Dirçəliş-XXI əsr - 2008. - 124 - 125. - s. 294

 

DAYANIQLI İQTİSADİ ARTIM VƏ EFFEKTİV DÖVLƏT

 

Elman EMİNOV,

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu

 

 

Hələ bir neçə on il bundan əvvəl Ceyms Tobin iqtisadi artımın qeyri-iqtisadi səbəblər - milli nüfuz, milli güc və ya milli məqsəd üçün milli hədəf ola bilməsini ifadə etmişdi [1]. Ölkəmiz üçün qeyd etdiyimiz bu hal xarakterikdir. Bununla yanaşı, yaxın tarixdə yaşanılan dərin iqtisadi geriləmə və enerji daşıyıcılarının hasilatına əsaslanan inkişaf meyli iqtisadi artım və xüsusilə də dayanıqlı iqtisadi artımı daha da aktual etmişdir. Liberal düşüncələrə əsaslanan qərb mədəniyyətinin mövcudluğu zamanı onun əsas alternativ hesab olunan sosialist blokunun süqutundan sonra dünya miqyasında artan nüfuzu daha da böyük vüsət almışdır. Yeni müstəqil dövlətlərin dünya səhnəsinə daxil olması onsuz da mövcud olan qlobal iqtisadi rəqabəti daha da artırmışdır. Bu prosesin sürət qazanaraq XXI əsrdə də davam edəcəyi aydın görünür. Fikrimizcə, qlobal iqtisadi rəqabətin damğa vuracağı yaşadığımız əsrdə dayanıqlı iqtisadi artımı təmin edə biləcək ən önəmli amillərdən biri sürətli dəyişən dünya bazarı və dolayısı ilə də daxili bazar konyunkturasına uyğun siyasət və strategiyalar, taktikalar hazırlayan və tətbiq edən, vətəndaş azadlıqlarının spektrini genişləndirməklə fərdin mənfəət əldəetmə qabiliyyətinə söykənən enerjisindən maksimum faydalanan, iqtisadi həyatdan çəkilməklə kiçilən, amma mobilliyi və yerinə yetirdiyi funksiyalar etibarilə həyati rolu olan, makro və mikroiqtisadi problemləri zamanında müəyyən edib onları həll edən effektiv dövlətdir. Xüsusilə, neft bumunun ardınca iqtisadi artımda dayanıqlılığın təmin olunması və ümumilikdə. cəmiyyətin digər problemlərinin həlli istiqamətində effektiv dövlətin roluna ölkə rəhbərliyi tərəfindən xüsusi önəm göstərilir. Effektiv dövlətin strukturunun təşəkkülündə əsas istiqamət Azərbaycanın regional proseslərdə rəqabət qabiliyyətliliyinin və müvafiq olaraq Cənubi Qafqazda vahid iqtisadi liderliyinin təmin olunmasıdır. Bu mənada qarşıda duran bir neçə kompleks geostratejigeoiqtisadi məsələlərin həlli, o cümlədən, iqtisadi artımın sabitlik və davamlılığının təmin olunması, ölkənin beynəlxalq münasibətlərin obyekti yox, subyektinə çevrilməsi tələb olunur [1].

Kaufmann, KraayZoido-Lobaton effektiv dövlət göstəricisi üçün siyasi stabillik, hökumətin effektivliyi. qanunun aliliyi, korrupsiyaya nəzarət kimi alt göstəriciləri təklif edir [3].

* SİYASİ SABİTLİK. Hakimiyyətin seçilməsi və seçicilər qarşısında məsuliyyət daşıması (voice and acco-untability). siyasi tərəflər arasında demokratik mübarizə, azad mətbuat və s. bu göstəricinin əsas elementləridir. "Mən ifrat kapitalist deyiləm. Mənim üçün daha önəmli olan demokratiya, azadlıq, kasıblara mərhəmət, sosial müqavilələrə hörmət və bərabər imkanlardır. Amma hazırkı şəraitdə bu hədəflərə nail olmaq üçün kapitalizm şəhərdəki yeganə oyun. bizi bu hədəflər istiqamətində lazım olan vasitələrlə təmin edən yeganə sistemdir" [4]. Siyasi qeyri-sabitliyin hökm sürdüyü ölkədə hər şeydən əvvəl istər daxili. istərsə də xarici sərmayə üçün əlverişsiz şəraitin olması investisiya qoyuluşlarının və nəticədə də istehsal və xidmətlər istehsalının aşağı səviyyədə olması iqtisadi artımda davamlılıq və dayanıqlılılğa nail olunmasını mümkünsüz edir. Unutmaq lazım deyil ki, son on illər ərzində davamlı. dayanıqlı iqtisadi artım sıx bir şəkildə demokratikləşmə ilə əlaqədar olmuşdur. Çünki bütün dünyada demokratiya iqtisadi inkişafı təşviq edən təməl amilidir. Buna misal kimi cəmiyyətin liberallaşdırılmasından sonra adambaşına ÜDM göstəricisində 9000 ABŞ dollarına nail olan Meksikanı. iqtisadi böhranın ardından yüksək iqtisadi artım sürətləri ilə eyni adlı göstəricidə 6500 səviyyəsinə çatan Türkiyəni misal göstərmək olar [1].

* HÖKUMƏTİN EFFEKTİVLİYİ. Buraya makroiqtisadi sabitlik, fəaliyyət göstərən institutların obyektivliyi, ən geniş mənası ilə infrastruktur (həm də iş həyatında inam, müqavilə öhdəliklərinə hörmət və s. dəyərləri ehtiva edən "yumşaq infrastruktur") təminatı, bazar konyunkturasına uyğun (market friendly) siyasətin aparılması, dövlətin iqtisadiyyatdakı çəkisi (dövlət büdcəsi gəlirlərinin ÜDM - ə nisbəti), hökumətin aparılan iqtisadi siyasətlərə bağlılığı və s. aid edilir. "Ölkələr üzrə iqtisadi artım səviyyəsinin müxtəlif olmasının əsas səbəbi makroiqtisadi sabitliyin fərqli olmasındadır..." [5].

Bu mənada, xüsusilə Cənubi Koreya, İsrail, Türkiyə və İrlandiya təcrübəsini misal göstərmək olar. 1960-cı ildən başlayan inkişaf dövrü artıq Cənubi Koreyanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına yüksəltmişdir. İnkişafın bütün dövrlərində hökumətin effektiv fəaliyyətinin müstəsna rolu müşahidə olunur. "İstehsal infrastrukturuna kapital qoyuluşlarından başlayan hökumət sonra yeni sənaye sahələrinin baza komplekslərini qurmaqla istehsal sahəsinə atılmış oldu. 80-ci illərin əvvəllərində isə yenidən əvvəlki funksiyasına sənaye istehsalının genişlənməsi və təkmilləşdirilməsi üçün optimal şəraitin təmin olunmasına qayıtdı. Geridə qalan illər ərzində bu funksiyalar dəyişmiş və yeni keyfiyyət qazanmışdır. İndi onun tərkibinə informatika, müasir telekommunikasiya sistemləri, alternativ enerji mənbələri, nəqliyyat kimi sahələrin dəstəklənməsi daxildir" [6].

"İqtisadi inkişaf nəzəriyyəçiləri təhlükəsizliyi iqtisadi artım üçün başlanğıc şərt hesab edirlər. Hökumətin effektiv fəaliyyətinin nəticəsidir ki. müharibə dolu tarixi bu ölkəni möhkəm. müasir və diversifıkasiya olunmuş iqtisadiyyat qurmaqdan tutub saxlaya bilməmişdir" [7]. Ona görə də heç təsadüfi deyil ki. 2000-ci ilin əvvəlinə olan məlumata görə, İsrail indi 104.1 milyard. ÜDM. adambaşına 17.000 dollarlıq milli gəlir, 40 milyard. dollarlıq ixracat kimi rəqəmlərlə xarakterizə olunan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.

1980-ci illərə qədər Türkiyə idxal əvəzedici inkişaf modelini tətbiq edən. xarici aləmə qapalı (xarici ticarət həcminin ÜDM - ə nisbətinin aşağı olması), 1954-1979 - cu illər ərzində cəmi 636 milyon dollar xarici sərmayə cəlb edən, sənayesi ekstensiv yolla inkişaf edən bir iqtisadiyyata malik idi. 1979-cu ilin sonunda hakimiyyətə gələn yeni hökumət 24 yanvar 1980-ci ildə yeni tədbirlər proqramım açıqladı. Müasir Türkiyə tarixinin başlanğıcı sayıla biləcək bu tədbirlər proqramı tarixə "24 yanvar 1980-ci il qərarları" kimi düşdü.

24 yanvar 1980-ci ilin qərarlarının təməl fəlsəfəsini ənənəvi sənayeləşmə modeli olan idxal əvəzedici modelin ixrac yönümü modernizasiya modeli ilə əvəz olunması. iqtisadiyyata dövlət müdaxiləsini minimuma endirməklə bazar mexanizmini işə salmaq, dövlətin yerinin tədricən özəl sektora verilməsi, xarici sərmayənin təşviq edilməsi təşkil edir. Tədbirlər proqramından sonra Türkiyənin 1980-ci ildə 2.9 milyard dollar olan ixracatı iki dəfə artaraq 1983-cü ildə 5.9 milyard dollara, 1998 - ildə 45.5 milyarda, 2005-ci ildə 70, 2007-ci ildə minimuma 100 milyarda, ümumi ticarət dövriyyəsi isə 250 milyard dollara çatmışdır [2].

Avropada yerləşməsi. təkmil fiziki və institusional infrastrukturun mövcudluğu, çox cəzbedici vergi sistemi (1980-2005 - ci illər ərzində mənfəət vergisinin 10% olması), 1960-cı ildən başlayaraq elektronika və mühəndislik sahəsində regional kollec və texnikumların sayının artırılması yolu ilə informasiya texnologiyaları sahəsində savadlı mütəxəssis ordusunun formalaşdırılması İrlandiyanı 90-cı illərin əvvəllərindən Avropa və dünyanın ən önəmli İT mərkəzlərindən birinə çevirmişdir. 1990-cı ildə İrlandiyanı özünün Avropadakı istehsal mərkəzi seçən və indiyə qədər 2.5 milyard dollar investisiya qoyan İntel firması bu ölkəni seçməyinin səbəblərini belə sıralayır: "Avropa İttifaqına üzvlüyü, infrastrukturun keyfiyyəti - yollar, hava limanları, su təchizatı və s. - İrlandiya hökuməti tərəfindən tətbiq olunan maliyyə stimulları və yüksək ixtisaslı mütəxəssis yetişdirməklə rəqabətcil iqtisadiyyatın tələblərinə cavab verən dünyada ikinci güclü təhsil sisteminə sahib olması...". İndi İrlandiya İBM, Lotus, Microsoft (bu ölkədəki əməliyyatlarından əldə etdiyi illik gəlir 6 milyard dollar təşkil edir), Oracle, Claris. Corel, Symantec, EDS, Dell, Gateway kimi İT sahəsində dünyanın məşhur firmalarının fəaliyyət göstərdiyi, beşinci proqram təminatı (software) istehsalçısı və illik 4 milyard dollarlıq proqram təminatı (illik istehsalının 97.6%) və 11 milyard dollarlıq aparat avadanlığı (hardware, illik istehsalının 93.8%) ixracatı ilə ikinci, Avropada satılan fərdi kompüterlərin üçdə birini, fərdi kompüterlər üçün proqram təminatının 40% - ni, biznes proqram təminatının isə 60% - ni istehsal edən bir ölkə kimi xarakterizə olunur [2].

Qeyd etmək lazımdır ki, xüsusilə qloballaşma prosesinin sürət qazanması ilə əlaqədar olaraq ölkə iqtisadiyyatına və bütövlükdə mövcud konyunkturaya təsir edəcək amillərin sayı artmışdır. Bu. birmənalı olaraq milli iqtisadiyyatların xarici ticarətin genişlənmə-si nəticəsində kənar faktorlardan asılılığının artması ilə əlaqədardır. Bununla yanaşı, daim mövcud olan daxili amillər də sürətli dəyişən konyunkturanı nəzarətdə saxlamaq üçün hökumətin effektiv fəaliyyətini tələb edir.

* QANUNUN ALİLİYİ. Bu göstərici özündə məhkəmə institutunun müstəqilliyi və effektivliyi, hüquq sisteminin işlək mexanizmə çevrilməsi, müqavilə öhdəlik və vəzifələrinin yerinə yetirilməsinin təminat altına alınması. qanuna zidd olmayan istənilən şəxsi təşəbbüsün müdafiə olunması və s. ehtiva edir. "...Bazar iqtisadi sistemini qurmaq yalnız inkişaf qarşısında duran böyük əngəlləri qaldırmaq demək deyil. Həm də sıldırım qayaların, uçurumların olduğu yerlərdə körpülər tikməkdir. Bu körpülər mülkiyyət hüquqlarının qorunması. işlək hüquq mexanizmi, effektiv məhkəmə sistemidir"[8]. "Əgər Rusiyada yaxşı vergi sistemi ilə yanaşı, işlək hüquq mexanizmi olmazsa, biz davamlı iqtisadi artım üçün lazım olan geniş miqyaslı kapital qoyuluşlarım əldə edə bilmərik" [9]. Praktika birmənalı sübut etmişdir ki, mütəmadi artmaqda davam edən qlobal sərmayə qanunun aliliyinin təmin olunduğu yerə, yəni özünü rahat hiss etdiyi yerə yönəlir. Müasir dövrümüzdə sərmayəçinin hüquqlarının və maraqlarının hüquqi mexanizmlərlə təminat altına alınması effektiv dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, Türkiyənin 2007-ci ildə Cümhuriyyət tarixində rekord sayılan 20 milyard dollardan çox xarici sərmayə cəlb etməsi məhz qeyd etdiyimiz hüquqi mexanizmlərin təkmilləşdirilməsi, daha geniş mənada isə hüquq dövləti istiqamətində Avropa İttifaqı standartlarına yaxınlaşması ilə əlaqədar olmuşdur.

* KORRUPSİYAYA NƏZARƏT. Bu göstərici ən geniş mənada korrupsiya hallarını doğuran obyektiv və subyektiv halların aradan qaldırılmasını nəzərdə tutur. "Nəticə olaraq o ölkələr daha sürətli inkişaf edir ki, orada mülkiyyət hüquqları qorunur, müstəqil məhkəmə institutu fəaliyyət göstərir, korrupsiya ilə mübarizə aparılır, azad mətbuat əngəllənmir, siyasi və vətəndaş hüquqları müdafiə olunur" [10].

Qeyd olunan bu göstəricinin mahiyyətində insan azadlıq və hüquqlarının cəmiyyətdə bərqərar olması qabarıq olaraq öz əksini tapır. Hələ keçən əsrin əvvəlləri M. K. Atatürk, "Azadlıq olmayan bir ölkədə ölüm və çöküntü vardır. Hər inkişafın və hər quruluşun anası azadlıqdır", George Bryan, "Azad seçkilərin olmadığı yerdə köləlik başlayar", Lüdviq Erhard "İqtisadi təşəbbüslərdə sərbəstliyin ancaq siyasi azadlığın mövcud olduğu səviyyədə mümkünlüyünə inanıram" deyirdi. Cəmiyyətdə xalqın iradəsinin ifadə olunduğu hakimiyyət hökm sürməzsə, azad mətbuat, müstəqil məhkəmə sistemi fəaliyyət göstərməzsə davamlı iqtisadi artımın təmin olunmasında strateji tədbirlər həyata keçirmək mümkün ola bilməz. Qeyri-azad cəmiyyətlərdə fərdi təşəbbüsün boğulması iqtisadi sistemin əsas hərəkətverici qüvvəsinin iqtisadi fəaliyyət xaricində qalmasını şərtləndirir. Bir qayda olaraq belə cəmiyyətlər ölkədə yaradılan illik əlavə dəyərin həcminin aşağı olması və onun tərkibində ölkənin təbii sərvətlərinin çoxluğu, yaradıcı insan əməyinin azlığı ilə xarakterizə olunurlar. Dolayısı ilə cəmiyyətin bütün resurslarının (xüsusilə. insan resursları) iqtisadi fəaliyyətdə iştirakının təmin olunmaması davamlı iqtisadi artımın mümkünsüzlüyünü deməyə əsas verir. Bu mənada Marqaret Tetçerin dediyi fikirlər yerinə düşür: "...Bizim üçün hər insan bərabər dərəcədə önəmlidir. Mühəndislər, mədənçilər, fəhlələr, kəndlilər, evdar qadınlar cəmiyyətimizin əsas təməlidir. Onlar olmasa, xalq da olmaz. Amma xüsusi qabiliyyətləri olan və imkan verilməsi zəruri olan digər insanlar da vardır. Çünki əgər elmdə. texnologiyada, tibbdə, ticarətdə və sənayedə yeni üfüqlərə istiqamətlənən macəraların önü kəsilərsə, hər hansı bir irəliləmə olmaz. Hər kəsin sahib olduğuna inandığı qabiliyyətləri inkişaf etdirmək və özünün seçdiyi şəkildə inkişaf etdirməsinə imkan verilməlidir".

Dayanıqlı iqtisadi artım və effektiv dövlət kontekstində qeyd etdiyimiz göstəricilər şübhə yox ki. ölkənin iqtisadi inkişafını təmin edir. Bu baxımdan burada önəmli olan dayanıqlı iqtisadi artım üçün zəruri hüquq mexanizmi ilə təminat altına alınan iqtisadi mühitin formalaşdırılmasıdır. Yerləşdiyi iqtisadi-coğrafi mövqe, yəni Şimal-Cənub, Şərq-Qərb nəqliyyat magistrallarının qovuşuğunda dayanması, kənd təsərrüfatı üçün əlverişli iqlim şəraitinin olması, neft bumu ilə xarici investorlar üçün cəlbediciliyinin artması, miras qalmış insan və infrastruktur kapitalının mövcudluğu və s. "Holland sindromu" təhlükəsinə baxmayaraq, ölkəmiz qarşısında geniş imkanlar açır. Bu fürsətləri reallaşdırmaq va da- yamqlı iqtisadi artıma nail olmaq üçün tələb olunan tək amil effektiv dövlətin fəaliyyətini təmin edəcək islahatların aparılmasıdır.