Hərbi bilik.-2008.-3.-S.68-77.

 

Erməni Soyqırımı Yalanı

 

"Ey türk gəncliyi! Birinci vəzifən türk istiqlalını, türk cümhuriyyətini hökmən mühafizə və müdaxilə etməkdir. Mövcudluğunun və istiqbalının yeganə təməli budur. Bu təməl sənin ən qiymətli xəzinəndir. Qabağına çıxan da səni bu xəzinədən məhrum etmək istəyən daxili və xarici düşmənlərin olacaqdır.

Bir gün istiqlal və cümhuriyyəti müdafiə etmək məcburiyyəti qarşısında qalarsan, bu zaman öz vəzifəni yerinə yetirmək üçün düşdüyün çətinlik içərisində imkan və şəraiti düşünməyəcəksən! Bu imkan və şərait vaxtsız bir zamanda ortaya çıxa bilər. İstiqlal və dövlətinə qəsd edəcək düşmənlər bütün dünyaya misli görünməmiş bir qabiliyyətin carçısı ola bilərlər. Güc və hiylə sayəsində əziz Vətənin bütün qalaları zəbt edilə, bütün tərsanələr tutula, bütün ordular dağıdıla və məmləkətin hər yanı bilavasitə işğal edilə bilər. Bu şəraitdən daha ağır, daha qorxunc odur ki, məmləkət daxilində iqtidara sahib olanlar qəflət və xəyanət içində ola bilərlər. Hətta bu iqtidar sahibləri şəxsi mənfəətlərini, istəklərini siyasi əməlləri vasitəsilə ört-basdır edə bilərlər. Millət düşdüyü vəziyyətdə çarəsiz və taqətsiz ola bilər.

Ey türk gələcəyinin övladı! İndi bu əhval və şərait içərisində sənin vəzifən türk istiqlalı və dövlətini qurmaqdır! Möhtac olduğun qüdrət damarlarında axan əsil qanda mövcuddur!"

 

MUSTAFA KAMAL ATATÜRK

Ön söz

 

1915-ci ildə Şərqdə ruslarla döyüşən türk ordusunu arxadan vurmağa təşəbbüs göstərən erməni silahlı quldur dəstələrinə qarşı Osmanlı hökumətinin qəbul etdiyi "təhcir" qanununu bu gün soyqırım kimi önümüzə qoyanlar və bizə "tarixinizlə üzləşməkdən qaçmayın" deyənlər əvvəlcə öz tarixləri ilə üzləşməlidirlər!

Tarix boyu getdiyi hər bir yerə mədəniyyət, ədalət və xoş rəftar aparan uca türk millətinin öz tarixi ilə üzləşməkdən çəkindiyi bir tarix səhifəsi yoxdur. Çünki türk tarixinin hər səhifəsi, hətta hər bir sətri ayrıca qəhrəmanlıq, ayrı bir qələbə və qürur lövhəsidir. Belə şərəfli və mədəni tarixə sahib olan başqa bir millət yoxdur. Tanrı bu xüsusiyyəti sadəcə bu uca millətə nəsib etmişdir. Məhz buna görə də türk milləti öz tarixi ilə üzləşməkdən çəkinməz, tarixi ilə qürur duyar.

Bu gün uca millətimizə "soyqırımçı" sifəti yapışdırmağa çalışan Qərbin öz tarixi isə soyqırım, barbarlıq, canilik, əxlaqsızlıq və dəlilik üzərində qurulmuş vəhşi bir tarixdən ibarətdir! Qərb tarixinin hansı səhifəsini açsanız, orada ya bir soyqırım, ya da insanlıqdan kənar bir vəhşiliklə rastlaşarsınız!

Ona görə də, türkə "soyqırımçı" damğası vurmağa can atanlara əvvəlcə öz tarixləri ilə üzləşməyi məsləhət görürük... Çünki soyqırımın, barbarlığın nə demək olduğunu orada görəcəklər!... Eyni çağırış tarix səhifələrində soyqırım axtaran, içimizdə olan "tarixçi" daşnaklara da aiddir...

Böyük bir yalandan ibarət olan "erməni soyqırımı" iddialarına cavab kimi hazırlanmış bu kitabçanı milli şəhidimiz Boğazlıyan icra başçısı Kamal bəyə, soyqırımın gerçək qurbanları olan, XX əsrin başlanğıcında erməni quldurları tərəfindən Anadoluda və Qafqazda qətl edilən 2 milyona yaxın türkə, Qarabağın işğalı zamanı ermənilər tərəfindən Xocalıda qətl edilən soydaşlarımıza, erməni terrorçu qrupu ASALA tərəfindən şəhid edilən türk diplomatlarına və onların ailələrinin əziz xatirəsinə ithaf edirik...

Əray ŞƏNGÜL,

"El birliyi" jurnalının baş katibi

 

ƏN BÖYÜK YALAN: "ERMƏNİ SOYQIRIMI"

ERMƏNİ MƏSƏLƏSİ VƏ DİNİ İDEOLOGİYA

 

XIX əsrdə müsəlman xalqlarının hakim olduğu Orta Şərqin şimal-şərqində xristian bir xalqın varlığı Qərbi Avropa, Amerika və Rusiya kilsələri üçün böyük bir fürsət idi. Qriqoryan ermənilərini protestant, ortodoks və ya katolik yönlü etmək üçün baş verən çalışmaların nəticəsi Osmanlı sultanından alınan iznlərlə gerçəkləşdi.

Məsələn, fransızların təzyiqi altında erməni katolik kilsəsinin açılması gerçəkləşdi. Amerikan missionerlərinin çalışmaları və ingilis hökumətinin təsiri ilə erməni protestant kilsəsi, Rusiyanın dəstəyi ilə erməni ortodoks kilsəsi fəaliyyətə başladılar. Haqqında söz açılan kilsələr yalnız dini fəaliyyət göstərmədilər. Eyni zamanda hər kilsə münasibətdə olduğu işğalçı dövlətin xeyrinə erməni millətçiliyini və ölkənin parçalanmasına tərəfdar çıxan qrupları hərəkətə gətirdi.

 

ERMƏNİ-ABŞ MÜNASİBƏTLƏRİ

 

Amerikadan gələn missionerlər XIX əsrin birinci yarısında müsəlmanların içində olan Qriqoryan ermənilərini protestant etmək üçün çox həyəcanlı bir mübarizəyə girişdilər. Bir tərəfdən məktəblər açdılar, digər tərəfdən erməni protestant kilsəsinin Osmanlı hökmdarı tərəfindən qəbuluna çalışdılar. Bu mübarizədə ingilis missionerlərinin də yardımını aldılar və nəhayət, 1850-ci ildə müstəqil erməni protestant patrikliyi (Kilsə idarəsi) quruldu. [1]

Missionerlər parçalama yönümlü hər bir fəaliyyətə kömək etdilər və bu hərəkata qoşulanlara da fürsət verdilər. Bu münasibətlər axarında bəzi üsyanların ya həqiqi qışqırıqçısı, ya da dəstəkləyicisi oldular. [2]

1894-1896-cı illərdə ortaya atılan erməni məsələsi Amerika missionerlər təşkilatının tərtib etdiyi göstərişlər əsasında Osmanlı əleyhinə geniş bir kampaniyaya çevrildi. 60 mindən çox erməni bu hadisələrdən sonra Amerikaya köçdü. Bu köç Osmanlıya qarşı kampaniyanın gücləndirilməsinə səbəb oldu[3]

Birinci Dünya müharibəsindən sonra gücdən düşmüş Avropa qüvvələri qarşısında üstün mövqe tutan ABŞ hökuməti bölgədə yaranmış çaxnaşmalar üzərində çox çalışmışdır. Anadolu önəmli bir bazar və xammal qaynağı sayılırdı. Buna görə ya ABŞ himayəsində bir erməni dövləti qurulmalı, ya da bu niyyət baş tutmasa, qeyri-dövlətlərlə münasibət quraraq məğlub olmuş Osmanlı dövlətindən Amerika mandatı ilə bir Türkiyə yaradılmalıdır...1890-cı illərdən sonra Amerikaya gedən ermənilərin yaratdıqları lobbilər də bu məsələnin həllində xüsusi rol oynamışlar.

Sevr anlaşmasında erməni dövləti qurulmuşdu, ancaq Mustafa Kamalın başçılığı altında türk milli qüvvələri Sevr anlaşmasının qəbul etməmiş və mübarizəyə girişmişdilər. Qısa zamanda Qafqaz erməni dövlətini məğlub etmiş, öncə Gümrü anlaşması, ondan sonra Qars anlaşması ilə türk-erməni sərhədi təyin olunmuş, iki xalq arasında müharibə sona çatmışdır. Bu anlaşmalar əsasında köçürülmüş ermənilərə yenidən yaşadıqları yerlərə dönmək və mal-dövlətlərinə qovuşmaq zəmanəti verilmişdir. [4]

Lozanna konfransında Amerika nümayəndə həyəti tərəfindən Anadoluda "Erməni yurdu" yaratmaq fikri yenidən ortaya atılmış və hərarətlə müdafiə edilmişdir... Lozanna anlaşmasından sonra Amerikada ermənilərin üç böyük təşkilatı yetkinlik həddinə çatmışdı. Daşnak, HnçakRamqavarlar bir çox gizli təşkilat və mətbuat vasitəsilə bu ölkədə təşkilatlanırdılar. ASALA da daxil olmaqla erməni terror təşkilatları Amerikada təşkilatlanma imkanı taparaq türk təmsilçiliklərinə qarşı qanlı tədbirlər həyata keçirirdilər.

 

ERMƏNİ-İNGİLİS MÜNASİBƏTLƏRİ

 

Osmanlı dövlətində yaşayan ermənilərlə ingilislərin münasibətləri daha əvvəllər missionerlər vasitəsilə baş tuturdusa, tənzimatdan sonrakı dövrdə bu ilişgilər daha sıx vəziyyət almışdı. İngiltərə Orta Şərqdə bu xristian əhalini "diqqət çəkici" hesab edirdi. Erməni xalqının yaşadığı bölgədən həm Osmanlının ingilislərə sərf edilən qaydada parçalanması istiqamətində, həm də Rusiyanın cənuba doğru enişqabağı mərhələdə "tampon erməni dövləti" kimi istifadə oluna bilərdi.

1892-1894-cü illərdə olan erməni üsyanları bölgəni bir müharibə teatrına döndərərək bütün diqqəti bu bölgəyə çəkmişdi. İngiltərə Kıprıs müqaviləsində götürdüyü öhdəliklərə istinad edərək Osmanlı hökmdarından bu bölgəyə araşdırma və incələmə heyətlərinin göndərilməsini istəmişdi.

Bu vaxt Toynbenin də daxil olduğu tarixçilər içində İngiltərə Xarici İşlər Nazirliyi öz istəyinə əsasən "mavi kitab"lar yaradaraq ingilis cəmiyyətində ermənilərə rəğbəti gücləndirməyə çalışdı.

İngilislərin I Dünya müharibəsində qarşı cəbhədə yer alan Osmanlıları gücsüzləşdirmək siyasəti erməni kilsələri və təşkilatları ilə güclü münasibət qurmasına səbəb oldu. Bu münasibətlər müharibə xaosunda dəyişən taktikalar üzrə qurulan bir istəklə ermənilərin müstəqillik arzularını gücləndirdi. Müharibənin erməni müstəqilliyi üçün ələ keçiriləcək ən yaxşı fürsət olduğunu düşünən erməni təşkilatları həmin münasibətlərdən bacardıqları qədər istifadə etdilər.

I Dünya müharibəsindən sonra Anadoluda bir erməni dövlətinin qurulması ingilislərin Orta Şərq enerjisi üzərindəki təsiri baxımından vazkeçilməz oldu. Sevr anlaşmasına belə bir maddə qoyuldu və ingilis nüfuzu əhatəsində bir erməni dövlətinin qırılması qərara alındı. [5] Yaxşı ki, türk milli qüvvələri bu planı pozdular.

ERMƏNİ-FRANSIZ MÜNASİBƏTLƏRİ

 

Ermənilərlə bağlı bir fransız istəyi kimi erməni katolik kilsəsini qurmaq tələbi, Osmanlı hökmdarı tərəfindən asanlıqla qəbul edilmişdi...Fransa 1877-78-ci illər Osmanlı-Rusiya müharibəsi ilə başlayan dövrdə ermənilərlə bağlı "islahatın" keçirilməsində önəmli rol oynamışdı. Fransanın İstanbuldakı səfiri Cambon ermənilərin fransızlarla münasibətlərini qüvvətləndirmişdi.

Ermənilər fransız diplomatların dəstəyi ilə 1890-cı illərdən başlayaraq Fransaya köç etdilər. Burada qurduqları lobbiçilik fəaliyyəti sayəsində fransız hökumətinin tələblərinə uyğun cəmiyyət yaratdılar... I Dünya müharibəsində lazım gələrsə fransızlar müttəfiqləri olan ingilislərlə birlikdə vuruşduqları Osmanlıları zəiflətmək üçün və müharibədən sonra nişanladıqları Orta Şərq üçün erməni xalqını vacib bir "hörgü daşı" sayırdılar. Münasibətlər gücləndi. Nəticədə köçdən əvvəl ermənilərin müsəlman xalqına qarşı həyata keçirdiyi tədbirlərə dəstək olan Fransa müharibədən sonra nişanladığı Orta Şərqdə şəxsi nüfuzu naminə erməni dövlətini qurmaq məsələsində ciddi planlar həyata keçirməyə başladı.

Müharibədən sonra imzalanan Mondros atəşkəs anlaşmasının ortaya çıxardığı nəticələrə rəğmən İskəndərun limanından Anadoluya əsgər çıxaran Fransa bölgəyə erməni legionerləri gətirdi. Əsgəri gücünü artırmaq üçün bölgədə olan ermənilərə də əsgər paltarı geyindirdi. [6]

Ayrıca olaraq Lozanna konfransında da Fransa "Anadoluda erməni yurdu" fikrini müdafiə etmişdi... Son zamanlar isə erməni lobbisinin istəyi və Fransa hökumətinin Orta Şərq siyasəti sayəsində Fransa parlamenti "erməni soyqırımı" qanununu təsdiq etmişdir.

 

ERMƏNİ-RUS MÜNASİBƏTLƏRİ

 

Çar Rusiyası Osmanlı ilə bağlı çalışmalarının bir parçası kimi, Balkanlarda yaşayan xalqlara tətbiq etdiyi siyasəti ermənilərə də uyğunlaşdırmışdır. XIX əsrin birinci yarısında nəzərdə tutulan bu işlər Rusiyada yaşayan erməni xalqının mərkəzi olan Eçmiədzin kilsəsi vasitəsilə həyata keçirilmişdir

Yaradılan erməni dəstələri Rusiyadan çox yardımlar aldı. Üstəlik Fransa və İngiltərədən fərqli olaraq, bu erməni silahlı dəstələrinin sosialist dönümlü çıxışları Rusiyanı narahat etmədi. Bununla yanaşı, Rusiyada həmin dəstələr təlim keçmiş və kilsələr vasitəsilə silahlandırılmışdı. Bu tipli hadisələr sayəsində əzəli düşmən kimi Osmanlı İmperatorluğunun yorulacağı və zəiflədiləcəyi hesab edilmişdir.

I Dünya müharibəsində kilsə vasitəsilə Anadoludakı ermənilərə işbirliyi qurmaq barədə təklif verən Rusiya erməni silahlı quldur dəstələrindən razılıq cavabı almışdır. Erməni silahlı quldurlarının Vanda başladıqları soyqırım timsalı kimi, sərhədin Osmanlı tərəfində baş verən hadisələr Osmanlı cəbhəsini zəiflətmiş və Rusiya ordusu Qafqazdan cənuba asanlıqla enmişdi. Osmanlı Milli Məclisinin çıxardığı "Təhcir qanunu"nun gerçəkliyi məhz bu məsələyə istinad etməkdədir. [7]

Paris konfransına qatılan erməni heyətinin başçısı Boğos Nubar paşanın "Tayms"a verdiyi müsahibəyə görə, rus ordusu sıralarında vuruşan erməni könüllülərinin sayı 150000 nəfərdir. [8] Bolşevik inqilabı nəticəsində çarı devirdikdən sonra qurulan yeni rejim çar Rusiyasının ermənilərə yönəltdiyi siyasətə son qoydu. Lozanna konfransında "Erməni yurdu" adı altında yaşayış məskənlərinin qurulmasını istəməyən Sovet İttifaqı erməni qaçaqlarının Rusiya və ya Ukraynaya gələ biləcəklərini açıqlamışdır. Ruslar II Dünya müharibəsinə qədər bu düşüncəyə sahib olmuşlar. Ancaq II Dünya müharibəsindən sonra Ermənistan Cümhuriyyəti torpaqlarının Türkiyə Cümhuriyyəti əleyhinə genişləndirilməsi ilə bağlı fikirlər söylənilmişdi... Son olaraq, Rusiya parlamentində (Duma) də erməni soyqırımı qəbul edilmişdir.

ERMƏNİ-ALMAN MÜNASİBƏTLƏRİ

 

Erməni məsələsini beynəlxalq arenaya çıxaran Berlin anlaşmasından sonrakı dövrdə Almaniya bir tərəfdən ermənilərin xristianlığından irəli gələn və ölkəsində öz cəmiyyəti ilə bağlı yaranmış problemlər içərisində yaşayır, digər tərəfdən də Osmanlı ilə olan yaxşı münasibətlərini korlamamağa çalışırdı. Siyasi-iqtisadi mənfəətləri onlara dini baxımdan yaxın sayılan ermənilərdən daha vacib olduğuna görə Osmanlını dəstəklədilər.

Ancaq Avropa xristian dünyasının təsir gücündən istifadə etmək istəyən Fransa Almaniyanı sıxışdırmaq üçün almanların məsləhəti, yönləndirməsi və iştirakı ilə təhcirin (köçürülmənin) gerçəkləşdirilməsi barədə təşviqat aparmağa başladılar. Fransa "ermənilərin (yəni xristianların) ölümlərinə görə almanların günahkar sayıldıqlarını açıqladı. Bu məsələ Almaniyanın xristian dünyasındakı mövqeyini çox sarsıtdı. Alman hökuməti I Dünya müharibəsində qarşı cəbhədə olsa da, Fransanın bu hərəkətlərinə uyaraq erməni təhcirini qınadı. Və bununla da xristian dünyası qarşısında "mövqeyini düzəltmiş" oldu.

Ermənilərə göstərilən bu münasibət müharibədən məğlub çıxan Almaniyada erməni lobbilərinin çalışmaları ilə davam etdi. Almanlar bundan sonra erməni siyasətinə də isti münasibət göstərdilər. Belə ki, Lepsiusun bu məsələ ilə bağlı "Deitschland und Armenian 1914-1918" adlı kitabı qaynaq kimi qəbul edildi və alman cəmiyyəti bu kitab əsasında bilgiləndirildi... Kitab tamamilə türklərə qarşı yazılmış və Almaniya Xarici İşlər Nazirliyinin iştirakı ilə hazırlanmışdı. [9]

 

ERMƏNİ-OSMANLI MÜNASİBƏTLƏRİ

 

Osmanlıda erməni xalqı digər xristian xalqlarından üstün tutulmuşdur. Osmanlı idarəetmə işində, xüsusən XIX əsrdə çoxlu erməni vardı...XIX əsrin birinci yarısından etibarən ticarətlə məşğul olan tacirlərin uşaqları Avropada təhsil almağa başladılar. Təhsil dövründə Fransa inqilabının gətirdiyi yenilik və düşüncələrdən faydalandılar. Avropadan qayıdandan sonra bu fikirləri yaxın ətrafları arasında yaydılar. Erməni milli hərəkatının ortaya çıxmasında həmin erməni "ziyalı"larının vacib rolu oldu. Rusiya çarının Osmanlıya qarşı siyasəti də bu işləri sürətləndirdi. Sözügedən məsələlərin arxasınca başda Amerika missionerləri olmaqla hər kəs erməni xalqını öz mənfəəti baxımından parçalamağa can atdı. [10]

Erməni kilsəsi Orta Şərqə yönəltdiyi siyasət baxımından milli mənfəətlərinə görə böyük dövlətlərdən istifadə etmək istədi. İslahat fərmanından sonra bu istək asan bir məsələyə çevrildi. Və 1863-cü ildə qüvvəyə minən "Erməni milləti nizamnaməsi" adı altında bir erməni məclisi quruldu. [11] Bu tarixdən etibarən erməni millətçi hərəkatı qüvvət almış oldu. 1877-78-ci illərdə Osmanlı-Rusiya müharibəsi və arxasınca imzalanan Ayastefanos və Berlin anlaşmalarına qədər keçən dövrdə güclənmiş parçalama hərəkatı bu anlaşmalar hesabına beynəlxalq güc əldə etdi.

Erməni (terror) təşkilatları beynəlxalq dövlətlərin nəzərini cəlb etmək üçün 1892-94-cü illərdə Anadoluda üsyanlara başladılar. Bu üsyanlar zamanı minlərlə vətəndaşımız ermənilər tərəfindən qətl edildi... 1914-cü ildə Ərzurumda toplanan erməni daşnak konqresi "Osmanlı hökuməti ilə münasibətlərin kəsilməsini" rəsmən dilə gətirdi.

I Dünya müharibəsi bitdikdən sonra İttihad və Tərəqqi liderləri ("İttihad və Tərəqqi" partiyasının liderləri nəzərdə tutulur - V. Öməroğlu) ölkəni tərk etdilər. Sərəncam imzalandıqdan sonra xarici təzyiqlərin artması sayəsində erməni təhciri ittihadçıların üzərinə atıldı və təqib-həbs kampaniyası başlandı. [12]

Belə bir mühitdə Damad Fərid "ermənilərin azlıqda olduqları bölgələrdən daha çox olduqları bölgələrə köç edərək yerləşmələrini və bununla da muxtariyyət və ya müstəqillik əldə edə biləcəklərini" ifadə etmişdi. [13]

 

SOYQIRIM ANLAMI VƏ TARİXDƏ ONUN İCRASI

 

Soyqırım - irqi, dini, siyasi və ya bir etnik qrupun məqsədli və sistemli şəkildə məhv edilməsidir. [14]

Soyqırım II Dünya müharibəsi dövründə nasist Almaniyasının yəhudilərə qarşı tətbiq etdiyi sistematik insan məhvi ilə əlaqədar düşünülmüş bir anlamdır.

Soyqırım günahına sözün əsil mənasında bunlar nümunə sayılır:

Böyük bir istilaçı imperiya quran və işğal altında saxladığı xalqlara insanlıqdan kənar əməllər törədən fransızların əlcəzairlilərə qarşı həyata keçirdiyi qətliam 132 il (1830-cu ildən 1962-ci ilə qədər) sürmüşdür. Tarixçilər 132 il ərzində qətl edilən əlcəzairlilərin sayının 1,5 milyonu keçdiyini söyləyirlər.

8 may 1945-ci ildə baş verən Setif qətliamında fransızlar körpə və uşaqlara aman vermədən 45000 əlcəzairlini qırmışlar.

Hindistanı ələ keçirən ingilislərin niyyəti daha qorxunc idi. Onlar o vaxt çox satılan Hindistan parçalarının ingilis parçasına qarşı rəqabətini zəiflətmək üçün 50000 hindli parça ustasının əllərini biləkdən kəsmişdilər.

II Dünya müharibəsinin qurtarmasını bayram edən əlcəzairlilərin üsyana qalxdığını zənn edən fransız donanması atəş açaraq 20000 nəfərin külünü göyə sovurmuşdu.

Stalinin çoxu türkəsilli olmaqla məhv etdirdiyi insanların sayı 10 milyondan çoxdur.

I Dünya müharibəsinin sonlarında yunanların Qərbi Anadolunu işğal etməsi və sonra Anadoludan geri çəkilməsi zamanı türk vətəndaşlarını amansızcasına qətl etmələri...

Və 1945-ci ildə Amerikanın Xirosima Naqasaki şəhərlərinə atom bombası atması nəticəsində on minlərcə mülki vətəndaşın ölümü də bir soyqırımdır.

Tarixin ən böyük soyqırımı, bəlkə də, amerikalı yerlilərə qarşı avropalı işğalçılarla onların uşaqlarının birlikdə törətdikləri soyqırımdır. Amerikalı yerlilərə qarşı müxtəlif vasitələrdən istifadə edilmişdi: sistemli şəkildə qırmaq, həyati qaynaqları məhv etmək, geniş torpaqları qapalı tövlə halına salmaq, spirtli içki və narkotik vasitələr təşviq etmək, qəsdən mikrob yaymaq və zəhərləmə işi aparmaq nəticəsində [15] 50 illik bir vaxt ərzində 20 milyona yaxın yerli amerikalı məhv edilmişdir.

1897-ci il Yunanıstan-Osmanlı müharibəsinin sonunda Giritdə yaşayan türklərə qarşı tətbiq edilən zülm və qətliamlar da bir soyqırımdır. "Həqiqətin beşiyi" sayılan Roma arenalarında keçirilən əyləncə və oyunlar zamanı gün ərzində məhv edilmiş əsirlərin sayı 20 minə çatırdı.

 

TEHCİR ANLAMI VƏ TARİXDƏ ONUN İCRASI

 

TEHCİR köç etdirmək, köçməyə səbəb olmaq, sürgün etmək deməkdir.

I Dünya müharibəsində Osmanlı ordusu bir neçə cəbhədə vuruşarkən erməni silahlı quldur dəstələri arxa cəbhədə qaldırdıqları üsyan və hücumlarla müdafiəsiz qalmış kənd və şəhər məhəllələrini yandırıb dağıtmış və bölgədə yaşayan müsəlman xalqını qırmışdılar.

Rus-erməni əməkdaşlığı ilə bağlı ortaya çıxan məsələlər Van və ətraf bölgələrdə daha kəskin istiqamət almışdı. Rusların hərbi fəaliyyəti erməni üsyanları sayəsində öz hədəfinə çatmaqda idi. Etnik azlıq sayılan ermənilərin xəyanət göstərməsi, parçalama siyasətinə və müxtəlif hadisələrə girişmələri ilə bağlı olaraq hökumət milli müdafiə naminə ölkənin şərq və cənub-şərq bölgələrində yaşayan ermənilər üçün köç (tehcir) qərarı verdi.[16]

Osmanlı dövlətinin rəhbərləri daxili müdafiə naminə dövlət hüququndan irəli gələn nüfuzdan istifadə etmək məcburiyyətində qalmış və üsyan edən, düşmənlə əməkdaşlığa girişən ermənilərin ölkə sərhədlərindən kənar bölgələrə (Suriya, Livan, İraq) zorla köçürülməsi və göndərilməsi barədə qərar çıxarmışlar. [17]

Ermənilər tarixdə hegemonluğu altında yaşadıqları dövlətlərə xəyanət göstərdiklərinə görə dəfələrlə köçürülmüşlər. 379-cu ildə Sasanilər 70 min ermənini İrana, 1025-ci ildə bizanslılar 10 minə qədər ermənini Misirə, 1743-cü ildə iranlılar 24 min ermənini İranın daxili bölgələrinə və 1777-ci ildə Krımı işğal edən ruslar bölgədəki erməniləri çöllərə sürgün etmişlər. [18]

Daha qabaqkı illərdə zorla köçün tətbiqindən bəzi böyük dövlətlərin yararlanması barədə çoxlu faktlar var. Bəzi dövlətlər müharibə şəraitinin ağır şərtləri qarşısında qalaraq vətəndaşlarını zorla köçürmüşlər. Məsələn, radikal-sosialist fransız hökuməti 1939-40-cı illərdə Ren vadisində Majino xəttinin şərqində almanca danışan və Fransa-Almaniya sərhədində yaşayan Elzas kəndlərinin əhalisini öz yurdundan çıxararaq Fransanın cənub-qərbinə, xüsusən də Dordogne bölgəsinə köçürmüşdür. Almanca danışan və alman dostu kimi tanınan bu xalq fransız ordusunu narahat edirdi. Bu insanlar 1945-ci ilə qədər boşaldılmış, dağılmış evlərindən uzaqda-cənubda qalmış və heç kim "bu, barbarlıqdır, soyqırımdır" - deyə qışqırmamışdır.

Eyni şəkildə ABŞ rəhbərliyi də 7 dekabr 1941-ci ildə Yaponiyanın həyata keçirdiyi Pearl Harbour hücumundan sonra yapon əsilli amerikan vətəndaşlarını passiv bölgəsindən olan Missisipi vadisinə köçürmüş və II Dünya müharibəsinin sonuna qədər buradakı rezervasiyalarda saxlamışdır.

Ermənilərin və bəzi dövlətlərin bu gün yanlış surətdə soyqırım kimi "mənalandırdıqları" əsas məsələ bizim qəbul etdiyimiz "Sevkiskan kanunu" (Köçürmə və daşınma qanunu) adı keçici qanundur ki, daha sonra "tehcir" adı altında tanınmışdır.

Ermənilər "milləti sadıka" (sadiq millət) kimi, Osmanlı torpağında müsəlman bir ölkənin qeyri-müsəlman vətəndaşı olaraq yaşamışlar. Ermənilərə əsas haqq və azadlıqlarla yanaşı, din və vicdan azadlığı da verilmişdir. Tənzimatdan (Tənzimat dövrü-İslahatlar dövrü - V.Ö.) sonra, xüsusən ittihadçılar zamanında siyasi haqlar müsəlman xalqına şamil edildiyi kimi, ermənilərə də aid olmuşdur. İttihadçılar hətta Osmanlı dövlətinə xəyanət edən Qabriel Noradungiyanı xarici işlər naziri təyin etmişlər. Osmanlı dövlətində erməni əsilli 29 paşa, 33 millət vəkili, 7 səfir, 11 konsul, 41 yüksək dərəcəli məmur, bir çox sənətçi və sənətkar müvafiq vəzifələrdə olmuşdur. Yeni Osmanlı dövlətinin erməniləri soyqırım yolu ilə ortadan götürməyə çalışması barədə düşünməyin özü hər şeydən əvvəl bir düşüncəsizlikdir. [19]

Təhcir qanununun qüvvəyə minməsindən 10 gün sonra - 6 iyun 1915-ci ildə Fransa, İngiltərə və Rusiya Osmanlı hökumətinə nota verərək, "erməni qətliamına görə hökumət üzvləri və məmurlarının günahkar sayılacaqlarını" bildirdilər...Osmanlı hökuməti hazırladığı cavab notası ilə günahlandırmanı qəti surətdə rədd edərək, "rahatlığı və müdafiəni pozacaq heç bir hərəkətə yol verməyən ermənilərə qarşı tədbirlərə ehtiyac olmadığını, sadəcə üsyan edən ermənilər haqında bəzi qərarların alındığını, Osmanlı hökumətinin başqa bir hökumətə hesab verməyə borclu olmadığını" bildirdi. [20]

1926-cı ildə çap olunan və Sovet Dövlət Arxivində saxlanılan "Böyük Sovet Ensiklopediyası"nda erməni məsələsi belə anladılır: "Yaşanan hadisələr bir qətliam deyil, qarşılıqlı vuruşma və ya boğuşmadır".

Əgər soyqırım məsələsi gerçəkləşmiş olsaydı, 1915-ci ildə hökumət tərəfindən "ermənilərə aid bütün binaların möhürlənərək nəzarətə götürülməsi, müxtəlif əşya, heyvan və tarla məhsullarının satılması və maddi vəsaitin onların adına əmanət qoyulması" qərarı verilməzdi. Əgər belə olsaydı, 1920-ci ildə Ermənistan dövləti ilə imzalanan Gümrü anlaşmasına görə "köçkünlərin köhnə yerlərinə geri dönmələrinə imkan verən maddə" qəbul edilərdimi!?

Törətdikləri hadisələrdə müvəffəqiyyət qazana bilməyən erməni quldur dəstələri Qərb dövlətlərinin yardımı sayəsində bu dəfə "Osmanlılar erməniləri qətl etdilər" xəbərini yaymağa başlamış və tarixdə uzun illər araşdırılacaq bir problem yaratmışlar. Bununla yanaşı, I Dünya müharibəsi zamanı Osmanlı vətəndaşı olan ermənilərin Anadoludakı türklərə qarşı törətdikləri cinayət və soyqırım hadisələri Qərbdə elmi şəkildə əks-anlayışla dəyərləndirilmiş, həqiqətlər dəyişdirilərək ermənilərin türklərdən qaynaqlanan soyqırıma hədəf olduqları əsas sayılmışdır. [21]

Bütün bu məsələlər göstərir ki, Birləşmiş Millətlər Təşkilatının "soyqırım" dediyi məsələ ilə erməni məsələsinin (təhcirin) yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

 

ƏDƏBİYYAT:

 

1. Rıfat Uçarol, Siyasi Tarih, Filiz Kitabevi, İstanbul, 1985

2. Ermeni Sorunu Rehberi, Kocaeli Universitesi Yayınları, No:44, Kocaeli, 2001

3. Doğan Avcıoğlu, Milli Kurtuluş Tarihi 1838-1995, cilt 1, İstanbul, 1974

4. a.g.e, Kocaeli Universitesi Yayınları

5. a.g.e, Kocaeli Universitesi Yayınları

6. a.g.e, Kocaeli Universitesi Yayınları

7. a.g.e, Kocaeli Universitesi Yayınları

8. Jean Schlicklin, "Ermeni Meselesi", Belgelerle Türk Tarihi dergisi, 1986, Mart sayı 13

9. a.g.e, Kocaeli Universitesi Yayınları

10. a.g.e, Kocaeli Universitesi Yayınları

11. Kamuran Gürün, Ermeni Dosyası, Türk Tarih Kurumu, Ankara, 1985

12. a.g.e, Kocaeli Universitesi Yayınları

13. İhsan Güneş, Birinci TBMMnin Düşünce Yapısı (1920 - 1923), Türkiye İş Bankası Yay; İstanbul, 1997

14. Ana Britannica, Ana Yayıncılık, cilt 19

15. Büyük Larousse Sözlük ve Ansiklopedisi, cilt 21, Milliyet Yayınları

16. Nejdet Bilgi, Ermeni Tehciri ve Boğazlayan Kaymakamı Mehmet Beyin Yargılanması, Ankara, 1999

17. a.g.e, Kocaeli Universitesi Yayınları

18. Esat Uras, Tarihte Ermeniler ve Ermeni Meselesi, İstanbul, 1987

19. Gültekin Ural, Ermeni Dosyası, Istanbul, 1998. S.Kemal Ermetin, Türk Soykırımı, Istanbul, 2001

20. Y.Ziya Bildirici, Adana'da Ermenilerin Yaptığı Katliamlar ve Fransız-Ermeni İlişkileri, Ankara, 1999

21. a.g.e, Kocaeli Universitesi Yayınları

Türkcədən çevirəni V. ÖMƏROĞLU

 

(Ardı var)