Dirçəliş-XXI əsr - 2008. - 124 - 125. - s. 360

 

İSLAM KONFRANSI TƏŞKİLATI:

YARANMASI VƏ FORMALAŞDIRILMASI

 

Səidə QULİYEVA,

Bakı Dövlət Universiteti

 

 

XX əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində beynəlxalq münasibətlərdə hökumət və qeyri - hökumət səviyyəsində fəaliyyət göstərən beynəlxalq müsəlman təşkilatları xüsusi rol oynamağa başladı. Bu təşkilatlarda islam ölkələri arasında liderlik uğrunda mübarizə gedirdi. Bu məqsədlə Səudiyyə Ərəbistanı Krallığı külli miqdarda pul xərcləyirdi. 1965-ci ildə kral Feysəl bütün dünya müsəlmanlarının alyansının yaradılması təklifi ilə çıxış etdi. 1967-ci il Ərəb-İsrail müharibəsi və 1969-cu ildə Qüdsdə Əl-Əksa məscidinin yandırılması müsəlman ölkələrinin yüksək səviyyəli konfransının çağırışını sürətləndirdi.

Bu tədbir 1969-cu il sentyabrın 22-dən 25-dək Mərakeşin paytaxtı Rabatda təşkil olundu. 25 müsəlman ölkəsinin dövlət və hökumət başçılarından ibarət nümayəndə heyətinin və Fələstin Azadlıq Təşkilatının müşahidəçi kimi iştirak etdiyi konfransda "İslam Konfransı Təşkilatı" (İKT) adlı islam ölkələrinin ilk beynəlxalq qurumu yaradıldı (14, s. 62-89; 21). Bu beynəlxalq dövlətlərarası təşkilat tezliklə dünyada gedən siyasi proseslərə təsir göstərməyə başladı (16, s. 156).

Hazırda müsəlman dövlətləri bu təşkilatda dövlət və hökumət başçıları səviyyəsində təmsil olunurlar. İKT faktiki olaraq işçi orqanı - Baş katibliyi qəti olaraq müəyyən etdikdən sonra 1971-ci ildən fəaliyyətini həyata keçirir. Hələ 1972-ci ilin fevralında xarici işlər nazirlərinin 3-cü iclasında təşkilatın islam ölkələrində həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi məqsədilə siyasi, iqtisadi, mədəni. elmi və sosial sahələrdə bu ölkələr arasında inkişafın əsas məqsəd daşıdığını elan edən Nizamnamə qəbul edildi. BMT Nizamnaməsi və ATƏT-in Yekun Aktı kimi beynəlxalq münasibətlər hüququnu tənzimləyən və beynəlxalq prinsiplərə (17, s. 17) uyğun olaraq həyata keçirilən Nizamnamə aşağıdakı fəaliyyət istiqamətlərini əks etdirir:

1) islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək;

2) islamda müqəddəs sayılan məkanların qorunmasının. eləcə də Fələstin xalqının öz hüquqları və işğal olunmuş torpaqlarının azad olunması uğrunda apardığı mübarizənin əlaqələndirilməsi;

3) müstəmləkəçiliyin bütün növlərinin və milli ayrı-seçkiliyin aradan qaldırılması, İKT üzvləri arasında və digər dövlətlərlə əməkdaşlıq üçün şərait yaradılması, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparmaq.

Nizamnaməyə əsasən üzv-dövlətlər bərabərhüquqlu olaraq başqa üzv-dövlətin müstəqilliyinə və ərazi toxunulmazlığına hörmət etməli, digər üzv-dövlətin daxili işlərinə qarışmamalı, üzv-dövlətlər arasında yaranan hər hansı bir mübahisənin sülh yolu, danışıqlar ilə nizama salınması, üzv-dövlətlərdən birinin ərazisinə, siyasi müstəqilliyinə və ya onların birliyinə qarşı yönələn hər hansı hərəkətdən çəkinməlidirlər. Nizamnamə BMT-nin 1974-cü il 1 fevral tarixli 102 saylı maddəsinə uyğun olaraq qeydə alınmışdır (4; 10; 24).

Ərəb. ingilis və fransız dilləri İKT - nin işçi dilləridir.

İKT - nin 1972-ci ildə qəbul olunmuş Əsasnaməsinə əsasən, onun strukturuna 3 mərkəzi orqan daxildir: dövlət və hökumət başçılarının konfransı. xarici işlər nazirlərinin konfransı, katiblik.

İKT - nin ali orqanı dövlət və hökumət başçılarının üç ildən bır keçirilən konfransıdır (müstəsna hallar istisna olmaqla). Sammitlər islam dünyasının birinci dərəcəli problemlərinin müzakirəsinə və üzv-dövlətlərin siyasətlərinin mərkəzləşdirilməsinə həsr olunur. İKT - nin siyasi orqanı isə xarici işlər nazirlərinin konfransıdır. Sammitlərarası dövrdə xarici işlər nazirlərinin Konfransı qərarların qəbulu, onların icrasına. həyata keçməsinə nəzarət, maliyyə komissiyasının hesabatını müzakirə etmək. Baş katib və onun müavinlərinin təyin edilməsi məqsədilə keçirilir. İclaslar əvvəldən planlaşdırılır və katibliyin və ya üzv-dövlətlərdən birinin tələbi ilə (çağırış üzv-dövlətlərin 2/3 - nin təsdiqini almalıdır) növbədənkənar keçirilə bilər. Həmçinin. BMT Baş Məclisinin sessiyasından əvvəl orada müsəlman dövlətlərinin maraqlarına uyğun məsələlərə münasibətdə ümumi mövqe və yanaşma yollarını formalaşdıran xarici işlər nazirlərinin görüşləri keçirilir.

Katiblik icraedici və mərkəzləşdirici orqandır. Katibliyin əsas fəaliyyəti üzv-dövlətlər arasında əlaqələr yaradılması, vacib olan məlumatların, həmçinin işçi sənədlərin üzv-dövlətlərə çatdırılması. qərar və tövsiyələrin icrasına nəzarət və nəticələrinin konfransa bildirilməsi, konfransların keçiriləcəyi dövlətlə birlikdə təşkilati və inzibati hazırlıq işlərinin aparılmasına yönəlib. Katibliyə 4 il müddətə seçilən baş katib rəhbərlik edir və ona xarici işlər nazirləri konfransı tərəfindən təsdiq edilən 4 müavini kömək edir. Konfransın qərarına əsasən, fəaliyyətləri Baş katiblik tərəfindən idarə olunan nazirlər səviyyəsində təşkil olunmuş bir sıra müstəqil, xüsusiləşmiş, hesabat verici, daimi və müvəqqəti köməkçi təsisatlar da katibliyə daxildir. İslam İnkişaf Bankı (İDB. Ciddə. 1975), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO, Rabat. 1982), İslam Dövlətlərinin Radio yayım və Televiziya Xidməti Təşkilatı (İSBO, Ciddə, 1975), İslam Xəbərlər Agentliyi (İİNA, Ciddə), İslam Statistik, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzi (SESRTCİC, Ankara, 1978), İslam İncəsənət, Tarix və Mədəniyyət Tədqiq Mərkəzi (İRCİCA, İstanbul), İslam Texnologiya İnstitutu (İUT, Dəkkə, 1977), İslam Ticarət-Sənaye Palatası (İCCİ, Kəraçi. 1978), İslam Ölkələri Paytaxt və Şəhərləri Təşkilatı (OİCC, Mərakeş, 1979), İKT üzvlərinin Parlament ittifaqı, İnformasiya nazirlərinin İslam Konfransı, bunlarla yanaşı Fələstin, Əfqanıstan, Kəşmir, İraq, Kipr problemləri kimi mövzuların da daxil olduğu mədəniyyət, elm, təhsil, iqtisadiyyat, hüquq, maliyyə, idman, texnologiya, media. humanitar, sosial sahələrə aid bir sıra köməkçi təşkilat və orqanlar da fəaliyyət göstərir (10, s. 20).

III Zirvə konfransında üzv-dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək üçün hər birinə bir dövlət rəhbərinin başçılıq etdiyi 3 daimi komissiya yaradılmışdır: İnformasiya və Mədəniyyət Məsələləri üzrə Daimi Komitə (COMİAC, Seneqal. 1981), İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitə (COMCEC, Türkiyə, 1981). Elmi və Texniki Əməkdaşlığa dair Daimi Komitə (COMSTECH, Pakistan, 1981). Bunlarla yanaşı, Qüds Komitəsi (1975). İqtisadi, mədəni və sosial sahələr üzrə İslam Komitəsi (5), Maliyyə üzrə Daimi Komitə və Maliyyə Nəzarət Orqanı da daimi fəaliyyət göstərən komitələrə aid edilir.

İKT, həmçinin "Ümumi müsəlman bazarı ideyası və modelinin, "İslam iqtisadi üsulu"nun həyata keçirilməsinin təşəbbüsçüsüdür və köməkçi təşkilatlar buna xidmət edir. İslam İnkişaf Bankının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bank İKT - nin əsas maliyyə strukturu olaraq əsas vəzifəsi üzv-dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığı möhkəmləndirmək. üzv-dövlətlərin istehsal layihələrinin maliyyələşdirilməsi, xarici ticarətin inkişafına kömək göstərməkdir.

Beynəlxalq İslam Məhkəməsi Şəriət qaydaları və İKT nizamnaməsi əsasında fəaliyyət göstərir. Məhkəməyə 7 hakim daxildir. onlar xarici işlər nazirlərinin konfransında üzv-dövlətlərin təklif etdikləri və tələblərə uyğun namizədlərdən 4 il müddətinə seçilirlər.

İKT elan olunmuş geniş səlahiyyətli və universal qitələrarası xarakter daşıyır, lakin üzv olmaq üçün müəyyən məhdudiyyət qoyulur. Bu mənada. İKT - bir növ qapalı beynəlxalq dövlətlərarası təşkilat kimi baxmaq olar. İslam dünyasına mənsub olan. İKT - nin əsasnaməsində nəzərdə tutulan prinsip və məqsədlərlə həmfikir olduğunu bildirən istənilən dövlət təşkilatın üzvü ola bilər. Üzv-dövlətə namizəd 3 meyardan birinə uyğun olmalıdır:

1) ölkə əhalisinin əksəriyyəti müsəlman olmalıdır;

2) konstitusiya dövləti islam dövləti kimi qiymətləndirilməlidir;

3) dövlət başçısı müsəlman olmalıdır.

Bu meyarlar 1982-ci ildə son dəfə təkmilləşdirilmişdir. Üzv-dövlətlərin 2/3 - sinin razılığı olduğu andan həmin dövlətin təşkilatın üzvü olması barədə qərar qüvvəyə minir. Təşkilat həmin dövlət üçün illik xərci nəzərdən keçirir.

Müşahidəçi statusunu isə gələcəkdə təşkilata üzv olmaq istəyən islam dövlətləri formal olaraq əldə edə bilərlər. Hazırda Şimali Kipr Türk Cümhuriyyəti (1979), Bosniya və Herseqovina (1994), Mərkəzi Afrika Respublikası (1997), Tailand (1998) və Rusiya (2005) İKT - də Müşahidəçi dövlət. Ərəb dövlətləri Liqası (1975). BMT (1976), Afrika Birliyi (1977), İƏT (ECO) (1995), Bitərəf Dövlətlər Hərəkatı (1977) müşahidəçi təşkilatlar statusuna malikdirlər.

Keçmiş SSRİ respublikalarından ilk olaraq Azərbaycan bu təşkilata üzv olmuşdur. Hazırda MDB-dən Qazaxıstan. Qırğızıstan, Tacikistan. Türkmənistan və Özbəkistan da İKT - üzvdürlər.

1970-ci ildən bu günə qədər üzv-dövlətlərin sayı 25-dən 57-yə çatmışdır (11; 12; 15, s. 47). Onlardan islam dininin vətəni və müqəddəs ziyarətgahların məskəni Səudiyyə Ərəbistanı Krallığı, Misir, Pakistan, Türkiyə, İran, İndoneziya, Küveyt böyük nüfuza malikdirlər. Bu dövlətlər dünyanın 4 qitəsində yerləşirlər. BMT-yə üzv dövlətlərin 1/3 - i həm də İKT - nin üzvüdür. Üzv-dövlətlərin əhalisinin sayı 650 milyondan (dünya əhalisinin 21%) artıqdır (23). Dünyada isə müsəlmanların sayı 1,2 milyard nəfərə qədərdir (7).

İKT - üzv-dövlətlərin ümumi ərazisi 30 mln. kv. km. - ə bərabərdir, bu isə planetin quru sahəsinin təqribən 24% - ni təşkil edir.

İqtisadi inkişaf səviyyəsinə görə İKT ölkələri Fars körfəzi. Səudiyyə Ərəbistanı, Malayziya, Türkiyə və bir sıra dövlətlər istisna olmaqla. "üçüncü dünya"ya aiddirlər.

Onların orta milli gəliri orta dünya gəlirinin 35% - ni təşkil edir. Fars körfəzi dövlətlərinin neft istehsal edən dövlətləri istisna olarsa. bu 27% olar.

İKT üzv-dövlətlərinə Qərb dövlətlərindən güclü iqtisadi asılılıq xarakterikdir. Bu dövlətlərin ixrac mallarının əsasını xammal ehtiyatları - neft. təbii qaz. pambıq. heyvandarlıq. ərzaq malları təşkil edir.

İKT öz tərkibinə görə müxtəlif dini və dünyəvi dövlətlərdən təşkil olunmuşdur. Məsələn, dünyəvi Türkiyə və dini İran. yüksək inkişaf səviyyəsinə çatmış körfəz ölkələri və ekvatorial Afrikanın kasıb ölkələri. Bu ölkələrin siyasi rejimləri də müxtəlifdir: monarxiya, əmirlik. sultanlıq, respublika. Bu səbəblərdən də təşkilatın məqsədə can atmaq üçün daxili və xarici siyasətinin əsasını təşkil edən elementləri ziddiyyətlidir. Bununla yanaşı. İKT - nin mövcudluğu üzv-dövlətlərin fəaliyyətlərinin məqsədlərini və müxtəlif sahəli maraqlarım tarazlaşdırmağa yönəlib (25).

İKT - nin fəaliyyəti üçün ikitərəfli siyasi qərarlar xarakterikdir və onların hamısı tövsiyə xarakterlidir. BMT-dən fərqli olaraq, təşkilat qəbul olunan qərarların həyata keçirilmə mexanizminə malik deyil. Bu səbəbdən də İraq, Liviya. Sudan kimi dövlətlər qurumu xüsusilə Yaxın Şərq probleminin həllindəki fəaliyyətinin səmərəsizliyinə görə daim tənqid ediblər. İKT - nin fəaliyyətinin təsirsizliyi, əsasən, üzv-dövlətlərin mövqelərindəki əhəmiyyətli ziddiyyətlərlə izah olunur. Məsələn, İraqın Küveytə hərbi müdaxiləsini dəstəkləyən İordaniyaya və Fələstin Azadlıq Təşkilatına etiraz əlaməti olaraq, 1991-ci ildə 12 ərəb dövlətinin başçısı İKT - nin sammitinə gəlməkdən imtina etmişdilər (21, s. 23).

Təşkilatın sənədlərində beynəlxalq hüququn ümumi qəbul olunmuş normalarını müsəlman hüquq prinsipləri ilə ümumiləşdirməyə cəhd edilir. İKT tərəfindən hazırlanmış və XİN-in 1990-cı il Qahirə konfransında elan olunmuş "İnsan haqları haqqında İslam bəyannaməsi" müstəqil dövlətlərin daxili işlərinə qarışmamağı elan edir. Bununla bərabər, müxtəlif ölkələrdə yaşayan müsəlman azlıqlarının dünya müsəlman cəmiyyətinin ayrılmaz hissəsi olduğunu əsas tutaraq onların qorunmasından da bəhs olunur (məsələn. Hindistan, Filippin və Bolqarıstan kimi ölkələrdəki müsəlman icmaları) (13, s. 25).

Bütünlükdə, müasir dövrün əhəmiyyətli problemlərinin, o cümlədən hərb və sülh, yeni beynəlxalq iqtisadi və humanitar qaydaların, regional münaqişələrin həlli zamanı İKT - nin fəaliyyətində dini amillər siyasi mövqe ilə əvəzlənir (18).

İKT islam dini yayılan ərazilərdə birləşmə prosesi kimi deyil. beynəlxalq səviyyədə müvafiq beynəlxalq-hüquqi təsis sənədləri əsasında müsəlmanların problemlərinin həll edilməsi vasitəsi kimi yaradılmışdır. Yaranan vaxtı İKT - nin fəaliyyətinin mərkəzində əsasən yardım göstərmək dururdu. Təşkilatın bünövrəsi qoyulanda dünya müsəlmanlarına əsarət və ədalətsizliyə qarşı mübarizədə yardımın coğrafiyası kifayət qədər geniş idi: Fələstin, Filippin, Sovet İttifaqının müsəlman azlıqları və Bosniyada yaşayan müsəlman icmaları kömək olunanlar sırasına daxil idilər. Müsəlmanların əsarətdən azadolma probleminin aradan qaldırılması onlara maddi. iqtisadi. məlumat və digər formada kömək göstərilməsini nəzərdə tuturdu. İKT - nin səyləri dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman cəmiyyətlərində uzun sürən zorakı ateizm şəraitində və qeyri-müsəlman hökumətləri tərəfindən laqeydlik ilə şərtlənən mənəvi geriliyin aradan qaldırılmasına yönəlmişdi. Fəaliyyətinin bu istiqaməti çərçivəsində İKT dünyanın müxtəlif rayonlarında dinin yayılmasında fəal kömək edirdi (25).

BMT-də islam həmrəyliyinin həya-ta keçirilməsi cəhdləri müsbət qarşılanır, mövcud beynəlxalq müsəlman təşkilatlan ilə. ilk olaraq İKT ilə fəal əməkdaşlıq edir (15). 1975-ci ildən İKT BMT-də. 1976-cı ildən isə İKT - nin dəvəti ilə BMT İKT - də müşahidəçi statusuna malikdir. BMT-nin XXVI sessiyasında tərəflərin fəaliyyətini əlaqələndirən struktur zəruriliyini vurğulayan "BMT və İKT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul olunmuşdur. BMT-nin 1995-ci il üçün hesabatında İKT ilə əlaqələr, Əfqanıstan, Tacikistan, Somali. Bosniya, Herseqovina və sair regional siyasi məsələlərdə məsləhətləşmələr aparıldığı qeyd olunmuşdu (2, s. 10-25). Lakin bir sıra problemlərin həll olunmasında İKT - nin səylərinə. daimi qərar və tövsiyələrinə baxmayaraq. həmin problemlərin həlli BMT-nin fəaliyyəti sayəsində mümkün olmuşdur (17, s. 7).

XX əsrin 90-cı illərində İKT və aparıcı müsəlman dövlətləri bir tərəfdən ateizm ideyasını yayan SSRİ-nin dağılmasını sevinclə qarşılamış (19), digər tərəfdən isə bu dövlətin dağılması ilə həmin ərazilərdə müsəlman dünyasının islamı yaymaq cəhdlərinin Qərb aləminin getdikcə artan təsiri ilə toqquşacağına, həmçinin, Qərb üçün xammal mənbəyi və ucuz işçi qüvvəsi kimi maraq kəsb edən müsəlman dövlətlərinin iqtisadi vəziyyətinə görə narahatlıq keçirirdi. Öz iqtisadi maraqlarını qorumaq üçün İKT " Ümumavropa bazarı " tipli ümumi islam bazarı yaradılması haqqında proqram işlənməli oldu.

Beləliklə də, İKT 90-cı illərin əvvəllərində başlayan beynəlxalq münasibətlərdə qloballaşma prosesinə uyğunlaşmağa qadir oldu. Onun forumlarının standart gündəliyi dəyişildi; ancaq islam dünyası deyil, həm də bütün dünya üçün təhlükə olan terrorizm. ekstremizm, nüvə silahları, hərbi münaqişələr və digər məsələlər qurumun bütün institutlarının diqqət mərkəzinə çıxarıldı; üzv-dövlətlərin əhatə dairəsinin genişlənməsi ilə beynəlxalq problemlərin həll olunması strategiyası və taktikasında prinsipial yeniliklər işləndi.

Yeni beynəlxalq tələblərə uyğunlaşaraq İKT beynəlxalq terrorizmə qarşı mübarizə üçün fəaliyyətini mərkəzləşdirir və bu məsələlər İKT - in son illərdə keçirilən bütün sammit və konfranslarının qətnamələrində yer alır.

1997-ci il dekabrın 9-dan 12-dək Tehranda keçirilən Zirvə Toplantısının qətnaməsində üzv-dövlətlər islam dininə uyğun olmayan terrorizmi yekdilliklə pislədilər: "Bizim dəyərlərimiz, adətlərimiz və hüququmuza qarşı olan bu zorakılıq insanlığa hörmətsizlik və ləyaqətsizlikdir" (6). İKT forumu daxili təhlükələrin xarici təhlükələrdən daha ciddi olduğunu vurğulayaraq, islam dövlətlərini necə olursa-olsun. belə halları öz dövlətlərinin ərazisinə buraxmamağa və islamda tamahkar niyyətlərin həyata keçirilməsinə imkan verməməyə, bu kimi hadisələrdən əziyyət çəkən insanlara kömək etməyə. öz ərazilərində başqa bir dövlətə qarşı belə halların yol verilməməsinə çağırırdı. Terrorizm və ekstremizmə qarşı mübarizəni mərkəzləşdirmək üçün İKT Katibliyində müdafiə və təhlükəsizlik məlumatlarının mübadiləsini tənzimləyən Dövlətlərarası qrup yaradılmışdır.

Terrorizm, ekstremizm, nüvə silahları. hərbi münaqişələr. təhlükəsizlik məsələləri İKT - nin 2006-2007 c ı illərdə Bakıda keçirilən konfranslarında da səslənmişdir. İKT ölkələri turizm nazirlərinin V konfransında (12 sentyabr 2006-cı il, Bakı) İKT üzvü olmayan ölkələrlə viza prosedurunun sadələşdirilməsi, terrorizmin. separatizmin bütün ünsürlərinin pislənməsi. ərazi bütövlüyü. sərhədlərin toxunulmazlığı kimi beynəlxalq prinsiplər əsasında münaqişələrin həllinin sürətləndirilməsi. Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin qanunsuz istismarı, maddiyyat və tarixi abidələrin məhvi, o cümlədən islamın mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmasının pislənilməsi. üzv-dövlətlərin müvafiq orqanlarının turizmin inkişafına kömək etməsi və digər tədbirlərin görülməsi qərara alınıb (3).

İKT üzv dövlətlərin xarici işlər nazirlərinin 33-cü konfransında (19-21 iyun 2006-cı il, Bakı) (22) qəbul edilmiş Bakı bəyannaməsində isə nüvə silahından dinc məqsədlər üçün istifadə edilməsi, terrorizmdən müdafiə üçün beynəlxalq əməkdaşlığın yaradılması, həmçinin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması tələbi əks olunmuşdur. Konfransda Azərbaycan Respublikası tərəfindən irəli sürülən bir sıra məsələlər, o cümlədən terrorizm və bu kimi hallara qarşı mübarizə üçün Hüquq-müdafiə orqanlarının strukturları konfransının yaradılması. 2007-ci ildə Bakıda "KİV - də dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında İKT - nin rolu" barədə konfransın keçirilməsi Bakı bəyannaməsində öz əksini tapmışdır. Bunlarla bərabər, qeyd etmək vacibdir ki, islam dəyərləri bütün müsəlman dövlətlərinin xarici siyasətində əsas yer tutur. Xarici siyasətdə liderləri müsəlman ölkələrinə üstünlük verən dövlətlərin sayı artır, müsəlman dövlətlərinin ümumi mövqeyi məsələlərinə xüsusi diqqət verilir. Müsəlman ölkələri arasındakı münasibətlərdə. xüsusilə rəsmi yazışmalarda, tədbirlərin protokollarında müsəlman siyasi dilinin. dini ritualların yerinə yetirilməsi vacib hesab olunur.

Bu gün "islam dünyasının BMT - si" adlandırılan İKT dünya miqyasında əsas məqsədi dini, tarixi, siyasi, mənəvi dəyərlərlə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və maraqları naminə islam həmrəyliyinin möhkəmləndirilməsi. müsəlman dövlətlərinin səylərinin birləşdirilməsi, müasir dövrün aktual problemlərinə birgə yanaşmanın hazırlanması, islamı dəyərlərin qorunması olan ən nəhəng və hörmətli müsəlman təşkilatıdır. Hazırda regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə, İnternetin terroristlər tərəfindən istifadəsi, müsəlman dünyasında qaçqınlar problemi. BMT ilə əlaqələr, nüvə silahından müdafiə və təhlükəsiz ərazilərin yaradılması, İran İslam Respublikasının Beynəlxalq Nüvə Enerjisi Agentliyi ilə əlaqələri, tərksilah və silahlanmanın qarşısının alınması üçün yeni qlobal əməkdaşlıq, üzv-dövlətlər arasında insan hüquqları sahəsində həmrəylik və təhlükəsizlik, digər beynəlxalq təşkilatlarda vahid strategiyanın əlaqələndirilməsi, həmçinin hüquqi. iqtisadiyyat. elm, texnika. mədəniyyət. sosial sahələrə aid bir sıra məsələlər Konfransın gün-dəliyində mühüm yer tutur (9).

2005-ci ildən İKT - nin Baş katibi Ekmələddin İhsanoğludur. Bir sıra təhlilçilər onun katibliyi dövrünü İKT üçün islahatlar və yeniləşmə kimi görürdülər (8). Hazırda E. İhsanoğlunun fəaliyyəti bu proqnozları doğruldur.

Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ildə İKT - üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açıldı, Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsil olunaraq dünya siyasətində mövqeyini möhkəmlətmək üçün daha bir addım atdı.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyinə inteqrasiya edən nüfuzlu dövlətə çevrildi, istiqlaliyyət əldə etdikdən sonra qısa müddətdə Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Avropa Şurası, Avropa Birliyi, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaratdı, qloballaşma dövründə Azərbaycanın dünyanın bütün ölkələri ilə iqtisadi, siyasi və mədəni əməkdaşlığı genişləndirməyə, sülh və əmin-amanlığı möhkəmləndirməyə marağı olan sülhsevər ölkələrdən biri olduğunu bəyan etdi (2. s. 435-735).

Hazırda Azərbaycan İKT - nin fəal üzvlərindən biri kimi. müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. İKT - nin konfranslarında iştirakı zamanı Azərbaycan rəhbərliyi irəli sürdüyü dəyərli təkliflərlə və qaldırdığı aktual problemlərlə İKT - nin bir sıra tədbirlərinin Azərbaycanda keçirilməsi ( 2006-2007 - ci illərdə Azərbaycan Respublikası İKT xarici işlər nazirlərinin Konfransına ev sahibliyi etmişdir) ilə bunu dəfələrlə sübut etmişdir.