«Qanun».-2008.-¹7(171).-S.3-5
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN QANUN YARADICILIĞI
FƏALİYYƏTİ
Abdullayev Vüsal - Azərbaycan
Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının aspirantı
Tarixən
dövlətlər yarandıqdan sonra onların hər biri
özünəməxsus inkişaf yolu keçərək
özündə müəyyən idarəçilik sistemi
formalaşdırır. Dövlət idarəçiliyinin
müəyyən sistem halına salınmasına xalqın
mədəni səviyyəsi, onun tarixi
ənənələri, dini görüşləri və
başqa amillər mühüm təsir göstərir.
Müasir
dövrdə dünya dövlətlərində prezidentli
respublika, parlamentli respublika, mütləq monarxiya, konstitusiyalı
monarxiya, parlamentli monarxiya və s. kimi idarəetmə
formaları tətbiq olunmaqdadır. Bütün bu
idarəetmə formalarını birləşdirən
cəhətlərdən biri icra hakimiyyətinin
mövcudluğunun olmasıdır.
Prezidentli
respublika elə bir respublika idarəçilik formasıdır
ki, başlıca olaraq prezidentin əlində dövlət
başçısının və hökumət
başçısının səlahiyyətlərinin
birləşməsi ilə xarakterizə olunur. Prezidentli
respublikanın üstün cəhəti ondan ibarətdir ki,
xalq tərəfindən seçilmiş prezident
özündə ümummilli birliyi təcəssüm etdirir
və millətin simvolu kimi çıxış edir. Bu
idarəçilik forması fövqəladə hallarda bir
şəxsin idarəçiliyinin həyata
keçirilməsinə səlahiyyətlər verir. Buna
görə də bəzi dövlətlər bu və ya
digər çətin problemlərlə
qarşılaşdıqda prezident vəzifəsinin
əhəmiyyətini qeyd edirlər (6, s. 107-108). Prezident idarəçilik
sistemi parlament idarəçilik sisteminə nisbətən daha
çox siyasi sabitliyi təmin edir.
Bir sıra
ölkələrin konstitusiyalarında dövlət
orqanları sistemində prezidentin yerini və rolunu
səciyyələndirən müddəalar vardır.
Azərbaycan
Respublikası Prezidenti öz funksiyalarını
reallaşdırarkən yalnız Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olunmuş
səlahiyyətlərdən istifadə edir və Konstitusiya
çərçivəsində fəaliyyət
göstərir.
Azərbaycan
Respublikası Konstitusiyasının 113-cü maddəsində
prezidentin verdiyi hüquqi aktlar müəyyən edilir.
Son
zamanlaradək Azərbaycan hüquq elmi hüquq
yaradıcılığım hüquq normalarının
yaradılması, yenidən işlənməsi və
ləğv edilməsi nəticəsində səlahiyyətli
dövlət orqanlarının hüquqi normativ aktlar
yaradılması üzrə (bütün xalqın
səsverməsi – referendum yolu ilə) xüsusi
fəaliyyəti kimi müəyyən edirdi.
Lakin
son vaxtlar "hüquq yaradıcılığı"
anlayışı yerinə Azərbaycan qanunvericiliyində
"qanun yaradıcılığı", "qanun yaradan
orqan", "qanun yaradıcılığı prosesi"
və s. kimi ifadələrdən istifadə olunur. Məcmu
halında bu anlayışlar "hüquq
yaradıcılığı" anlayışına
oxşardır, yaxud ən azı, onu yeni məzmunla
zənginləşdirərək əvəz edir.
Qanun
yaradıcılığı fəaliyyəti hüquqi normativ
aktların hazırlanması, ekspertizası,
dəyişikliklər və əlavələr edilməsi,
qəbul olunması (verilməsi) və ya ləğvi üzrə
elmi və təşkilati fəaliyyətdir (4, s. 137). Qanun
yaradan orqan (vəzifəli şəxs) hüquqi normativ aktlar
qəbul etmək (vermək) səlahiyyətinə malik
dövlət orqanıdır (vəzifəli şəxsdir).
Qanun
yaradıcılığı prosesi hüquqi normativ aktlar
qəbul etmək (vermək) səlahiyyətlərinə malik
dövlət orqanıdır (vəzifəli şəxsdir).
Qanun
yaradıcılığı prosesi hüquqi normativ
aktların işlənməsi və qəbulu (verilməsi),
onların işə salınması üzrə qanun yaradan
orqanların (vəzifəli şəxslərin) qanun
yaradıcılığı fəaliyyətidir (5, s. 276).
Qeyd
olunanlardan hasil olur ki, əvvəllər istifadə olunan
"hüquq yaradıcılığı" anlayışında
onun mahiyyətini azaldan məntiqi səhv vardır. Bu səhv
ondan ibarətdir ki, hüquq yaradıcılığı
subyekti əvvəllər müəyyən olunan
anlayışdakı kimi nəinki "səlahiyyətli
dövlət orqanı", "referendum olduqda xalq" və
ya ona səlahiyyətlər verildikdə qeyri-dövlət
orqanı ola bilər. Bundan başqa nəzərdən
keçirilən qanun ənənəvi olaraq
əvvəllər istifadə olunan "yaradılma" və
"yenidən işlənilmə"
anlayışlarını hüquqi normativ aktların "hazırlanması",
"ekspertizası", "dəyişikliklər
edilməsi", "əlavələr edilməsi" və
"qəbul edilməsi" kimi
anlayışlarla konkretləşdirirdi. Beləliklə, qanun
yaradıcılığı (hüquq
yaradıcılığı) hüquqi normativ akt qəbul
edilməsi yolu ilə hüquq normalarının
yaradılması, dəyişdirilməsi və ləğvi
üzrə səlahiyyətli dövlət orqanlarının
(vəzifəli şəxslərin), həmçinin xüsusi
səlahiyyətlər
şamil edildikdə qeyri-dövlət orqanlarının
və referendum yolu ilə xalqın elmi və təşkilati
fəaliyyətidir.
Onu da qeyd
etmək lazımdır ki, hüquq normalan ilə yanaşı
digər sosial normalar da mövcuddur. Qanunverici qanun
yaradıcılığı dedikdə digər sosial normaların
deyil, məhz hüquq normalarının yaradılmasını
nəzərdə tutur. Buna görə də diqqətlə
nəzər saldıqda "qanun yaradıcılığı"
anlayışında çox böyük əhatə
dairəsi olduğuna görə məntiqi səhv vardır.
"Qanun
yaradıcılığı" anlayışının
məzmununun dəyişməsi ilə bağlı bu
anlayışının subyekt üzrə təsnifatı da
dəyişir (dəqiqləşdirilir). Həmin qanun
yaradıcılığı dövlət orqanlarının
hüquq yaradıcılığı fəaliyyəti ilə
bərabər vəzifəli şəxslərin hüquq
yaradıcılığı fəaliyyətini də
fərqləndirir, lakin ikinci növ hüquq
yaradıcılığım birinci ilə eyni
səviyyədə tutur (8, s. 126).
Beləliklə,
subyekt üzrə hüquq yaradıcılığının
aşağıdakı növləri var:
- referendum yolu ilə xalqın
hüquq yaradıcılığı;
- səlahiyyətli dövlət
orqanlarının və vəzifəli şəxslərin
hüquq yaradıcılığı;
- xüsusi səlahiyyətlər
şamil edildikdə qeyri-dövlət orqanlarının
hüquq yaradıcılığı.
Biz səlahiyyətli
vəzifəli şəxslərdən birinin, yəni
dövlət başçısının qanun
yaradıcılığı fəaliyyətini
nəzərdən keçiririk.
Azərbaycan
Respublikasının Prezidenti qanun
yaradıcılığı fəaliyyəti üzrə
dövlət tənzimlənməsini həyata keçirən
əsas subyektdir (2).
Ölkəmizdə
prezident institutunun mövcud olduğu on beş ildən
artıq təcrübə respublikadakı konstitusiya
islahatlarının düzgünlüyünü
təsdiqləyir. Məhz Prezident vətəndaş
əmin-amanlığının və milli həmrəyliyin
qorunub saxlanmasının təmin olunması üzrə
dövlət strukturlarını, xalqı ümumilikdə
birləşdirməyə müvəffəq olan qüvvəyə
çevrilmişdir.
Azərbaycan
xalqı Prezidentə dövlət başçısı
səlahiyyətləri şamil etdiyi üçün ölkə kifayət qədər qısa
müddət ərzində konstitusiya böhranından və
iqtisadi durğunluqdan çıxa bildi. Bugünkü
uğurlar islahatlara rəhbərliyin bir mərkəzdən
həyata keçirilməsi və ölkənin
inkişafında vahid siyasi və sosial-iqtisadi kursun olması
ilə şərtlənir. Azərbaycan dövlətinin ilk
müstəqillik illərində hüquqi normativ aktların
nizamsız və anlaşılmaz şəkildə qəbul
edilməsi respublikamızın müasir inkişaf
mərhələsində dövlət idarəetmə
məqsədlərinə konseptual şəkildə cavab
verən milli qanunvericiliyin yaradılması üzrə
məqsədli və ardıcıl işlə əvəz
olundu.
Konstitusiyaya
görə ən ali vəzifəli şəxs olan və
xalqın birliyini təcəssüm etdirən Azərbaycan
Respublikasının Prezidenti qanun yaradıcılığı
prosesində yaranan problemləri hamıdan yaxşı
anlayır və kəskin hiss edir və bütün
hakimiyyət qollan və dövlət orqanları arasında
fəal və konstruktiv dialoqu bu cür problemlərin həlli
sahəsində əsas vasitə və metodlardan biri hesab edir.
Hüquq
yaradıcılığı dövlət başçısının
fəaliyyətində əsas istiqamətlərdəndir. Bu
spesifik, xüsusi bilik və bacarıq tələb edən,
dövlətdə mövcud olan hüquqi normaların
dəyişilməsi və yaradılması ilə
bağlı olan intellektual fəaliyyətdir. Ümumilikdə,
dövlət, onun demokratikik səviyyəsi, sivilliyi,
mədəniliyi barədə dövlət
başçısının hüquq
yaradıcılığının nəticələrinə –
fərman və sərəncamlara əsasən fikir irəli
sürülür. İnsan cəmiyyəti həmişə
hüquq normalarını, vətəndaş və
təşkilatların, eləcə də ayrı-ayrı
şəxslərin davranış qaydalarını yaradan,
həmin dövləti mübaliğəsiz hüquqi
dövlət kimi dəyərləndirməyə əsas
verən dəqiq və mükəmməl hüquqa,
dövlət başçısının bu qəbul
fəaliyyətinə ehtiyac duymuşdur.
Dövlət
başçısının qanun
yaradıcılığı fəaliyyəti – ictimai
münasibətləri tənzimləyən ümumi ictimai
normaların vahid və daxilən razılaşdırılmış
sistemi kimi mövcud hüquq yaradılması və
inkişafı prosesi, hüquqi tənzimləməyə dair
xüsusi, rəsmi əhəmiyyətə malik
fəaliyyətdir (7, s. 307). S.S.Alekseyev bu fəaliyyəti
hüquq yaradıcılığı ilə
eyniləşdirərək onu dövlət
başçısının hüquq normalarının
hüquqi status alması və qüvvəyə
minməsinə dair islahatlar prosesini yekunlaşdıran
xüsusi fəaliyyəti adlandırır (3, s. 89).