“Azad Azərbaycan”.-2009.-3 mart.-N.31.-S.4.

 

Azərbaycanın etibarlı müttəfiqi

Azərbaycana sadiq dost və etibarlı müttəfiq ölkə olan Özbəkistan beynəlxalq münasibətlərdə və Dağlıq Qarabağ probleminin həlli məsələsində çox ardıcıl və prinsipial mövqe tutur

 

"Mən çox şadam ki, biz bu gün Azərbaycanı çox yaxşı tanıyan,

onu sevən və Azərbaycanda sevilən, Azərbaycan xalqının sadiq dostu,

əziz qonağımız İslam Abduqəniyeviç Kərimovu qəbul edirik"

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Qafar ƏLİYEV,

politoloq

 

Azərbaycan Respublikasına beynəlxalq aləmdə dost. tərəfdaş və müttəfiq ölkə olaï dövlətlər çoxdur. Lakin az-az dövlətlər vardır ki. onlar birmənalı səkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Belə dövlətlərdən biri də Özbəkistan Respublikasıdır.

Əsrlər boyu həmişə sülh və həmrəylik şəraitində yaşamış Özbəkistan və Azərbaycan arasında dostluğun qədim tarixi vardır. Mədəniyyətimizin, dili-mizin və dinimizin ümumi olması bizi daha sıx birləşdirir. Bizim xalqlarımız bir-birini tərcüməsiz başa düşür.

Bütün bunlar indi müstəqil dövlət kimi Azərbaycan və Özbəkistanın fəal və dinamik inkişaf etdiyi, öz siyasi və iqtisadi potensiallarını möhkəmləndirdiyi bir zamanda xüsusi aktuallıq kəsb edir və Mərkəzi Asiya və Qafqaz regionunda münasibətlərin inkişafı üçün möhkəm baza rolunu oynayır.

Azərbaycan və Özbəkistan Respublikasının hər ikisi MDB üzvü olan türkdilli dövlətlərdir. Dünyada bir-birinə öz tarixi-etnik kökləri, mədəni, dil, milli-mənəvi dəyərlər baxımından bu qədər yaxın olan az-az xalq və dövlətlər göstərmək olar.

Sevindirici haldır ki, hər iki dövlət arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələr ürəkaçan səviyyədə və nümunəvi şəkildə get-gedə daha da inkişaf edir. Hər iki dövlət həm ikitərəfli, həm regional, həm də beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edərək bir-birinə dəstək verirlər. Bunu sübut edən əsas faktlardan biri kimi 2008-ci ilin martın 14-də BMT Baş Assambleyasının iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin müzakirəsi zamanı Azərbaycanın lehinə səs verən 43 dövlətdən biri Özbəkistan Respublikasının olmasını göstərmək olar. Həm Özbəkistan Respublikasında yaşayan 40.000-dən çox azərbaycanlılar orada, həm də Azərbaycan Respublikasında yaşayan və işləyən özbəklər burada özünü qonaq kimi yox, doğma və yaxın adamlar arasında, ev yiyəsi kimi hiss edirlər.

Dövlət müstəqilliyi əldə etdikdən sonra Mərkəzi Asiya, Xəzər və Qafqaz regionunda mühüm rol oynayan dövlətlər olan Azərbaycan və Özbəkistan arasında ikitərəfli regional əməkdaşlıq əlaqələri dinamik şəkildə inkişaf etməyə başlamışdır. Mərkəzi Asiya regionunun inkişaf edən ölkəsi kimi Özbəkistan Respublikası Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla yeni mərhələdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir.

Azərbaycan və özbək xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin xarakterini Özbəkistan prezidenti İslam Kərimov 2008-ci ilin sentyabrın 11-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından Özbəkistan prezidenti İslam Kərimovun şərəfinə Bakının "Gülüstan" sarayında təşkil edilmiş, rəsmi qəbul vaxtı etdiyi çıxışında belə şərh etmişdir: "Azərbaycan ilə Özbəkistan arasında dərin hörmət etimadın təcəssümü olan münasibətlər milli dəyərlərimizin, ənənələrimizin, adətlərimizin, dilimizin, mədəniyyətlərimizin yaxınlığına, çox cəhətdən ümumiliyinə, eyni dinimizə əsaslanır bu münasibətlərin çoxəsrlik tarixi həmişə qarşılıqlı dəstək və kömək mənbəyi olmuşdur. Əcdadlarımızın obrazları ruhən bir-birinə yaxın olmuş böyük səhvlərimiz Nizami Gəncəvi, Əlişir Nəvainin və başqalarının haqlı olaraq dünya sivilizasiyasının incilərinə aid edilən əsərləri, yaradıcılıq irsi bütün dövrlərdə həm azərbaycanlılar, həm də özbəklər üçün ilham mənbəyi olmuşdur ".

Daha sonra münasibətlərin xarakterinə toxunan Özbəkistan prezidenti İ. Kərimov belə demişdir: "Azərbaycan və Özbəkistan respublikaları arasında ikitərəfli münasibətlərə aid həlli mümkün olmayan elə bir məsələ, elə bir problem yoxdur. Həmçinin də bu gün Qafqazda, Mərkəzi Asiyada, Orta Asiyada yaranan çox mürəkkəb problemlərdən eləsi yoxdur ki, onların barəsində müəyyən məqamlarda dövlətimiz arasında fikir ayrılığı və mövqelərimiz fərqli olsun.

Mən istərdim ki, indicə deyəcəyim sözləri siz hərfi mənada başa düşəsiniz. Sevindirici haldır ki, dövlət başçıları ki­mi Azərbaycan və Özbəkistan prezidentləri həmfikirlərdir. Onların problemlərə münasibəti, yanaşmaları tam üst-üstə düşür və zənnimcə bu, bizim m böyük uğurumuzdur".

Dövlət başçılarının görüşləri zamanı onlar dönə-dönə qeyd etmişlər ki, əslində dövlətlərimiz arasında müəyyən problemlər yarada biləcək heç bir fikir ayrılığı yoxdur.

Əksinə, biz birmənalı şəkildə dərk edirik ki, Azərbaycan və Özbəkistan bir-birinə nə qədər yaxın olsa, həm Azərbaycanın məsələlərini, həm də Özbəkistanın məsələlərini həll etmək bir o qədər asan olacaqdır. Sözün qısası, müasir reallıqlar beynəlxalq strukturlar çərçivəsində iki ölkənin topladığı müsbət təcrübənin bazasında səylərin daha artıq dərəcədə əlaqələndirilməsini, bizim milli mənafelərimizin - həm Azərbaycanın, həm də Özbəkistanın mənafelərini çətinliklə də olsa qorumağın zəruriliyini diqtə edir.

Bir sözlə, Özbəkistan-Azərbaycan münasibətlərinə ənənəvi səmimilik və qarşılıqlı etimad xasdır. Dövlət başçısının bütün səfərləri və danışıqları bu ruhda keçirilir. Beynəlxalq və regional qarşılıqlı fəaliyyətin aktual məsələləri və beynəlxalq problemlər barəsində müzakirə edilən məsələlərin əksəriyyətində Azərbaycan və Özbəkistanın mövqeləri üst-üstə düşür və ya oxşar olur.

Müstəqilliyimizin ilk illərində Özbəkistanla əməkdaşlığın qurulması isti-qamətində ciddi çətinliklər yaranmışdı. Belə ki, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə xarici siyasət sahəsində buraxılmış ciddi səhvlər Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən Özbəkistanla da əlaqələrinin qurulmasına mənfi təsir göstərmişdi. Həmin dövrdə siyasi hakimiyyətdə olanların yarıtmaz fəaliyyətləri nəticəsində dost ölkə ilə münasibətlər həddindən artıq pisləşmişdi.

2008-ci ilin sentyabrında Özbəkistan prezidenti islam Kərimov həmin məsələyə ürək ağrısı ilə toxunaraq belə demişdir: "Elçibəyin dövrü yadımdadır, Özbəkistanla Azərbaycan arasında, özbək və Azərbaycan xalqları arasında əsrlər boyu yaranmış münasibətləri heç nədən pozmağa cəhd göstərilən dövr mənim yadımdadır. Bu olub. Əgər kimsə bunu xatırlamırsa, çox pis. Tarixi yadda saxlamaq lazımdır. Öz tarixini unudanlar öz yolunu azır, gələcəyini görmür. Biz bunu həmişə demişik və deyəcəyik. Tarixi bilmək lazımdır, onu yadda saxlamaq, ona hörmətlə yanaşmaq lazımdır. Bu nədeməkdir? Î deməkdir ki, bizim övladlarımızın düzgün yol seçmələri üçün müvafiq nəticələr çıxarmaq lazımdır".

Tam məsuliyyətlə qeyd etmək lazımdır ki, ölkələrimiz arasında müasir münasibətlərin əsasını xalqlarımızın iki böyük lideri - Heydər Əliyev və İslam Kərimov qoymuşlar.

Onlar həm ölkələrimizin müasir dövrdə dövlətçiliyinin əsasını qoymuşlar, sabitliyi, davamlı inkişafı təmin etmişlər, həm də birgə problemlərin həllində səylərimizin birləşdirilməsi işinə öz töhfələrini vermişlər. Onların rəhbərliyi altında ölkələrimiz sübut etmişlər ki, nəinki müstəqil yaşaya, həm də milli mənafelərimizi uğurla təmin edə, regional proseslərdə əhəmiyyətli rol oynaya bilərlər.

Müstəqillik qazanıldıqdan sonra hər iki qardaş və dost respublika arasında əlaqələrin yenidən bərpa olunmasında və yüksək səviyyədə qurulmasında Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Özbəkistan prezidenti islam Kərimov 2008-ci il 11 sentyabrında Azərbaycana 2-ci rəsmi səfəri zamanı bu məsələni belə vurğuladı: "Azərbaycanla bağlı nə varsa, mən onları həmişə Heydər Əliyevlə yaxın dostluğumun prizmasından görürəm. O, məni özünün yaxın dostu hesab edirdi. Mən də onu özüm üçün ən yaxın insan hesab edirdim. O, Özbəkistanın bütün problemlərini, bizim həll etdiyimiz bütün mürəkkəb məsələləri özünün problemləri kimi qəbul edirdi".

Bir tarixi şəxsiyyət kimi Heydər Əliyevi xarakterizə edən İslam Kərimov daha sonra belə demişdir: "Postsovet məkanında baş verən hadisələrə münasibət məsələsində mən onun şəxsində, sadəcə, həmməslək deyil, bu məsələləri dərindən başa düşən bir insan tapırdım. Mən ona sadəcə ünsiyyətliliyinə, müdrikliyinə görə deyil, başqaları üçün gözlənilməz olan bütün prosesləri dərindən başa düşdüyüm görə hörmət edirdim. Heydər Əliyev həqiqətən tarixi simadır. O, Azərbaycanın tarixində həmişəlik qalacaq şəxsiyyətdir. Onu ən müdrik bir insan kimi, Azərbaycanın ən böyük vətənpərvəri kimi, mən deyərdim ki, ölkəni qoruyub-saxlamış bir insan kimi xatırlayacaqlar. O, çətin dövrdə nə mümkündürsə etmiş, onun ardınca gələn gənc nəsli, mən deyərdim ki, gələcək barədə aydın təfəkkürlə, proqramla, modellə silahlandırmışdır".

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onun Azərbaycan-Özbəkistan münasibətlərinə verdiyi xüsusi töhfəni İslam Kərimov belə dəyərləndirir: "Demək istərdim ki, özbəklər və azərbaycanlılar hamımızın ehtiram bəslədiyimiz, mərdliyi, mənəvi gücü, dönməz iradəsi qarşısında həmişə baş əydiyimiz Heydər Əliyevin xalqlarımız arasında etimadın bərpa olunması, bir daha təkrar edirəm, etimadın bərpa olunması və qarşılıqlı hör-mətin möhkəmlənməsi işinə verdiyi böyük, qiymətli töhfəni heç vaxt unutmayacaqlar. Biz onu ona görə həm də yüksək qiymətləndiririk ki, o, Özbəkistan və Azərbaycan arasındakı münasibətləri, çoxəsrlik dostluq, qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət münasibətlərini müstəqilliyin ilk illərində burada təsadüfi adamların ölkəyə rəhbərlik etdiyi vaxtda məruz qaldığı bütün hücumlardan qorumaq üçün hər şeyi etmişdir".

Tarixdə çox şəxsiyyətləri tanıdığını və artıq çox illərdir ki, təkcə postsovet məkanında deyil, onun hüdudlarından kənarda da baş verən hadisələri izlədiyini bildirən İ. Kərimov qeyd etmişdir: "Mən Heydər Əliyev miqyaslı və ən başlıcası isə, öz ölkəsinə, öz torpağına, öz xalqına Heydər Əliyev qədər sədaqətli olan insanlara çox az-az rast gəlmişəm".

Özbəkistan Respublikasının prezidenti İslam Kərimov bu məsələ ilə bağlı öz fikirlərini ümumiləşdirərək bir daha Heydər Əliyevlə birlikdə işlədiyinə görə özünü çox xoşbəxt insan saydığını və həm də İlham Əliyevin atasının işini davam etdirdiyindən məmnun olduğunu bildirdi.

İslam Kərimov apardığı danışıqlar zamanı fürsətdən istifadə edərək bir daha dönə-dönə vurğulamışdır ki,

Heydər Əliyev öz xalqı üçün, öz xalqının gələcəyi üçün gördüyü işlərin qədir-qiyməti əvəzsizdir və gənc nəsil təməli Heydər Əliyev tərəfindən qoyulmuş işlərin nəticələrini artıq bu gün görür

İslam Kərimov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Özbəkistana rəsmi səfərini xatırlayaraq belə deyir: "Mən Heydər Əliyevlə tanışlığımdan fəxr edirəm və bundan həmişə fəxr duymuşam. Tanışlıq demək azdır, yaşımızda müəyyən fərq olmasına baxmayaraq, mən özümü Heydər Əliyevin dostu hesab edirdim. O, Özbəkistana gələndə, Daşkənd Universitetinin tələbələri qarşısında çıxış edəndə, biz özbək gəncləri qarşısında dayananda mən ona "Haydar əkə" (özbək dilində Haydar Azərbaycan dilində Heydər adının qarşılığıdır) deyə müraciət edirdim. O dəqiqələr, o anlar hələ də yadımdadır, biz bir-birimizi bircə kəlmədən başa düşürdük ".

Heydər Əliyevlə şəxsi dostluq münasibətləri prizmasından Azərbaycan xalqına və dövlətinə dostluq münasibətləri bəsləyən İslam Kərimov Azərbaycana səfəri zamanı bir daha bəyan etdi: "Mən bir daha demək, təkrarlamaq və təsdiq etmək istəyirəm: bəli, mən həqiqətən Azərbaycan xalqının dostuyam, bəli, mən həqiqətən təkcə Özbəkistanın nailiyyətlərinə görə deyil, həm də Azərbaycanın uğurlarım görə fəxr edirəm. Bunlar sadəcə gəlişi gözəl sözlər de­yil, bu mənim qəlbimdədir və ömrümün axırına qədər belə olacaqdır".

Özbəkistan prezidenti İslam Abduqəniyeviç Kərimov həmçinin də Azərbaycanda son dövrlər əldə edilən uğurlara və Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə toxunaraq belə demişdir: "Özbəklərdə belə bir məsəl var: atasından xeyir-dua alanlar həmişə uğur, firavanlıq qazanır. Mən istəyirəm ki, burada əyləşən azərbaycanlılar bum yadda saxlasınlar, deyərdim ki, hər bir azərbaycanlının şüuruna aşılasınlar. Məncə, bu müdrik sözləri Heydər oğlu Əliyevin bugünkü fəaliyyətinə tamamilə aid etmək olar".

İslam Kərimov dəfələrlə vurğuladı ki, Heydər Əliyev özbəklərlə azərbaycanlılar arasında həmişə mövcud olmuş etimadın bərpa olunması üçün nə lazımdırsa etmişdir. Sevindirici haldır ki, Azərbaycan xalqı və onun bugünkü tanınmış lideri İlham Əliyev vaxtilə Heydər Əliyevin seçdiyi perspektivli xətti ardıcıl olaraq davam etdirir və onun xatirəsini dərin hörmətlə yad edir və bu siyasətin tam varisliyi göz qabağındadır.

Bu məsələlərdən danışarkən İslam Kərimov Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdirilməsinin zəruriliyi məsələsinə toxunaraq bildirdi ki, o, İlham Heydər oğlu Əliyevin dediyi "Bizim heç nə icad etməyimizə ehtiyac yoxdur, biz Heydər Əliyevin yaratdıqlarını götürməli, onun işləyib hazırladığı proqrama ciddi riayət etməli və bu gün sadəcə olaraq, həmin proqramı həyata keçirməli, yerinə yetirməliyik" fikri ilə tam şərikdir.

Özbəkistan prezidenti İslam Kərimov, eyni zamanda Heydər Əliyev si­yasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son dövrlər əldə olunmuş uğurlardan ürəkdolusu bəhs etdi və buna görə qürur hissi keçirərək bildirdi ki, bugünkü Azərbaycan 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan deyil, obrazlı şəkildə desək, yerlə göy qədər fərq var. O daha sonra öz fikrini davam etdirərək qeyd etdi ki, postsovet məkanındakı ölkələrin çoxu Azərbaycandan öyrənməlidir ki, Azərbaycan yaşadığı bugünkü mürəkkəb şəraitdə belə yüksəlişə, uğurlara necə nail olmuşdur: Buna nəinki postsovet dövlətləri, hətta Azərbaycanın ətrafındakı bir çox dövlətlər də həsəd apara bilər.

Azərbaycan Respublikasının prezi­denti İlham Əliyev də öz növbəsində Özbəkistan prezidenti İslam Kərimovun fəaliyyətinə yüksək qiymət verərək belə dedi: "Özbək xalqının bəxti gətirib: onun tarixinin ən məsul dövründə, Özbəkistanın müstəqil dövlət kimi formalaşdığı vaxtda bu ölkəyə İslam Abduqəniyeviç Kərimov rəhbərlik etmişdir.

Bu gün ölkələrimiz arasında yaranmış münasibətlər çox cəhətdən xalqlarımızın iki liderinin fəaliyyəti, onların dostluğu və şəxsi münasibətləri sayəsində formalaşmışdır.

Biz Azərbaycanda ötən illər ərzində, o cümlədən ölkələrimiz arasında münasibətlərdə seçilmiş xətti davam etdiririk və gələcəkdə də bu münasibətləri inkişaf etdirmək və onları yeni səviyyəyə qaldır-maq üçün lazım olan hər şeyi edəcəyik ".

Azərbaycan-Özbəkistan münasibətlərinin yaxın keçmişdə, yəni 1993-cü il-dən sonrakı tarixini qısa nəzərdən keçirsək və dövlət başçılarının son bir neçə səfərlərini təhlil etsək, münasibətlərin get-gedə strateji tərəfdaşlıq və mən deyərdim ki, müttəfiqlik xarakteri kəsb etdiyinin şahidi olarıq. Belə ki, 1996-cı ilin mayında Özbəkistan prezidenti is­lam Kərimovun Azərbaycana ilk rəsmi səfəri dövlətlərimiz arasındakı münasibətlərin inkişafında mühüm mərhələnin əsasını qoydu. Hər iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən 19 sənədin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində hüquqi zəmin yaratdı. İkitərəfli münasibətlərin strateji baxımdan inkişafında müstəsna rol oynayan bu sənədlər hər iki xalqın mənafelərinə xidmət etmişdir. Özbəkistan prezidentinin Azərbaycana ilk rəsmi səfəri bir daha hər iki dövlətin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi tərəfdarı olduğunu sübuta yetirdi. Tərəflər beynəlxalq əməkdaşlığa, elmi-texniki sahələrdə inteqrasiya proseslərinin sürətlənməsinə tərəfdar olduqlarını bəyan etdilər.

Ümummilli lider Heydər Əliyevin 1997-ci ilin iyun ayında Özbəkistana rəsmi səfəri də dövlətlər arasında siya­si, sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə oldu. Səfər zamanı dövlət başçıları tərəfindən imzalanan "Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında" sənə-din mühüm əhəmiyyəti olmuşdur. Ulu öndərin Mərkəzi Asiyaya səfərində Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olmuşdur. Özbəkistanın dövlət başçısı birmənalı olaraq Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuşdur.

2004-cü ilin iyun ayında Azərbaycanın yeni seçilmiş dövlət başçısı İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları mövcud imkanlardan maksimum istifadə edərək münasibətləri hərtərəfli inkişaf etdirmək barədə razılıq əldə etdilər. Bundan əlavə, ölkə başçıları beynəlxalq terrorizm, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və dini ekstremizmə qarşı birgə mübarizə aparmağı zəruri hesab etdilər. Səfər bir sıra əlamətdar hadisələrlə də yadda qaldı.

Azərbaycanın dövlət başçısının Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə ümummilli lider Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin yeni binasının və dahi şairimiz Nizami Gəncəvinin büstünün açılışı oldu.

Hazırda Azərbaycan və Özbəkistan arasında ən müxtəlif sahələri əhatə edən 40-dan çîõ sənəd imzalanmışdır. Bu sənədlər iki dövlətin gələcək münasibətlərinin inkişafında normativ-hüquqi baza rolunu oynayır.

2008-ci ilin sentyabrın 11-12-də Öz­bəkistan prezidenti İslam Kərimovun Azərbaycana ikinci rəsmi səfəri zamanı dövlətlərarası və hökumətlərarası səviyyədə imzalanmış yeddi sənəd, habelə bağlanmış müqavilələr münasibətlərimizin inkişafına daha böyük təkan verdi və qarşılıqlı surətdə faydalı birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaratdı.

2008-ci il sentyabrın 11-də Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı ikitərəfli aşağıdakı 7 sənəd imzalandı:

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə Özbəkistan Respublikasının Dövlət Təbiəti Mühafizə Komitəsi arasında "Ətraf mühitin qorunması sahəsində əmək-daşlıq haqqında" saziş.

2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Na­zirliyi ilə Özbəkistanın Rabitə və İnformasiyalaşdırma Agentliyi arasında in­formasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş.

3. Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan hökuməti arasında "Dəmir yol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər haqqında" saziş.

4. Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti arasında vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında saziş.

5. Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında saziş.

6. Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti arasında humanitar sahədə əməkdaşlıq haqqında saziş.

7. Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında saziş imzalandı.

Ümid edirik ki, imzalanmış sənədlərdə əksini tapmış vəzifələrin yerinə yetirilməsi münasibətlərimizin hərtərəfli inkişafı üçün yeni şərait yaradacaqdır. Hər iki dövlət bunda çox maraqlıdır və istəyir ki, münasibətlərimizin hərtərəfli inkişafı, həyatımızın bütün sahələrini əhatə etməsi üçün gələcəkdə də bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə fəal əməkdaşlıq etsin. Bunun üçün bütün imkanlar vardır.

Azərbaycan-Özbəkistan münasibətlərində iqtisadi və ticarət sahəsində əlaqələr mühüm yer tutur.

Məlum olduğu kimi, Özbəkistan Azərbaycanın istər energetika və nəqliyyat sahəsində, istərsə də başqa sahələrdə bir sıra regional layihələrin təşəbbüsçüsü olmasını məmnunluqla qarşılayır. Ona görə də gələcəkdə bütün regionu əhatə edəcək bu layihələrə qoşulmaq üçün təşəbbüslər edir. Azərbaycan gələcəkdə Özbəkistanla birgə layihələr, kooperasiya, müştərək istehsalat və müəssisələr yaradılmasına, müştərək investisiyaların qoyulmasına can atır, həm də hər iki ölkənin bir-birinə yaxınlaşmasında özəl sektorun və investorların imkanlarından istifadə olunmasına hər iki dövlətdə rəsmi şəkildə şərait yaradılır.

Azərbaycanın qazandığı sanballı uğurlar, bu ölkənin gücünün, potensialının artması, iqtisadiyyatının davamlı inkişaf sürəti Özbəkistanda səmimi hörmətlə qarşılanır.

Özbəkistan prezidenti İslam Kərimov 2008-ci il sentyabrın 11-12-də Bakıda ikinci rəsmi səfəri zamanı vurğuladı: "Mən Azərbaycan prezidentinin rəhbərliyi altında həyata keçirilən Azərbaycanı Şərqlə Qərbi və Şimal ilə Cənèbu birləşdirən aparıcı Logistika mərkəzlərindən birinə çevirməyə yönəlmiş hərtərəfli düşünülmüş, praqmatik xarici siyasət xəttini xüsusi vurğulamaq istərdim".

Danışıqlar zamanı qəbul edilmiş qərarlarda ölkələrimiz arasında iqtisadi kooperasiyanın və əmtəə dövriyyəsinin artırılmasının, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin, mədəni-humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilmişdir.

Özbəkistan prezidenti İslam Kərimov birmənalı şəkildə bəyan etdi ki, Özbəkistan Azərbaycanla uzunmüddətli və qarşılıqlı surətdə faydalı münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.

Bütün bunlarla bərabər, dövlət başçılarının danışıqlardan çıxardığı ən mühüm nəticə o olmuşdur ki, ölkələrimiz arasında əməkdaşlığın miqyasını genişləndirmək üçün hələ istifadə edilməmiş çox böyük imkanlarımız və resurslarımız vardır.

Bu, ilk növbədə qarşılıqlı ticarətin inkişaf perspektivlərinə, birbaşa koo­perasiya və ya investisiya əlaqələrinin tənzimlənməsinə, birgə müəssisələr yaradılmasına, energetika, habelə nəqliyyat kommunikasiyalarından qarşılıqlı surətdə faydalı istifadə edilməsi sahəsində əməkdaşlığa aiddir.

Özbəkistan Azərbaycanın ilbəil böyüməkdə olan loqistika mərkəzi kimi, Şərq ilə Qərbi əlaqələndirən dəhliz ki­mi malik olduğu çox böyük imkanlardan istifadə edilməsində birmənalı şəkildə maraqlıdır.

Azərbaycan və Özbəkistan beynəlxalq münasibətlər sahəsində də uğurla əməkdaşlıq edərək bir-birini müdafiə edirlər. Hər iki dövlət tarixi ənənələrimizin, mədəniyyətlərimizin, dillərimizin ümumiliyinə hörmət və sədaqət nümayiş etdirərək birgə tərəqqiyə, vətəndaşların maddi rifahının yaxşılaşmasına, iqtisadi islahatların aparılmasına və güclü dövlət yaradılmasına və bir-birinin ərazi bütövlüyünün qorunmasına can atır.

Hər iki dövlət beynəlxalq təşkilatlarda yaxın müttəfiqlər kimi hərəkət edir. Xəzər regionunda, Qafqazda və Mərkəzi Asiyada vəziyyətin qiymətləndirilməsində Azərbaycan və Özbəkistan eyni mövqedən yanaşır.

Hər iki dövlət ona çalışır ki, region-da sülh və sabitlik bərqərar olunsun, münaqişələr beynəlxalq hüquq norma-ları və prinsipləri əsasında ədalətlə həll edilsin. Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunda baş verən münaqişələrə münasibət məsələsində dövlətlərimizin mövqelərinin üst-üstə düşmə-si xüsusilə diqqəti cəlb edir. Azərbaycan-Özbəkistan danışıqlarının gedişində dövlət başçıları Cənubi Qafqazın və Mərkəzi Asiyanın genişlənməkdə olan qarşılıqlı asılılığı, dövlətlərimiz və regionlarımız qarşısında duran problemlərin oxşarlığı barədə ümumi fikrə gəldilər.

Özbəkistan tərəfi bir daha təsdiq et­di ki, o, Dağlıq Qarabağ probleminin sülh yolu ilə, siyasi yolla həllinin tərəf-darı olmuşdur və olacaqdır. Bu məsələ ilə bağlı çox dəqiq və ardıcıl xətt tutan Özbəkistan prezidenti İslam Kərimov öz dövlətinin mövqeyini belə ifadə etmişdir: "Həm də biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur".

Daha sonra o öz sözünə davam edərək belə dedi: "... Əlbəttə, mən öz fikrimi deyirəm, lakin əminəm ki, ötən on yeddi ildə baş vermiş hadisələri obyektiv qiymətləndirən insanların hamısı bu fikirlə razılaşarlar ".

Dağlıq Qarabağ probleminə toxu-nan Özbəkistan prezidenti bildirdi: "Qarabağ problemi 1988-ci ildə başlamışdır və bu münaqişə ilə əlaqədar prosesləri müşahidə edənlərin, sadəcə müşahidə etməklə kifayətlənməyib, onları diqqətlə izləyənlərin iştirakı ilə yaranmışdı. Məni təəccübləndirən odur ki, indinin özündə də həmin problemi necə həll etməyin mümkün olduğunu müəyyən dərəcədə başa düşməyənlər vardır. Mənə elə gəlir ki, belə vəziyyət, yaxud belə münasibət mövqe var və bununla həmin münaqişəni mümkün qədər uzatmaq istəyirlər".

Daha sonra 2008-ci il sentyabrın 11-də "Gülüstan" sarayında çıxış edən Özbəkistan prezidenti İslam Kərimov Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunaraq belə dedi: "Hörmətli İlham Heydər oğlu, bu fürsətdən istifadə edib vurğulamaq istərdim ki, mən bu ta­rixi yaddaşın daşıyıcısıyam, vahid Sovet İttifaqının tabeliyində olduğumuz əvvəlki tariximizin ayrı-ayrı dövrlərini xatırlayıram, hərçənd bu, heç də həmişə xoş olmur.

1985-ci ildə Sovet İttifaqına başçılıq edən adam "Azərbaycan " sözünü hətta düzgün tələffüz edə bilmirdi. O, bu sözü təhrif edərdi.

Mən indiyədək xatırlayıram, bizə doğma olan "Azərbaycan" sözünü hətta tələffüz edə bilməyən həmin adam bu problemin, bu münaqişənin yaranması üçün çox şey etmişdir. Bu münaqişə bilavasitə onun iştirakı ilə, Moskvada sakitcə əyləşib Qafqazda baş vermələri müşahidə edənlərin iştirakı ilə yaranmışdır".

İslam Kərimov DQ məsələsində çox ciddi əhəmiyyətli bir məqama da toxunaraq belə vurğuladı: "Bu gün mən İlham Heydər oğlu ilə bu barədə danışmışam, burada bizim aramızda əyləşən cavanlar həmin dövrü - 1988-ci ili bəlkə də xatırlamırlar. Mahiyyət etibarı ilə yeni nəsil yaranır. Məncə, kimlərsə ümid edir ki, yeni nəsil yaranacaq və Qarabağ problemi ilə əlaqədar baş vermiş bütün hadisələr yaddaşlardan silinəcəkdir. Lakin bu gün doğulan nəslin necəliyindən asılı olmayaraq, - Qarabağ probleminin yarandığı ildə doğulmuş insanların artıq 20 yaşı tamam olmuşdur və bu çox ciddi məsələdir, bu gənclər elə bil bütün bunları xatırlamır, - mən çox istərdim ki, bizim bir fikrimiz üst-üstə düşsün: övladlarımız bizim başladığımız işi axıra çatdırmalıdır, uşaqlarımız bizim işlərimizin davamçıları olmalıdır ".

Özbəkistanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan edən İslam Kərimov həmin problemin həlli ilə bağlı öz dövlətinin qəti mövqeyini belə ifadə etmişdir: "Bu problem, əlbəttə, dinc yolla və vurğulamaq istərdim ki, yalnız beynəlxalq normalara əməl edilməklə və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hökmən riayət olunmaqla həll edilməlidir".

Mədəni-humanitar sahədə də Azərbaycan-Özbəkistan münasibətləri tarixən formalaşaraq çox dinamik şəkildə inkişaf edir. Azərbaycan-Özbəkistan münasibətləri yaxşı mənada, keyfiyyətcə əsaslı şəkildə ona görə fərqlənir ki, bizim mənəvi dil və din birliyimiz vardır.

2004-cü ilin iyun ayında İlham Heydər oğlu Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Daşkəndin ən mənzərəli, ən gözəl meydanlarından birində, Nizaminin adını daşıyan meydanda - Daşkənd Pedaqoji Universitetinin binası qarşısında Nizami Gəncəvinin abidəsi açıldı. O zaman İ. Əliyev azərbaycanca, İ. Kərimov isə özbəkcə danışırdı. İnsanlar da hər iki dildə deyilənləri başa düşürdülər. Heç kəs yanındakından onun nə dediyini soruşmurdu. Bu böyük sərvətdir və bizim ciddi şəkil-də qorumalı olduğumuz irsdir.

2008-ci il sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi parkda Türk dünyasının ən böyük şairlərindən biri, özbək xalqının böyük oğlu, özbək ədəbiyyatının banisi, özbək poeziyasını yaradıcısı Əlişir Nəvaiyə abidə ucaldıldı.

Abidənin müəllifi - özbəkistanlı memar Ravşan Mirtajıyevdir.

Azərbaycanda Nəvainin yaradıcılığına böyük maraq var. Bu böyük şairin, demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.

Əlişir Nəvai Özbəkistan ədəbiyyatının Şərq xalqları ədəbiyyatının inkişafına çox böyük təsir göstərmişdir.

Bu abidə bu böyük insanın xatirəsinə ehtiram əlaməti olmaqla bərabər, həm də əsrlər boyu bir-biri ilə sülh, həmrəylik şəraitində yaşamış, həmişə dostluq etmiş özbək və Azərbaycan xalqları arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi sənətkarlar xalqlarımızın milli mənəvi ruhunun formalaşmasına, mənəviyyat və əxlaqının təşəkkülünə kömək edir. Bakının dilbər guşələrindən birində Əlişir Nəvaiyə heykəl ucaldılmasına görə qürur hissi keçirən İslam Kərimov qeyd etdi: "Biz Mərkəzi Asiyada yaşayırıq. Bizim dil birliyi, din birliyi və bir sıra başqa amillərlə bağlı olduğumuz qonşularımız çoxdur. Lakin həmin qonşularımız bu gün Azərbaycanda görülən işi görməyiblər, Əlişir Nəvainin adını daşıyacaq belə bir meydan yaratmayıblar".

Ona görə də İslam Kərimov iftixar hissi ilə belə dedi: "Mən Azərbaycanı elə tanıyıram ki, dünyanın ən böyük dövlətlərinin nümayəndələri Azərbaycanı o dərəcədə tanımır. Mən azərbaycanlıları öz qardaşlarım kimi tanıyıram. Siz necə varsınızsa, mən sizi elə tanıyıram. Mən sizin tarixinizi bilirəm, sizin nə ilə yaşadığınızı, nəyin sayəsində, öz millətinizə, öz prezidentinizə görə qürur hissi keçirdiyinizi bilirəm ".

Həmin tarixi abidənin açılışı mərasimində çıxış edənlər qeyd etdilər ki, bu yüksək münasibətlər bu gün də davam edir, ölkələrimizin tərəqqisi dövründə, Özbəkistanın və Azərbaycanın müstəqilliyinin, dövlət suverenliyinin möhkəmləndiyi və inamla inkişaf etdiyi dövrdə dövlətlərimiz arasında münasibətlər yeni xarakter kəsb edir və xalqlarımız keçid dövrünə, transformasiya dövrünə xas olan çətinliklərin, demək olar, hamısını keçmişdə qoymuşlar.

Onlar bu gün qardaşlıq münasibətləri xarakteri daşıyan ənənələrə, möhkəm tarixi bazaya əsaslanan münasibətlərimizin bu gün də çox uğurla inkişaf etdirilməsinin zəruriliyini və qorunub saxlanmasını vurğuladılar. Natiqlər qeyd etdilər ki, Nizamini tanımayan və sevməyən bir özbək tapmaq çətindir, həm-çinin Əlişir Nəvainin əsərlərini oxumamış və ona ehtiram bəsləməyən azərbaycanlı tapmaq da çətindir.

Azərbaycan və özbək xalqları arasında mövcud olan tarixi dostluq münasibətlərinin formalaşmasında hər iki xalqa mənsub olan ədəbiyyatçıların, şair və yazıçıların, alimlərin, diaspor nümayəndələrinin böyük rolu olmuşdur.

Azərbaycana səfəri zamanı 2008-ci ilin sentyabrında Özbəkistan prezidenti İslam Kərimov Özbəkistanın xalq şairi, Azərbaycanın oğlu, taleyin hökmü ilə Özbəkistan torpağında yazıb-yaratmış Maqsud Şeyxzadənin yüksək fəaliyyətini xatırladaraq demişdir: "Bizim mənəvi yaxınlığımızı şair özünün məşhur rübailərindən birində çox gözəl və dəqiq ifadə etmişdir:

Bakılı qocaya dedim: əmican,

Dostluq bu mənanı kəsb edib haçan?

Belə cavab verdi o müdrik qoca,

Nizami, Nəvai qardaş olandan".

 İslam Kərimov xüsusilə vurğulamışdır ki, milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Şeyxzadə ölkəmizin ən yüksək mükafatlarına layiq görülmüş və bu gün də xalqımız ona çox böyük ehtiram bəsləyir.

2008-ci ilin dekabrında Daşkənddə bu gözəl şairin 100 illik yubileyi qeyd edilmişdir.

Azərbaycan paytaxtındakı küçələrdən birinə böyük özbək alimi, astronom Mirzə Uluqbəyin adının verilməsi faktı da iki qardaş xalq arasında dostluğun möhkəmlənməsinə töhfə vermişdir.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin mövcud vəziyyəti bir daha göstərir ki, hər iki ölkə, xalq tarixən formalaşmış əlaqələrin davamlı inkişafında maraqlıdır.

Özbək və Azərbaycan xalqları öz vətənlərinin sülhün və əmin-amanlığın qorunub-saxlanması naminə əsrlər bo­yu bir yerdə olmuşlar, biz sevincimizi də, kədərimizi də bir-birimizlə bölüşmüşük. Xalqlarımız həyatın çətin sınaqlarına sinə gəlməli olanda biz həmişə bir-birimizə dost kimi əl uzadaraq bu çətinlikləri çiyin-çiyinə dəf etmişik.

1930-cu illərdə kütləvi repressiyalar dövründə on minlərlə azərbaycanlının Özbəkistan torpağında sığınacaq tapması, özbək xalqının onları öz doğma qardaşları kimi açıq ürəklə qəbul etməsi, bir tikə çörəyi onlarla bölüşməsi, öz evində onlara sığınacaq verməsi heç zaman yaddaşlardan silinməyəcək.

Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Müstəqil Özbəkistanın tamhüquqlu vətəndaşları olan bu insanlar başda xalqlarla sülh və həmrəylik şəraitində ölkəmizin sosial ictimai, iqtisadi həyatında və digər sahələrdə fəal iştirak edirlər.

Bunu belə bir fakt da təsdiq edir ki, təkcə son illərdə Azərbaycan diasporunun altı nümayəndəsi yüksək dövlət mükafatlarına layiq görülmüşdür. 2008-ci il sentyabrın 12-də Özbəkistan prezidenti islam Kərimov Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə də görüşərək bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsinin Özbəkistanda dini təhsil almış rəhbərinə onun ölkəsində böyük hörmət bəsləyirlər.

Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında hər iki xalqa mənsub olan diaspora təşkilatlarının və nümayəndələrinin rolunu da xüsusi qeyd etmək lazımdır. 2003-cü ildə Özbəkistanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin birgə təsis qurultayı keçirilmiş və "Özbəkistan azərbaycanlılarının mədəniyyət mərkəzləri Assosiasiyası təsis olunmuşdur. Bir mərkəzdə birləşmiş bu qurumda tanınmış iş adamı, xeyriyyəçi və mədəniyyət xadimi olan Akif Ağatalıbov yekdilliklə həmin assosiasiyanın prezidenti seçilmişdir. Bu təşkilatda hazırda 40 mindən artıq azərbaycanlı birləşir və Özbəkistanın Buxara, Səmərqənd, Fərqanə vilayətlərində, î cümlədən də Daşkənd və Almalka şəhərlərində fəal şəkildə fəaliyyət göstərir. Assosiasiyanın İdarə Heyətinin tərkibinə Özbəkistan və Azərbaycanda xeyli dərəcədə tanınmış mədə-niyyət, incəsənət, elm və iqtisadiyyat sahəsində tanınmış simalar təmsil olunmuşdur. Onlardan məşhur müğənni Nəsibə Abdullayeva, Azərbaycanın əməkdar artisti Kokyab Əliyeva, Özbəkistan və Azərbaycanın əməkdar artisti Firudin Səfərov və başqalarım qeyd etmək olar. Assosiasiyanın prezidenti Akif Ağatalıbovun birbaşa təşkilatçılığı ilə özbək tamaşaçıları məşhur Azərbaycan müğənniləri Zeynəb Xanlarova, Niyaməddin Musayev, Simarə İbadova, Aftandil İsrafılov və başqalarının yaradıcılığı ilə tanış olmuşlar.

Tarixən pambıqçılıq respublikaları kimi şöhrət qazanmış Özbəkistan və Azərbaycan əməkçiləri hələ Sovet İttifaqının mövcud olduğu dövrlərdən ənənəvi dostluq münasibətləri saxlayırlar. Həmin münasibətlər bu gün də dövlət rəhbərləri, mədəniyyət, elm, təhsil, incəsənət və siyasi xadimlər, iş adamları, diplomatlar səviyyəsində uğurla davam edir.

2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkənddə "Azərbaycan evinin təntənəli açılışı olmuş, həmin ev 2008-ci ilin axırında tam istifadəyə verilmişdir. Hazırda "Azərbaycan evi" Azərbaycan və özbəklərin. eləcə də bütün türkdilli xalqların əsas görüş yerinə çevrilib.