərbaycanda güclü dövlət öz mövqelərini daha da möhkəmlətdi. Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə Prezident İlham Əliyev deyib: Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq53.

Cəsarətlə demək olar ki, bu gün Qərb dünyasının siyasi arenasında intellektinə və siyasi bacarığına görə İlham Əliyevə bərabər lider yoxdur. Bu dövlətlərin və beynəlxalq təşkilatların başında bu cür səlahiyyətli siyasi təşkilatlara rəhbərlik etməyə və şəraitə uyğun qərarlar qəbul etməyə imkan verən keyfiyyətləri olmayan insanlar durur. Onların dünyada siyasi proseslərin gedişinə müsbət təsir etmək bacarığı yoxdur. Qərb dövlətlərinin liderlərinin beynəlxalq əlaqələr sistemində vəziyyəti yaxşılaşdırmağa yardım etmək, dünyanın bir çox ölkələrini bürümüş siyasi xaosu dayandırmaq üçün siyasi nüfuzu yoxdur.

Deyilənlərin fonunda ABŞ-ın sabiq dövlət xadimi Pol Kreyq Robertsin fikri olduqca yerində səslənir. O, öz bloqunda yazır ki, (iyun 2015) Birləşmiş Ştatların siyasi sistemi artıq dəyərli siyasi liderlər yetişdirmək iqtidarında deyil.

Onun fikrincə, yeganə və əvəzsiz fövqəldövləti idarə etməyə namizədlərin miskin kolleksiyasına nəzər salsaq, heç bir dəyəri olmayan siyasətçilər yığnağını görə bilərik. Müasir Amerika bir-biri ilə düşmənçilik edən klanların taxt-taca öz əlaltılarını gətirmək üçün mübarizə apardığı Roma imperiyasının süqut dövrünü xatırladır.

O yazır ki, Birləşmiş Ştatlarda lider mövqeyi isteblişmentin maliyyə dəstəyindən asılıdır: prezident və aparıcı siyasi xadimlər yalnız altı təsir qrupunun maraqlarını təmsil edirlər, onları daha heç nə narahat etmir. Qərb tipli siyasi liderliyi olan digər ölkələrdə də vəziyyət oxşardır: Avropa, Böyük Britaniya, Avstraliya və Kanadada fitri lider sistem tərəfindən rədd edilir.  Eyni zamanda, əsl milli liderlər Avrasiya və Latın Amerikasında meydana gəlirlər. Müəllif qeyd edir: İndiki Amerika liderləri Vladimir Putinin, yaxud Çin, Boliviya, Venesuela, Argentina, Braziliya və ya Hindistan liderlərinin ayağının tozu da ola bilməzlər.

Pol Kreyq Roberts ABŞ-da prezident postuna iddiaçılar sırasında mandat uğrunda yarışa bu yaxınlarda qoşulmuş milyarder Donald Trampı qeyd edir. Onun fikrincə, Tramp maddi rifah əldə etmək naminə təsir qruplarına satılmamaq üçün kifayət qədər varlıdır. Onun Amerika siyasətini müəyyən edən iqtisadi qrupların təsirinə qarşı immunitet sayılan  sağlam eqoizmi də siyasətçinin əlinə oynaya bilər. Bununla belə, Donald Tramp Rusiya və digər dövlətlər tərəfindən müəyyən edilmiş yüksək siyasi liderlik plankasından uzaqdır.  

Pol Kreyq Roberts sonda yazır: Əgər Tramp ən yaxşı seçimdirsə, təsəvvür edin biz necə acınacaqlı vəziyyətdəyik.

XXI əsrin milli ideyasının təcəssümü olan müasir güclü Azərbaycan dövlətinin yaradılması millətin güclü liderə malik olmasının nəticəsidir. Belə fikir var ki, xalqın lideri anadangəlmə lider olmalıdır. Şəxsiyyətin bəzi fitri keyfiyyətləri bununla razılaşmağa qismən əsas verir. Bu xüsusiyyətləri biz fenomenal yaddaşa malik Heydər Əliyevin simasında görürük. Bu gün xalq milli lider mandatını, bu məsul missiyanı beynəlxalq birlik tərəfindən görkəmli dövlət xadimi kimi tanınan İlham Əliyevə etibar edib. Müasir çiçəklənən Azərbaycan əsl millət lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir.   

Bəli, millətin lideri yüksək mənəvi və siyasi keyfiyyətlərə malik olmağa sadəcə borcludur, xüsusən ona görə ki, milli dövlətlər dünyanın siyasət meydanında əvvəlki kimi əsas oyunçular olaraq qalır. Bu gün görürük ki, dünya siyasətinin subyektləri praktiki olaraq hər yerdə iqtisadi, siyasi və ekoloji çağırışlar, beynəlxalq terrorizmin təhdidləri və s. ilə ciddi sınaqlara məruz qalır. Dünyada yaranmış vəziyyətin əsas səbəblərindən biri də liderliklə bağlı mövcud problemdir. Qərb dünyasının bir çox dövlətlərindəki vəziyyət göstərir ki, bu dövlətlərin rəhbərliyinə bütövlükdə millətin yox, müəyyən korporativ qrupların maraqlarını ifadə edən şəxslər gəliblər. Hərçənd onlar xalqın öz iradəsini ifadə etməsi nəticəsində bu ölkələrin başçısı olurlar. Zaman onlardan genişmiqyaslı təfəkkür, ən başlıcası isə  səriştə və fəaliyyət tələb edir.  

Liderlik mühüm amildir. Lakin liderlərin təkcə siyasi məqsədləri deyil, həm də mənəvi keyfiyyətləri nə dərəcədə əhəmiyyətlidirsə, bu amil də bir o qədər məna və əhəmiyyət kəsb edir. Biz dəfələrlə şahid olmuşuq ki, Qərb dövlətləri başçılarının praktik fəaliyyəti mənəviyyat və siyasi istedad imtahanından keçə bilmir. Elə bir təəssürat yaranır ki, işdə onlar yalnız yaxşı halda problemi eyniləşdirməyi bacarırlar, lakin cəmiyyətə praktiki strategiya, xüsusilə onun həyata keçirilməsi üsullarını təklif edə bilmirlər. Ümumi böhrana getdikcə daha dərin batan, çarəsizlik durumuna yuvarlanan bir çox müasir dövlətlərin problemləri bundan ibarətdir.

Dövlət başçısını lider edən hər şeydən əvvəl onun fəaliyyətə yönələn iradəsidir. O, millətin keçmişini, bu gününü və gələcəyini özündə cəmləşdirməlidir.  Bu mənada demək olar ki, lideri epoxa yetişdirir. Keçmişin müdrik insanları ilə dialoq sayəsində lider milli ideya ilə zənginləşir. Əgər milli lider öz xalqı ilə sıx bağlıdırsa, xalqın maraqları ilə yaşayırsa onun dəyər meyarı tərbiyəçi obrazıdır.

Milli lider milləti oyatmaq və birləşdirmək bacarığına malik olmalıdır. Dövlət başçısı yalnız o zaman milli lider statusuna malik olur ki, millətin ona ehtiyacı yaransın, millətin əksəriyyətinin ideya və iradəsi millətin gözləntilərinin əks olunduğu konkret şəxsiyyətdə birləşsin və təcəssüm tapsın. Yalnız millət başa düşəndə ki, bu şəxsiyyət öz iradi, mənəvi və siyasi keyfiyyətləri, təşkilatçılıq bacarığı və intellekti ilə onun ümidlərinə cavab verir, o, həmin şəxsiyyətə lider və dövlət başçısı mandatını etibar edə bilər. Lider mahiyyət etibarilə daha yaxşı həyat üçün mübarizəyə hazır olan millətin iradəsinin konkret şəxsiyyətdə təcəssümüdür.  Bununla belə, liderdə öz millətinə inam olmalıdır. Məhz inam iradə və qüvvə yaradır. Deməli, milləti güclü dövlət yaratmağa yönəldən inam, iradə və qüvvədir.

Milli lider üçün güclü xarakter, cəsarət, məsuliyyəti öz üzərinə götürməkdən çəkinməmək istisnasız olaraq hamını razı salmaq arzusundan daha vacibdir. Yalnız bu psixoloji xüsusiyyətlərin vəhdətindən liderliyin yeni keyfiyyəti meydana gəlir. Həmin keyfiyyət millətə ötürülərək onun psixotipik portretinin dəyişməsinə xidmət edir. Yalnız iradə və qətiyyət millətə öz məqsədinə nail olmağa imkan verir.  Odur ki, millət öz liderində əzmkarlıq hiss edəndə öz niyyətlərində daha qətiyyətli olur.  

2008-ci ilin ikinci yarısından dünya inkişafın yeni mərhələsinə qədəm qoydu. O vaxtdan davam edən qlobal maliyyə və iqtisadi böhran dünyada ABŞ-ın təkbaşına hakimiyyətinə son qoydu. Sabitliyin, sülhün və inkişafın əsasən bir mərkəzdən təmin olunduğu sistem güclü sınağa məruz qalır. Ənənəvi dövlətlərin, Yaxın Şərq və Şimali Afrika dövlətlərinin zor gücünə dağıdılması dünyada siyasi vəziyyəti xeyli gərginləşdirdi, həmin regionlardan əhalinin Avropaya axınına səbəb oldu, orada isə bu insanlar yerli sakinlər tərəfindən aqressiv qarşılanır. Dünya siyasəti və iqtisadiyyatının, beynəlxalq sistem və regional alt sistemlərin artan qeyri-sabitliyi zamanın əlamətinə çevrildi. Keçid dövrünə qədəm qoyan dünya qeyri-sabit şəkildə yeni beynəlxalq sistemə doğru irəliləyir. Bu irəliləyişin istiqamət və nəticələri qeyri-müəyyən olaraq qalır. Buna görə də analitiklər yeni dünyanın xarakterinin təyin edilməsində post sözönündən istifadə edirlər. Hər halda, birqütblülük dünyada qeyri-sabitliyin mənbəyidir. Hegemon dövlətin və onun dəstəklədiyi beynəlxalq siyasi və iqtisadi institutların öz iradələrini yerdə qalan dövlətlərə diktə etməyə can atması getdikcə daha aydın görünür. Nə hərbi-siyasi koalisiyanın, nə səmərəli qərarlar qəbul edilməsi üzrə çoxtərəfli, institusional baxımdan rəsmiləşdirilmiş mexanizmin ortada olmaması səbəbindən çoxqütblü dünyanın yaranacağına ümid yoxdur.

Belə olan şəraitdə güclü (effektiv) dövlətin parametrlərini və vəzifələrini yenidən müəyyən etməyin zərurəti artır. Odur ki, çeviklik nümayiş etdirən, milli ənənələrə və beynəlxalq münasibətlərə uyğun imkanlarından düzgün istifadə edən dövlətlər inkişaf etmək iqtidarında olacaq. Bir sıra postsovet respublikalarında rəngli inqilabların təcrübəsi göstərdi ki, yerdə qalan dövlətlər dağılacaq, yaxud dağılmaq və zəiflik həddində ləngər vuracaqlar. 

Güclü dövlət konsepsiyası anlayışının elmi ədəbiyyatda fəal istifadə olunmasına baxmayaraq, fəlsəfi-siyasi fikir tarixində güclü dövlətin konseptual izahı yoxdur.

Zənnimcə, güclü lider güclü hakimiyyət güclü dövlət anlayışlarının nisbəti güclü dövlət konsepsiyasının işlənib hazırlanması üçün bazadır. Güclü lider mahiyyət etibarilə demokrat da ola bilər. O, adətən avtoritarizmdən uzaqdır. Halbuki dövlət hakimiyyətinin qorunub saxlanması və ölkədə sabitliyin təmin edilməsi naminə o, zərurət yarandıqda öz güclü xarakterini, qətiyyət və güzəştə getməmək keyfiyyətini nümayiş etdirməlidir. F.Fukuyama yazır: Avtoritar ölkələr Li Kvan Yunun dediyi kimi, inkişaf edə bilsələr, onda məcmu halda firavanlaşmağı bacararlar; onların çox vaxt Mobuto və ya Markosun həyata keçirdiyi sxem üzrə inkişaf etdiyini nəzərə alsaq, təəccüblü deyil ki, avtoritar rejimlər inkişafın nəticələri cəhətdən demokratik rejimlərdən daha güclü dəyişikliklər nümayiş etdirirlər 54

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, demokratiya heç vəchlə dövlətin və dövlət hakimiyyətinin aşınması və zəifliyi ilə eyniyyət təşkil etmir Dəqiq başa düşmək lazımdır ki, həqiqi xalq hakimiyyəti, insan haqlarının qorunması, bazar iqtisadiyyatının normal inkişafı, sülh və təhlükəsizliyin təmin edilməsi dövlət zəif olduqda, bəyan etdiyi prinsip və niyyətlərini müdafiə etmək və həyata keçirmək iqtidarında olmadıqda mümkün deyil55.  

F.Fukuyama öz növbəsində qeyd edir: zəif dövlətlərin özləri və digərləri üçün yaratdığı problemlər beynəlxalq sistemin daha hansısa ölkəsinin bu zəif ölkələrin onların istəyinə rəğmən daxili işinə qarışmaq  ehtimalını artırır. Zəif termini ölkənin miqyasını yox, gücsüzlüyünü səciyyələndirir; bu, iqtisadiyyatı normal idarə etmək üçün inzibati potensialın çatışmaması deməkdir ki, bunun da səbəbi bütövlükdə siyasi sistemin qeyri-legitim olmasındadır 56.

Bu gün əsas problem dövlətçiliyin gücləndirilməsidir. Zəif dövlətlər cəmiyyəti dağıdır, daxili həyata və dünya nizamına təhlükə yaradır, çünki qanunsuzluq, münaqişələr, müasir terrorizm və onun müxtəlif növləri üçün mənbə rolunu oynayırlar.  Bu dövlətlərdə güclü hakimiyyətin yaradılması, müxtəlif güclü dövlət idarələrinin formalaşdırılması beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün çox mühüm amil olan aktual məsələyə çevrilir. Yalnız güclü dövlət əhalini birləşdirə və ölkə daxilində xaos və özbaşınalıqla bacara bilər.

Azərbaycanın milli bayramı Respublika Günü münasibətilə rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev deyib: Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bu sözlərlə Prezident bir daha təsdiq etdi ki, Azərbaycan bundan sonra da müstəqil və güclü dövlət kimi inkişaf edəcək.

Güclü dövlət ölkədə siyasi sabitliyi, iqtisadi artımı və sosial inkişaf perspektivlərini apriori təmin edir. Güclü dövlət inkişaf məsələlərini həll etmək üçün daxili resursları səfərbər etmək iqtidarındadır. Çünki yalnız millətin strateji məqsədlərini həyata keçirmək iqtidarında olan dövlət güclü sayıla bilər. Əlbəttə, güclü dövlətə cəmiyyət və hakim elita arasında əks əlaqələri həyata keçirməyə imkan verən demokratiya elementləri də (liderin demokratikliyi ilə yanaşı) lazımdır. Bununla bərabər, demokratiyanın funksiyaları cəmiyyətin idarəolunma funksiyaları ilə eyni deyil. Güclü dövlət həm xarici təzyiqlərə, həm də ölkə daxilində müxtəlif qrupların xüsusi maraqlarının qarşısının alınması üçün kifayət qədər inzibati resurslara malik olmalıdır. Bununla belə, güclü dövlət demokratiyanın qurulması və vətəndaş cəmiyyətinin formalaşdırılması üçün çox vacib şərtdir.

Beləliklə, hətta dünyada qloballaşma proseslərinin gücləndiyi şəraitdə də güclü dövlətin qurulması XXI əsrdə ən effektiv modeldir. Dövlət quruculuğunda Azərbaycanın məhz bu modeldən istifadə etməsi düzgün qərar idi. Çünki prezident idarəçiliyi formasının mövcudluğu şəraitində güclü dövlətə söykənərək milli ideyanın müasir innovasiyalı inkişaf dövrü ilə səsləşən yeni vəzifələrinin həyata keçirilməsinə başlamaq olar.

(Oxucuların diqqətinə təqdim edilən məqalə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin gələcək kitabının ayrıca bir fəslidir).

 

 



 

.., XXI : . . , 2010 ., 1, . 4.

2 Bu mənbədən sitat gətirilir: .. . . , , 2005 ., . 13.

3 Bax: yenə orada, səh. 20.

Bax: .., , . 7.

. . . . һ, 2006, . 34, 35.

6 Bax: .. . . . 2000 .

7  .. : , , . . . 2011 ., 3, . 9.

8 Bax: , . . . // OBSERVER, 2010 ., 2, . 90.

9  . . . : . 2004 ., . 98.

10  , . 96.

11  . . . . . . 3, . 2009 ., . 149.

12 .. . . 2006. . 198.

13 Drucker P. Post-Capitalist Society N.Y., 1993, . 159.

14 Bax: .., .. . . 2003, . 12-13, 14.

15  ., . . , . 1999 , . 67-101.

16 Bax: . . . 15, 22.

17  . . . 198, 199.

18  .. . . , 1998 ., 1.

19  . . , . 1999 , . 51.

20  . , -, 2008 ., . 580, 581.

21  . 1997. . .: . 1997.

22  .. . . . .16, 10, 2011 , . 765.

23 Bu mənbədən sitat gətirilir: . . . 20.

24  . . . -, , 2008, . 199.

25  , . 202.

26  , . 202.

27 . . . . 199.

28 . . . .. . .; , 2007,  . 415.

29  . . .5.

30  , . 26.

31 . .., .. . . 2003, . 79.

32 . . . . 1992, .63.

33 . .., .. . . 81, 83.

34 Bax. .. .  . . 1978, . 153.

35 Bax. . 28 2015 .

36 Bax. .. . . , 12, 2014 ., 3, .102.

37 Bax. .. . .: , 2006, .108 .

38  . , . 55.

39 Bax. ... .. : . . 2005, 3, . 195.

40  .. : . . . , 2012, 3, . 746-747.

41 Bax. .. - . .-.   . . 24(34) 25(35), 2012, . 110-111.

42  .., .. . . 218.

43  , . 221, 227.

44 Bax. .. . . . 103-104.

45  . 28 2015.

46 Bax. .., .. : - . , 1998, . 7-8.

47 Bax. .., .. . . -. , 2000, 1, . 76.

48 Bax. . . . : NOTA BENE, 2009, . 20-21.

49 Bax. . . .. .: , 2007. . 356.

50 Bax. ... . . 1972, . 357.

51 Bax. .. . . . . 2002, . 72.

52  . 24 2009 .

53 Bax. . . 30 2015.

54  . . . 56.

55 Bax. .., .. : . . 2005, 3. . 203.

56 Bax. . . . 163.