Dövlət və din. - 2018.-6(59).-S.104-109.

 

ERMƏNİLƏRİN NAXÇIVANDA TÖRƏTDİKLƏRİ SOYQIRIMINA DAİR BƏZİ TARİXİ ƏLYAZMA SALNAMƏLƏRİ

 

Səbuhi İBRAHİMOV,

AMEA-nın Naxçıvan Bölməsi,

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

İbrahimov71@mail.ru

 

Açar sözlər: Azərbaycan, Naxçıvan, əlyazma, mətn, tarix, Qanlı sənələr, Məmməd Səid Ordubadi.

: , , , , , , .

Key words: Azerbaijan, Nakhchivan, manuscript, text, history, Bloodyyears, Muhammed Said Ordubadi.

 

Mətnşünaslıq yalnız ədəbiyyat tarixi üçün deyil, eyni zamanda mədəniyyət tarixi üçün də böyük əhəmiyyət daşıyan zəngin elmi sahəni əhatə edir. Belə ki, Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı - XX əsrin əvvəlləri), obyektiv şəkildə öyrənilməsi, klassik mətnlər üzərində aparılan elmi-paleoqrafik xüsusiyyətlərin dəqiqliyindən az asılı deyildir. Buna görə də, klassiklərin Naxçıvana dair əlyazma abidələrinin ayrı-ayrı yüzilliklərdə yaratdıqları əsərlərin elmi mətnlərini düzgün tərtib və müəlliflərinə mənsub etmək, hər şeydən əvvəl, ədəbiyyat və mədəniyyət tarixinin düzgün öyrənilməsi deməkdir. Bu da Naxçıvan əlyazmalarının mətnşünaslıq elminə verdiyi əhəmiyyəti səciyyələndirən başlıca amildir.

Azərbaycan mətnşünaslığının müstəqil elm sahəsi kimi tarixi azdır. Ola bilər ki, bu baxımdan Naxçıvana dair əlyazma mətnlərinin filoloji və tekstoloji təhlili indiyədək aparılmamışdır. Buna görə də, tədqiqatımız bu sahədə ilk addımdır. Belə ki, Naxçıvan tarixi və mədəniyyəti aspektindən yanaşdığımız Məmməd Səid Ordubadinin Qanlı sənələr adlı əlyazması ilkin tarixi material kimi qarşıya məqsəd qoyulmuşdur.

XX əsrin əvvəllərində Naxçıvanda baş verən qanlı hadisələrin şahidi kimi, M.S.Ordubadi özünün Qanlı sənələr kitabını yazmışdır. Müəllifin özü də qeyd edir ki, Bunları isə gizlətmək peyğəmbərimizin lənətinə giriftar olmaq kimi Allaha xoş gəlməyən bir işdir... [1, s. 9]. Müəllif baş verən qanlı hadisələrin canlı şahidi olaraq gördüklərini və eşitdiklərini xalq ziyalısı kimi qələmə almışdır. Kitabda ermənilərin təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda törətdikləri qanlı hadisələrdən bəhs olunur: Ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməkdə idilər... Qafqazın gözəl şəhərləri dağıdılıbyandırılıb, yurdlarımız qan çalasına döndərildi. Bunlara şahid Naxçıvan uyezdinin naçalniki Angil kimi vicdansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəşləri söndürməyib, əksinə, caniləri bir sıra cəmiyyətlərə sövq edirdi. Bunları izah üçün bir mübahisə yeri qalmamışdır. Zira Naxçıvan hadisəsində layiqincə söylənilmişdir. Məncə, bunları gizlətmək hər iki millətin istiqbal təşəbbüsünü zaye və xələldar edər. Angil naçalniklərinin lənətəlayiq hərəkətləri nəticəsində Naxçıvanda ermənilər qəzəbə gəlib məğlub edildi. Məğlub olub da, sonrasında Krılov kimi kazak komandaları kazakları ermənilərlə əlbir edib, müsəlman dükanlarını yandırmaqla müsəlmanları canlarından əziz olan mallarından məhrum etdi [2, s. 8-9].

M.S.Ordubadinin bu kimi qeydlərindən olduqca əhəmiyyətli tarixi həqiqətlər aydın olur. Məlum olur ki, Naxçıvanda yerləşdirilmiş kazak dəstələri, başda komandirləri Krılov olmaqla, ermənilərlə birləşib müsəlmanlara qarşı qanlı qırğınlar törətmişlər. Bu faktlar o dövrün başqa sənədlərində də öz əksini tapmışdır.

M.S.Ordubadinin əlyazmasında 1905-1906-cı illərdə Naxçıvanda baş verən qanlı hadisələr təfsilatı ilə öz əksini tapmışdır. Müəllif hadisələri elə əks etdirir ki, oxucu həmin qeydləri həyəcansız oxuya bilmir: 1905-ci ilin may ayının əvvəllərində Bakı erməni-müsəlman toqquşmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcanda idi. Buna nisbət ermənilər əsla qorxmayıb həmişə müsəlmanlara əziyyət verməkdə idilər. Bir tərəfdən şəhərə belə səs salmışdılar ki, ermənilərdə cürbəcür odlu silahlar olduğundan, müsəlmanlara birdən-birə hücum edəcəklər. Ermənilərdə də belə hallar hər dəqiqə gözlənirdi. Hər vəziyyətdə, erməni siyasətini götür-qoy edəndə elə belə də olmalı idi. Zira ermənilərin rəyincə, bizim əlimizin üstündə Qafqazda gərək əl olmasın - deyib, hər tərəfə odlu silah və sair hərbi ləvazimat göndərməyə çalışırdılar. O zamana qədər əsla qara-qorxu görməmiş Naxçıvan müsəlmanları gecələr ermənilərin qorxusundan eşiyə, gündüzlər isə uzaqda olan əmlaka da gedə bilməzdilər. Naxçıvanın ətrafı hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan 6 saat ərzində İrəvandan istədikləri qədər erməni əsgəri gətirməyə gücləri çatdıqlarından daha müsəlmanları şirin dillə dindirmək belə istəmirdilər [3, s. 18]. Əlyazmadakı bu qeydlərdən məlum olur ki, Azərbaycanın hər hansı nahiyəsində baş verən siyasi hadisələr, istər-istəməz başqa nahiyəyə də təsir edir, əhalinin əhval-ruhiyyəsini dəyişirdi [4, s. 242].

Müəllif əlyazmada hadisələri xronoloji qaydada inkişaf etdirərək yazır: Yenə həmin gecə, yəni may ayının 11-də ermənilər bütün şəhəri (Naxçıvanı - İ. S.) atəşə tutdular. İki saat yarım müddətdə şəhərdə beşaçılan tüfənglərin sədası, alov və tüstüdən savayı bir başqa iş nəzərə gəlməz idi... eşikdə dəhşətli külək əsirdi. Heç aram tutmayaraq divarlara güllələr dəyməkdə idi. O gecəni müsəlmanlar qarışıq xəyallar ilə cəhənnəm guşəsi olan yataqları içində qovrula-qovrula sübh etdilər. Səhər tezdən, ayın 12-də yenə vitse-qubematora şikayətə gəldilər və gecənin atışmasını deyib, əncam çəkməsini tələb etdikdə əgər onlar sizə atəş açır, siz də tutub onların tapançalarını alınız - cavabım aldılar. Qubernator bir də mən bilmərəm - deyib camaatı qaytardı. O halda gözü qızmış ermənilərdən və özünü itirmiş müsəlmanlardan bir nəfər olmadısöyləsin ki, cənab qubernator, bəs buraya nə üçün təşrif gətiribsiniz? [3, s. 20]. Əlyazmadakı bu qeydlərdən məlum olur ki, çar Rusiyası da milli münaqişənin qızışmasında maraqlı idi və Naxçıvan diyarı üçün cavabdeh olan qubernator milli münaqişənin qarşısını almaq üçün heç bir tədbir görmürdü, əksinə, yerli kazaklar erməniləri əl altından silahlandırırdılar.

Hətta qubernatorun özü qanlı münaqişə üçün zəmin yaradırdı: Həmin gün şəhər ətrafı qorxulu olduğundan, Naxçıvan camaatı və iranlı fəhlələr - hamı şəhərdə və bazarda idilər. Ona görə iranlı fəhlələr qubernatorun sözünə əməl edərək, ermənilərdən bir sıra açılan şeylər zəbt etməyə başladılar. Saat on radələrində bir dəstə erməni fədailəri bazarın başında durub, ayaq tərəfdə olan müsəlmanları güllə-baran etməyə başladılar... bu müharibədə müsəlmanlardan 5 nəfər öldü və bir neçəsi yaralandı [1, s. 20]. Əlyazmadakı bu qeydlərdən məlum olur ki, həmin dövrdə Naxçıvanda İran əsilli fəhlələr də olmuşdur. Ancaq nədənsə İran dövləti onların təhlükəsizliyi barədə düşünməmişdir. Əhalinin erməni təhlükəsi altında olduğunu bilə-bilə onları heç silahlandırmağa da cəhd etməmişdir. Baxmayaraq ki, ermənilər təkcə yerli əhalini deyil, müsəlman olan bütün camaatı öldürürdü. Elə əlyazmanın özündə də həmişə müsəlman sözü işlənir. Burada müharibə, sözün həqiqi mənasında, ermənilərlə müsəlman əhalisi arasında idi. Müsəlmanlar sırasında həm də qeyri-azərbaycanlılar var idi: iranlılar, kürdlər və s. erməni cəlladları onları da qətlə yetirirdi.

M.S.Ordubadi əlyazmasında bir naxçıvanlı kimi gözləri qarşısında doğmalarına, həmyerlilərinə qarşı olan ədalətsizliyi ürək ağrısı ilə qələmə alırdı: Naxçıvan camaatı zülm və əziyyət altında əzilir, nə hökumət, nə filan sidq ilə belə işləri yoluna qoymaq fikrində deyildi [1, s. 21]. Qeyd etmək lazımdır ki, qeyrətli naxçıvanlılar qarşısında ermənilər də özlərini təhlükədə hiss edirdilər və hər vasitə ilə münasibətləri sahmana salmağa çalışırdılar: Noyabrın 26-na qədər müsəlmanlar və ermənilər hökumətin siyasəti sayəsində, dəfələrlə, sülh edib bir-biri ilə əl-ələ vurdular. Axırda yenə bu sülh hər iki tərəfə ədavətdən başqa bir səmər vermirdi. Necə ki, hər saatda bu iki tayfanın arasında yeni bir ədavətin ortaya çıxacağı gözlənilirdi [1, s. 21]. Əlyazmadakı bu qeydlərdən məlum olur ki, xalq dövlət tərəfindən ədavətin qızışdırılmasına qarşı tədbirlər görür. Bu siyasət o vaxt çar Rusiyasının parçala, hökm sür siyasi xəttinin davamı idi.

M.S.Ordubadi hadisələrin xronikasını davam etdirərək baş verən hadisələrdən bəhs edərək yazır: Noyabrın 26-da birdən-birə camaat bir-birinə dəyib tələm-tələsik dükanlarını bağlayıb evlərinə qaçdı... Bu gün kazaklar sülh və asayişi təmin etmək üçün Çeşməbasar kəndinə gedərkən hacı Nəsir hacı Nağı oğlunun evini qarətə başlamışlar. Bu vaxt qabağa durub mane olmağa çalışan hacının bir zavallı oğlunu öldürmüşlər. Müsibətə düçar olmuş hacı oğlunu qana bulanmış görərkən çaşıb bir güllə kazaklara atmış, elə buna görə onun ailəsi biədəblər tərəfindən qətl edilmişdir. Bu xəbər Naxçıvan camaatını nəhayət dərəcədə pərişan etmişdir. Zira bu işlərin ümdə baniləri və başçıları polkovnik Krılov və naçalnik Angillər idi. Noyabrın 26-cı gecəsi müsəlmanlara böyük bir müsibət üz verib, hökumətin də hiyləsini hamıya bildirdi. Həmən gecəni Naxçıvanda müsibət gecəsi, odlu-alovlu gecə adlandırmışlar. Həqiqətən də, o gecə atəşli, ürək dağlayan, yanğılı bir gecə idi. Həmən gecə yeddi radələrində böyük bir dəhşətli sədalar eşidildi. Məlum olduğu kimi, həmən səs bazar qarovullarının səsi imiş. Hərdən bir beşaçılan sədaları da eşidilirdi. Camaat evlərindən çıxıb bazara girmək istəsələr də, kazaklar hər tərəfdən atəş açıb mane olurdular [1, s. 21].

Tarixi sənəd xarakteri daşıyan bu əlyazma həm də tarixin ibrət dərsləridir. Müəllif həmin hadisələri saat dəqiqliyi ilə verməklə xalqımızın həmişə ayıq-sayıq olmasını, dostu ilə düşmənini tanımasım istəmişdir. Sonrakı qeydlərdən məlum olur ki, Naxçıvanda olan gürcülər yerli əhaliyə yardım etmək istəmişlər: Bu vaxt dəmir yol vağzalında olan insanpərvər gürcü qardaşlardan müsəlmanların köməyinə gəldilərsə də, artıq iş-işdən keçmişdi (Allah onlardan razı olsun). Sübhə kimi bazar tamam yanıb kül oldu [2, s. 22]. Bu qeydlərin də olduqca böyük tarixi əhəmiyyəti var. İlk baxışdan gürcülər də xristiandır və çar Rusiyasının murdar siyasətini dəstəkləyib kazaklarla birlikdə müsəlmanlara qarşı qətllər törədə bilərdilər. Ancaq onlar qonşu xalqlara qarşı rusların əlində alətə çevrilmədilər və bölgənin milli maraqlarına xəyanət etmədilər. Ermənilər isə öz xəyanətkar xislətləri ilə bunları çox asanlıqla etdilər.

XX əsrin əvvəllərinə dair əlyazma mətnlərindən biri də Mirzə Bağır Əliyevin Qanlı günlərimiz adlı gündəliyidir. Bu əlyazma 1918-1920-ci illərdə Naxçıvanda baş verən siyasi hadisələrin xronologiyasını əks etdirən olduqca sanballı elmi mənbədir. Əsərdə Naxçıvanda baş verən siyasi hadisələr, xüsusilə erməni vəhşilikləri konkret faktlarla verilir. Əski əlifbada yazılan əlyazmanı professor T.Quliyev 1993-cü ildə transliterasiya edərək Kiril əlifbası ilə dövlət nəşriyyatında Qanlı günlərimiz adı ilə çap etdirmişdir. Kitabın redaktoru H.Əlibəyli yazır: Əsərdə türklərin Naxçıvana köməyə gəlməsi, İran, Rusiya, İngiltərə, Fransa, Amerika dövlətlərinin Naxçıvanda baş verən hadisələrə müdaxilə etmələri, həmçinin naxçıvanlıların düşmənə qarşı mərdlik və qəhrəmanlıqla vuruşmaları günbəgün, saatbasaat təsvir olunur. Əsərin bir əhəmiyyəti də ondadır ki, bu əlyazma bizə tariximizin ən qaranlıq səhifələri haqqında dəqiq məlumatlar verən mənbələrdən biridir [5, s. 4].

Əlyazma müqəddimə və Ərzi-məqsəd adlanan xüsusi proloqla başlayır. Müəllifin Müqəddimədəki qeydlərindən məlum olur ki, o, 1905-ci ildə olan qanlı Naxçıvan hadisələrindən xəbərdardır və gündəliyinə yazdığı hadisələr 1917-ci il 21 dekabr tarixindən sonrakı dövrü əhatə edir: 1917 miladidə 21 dekabrdan etibarən Naxçıvan erməni-müsəlman millətlərinin arasında sərzadə zühur edən və hər iki millətin tarixinə bir xətti-yadigar çəkdirən vüquat... Etiraf etməliyik ki, 1905-ci ildə may ayının 12-ci günü Naxçıvanda erməni-müsəlman davası qopmuşdur... Gündə bir iki nəfər müsəlmanlardan qətlə yetirib 1905-ci tarixdə üz verən... qanlı sənənin intiqamını alıb Naxçıvan və həvalisində milləti-islamı məhv edib istiqlaliyyət ilə yaşamaq fikrinə düşdülər [6, s. 5-7].

Belə qənaətə gəlmək olar ki, Azərbaycan xalqı üçün lazım olan hər bir mətn nümunəsi Naxçıvanın mədəni həyatına dair əlyazmaların zənginliyinə gətirib çıxarır. Bütün Azərbaycandaolduğu kimi, Naxçıvanda da XX əsrin 20-ci illəri olduqca qanlı-qadalı olmuşdur və M.S.Ordubadinin Qanlı sənələr əsəri, Mirzə Bağır Əliyevin Qanlı günərimiz adlı gündəliyi məhz bu illərə dair ən qiymətli əlyazmalardandır. Hər iki müəllif baş verən qanlı hadisələrin canlı şahidi kimi gördüklərini və eşitdiklərini xalq ziyalısı kimi qələmə almış, gələcək nəsil üçün bir örnək olsun deyə əbədiləşdirmişdir.

 

ƏDƏBİYYAT

1.      Ordubadi M.S. Qanlı sənələr. Bakı: Səda, 1911, əski əlifbası. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, saxlanma vahidi: XVI-1359/5582 və X-836/5815.

2.      Ordubadi M.S. Qanlı sənələr. Bakı: Səda, 1911, əski əlifbası. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu.

3.      Ordubadi M.S. Qanlı illər, (çapa hazırlayan Ə.Bağırov). Bakı: Qarabağa Xalq Yardımı Komitəsi, 1991, 144 s.

4.      İbrahimov S.M. Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri. Bakı: Elm və təhsil, 2017, 336 s.

5.      Əliyev M.B. Qanlı günlərimiz. Bakı: Azəməşr, 1993, 142 s.

6.      Əliyev M.B. Qanlı günlərimiz. 1918, əlyazması, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Şifr: B-3337/22389.

 

 

I- XX

 

, 1911 . , , 1905-1906 . , XX , , , .

, , , . , , -, .

 

Sabuhi İbrahimov

 

SOME HISTORICAL CHRONICLES ABOUT THE PERFECT ARMENIANS

GENOCIDE IN NAKHCHIVAN OF THE END OF THE XIX-BEGINNING

OF THE XX CENTURIES

 

SUMMARY

The philosophical analysis of Muhammed Said Ordubadis work of Bloody Years is carried out in this paper, and his book, published in 1911 by the Seda Publishing House is studied. Thus, in this work are reflected the details of bloody events that took place in Nakhchivan in 1905-1906. It becomes known from the main manuscript notes what injustices the population of Nakhchivan encountered at the beginning of the 20th century, what tragedies fell on their lot, how the peoples rights were violated, and they were nationally discriminated on the state level.

Manuscripts as one of valuable sources of culture treasury play an unprecedented role in enlightening contemporaries, in conveying to them the past history in literary form. From this point of view, one of our important tasks is the research and publication of works of Azerbaijani classics and thinkers, including writers and poets of Nakhchivan.