Üç nöqtə.-2016.-21 aprel.-¹ 69.-S.15.

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır

 

Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir

 

Azərbaycan 1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşıyıb. Çünki həmin dövrdə Azərbaycan rəhbərliyinin xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçilik metodları və bacarıqsızlığı Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırdı, daxili çəkişmələr və separatçı meyillərin güclənməsi üçün zəmin yaratdı. Ölkəmiz xarici aləmdən tədric olunmuş, beynəlxalq mövqeyi zəif olan dövlətə çevrildi. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsindən söhbət gedə bilməzdi və ölkə rəhbərliyinin özü də həmin məqsədlərin nədən ibarət olduğunu aydın dərk edə bilmirdi. Artıq uğursuz siyasət nəticəsində iqtisadiyyat çökmüş, dövlət qurumları, ictimai təsisatlar tənəzzülə uğramış, respublika idarəetmə qabiliyyətini itirmişdi.

Azərbaycanı bu çətin vəziyyətdən ümummilli lider Heydər Əliyev xilas etdi. O, 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi, beynəlxalq normalara və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu porosesi başladı. Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olundu. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri idi. Onun rəhbərliyi ilə mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsinə, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyası hazırlandı. Bu siyasət güclü iqtisadiyyata sökənən müstəqil və güclü dövlətçiliyin təmin edilməsinə, geniş sosial zəminə söykənən, fəal və aydın sosial siyasət yeridən unitar, demokratik dövlət qurulmasına, onun xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılmasına, mövqeyinin möhkəmləndirilməsinə yönəldildi. Dövlətlərin ərazi bütövlüyünə hörmət, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində önəmli addımlar atıldı. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri, qazın Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Azərbaycan-Gürcüstan və s kəmərlər vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir. Ən əvvəl, Qərb neft kəməri (BTC) bütün dünyaya göstərədi ki, müstəqil dövlətlər kimi Azərbaycan heç nəyə baxmayaraq, öz problemlərini müstəqil həll edir və öz məqsədlərinə çatır. Bu, çox böyük siyasi əhəmiyyət kəsb edir, imkanları nümayiş etdirir və bunu təsdiqləyir ki, hərbi münaqişələrlə əlaqədar Azərbaycanda, bütövlükdə Qafqazda vəziyyətin ağır olmasına baxmayaraq, o müstəqil dövlətdi, yaşayır yaradır, uğurlar qazanır, planlarını həyata keçirir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkəyə çevrilib. Bir sıra Avropa ölkələrinin qaz və neft bazarında Azərbaycanın payı 40 faizədək artıb. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcək. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaq.

Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.  Ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınıb, yoxsulluq səviyyəsi isə 6 faizə endirilib. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir.

Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxartdı.

Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Bu gün Azər¬bay¬can dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaratdı. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azər¬bay¬¬canlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli li¬deri Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təs¬biti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlif¬ba¬sı və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust ta¬rix¬li 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haq¬qın¬da” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində nor¬mativ hüquqi akt¬lar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sa¬hə¬sinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etdi.

- See more at: http://ucnoqta.az/news/32747#sthash.fzG3JOII.dpuf