«Dövlət İdarəçiliyi».-2015.-№1.-S.-127-138.

 

AZƏRBAYCAN - UKRAYNA MÜNASİBƏTLƏRİ:

TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ

 

Eynulla Mədətli

Azərbaycan Respublikasının Ukraynada Fövqəladə və Səlahiyyətli Səfiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Tarixi-etnik yaxınlıq və bənzərlik

Ukrayna tarixçilərinin fıkrincə, Ukrayna ərazisində ilk dövlətçilik rüşeymləri skiflərin zamanında meydana çıxmışdır. Eramızdan əvvəl VII əsrin sonlarında yunanlar, əsasən, skiflərin məskunlaşdığı Qara dənizin şimal sahillərinin fəthinə başlamışlar. E.ə. 480-ci il- də Bosfor dövləti təşəkkül tapmış, yunanların Tavrida adlandırdığı Krımda bir sıra şəhər-qalalar salınmışdır. E.ə. IV əsrdə skif çarı Atey Azov dənizindən Dunay çayınadək geniş ərazidə Skif çarlığını qurmuşdu.

Ukraynanın indiki Dnepropetrovşina əyaləti və geniş Qara dəniz sahilləri qədim skiflərin yaratdığı zəngin mədəniyyətin daha çox aşkarlandığı ərazilərdir. Burada aparılmış arxeoloji qazıntılarda, xüsusilə də skif əyanlarının dəfn olunduğu kurqanlarda zəngin bir mədəniyyətin sübutu olan qiymətli maddi-mədəni abidələr və əşyalar tapılmışdı.

Eramızın birinci əsrində bu yerlərə sarmatlar gəlmişlər. II əsrdə Baltik sahillərlindən gələn qotlar burada öz dövlətlərini qurmuşlar. 370-ci ildə Hunlar bu dövlətə son qoymuşlar. Bizans imperatorluğu meydana gələndən sonra burada Xersonesi öz dayaq məntəqəsinə çevirmişdir. İmperator I Yustinian (527-565) qala hasarları tikdir misdir. Sonralar qotlar və alanlar da Vizantiyanın himayəsi ilə bu ərazilərdə öz dövlətlərini yaratmışlar. Alanlar Baxçasaray yaxınlığında Çufut-Kale (Cuhud Qala) yaylasında Fulla qalasını salmışlar.

558-582-ci illərdə avar və türk tayfaları ilə Xan Bayan Qara dənizin şimal sahillərində Avar xaqanlığını yaratmışdır. Vizantiya ilə müharibələr aparan Avar xaqanlığım VII əsrin sonlarında imperator Böyük Karl məğlub etmişdir. VII əsrin sonlarında Qara dənizin şimal-şərqi və indiki Kuban ərazilərində bulqarlar güclənməyə başlamışlar və Xan Orhan böyük əraziyə malik güclü Böyük Bulqar dövləti qurmuşdur. Bu dövlətin sərhədləri indiki Kiyevədək uzanırdı. 619-cu ildə Xan Orhan oğlu Qubratla bərabər Konstantinopolda xristianlığı qəbul etmiş, Vizantiya ilə müttəfıqlik müqaviləsi imzalamışdı. Ukrayna arxeoloqları Xan Qubratın indiki Poltava vilayətində Borsklı çayının sahilində dəfn olunduğunu təsdiq edirlər.

Xan Qubratın ölümündən sonra bu böyük dövlət onun beş oğlu arasında ordalara bölünmüşdü. Oğlanlardan Asparux Dunayda Bolqar çarlığının əsasını qoymuş, digər oğul Kotraqa Volqa Bulqarlığınıı, üçüncü oğul Macarıstanda Peşt şəhərini salmış, digər oğlu Bayan Kuban və Şimali Don ətrafında qalmışdı.

VII əsrin ortalarında Xəzər dənizi ətrafında Xəzər xaqanlığı Bulqar xanı Bayanla federativ əlaqələr qurmuş, bölgədə güclü bir qüvvəyə çevrilmişdi. VIII əsrin axırlarında Xəzər xaqanı Obadiyin iudaizmi dövlət dini kimi qəbul etməsi xaqanlığın tərkibindəki alan-bulqarların bir qisminin ciddi etirazını doğurmuş və onlar Xəzər xaqanlığından ayrılıb Ros xaqanlığını qurmuşlar. Roslar tanınmış alan tayfaları idilər, 830-cu ildə xəzərlərlə döyüşdə məğlub olub şimala çəkilmiş və indiki Kiyevin yerində xaqanlıq yaratmışlar.[səh.127-128]

839-cu ildə Bertin salnaməsi (Annales Beriniani) hakimləri xaqan titulu daşıyan ros xalqının nümayəndələrinin I Lüdovikin yanına gəldikləri barədə məlumat vermişdir. Bu xaqanlıq sonralar Ukrayna dövlətçiliyinin ilk təməli olan Kiyev Rus dövlətinin sələfı olmuşdur. Kiyevin ilk hakimləri də özlərini məhz xaqan adlandırmışdılar. Qəbul olunmuş rəvayətə görə, xəzərlərdən ayrılıb bu bölgəyə gələn Kiy, Xoriv, Şek qardaşları və onların bacısı Libid indiki Kiyev ərazisində məskən salmışlar, Kiyin adı ilə bu məntəqə Kiyev adlanmışdır (bu Kiy+ev, yəni Kiyin evi kimi də yozula bilər). Bəzi tarixçilər həmin qardaşların əsli-kökünün Bulqar xanı Qubratla bağlı olduğunu güman edirlər. Kiyev xaqanları bölgədəki qıpçaqlar, peçeneqlər və digər türk etnosları ilə, həm də Avropa ilə təmaslarda olmuşdur. IX əsrdə artıq Kiyev Rus bir dövlət kimi formalaşmış, 988-ci ildə isə xristianlığı qəbul etmişdir. Rəvayətə görə, knyaz Vladimir yəhudi, xristian və müsəlman ruhanilərini dəvət edib, dinlərini şərh etməyi istəmişdir. Onları dinlədikdə sonra islamı daha məqbul hesab etdiyini bildirmiş, lakin hər gün nizamlı ibadət, içkinin və donuz ətinin qadağası onu çəkindirmiş, xristianlığın da iudaizmə nisbətən daha az məhdudiyyətlər qoyduğuna görə ona üstünlük vermişdir. Kiyevdə bu rəvayəti təsvir edən abidə də vardır.

Krım uğrunda gedən mübarizələrdə isə tarix səhnəsinə yeni çıxan və qısa müddətdə geniş coğrafiyaya sahib olan Qızıl Orda Bizansı, Venetsiya və Genuyanı Krımın şimal bölgələrində sıxışdırıb çıxarmışdı.

VIII əsrin 30-cu illərində Krımdakı yeddi ulusun bəyləri birləşərək Qızıl Ordadan asılı olan Krım Yurdunu təşkil etmiş və Solxat şəhərini (Köhnə Krım) paytaxta çevirmişlər. Bunun qarşısını almaq üçün Genuya və Venetsiya cənubda, dəniz sahilində bir sıra müdafıə qalaları salmışlar.

Ukrayna tarixçilərinin fıkrincə, belə bir tarixi şəraitdə tarix səhnəsinə çıxan Kiyev Rus dövlətinin ondan təqribən üç əsr sonra formalaşan Moskva çarlığı ilə heç bir əlaqəsi olmamışdı. Moska torpağının (sonralar Moskoviy adlanmışdır) adı ilk dəfə 1277-ci ildə Qızıl Ordanın ulusu kimi Ordanın üçüncü siyahıya-almasında çəkilmişdi. Maraqlıdır ki, bundan əvvəlki 1237-38-ci illərdəki birinci, 1254-59-cu illərdəki ikinci siyahıya almada bu ad çəkilmir. Professor Yaroslav Daşkeviçin fikrincə, Moskvannın Yuri Dolqoruki tərəfındən 1147-ci ildə salındığı iddiası heç bir sənədə əsaslanmır. Professor Y. Daşkeviçin qənaətinə görə, Ukrayna xalqının bir millət kimi formalaşması 11-12-ci əsrlərdə baş vermişdir və indiki ruslarla onun bağlılığı olmamışdı. Kiyev Rus isə tipik Ukrayna dövləti olmuşdur. 1547-ci il- də İvan Qroznı ilk dəfə kilsə mərasimində özünü Moskva çarı kimi təqdim edəndən sonra Moskva çarlığı güclənməyə başlamış və öz nüfuz dairəsini genişləndir misdir. Bəzi tarixçilərin fıkrincə, Kiyev Rusun Qədim Rus (Drevnə Rusğ) kimi təqdim edilməsi elmi əsaslandırma və ümumiləşdirmənin deyil, Moskva knyazlarının və çarlarının siyasi niyyətlərinin və hədəflərinin əsaslandırılması üçün XV əsrdə işlədilməyə başlamışdı. 1721-ci il oktyabrın 22-də I Pyotr özünü Rusiya imperatoru elan etmiş və bundan sonra isə bütün Ukrayna torpaqlarının, Qara dəniz və Xəzər hövzəsinin ələ keçirilməsi üçün geniş hərbi hərəkatlara başlamışdı. Eyni zamanda Ukrayna tarixinin Rusiya tərəfındən məqsədyönlü saxtalaşdırılması davam etmişdir.

1239-cu ildə monqollar Krımı tutmuş, burada tədricən qədim türklərin, qıpçaqların, karaimlərin, skiflərin, sarmatların, alanların və qotların törəmələrindən türkdilli etnos olan krım tatar xalqı formalaşmışdır.

1313-cü ildə Krımın hakimi Özbək xan (Uzbek xan) islamı qəbul etmiş və Solxatda möhtəşəm Cümə məscidi tikdirmişdi. 1395-ci ildə Krıma Əmir Teymurun qoşunu hücum etmiş, lakin burada möhkəmlən əmişdilər.

1443-cü ildə Hacı Gəray özünü Krım xanı elan etmiş və Qızıl Ordadan asılılığa son qoymuşdur. Az sonra, 1475-ci ildə Krım Os- [səh.128-129] manlı imperiyası tərəfindən tutulmuş, lakin öz idarəçilik müstəqilliyini axıradək qoruyub saxlamışdır. XVI-XVII əsrlərdə Krım xanlığı nəinki Ukraynanın, eləcə də bütün regionun, həmçinin Avropanın siyasi həyatında mühüm tarixi rol oynamışdır. III İslam Gəray (1644-1654) Boqdan Xmelnitskinin üsyanınını müvəffəqiyyətində həlledici rol oynamışdı. Polşa ilə müharibədə bütün böyük qələbələri Xmelnitski Krım xanının göndərdiyi tatar süvarilərinin hesabına qazanmışdı. Əvəzində Krım xanına təzminat verilirdi. Məhz Krım xanlığının etibarlı dəstəyi ilə Ukrayna dövlətçiliyi kənar hücum və təzyiqlərə davam gətirirdi.

XVIII əsrin sonlarında Rusiyada II Yekaterinanın hakimiyyətə gəlməsi ilə Ukraynada, eləcə də bütün Qara dəniz və Xəzər dənizi hövzəsində tamamilə yeni siyasi vəziyyət yaranmışdı. 1768-ci ildə Osmanlı dövləti ilə birlikdə Krım xanlığı da Rusiya imperiyası ilə müharibəyə qoşulmuşdu. Osmanlı dövləti Krımdakı, bütövlükdə Qara dənizin şimal sahillərindəki mövqelərini bir-bir itirmiş və nəhayət, 1783-cü ildə Krım xanlığının Rusiya tərəfindən ləğv edilib Rusiyaya birləşdirilmə faktını tanımağa məcbur olmuşdur. Rusiya imperatorluğu Ukraynadakı milli dövlət qurumları olan Hetmanlığı və Zaporojye Secini ləğv etmiş və Qara dəniz boyunca Ukraynanın şimal torpaqlarında Novorossiysk əyaləti qurmuşdu. Ukrayna xalqının tarixi və taleyi artıq yeni tələblər şəraitində müəyyənləşirdi. Tarix saxtalaşdırılır və Ukrayna xalqı “kiçik qardaş” statusunda əyalət əhalisinə döndərilirdi.

 

Azərbaycan-Ukrayna münasibətləri 1918-1920-ci illərdə

Azərbaycan və Ukrayna tarixçilərinin qənaətinə görə, ölkələrimiz və xalqlarımızın 1918-1920-ci illərdə ilk respublika dönəmindəki əlaqələri tarixşünaslıqda lazımınca öyrənilməmişdir. 1918-1920-ci illərdə müstəqil Azərbaycan dövləti ilə Ukrayna Xalq Respublikası arasında münasibətlərin öyrənilməsi və birgə araşdırmalar aparılaraq indiyədək qaranlıq qalan məsələlərə işıq salınması yolunda Azərbaycanın Ukraynadakı Səfırliyinin təşəbbüsü ölkələrimizin siyasi münasibətlərinin bəhs edilən dövrdəki mənzərəsini tam aydınlatmağa şərait yaratdı. Nəticədə, Azərbaycanın və Ukraynanın tanınmış tarixçiləri professor Musa Qasımlının, dosent Oleq Kupçikin və jurnalist Əli Dəmirlinin dəyərli tədqiqat əsəri meydana çıxdı. Ukraynanın Azərbaycanda, Azərbaycanın isə Ukraynada ilk diplomatik nümayəndəlikləri, onların fəaliyyətləri barəsində ilk dəfə ətraflı məlumatlar elmi ictimaiyyətə təqdim edildi. Ukraynanın ali hakimiyyət və idarə orqanlarının Mərkəzi Dövlət Arxivindəki materiallarında məlum oldu ki, ölkələrimiz arasında ilk diplomatik təmaslar1918-ci ilin yayında mümkün olub. Həmin il iyulun 20-də Ukrayna hökuməti Gürcüstanı, Azərbaycanı və Ermənistanı əhatə etməklə Tiflisə baş konsul təyin etdi. Lakin baş konsul polyak mənşəli Aleksey Kulinski diplomatik fəaliyyətində çox da uğur qazana bilmədi. Buna görə Ukrayna Xalq Respublikasının (UXR) Xarici İşlər Nazirliyi eyni zamanda Batumda konsulluq təsis etdi və Bakıda da konsulluq açmağı planlaşdırdı. Lakin hakimiyyət dəyişikliyi bu prosesi dayandırdı, yalnız 26 yanvar1919-cu ildə yeni hökumət - Ukrayna Xalq Respublikasının Direktoriyası Qafqaza İvan Kraskovskinin başçılıq etdiyi fövqəladə diplomatik missiya göndərdi. İvan Kraskovski 8 fevral 1919-cu il tarixində etimad məktubunu Azərbaycan xarici işlər naziri Fətəli xan Xoyskiyə təqdim etdi. Bundan sonra UXR hökuməti Tiflisə yeni baş konsul olaraq Lev Lisnyakı təyin etdi. Baş konsulun səlahiyyətlərini Gürcüstan və Ermənistanla yanaşı, 5 avqust 1919-cu il tarixində Azərbaycan hökuməti də rəsmən tanıdı.

Bakıda ayrıca konsulluq, yaxud vitse-konsulluq açmaq üçün maliyyə çətinlikləri olduğuna görə Ukrayna hökuməti Bakıdakı Ukrayna icmasının rəhbəri A. Qolovanı vitse-konsul hüququnda səlahiyyətləndirdi. Az sonra onu ukraynalı Ağaxan əvəz etdi. Lakin bu təcrübə özünü doğrultmadı. Ukraynanın Qaf- [səh.129-130] qazda fövqəladə missiyasının başçısı İvan Kraskovski Bakıya gələrək bu məsələni, necə deyərlər, yoluna qoydu və yaxından tanıdığı, Azərbaycan Parlamentinin ukraynalı deputatı Vasil Kujımin Ukraynanın vitse-konsulu təyin edilməsi üçün Azərbaycan XİN-nin razılığını xahiş etdi. 1 yanvar 1920-ci il tarixində müvafıq razılıq verildi və vitse-konsulluq İstiqlaliyyət küçəsində yerləşərək fəaliyyətə başladı. V. Kujım Azərbaycandakı Ukrayna icmasının problemləri ilə fəal məşğul oldu və əlaqələri xeyli canlandırdi. Lakin həmin ilin aprelində Ukraynada qısa müddətli ezamiyyədə olan V. Kujımi bolşeviklər həbs etdilər, Bakıda vitse-konsul vəzifəsini müvəqqəti olaraq konsulluğun katibi Montaq icra etdi. Azərbaycanın bolşevik Rusiyası tərəfındən işğal olunmasından sonra da, 1921-ci ilin yanvarınadək vitse- konsulluq formal şəkildə mövcud olmuşdu.

Azərbaycan hökuməti Ukrayna ilə münasibətlər qurulması işinə Kiyevdə təhsil almış və orada yaşayan həmvətənlərimızı qoşmaqla başladı. 1918-ci il oktyabrın 10-da Azərbaycanı təmsil etmək və Ukraynadakı Azərbaycanlıların mənafelərini qorumaq niyyəti ilə Kiyevdə təsis yığıncağı çağırıldı və Azərbaycanın Ukraynada Komissarlığı yaradıldı. Komissarlığın rəhbərliyinə həmin vaxt İran konsulluğunda katib işləyən Cəlil Sadıxov seçildi. Komissarlıq Azərbaycan hökuməti ilə rəsmi münasibətlər qurulanadək Ukraynadakı həmvətənlərimizin hüquq və maraqlarını qorunması üçün səlahiyyətinin hökumət tərəfindən tanınmasından ötrü 23 oktyabr 1918-ci il tarixində Ukrayna XİN-ə məktubla müraciət etdi. Ukrayna tərəfindən razılıq alan Komissarlıq qısa vaxtda xeyli işlər gördü. Komissarlığın Azərbaycan vətəndaşlarının hərbi xidmətə cəlb edilməmələri üçün vətəndaşlıq şəhadət- namələri verdiyi 110 nəfər içərisində Müqəddəs Vladimir Universitetinin (indiki T. Şevçenko adına Ukrayna Milli Universiteti) tibb fakültəsinin tələbəsi, gələcəyin görkəmli cərrahı Mustafa Topçubaşov da var idi. Komissarlıq silah daşımaq üçün DİN-dən icazələr alır, vətəndaşlarla əlaqəli məsələləri hökumət qurumları ilə həll edir, Bakı ilə diplomatik kuryer vasitəsi ilə əlaqə saxlayırdı.

1 noyabr 1918-ci il tarixində ADR hökuməti Kiyev Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsinin məzunu Miryusif Vəzirovu (Yusif Vəzir Çəmənzəminli) Ukraynaya səfır təyin etdi. Müstəqillik qazanmış Krımda və Polşada da ölkəmizi təmsil edəcək M. Vəzirov Krıma yetişsə də, Kiyevə gəlib çıxa bilmədi. Kiyevdə hakimiyyət dəyişikliyi buna mane oldu. Bu səbəbdən bir neçə ay sonra Bakıya qayıdan M. Vəzirov 1919-cu ilin martında ADR-in İstanbula konsulu təyin edildi. Bununla əlaqədar Azərbaycan Komissarlığına ADR hökuməti tərəfındən yenidən səlahiyyətlər verildi və bu səlahiyyət Ukraynada rəsmən tanındı.

Təqdirəlayiq haldır ki, yüksək səviyyəli diplomatik münasibətlər qurulmasa da, Azərbaycan və Ukrayna nümayəndə heyətləri 1991-cu ilin iyununda Paris Sülh Konfransında eyni mövqedən çıxış etdilər. Lakin Sovet Rusiyasının işğalı Azərbaycan-Ukrayna diplomatik əlaqələrinə son qoydu.

 

Siyasi münasibətlər müstəqillik illərində

SSRİ tərkibində də Azərbaycan-Ukrayna müttəfıq respublikaları arasında ölkə daxili iqtisadi-ticarət, elm, təhsil, səhiyyə, idman və sair sahələrdə əlaqələr davam etmişdir. Bu illərdə Ukraynanın ali təhsil müəssisələrində onlarla Azərbaycanlı mütəxəssis yetişmiş, həyatını və peşəsini bu respublika ilə həmişəlik bağlayan soydaşlarımız çoxalmışdır. 1991-ci ildə SSRİ süqut edəndən sonra dövlət müstəqilliyini elan edən keçmiş ittifaq üzvləri arasında keyfiyyətcə yeni münasibətlər formalaşdı. Azərbaycan Respublikası ilə Ukrayna arasında həm tarixi köklərə və əlaqələrə, həm də hər iki ölkənin və xalqın inkişaf maraqlarına uyğun olan əməkdaşlıq bərqərar oldu. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası həmin il dekabrın 6-da Ukraynanın dövlət müstəqilliyini tanıdı və 31 yanvar 1992-ci ildə ölkələri-[səh.130-131] miz arasında diplomatik münasibətlər quruldu. İlk dövlətlərarası yüksək səviyyəli görüş 1992-ci il dekabrın 9-da Kiyevdə keçirildi və prezidentlər Əbülfəz Elçibəy və Leonid Kravçuk Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq müqaviləsini imzaladılar. Lakin dövlətlərarası münasibətlər müxtəlif obyektiv və subyektiv səbəblərdən çox ləng irəliləyirdi. Azərbaycanın Ukraynada səfirliyinin təsis edilməsi haqqında 28 oktyabr 1992-ci il tarixində qərar verilməsinə baxmayaraq, bunun reallaşması üçün müvafıq işlər görülmədi.

1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi andan Azərbaycan-Ukrayna münasibətləri bütün istiqamətlər üzrə məqsədyönlü şəkildə inkişaf etdirildi, çox keçmədən Ukrayna Azərbaycanın etibarlı tərəfdaşına çevrildi və Ukraynanın prezidenti Leonid Kuçma 27-28 iyul 1995-ci il tarixlərində ölkəmizə səfər etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin və maraq doğuran beynəlxalq məsələlərin qarşılıqlı inam və etimad şəraitində müzakirə edildiyi görüşlərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Ukrayna prezidenti Leonid Kuçma uzun illər üçün qarşılıqlı münasibətləri mizin üstün istiqamətini müəyyən edən qərarlar verdilər. Bir-birinin ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını təsbit edən rəhbərlər separatizmin bütün formalarını qətiyyətlə pislədiklərini bəyan etdilər. Dövlət başçıları bəyan etdilər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmaması əsasında həll edilməlidir. Görüşdə, həmçinin qarşılıqlı olaraq səfırliklərin açılması ilə əlaqədar razılıq əldə olundu. Beləliklə, 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə Azərbaycanın Ukraynada səfirliyi açıldı.

Prezident Heydər Əliyevin 24-25 mart 1997-ci il tarixlərində Ukraynaya rəsmi səfəri ilə isə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına və daha da dərinləşməsinin əsasını qoydu. Qarşılıqlı dövlət maraqlarına uyğun siyasi qərarlar qəbul edildi, nəqliyyat, energetika, neft-qaz nəqli sahələrində əhəmiyyətli razılaşmalar əldə edildi.

17 iyul 1997-ci il tarixində Azərbaycan- Ukrayna hökumətlər arası birgə komissiyası yaradıldı. Növbə ilə hər iki ölkədə komissiyanın iclasları keçirilir. İqtisadiyyat, ticarət, elm, təhsil, mədəniyyət, hərbi və digər vacib sahələrə dair məsələlərin müzakirə edildiyi komissiya iclasları ardıcıl davam etdirilir və növbəti-on birinci iclasın cari ildə Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.

Prezident Heydər Əliyevin Ukraynaya ikinci səfəri 30 noyabr 1999-cu ildə gerçəkləşdi. 2000-ci ilin 16-17 mart tarixlərində isə prezident Leonid Kuçma ölkəmizə səfər etdi. Görüşün nəticəsində “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq” haqqında müqavilə imzalandı. Sənədlərin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatinda deyilirdi: “Mən bu müqaviləyə böyük əhəmiyyət verirəm, çünki bu, təkcə dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında sənəd deyil, bu çox dərin məzmuna malik, beynəlxalq həyata, ölkələrimizin münasibətlərinin möhkəmlən məsinə, dövlətlərimizdə müxtəlif islahatların keçirilməsi məsələlərinə dair bir müqavilədir və bir daha müstəqil Ukrayna ilə müstəqil Azərbaycanın prinsipial siyasi xəttini təsdiqləyir”.

2000-ci ildə Ukrayna Baş nazirinin birinci müavini Yuri Exanurovun, həmin ilin oktyabrında Ukraynanın xarici işlər naziri Anatoli Zlenkonun başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətlərini qəbul edən Prezident Heydər Əliyev iqtisadi əlaqələrin gücləndirilməsinin zəruriliyini irəli sürdü. 2003-cü ilin yanvarında Azərbaycan Prezidentinin Ukrayna müdafiə naziri Vladimir Skidçenkonu qəbul et məsindən sonra isə ölkələri mizin hərbi sahədə əməkdaşlığında əhəmiyyətli irəliləyişin başlanğıcı qoyuldu. [səh.131-132]

Azərbaycan Respublikasının Baş naziri Ilham Əliyevin 18-19 sentyabr 2003-cü il tarixlərində MDB ölkələrinin dövlət başçılarının sammitində iştirakı zamanı Ukraynanın Yalta şəhərində ölkənin yüksək rəsmiləri ilə görüşləri sonralar daha da intensivləşəcək yüksək təmasların əsasını qoymuş oldu. Həmin ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Azərbaycan-Ukrayna münasibətlərinin artıq yeni mərhələsi başladı. Prezident İlham Əliyevin 3-4 iyun 2004-cü ildə Ukraynaya, Ukrayna Prezidenti Viktor Yuşenkonun 7-8 sentyabr 2006-cı il tarixlərində Azərbaycana səfərlərində ölkələrimizin strateji tərəfdaşlığının əsası qoyuldu, GUAM çərçivəsində əməkdaşlıq daha da fəallaşdı. Prezident İlham Əliyevin 2008-ci il 21-22 may tarixlərində Ukraynaya rəsmi səfəri, həmin ilin 30 iyun-1 iyul tarixlərində Prezident Viktor Yuşşenkonun ölkəmizə səfəri qarşılıqlı münasibətlərimizin bütün sahələrinə əhəmiyyətli təkan verdi. Ukraynanın milli şairi Taras Şevçenkonun Bakıda abidəsinin açılması mədəni-mənəvi əlaqələrimizin yüksək səviyyəsinin daha bir göstəricisi oldu.

Ukrayna Prezidenti Viktor Yuşşenkonun 9 - 10 aprel 2009-cu il tarixində Azərbaycana rəsmi səfərində isə ikitərəfli münasibətlərin yeni formatı – Prezidentlər Şurası yaradıldı və Şuranın ilk iclası keçirildi. Şuranın qəbul etdiyi “Tədbirlər planı” əməkdaşlığın prioritetlərini müəyyən edərək strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açdı. Az sonra formalaşdırılan hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna komissiyası 21 oktyabr 2010-cu ildə Kiyevdə ilk iclasında əməkdaşlığın konkret sahələrini müəyyənləşdirdi.

Oktyabrın 28-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada rəsmi səfərdə oldu. Prezidentlər Şurasının 2-ci iclası keçirildi. Ukrayna Prezidenti Viktor Yanukoviçin 2011-ci ilin aprelində Azərbaycana səfəri zamanı isə Prezidentlər Şurasının 3-cü iclası keçirildi, strateji tərəfdaşlığın dərinləş dirilməsinin zəruriliyi qeyd edildi. Qeyd olundu ki, Azərbaycan MDB çərçivəsində Rusiyadan sonra Ukraynanın ikinci tərəfdaşıdır və Ukrayna da Azərbaycanın xarici ticarətində əhəmiyyətli rol oynayır. Lakin 2011-2013-cü illərdə Ölcələrimizin strateji tərəfdaşlığında müəyyən subyektiv çətinliklər də meydana çıxdı. Buna baxmayaraq Azərbaycan Respublikası strateji tərəfdaşlıq siyasi kursuna sadiqliyin nümayiş etdirdi, Ukraynanın yeni hakimiyyətinə birmənalı dəstək verdi, 2014-cü ildə seçilmiş prezident Petro Poroşenkonun andiçmə mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun iştirakı bunun bariz göstəricisi idi.

BMT və onun aidiyyəti təşkilatları, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Müstəqil Dövlətlər Birliyi, Avronest və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

 

İqtisadi münasibətlər

Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq üçün lazımi hüquqi bazanın təmin olunması məqsədi ilə iqtisadi, ticarət, gömrük, vergi, standartlaşdırma və sertifikatlaşdıra, turizm, maliyyə, kənd təsərrüfatı və digər sahələr üzrə sənədlər imzalanmış. Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya 17 iyul 1993-cü ildə yaradılmışdı. Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Ukraynada 2014-cü ilin oktyabr ayında keçirilmiş növbədənkənar parlament seçkiləri ilə yeni hökumət quruduqdan sonra komissiyanın həmsədri hələ təyin olunmasa da, tezliklə adekvat səviyyədə həmsədrin təyin olunması planlaşdı-[səh.132-133] rılır. Komissiyanın indiyədək on iclası keçirilmişdir. Son 10-cu iclas 14 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri ərəfəsində Kiyevdə keçirilmişdir.

Azərbaycanla Ukrayna arasında siyasi və humanitar sahədə six tərəfdaşlıq əlaqələri mövcud olsa da, iqtisadi və ticarət əlaqələri istənilən səviyyədə deyil. 2010-2011-ci illərdə ticarət dövriyyəsi 1 milyard ABŞ dolları cuvarında olsa da, sonradan ölkəmizdən Ukraynaya ixrac olunan neftin Ukraynanın texniki çətinliklərinə görə dayandırması səbəbindən bu rəqəm xeyli azalmışdır.

2014-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 470 milyon ABŞ dolları təşkil etmişdir.

Ukraynada Azərbaycan sərmayəsi geniş şəkildə təmsil olunur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu ölkədə fəaliyyətini geniş və əsaslı şəkildə qura bilmişdir. Bu gün şirkət Ukraynada yanacaqdoldurma stansiyaları və neftayırma obyektlərindən ibarət şəbəkəsi vasitəsilə Ukrayna bazarına çeşidli və keyfiyyətli xidmət göstərir. Bununla yanaşı, Azərbaycanın “Akkord” və “Azər körpü” şirkətləri Ukraynada layihələr həyata keçirirlər. Azərbaycan sərmayəsi ilə çox sayda kiçik və orta tipli sahibkarlıq obyektləri Ukraynanın iqtisadi həyatında rol oynayır.

Şübhəsiz ki, iqtisadi əlaqələrimizın artırılması üçün əlverişli potensial imkanlar mövcuddur. Qeyd olunduğu kimi, iqtisadi münasibətlərin inkişafı üçün lazımi hüquqi baza yaradılmış, xüsusən sərmayələrin qorunması, gömrük və vergi qanunvericiliyini tənzimləyən sənədlər imzalan misdir. Hazırda iki ölkə arasında kənd təsərrüfatı, kimya sənayesi, turizm, kosmik araşdırmalar və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinə kifayət qədər imkanlar vardır.

 

Diaspora

Məlum olduğu kimi, Ukrayna dünyada ən böyük Azərbaycan diasporu olan dövlətlərdən biridir. Qeyri-rəsmi məlumatlara görə, Ukraynada 300 mindən artıq Azərbaycanlı yaşayır. Ukraynanın şərqində separatçılıq nəticəsində yaranmış böhrandan öncə Donbas azərbaycanlıların daha çox məskunlaşdığı bölgələrdən biri idi. Həmvətənlərimizin böyük sayda yaşadığı vilayətlərdən Xarkov, Dnepropetrovsk, Odessa və Kiyevi göstərmək olar.

Ukraynada Azərbaycan diasporunun formalaşması və ictimai qüvvəyə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi xidməti olmuşdur. Məhz Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində Ukraynada Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdur. 1997-ci ildə Ukraynaya rəsmi səfər edən Heydər Əliyev burada yaşayan azərbaycanlılarla görüşdə demişdir: “Harada yaşamasından asılı olmayaraq heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. О cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.

Azərbaycan və Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişafında Ukraynadakı Azərbaycan icması fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynadakı Azərbaycan və Azərbaycandakı Ukrayna diasporlarını ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpü adlandırmış, Azərbaycanda yaşayan ukraynalıların, həm də Ukraynada yaşayan azərbaycanlıların özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss etməsindən, öz dövlətlərində bir ailə kimi yaşamasından, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin fəal inkişaf etməsinə çalışmalarından məmnunluğunu bildirmişdir. Ukraynadakı Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayir. Ukraynanın çətin anlarında Azərbaycan diasporu Ukrayna xalqının yanında olmuş, ölkələrinin [səh.133-134] müstəqilliyi və seçdiyi inkişaf kursu naminə onlara dəstək nümayiş etdirmişlər.

Hazırda Ukraynada Azərbaycan diasporu iki böyük təşkilat ətrafında birləşmişdir. Bunlardan biri “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” ümum Ukrayna ictimai təşkilatı, о biri isə “Birləşmiş Ukrayna Azərbaycanlıların Konqresi” ictimai təşkilatıdır. Bundan başqa, müstəqil fəaliyyət göstərən, lakin adıçəkilən diaspor təşkilatları ilə əməkdaşlıq edən, dövlət qurumlarında rəsmi qeydiyyatdan keçmiş ictimai və region təşkilatları da fəaliyyət göstərir. Bunlara Kiyevdə Heydər Əliyev adına tədris, elm, mədəniyyət və idman mərkəzi və “Beynəlxalq Azərbaycanlılıq İnstitutu” ictimai təşkilatı, Ukrayna Azərbaycanlı Alimlər Şurası, Ukrayna Azərbaycanlı Ağsaqqallar Şurası, “Xalq Diplomatiya İnstitutu ictimai təşkilatı, “Qız Qalası” Ukrayna Azərbaycanlı qadınları ictimai təşkilatı, Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Xarkovda “Dostluq” cəmiyyəti, “Krım Azərbaycanlıları İcması”, Ukrayna Azərbaycanlıları liqası (Dnepropetrovsk) və s. aiddir. Diaspor təşkilatları ilə yanaşı, Azərbaycan həqiqətlərinin Ukraynada təbliğatında, burada yaşayan azərbaycanlı gənclərin yaratdıqları gənclər təşkilatları da fəaldır. 2010-cu ildə yaradılmış “Ukraynada Azərbaycanlı Gənclər Birliyi” təşkilatı daim ölkəmizin və xalqımızın mədəni dəyərlərinin, tarixi və dövlətçilik həqiqətlərinin Ukraynada təbliği istiqamətində keyfiyyətli və məzmunlu tədbirlər keçirir, Ukrayna gənclər təşkilatları ilə six əməkdaşlıq edir. Artıq neçənci ildir ki, təşkilat Ukraynada fevral ayını “Xocalı” ayı elan edərək, 1992-ci ildə xalqımıza qarşı törədilmiş bəşəri cinayətin ifşa olunması məqsədi ilə müxtəlif məzmunlu tədbirlər gerçəkləşdirilmişdir. Digər Azərbaycanlı gənclər birliyi olan “Ümum Ukrayna Azərbaycanlı Gənclər Təşkilatı” da Azərbaycan dəyərlərinin Ukraynada təbliğ edilməsində fəal rol oynayır. Təşkilat tərəfındən son zamanlarda Ukraynanın bir çox təhsil müəssisələrində Azərbaycan mədəniyyət otaqlarının təsis edilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilmişdi.

 

Parlamentlərarası münasibətlər

Qeyd etmək lazımdır ki, ölkələrimizin parlamentlərarası əlaqələri də daimi yüksələn xətlə inkişaf etmişdir. Parlament spikerlərinin, parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərləri, XİN-ləri arasında məsləhətləşmələr, regional və beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını nəzərə alan əməkdaşlıq və qarşılıqlı dəstək səmərəli nəticə vermədədir.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrup 1995-ci ildə yaradılmışdı. Azərbaycan Respublikası Milli Məclisində işçi qrupun rəhbəri millət vəkili, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Ukrayna Ali Radasında isə azərbaycanlı deputat, Gömrük və Vergi Məsələləri Komitəsinin sədri Roman Nəsirovdur. Ukraynada 2014-cü ilin oktyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra qrupun tərkibi yenidən formalaşdırılmağa başlamış və ümumi sayı 27 nəfər olan qrupa Ukrayna Parlamentinin bütün partiya, fraksiya və deputat qruplarını təmsil edən millət vəkilləri, həmçinin müstəqil deputatlar könüllü üzv yazılmışlar. Bu rəqəmin 30-dan artıq olacağı ehtimal edilir. Ukrayna deputatlarından ibarət heyətin cari ilin 30 mart - 1 aprel tarixlərində Azərbaycana səfəri, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, xarici işlər naziri Elmar Məmmədyarovun və digər rəsmi şəxslərin nümayəndə heyətini qəbul etməsi və aparılan müzakirələr bu sahədə münasibətlərin inkişafına geniş yol açmışdır. Roman Nəsirov işçi qrupun fəaliyyətinin Azərbaycan Respublikası və Ukrayna arasında parlamentlərarası əlaqələrlə yanaşı, həmçinin iqtisadi və mədəni münasibətlərin inkişaf etdirilməsi istiqamətində də gücləndirilməsi niyyətində olduğunu bildirmişdir.

 

Mədəni əlaqələr

Azərbaycan-Ukrayna mədəni əlaqələri daha sürətlə inkişaf etmədədir. Bu əlaqələrin [səh.134-135] inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu olmuşdur. Hələ 1997-ci il- də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə Ukraynanın ali mükafatı - «Yaroslav Mudri» ordeni təqdim edilmişdi. Həmin ildə Prezident Heydər Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində Kiyevdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair saziş imzalamışdı. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur. 17 oktyabr 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılmışdı.

Azərbaycan Respublikası ilə Ukrayna arasında genişlənən əməkdaşlıq nəticəsində 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Regionlar arası Idarəetmə Akademiyasında Heydər Əliyev adına Siyasi və Sosial Elmlər Institutu açılmışdı. Ukraynada xalqımızın dahi şairi Səməd Vurğunun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmiş, hələ 1978-ci ildə Kiyevdə şairin adı verilmiş kitabxana yüksək səviyyədə təmir edilərək istifadəyə verilmişdi. 2004-cü ildə isə Kiyevdə ulu öndər Heydər Əliyevin heykəli ucaldılmışdır. 2008-ci il iyun ayının 30-da Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri zamanı görkəmli Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimi keçirilmişdi.

İki ölkə arasında mütəmadi olaraq ədəbiyyat və mədəniyyət günləri, idman yarışları, turizm sərgiləri və s. tədbirlər keçirilir. Humanitar sahədə əlaqələrin möhkəmləndirilməsində diplomatik nümayəndəliklər fəal iştirak edirlər. 2014-cü ildə Ukrayna xalqının dahi mütəfəkkir şairi Taras Şevçenkonun anadan olmasının 200 illiyi ilə bağlı Azərbaycan səfırliyi tərəfindən Kiyevdə silsilə tədbirlər keçirilmişdi. Taras Şevçenkonun xatirəsi Azərbaycanda MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda, Bakı Slavyan Universitetində, Azərbaycan Yazıçılar Birliyində keçirilmiş tədbirlərlə də anılmışdı.

Mədəni əlaqələrin inkişafında, Azərbaycanın mədəni irsinin, tarixi və siyasi həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırması məqsədi ilə Azərbaycan səfırliyi tərəfındən 20 yə yaxın kitab Ukrayna dilinə tərcümə edilərək çap olunmuş, kitabxanalara, təhsil müəssisələrinə paylanılmış, Ukrayna ictimaiyyətinin üzvlərinə hədiyyə edilmişdi. 2014-cü ilin dekabr ayında bu kitabların Kiyevdə V.Vernadski adına Kiyev Milli Kitabxanasında, həmçinin Bakıda Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında təqdimatı keçirilmişdi. Ukraynada 1925-ci ildən çıxan “VseSvit” xarici ədəbiyyat jurnalının Azərbaycan ədəbiyyatına həsr olunmuş nömrəsi 2015-ci ilin yanvar ayında nəşr edilmişdi. Qeyd etmək lazımdır ki, bu, Ukraynada Azərbaycan ədəbiyyatı antologiyasının ilk irihəcmli nəşridir. Elə həmin tarixlərdə Azərbaycanın “Dünya ədəbiyyatı” jurnalının Ukrayna ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilmişdi. Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bu mətbuat orqanının xüsusi buraxılışına Ukraynanın 30 ədibinin - klassik və müasir müəlliflərin əsərləri daxil edilmişdi.

Azərbaycan ədəbi irsinin Ukrayna oxucuları  arasında sevildiyin nəzərə alaraq, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bir sıra əsərləri “Ağ qoç, qara qoç” adı ilə Ukrayna dilində nəfis şəkildə çap edilmişdi.

2015-ci ilin mart ayında yazıçının anadan olmasının 77-ci ildönümü ilə əlaqədar kitabın Kiyevdə radio təqdimatı keçirilmişdi. “Mədəniyyət” radiosunda kitab müzakirə edilmiş, studiyaya zəng vuran oxucularla interaktiv fıkir mübadiləsi aparılmışdı. Qeyd edilməlidir ki, səfirliyin professor Yaqub Mahmudovun Ukrayna dilində bundan əvvəl nəşr etdirdiyi “Heydər Əliyev ideyalarının zəfər yolu”, görkəmli yazıçı Hüseynbala Mirələmovun “Azərbaycan Prezidentinin siyasi portreti”, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: [səh.135-136] mənbələrdən oxunmuş tarix”, Mir Cəlalın, M.F. Axundovun əsərləri də geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. Hazırda böyük ədibimiz Cəlil Məmmədquluzadənin irihəcmli əsərlər toplusu ukraynaca nəşrə hazırlanır.

Mədəni əlaqələrimizin bariz nümunəsi Kiyevdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkdır.

2013-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfındən inşa edilmiş park Azərbaycanın müasir dövlətçiliyini təmsil edən dahi rəhbəri Heydər Əliyevin heykəli-Bakı qala divarları, 16-cı əsrə aid, hazırda Londonda muzeydə qorunan Şeyx Səfi xalısının mükəmməl freskası, müxtəlif ağac və çiçəklər ölkəmizin tarixini, incəsənətini, gözəl təbiətini təcəssüm etdirən atributlarla zəngindir. Park Kiyev sakinlərinin ən sevilən ziyarət və istirahət yerlərindən birinə çevrilmişdir. Gənc ailə quranların toy foto sessiyalarının Heydər Əliyev parkında keçirilməsi artıq bir ənənəyə çevrilmişdir.

Azərbaycanın ukraynalılara ərməğanı olan və Azərbaycan-Ukrayna mədəni əlaqələrinin gözəl nümunəsinə çevrilmiş daha bir park Kiyev yaxınlığında İrpen şəhərində Zərifə Əliyeva parkıdır. Azərbaycanın görkəmli akademik-oftalmoloqunun adını daşıyan küçədə yerləşən park Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi tərəfindən əsaslı şəkildə qurulmuş, şəhər sakinlərinin mədəni istirahəti, uşaqların oynaması üçün gözəl yerə çevrilmişdir. Daha bir parkin - “Azərbaycan” parkının Odessa şəhərində inşasına başlanması planlaşdırılır.

2014-cü ilin martında Rusiya Federasiyasının Krımı ilhaq etməsi və ölkənin cənub-şərqində separatizm hərəkatının başlanması ilə əlaqədar Ukrayna dövləti mürəkkəb daxili siyasi böhranla üzləşdi. Belə bir mürəkkəb geosiyasi vəziyyət və qarşıdurma şəraitində strateji tərəfdaşlıq prinsiplərinə sadiq qalan Azərbaycan dövləti BMT Baş Məclisindəki səsvermədə Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəklədi. Cari ilin yanvar ayının 21-də Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı kansler Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, “Biz bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə, biz istəyirik ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki Azərbaycanın ərazi bütövlüyü 20 ildən çoxdur ki, Ermənistan tərəfindən pozulubdur. Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT-nin Baş Məclisində aparılan səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəklədik. Hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər bu, pozularsa, əlbəttə ki, bu, bərpa olunmalıdır”.

Ağır tarixi məqamda Ukraynaya bu yüksək siyasi dəstəyin göstərilməsi, sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa və strateji tərəfdaşlıq ənənəsinə əsaslanan xarici siyasət kursunun ardıcıl və prinsipial mahiyyətini bir daha nümayiş etdirir.

 

Ədəbiyyat:

1.                      Prezident İlham Əliyev, Yüksək səviyyədə görüşlər, 3-cü cild, Bakı 2008.

2 История Украины: учебник. Киев, Издательско-полиграфический центр “Киевский университет”, 2010. 631 с.

3 Украина-Азербайджан, Хроника 2000. Киев, 2011.-504с.

4 Экспертный “Круглый стол”, посвященный истории кочевых цивилизаций в Приднепровье (Скифы) Сборник докладов. Днепропетровск, 2013, -54 с.

5 Ариф Гулиев, Украина - азербайджанские отношения: право, политика, дипломатия: сб. научных трудов. Том 1- Харьков, изд. Факт, 2014.-656 с.[səh.136-137]

6 Анатолий Денисенко, Василь Туркевйъщ, Лубов Сщпаковски. Леадер оф тцо епоъщс - Азербайджан - Украиниан релатионс ин терме оф Щейдар Алийев лифе я.нд аътивитиес. Кйив, “Планета”, 2013. -328п.

7 Гульнара Абдуллаева, Битвы из истории Крымского ханства: очерки. -Симферополь: КРП “Издательство Крымучпедгиз” 2013,-208с.

8 Гульнара Абдуллаева, Золотая Эпоха Крымского ханства: очерки. -Симферополь. КПП “Издательство Крымучпедгиз”, 2012. -216с.

9 Л.Н. Гумилев, История Древней Руси во взаимоотношениях народов Евразии. Издательство “ACT”, Москва, 2008, -944 с.

10                    Сергей Удовик, История Руси-Украин. Киев, изд. Ваклер, 2010-120с. (ситат сящ. 75. ола биляр)

11                    Ягуб Махмудов, Переможний хid ideй Гейдара Алиева, Кiв, Видавичий д1м Дмитро Бураго, 2013. -268с.

 

Açar sözlər: tarixi-etnik yaxınlıq, Azərbaycan-Ukrayna münasibətləri, 1918-20-ci illərdə əlaqələr, Azərbaycan-Ukrayna parlamentlərarası münasibətlər, Azərbaycan-Ukrayna mədənı əlaqələri

Ключевые слова: историческая и этническая близость, отношения между Азербайджаном и Украиной, 1918-20 отношений межпарламентские связи между Азербайджаном и Украиной, культурные связи между Азербайджаном и Украиной

Keywords: historical and ethnic affinity, relations between Azerbaijan and Ukraine, 1918-20 relations, inter-parliamentary relations between Azerbaijan and Ukraine, and cultural ties between Azerbaijan and Ukraine

Ейнулла Мадатли

 

Чрезвычайный и Полномочный Посол Азербайджанской Республике на Украине

Отношения между Азербайджаном и Украиной: история и современное положение

Резюме

Много веков до установления дипломатических отношений между Азербайджаном и Украиной существовали историческая близость и тесное этническое сродство между нашими народами. Первые связи и торговые отношения между Азербайджаном и Украиной берут свое начало со времен Киевской Руси.

Взаимоотношения Азербайджанской Демократической Республикой и Украинской Народной Республикой в 1918-1920 годах имеют большое значение для независимых отношений между нашими странами. От первых дипломатических контактов до обмена дипломатическими представительствами между двумя государствами, эти отношения развивались [səh.137-138] сложных политических условиях. Азербайджанская Народная Республика, став первой демократической парламентской республикой на Востоке, была оккупирована Советской Россией и 28 апреля 1920 года утратила свою независимость. Политические отношения с Украиной, столкнувшейся с таким же развитием, прекратились. Только в 1991 году, когда наши народы снова приобрели независимость, отношения между Азербайджаном и Украиной возобновились. Эти отношения начали стремительно развиваться, когда в Азербайджане во власть пришел общенациональный лидер Гейдара Алиев, который придавал особое значение отношениям с Украиной.

Украина выступает за территориальную целостность Азербайджана в Нагорно-Карабахском конфликте и за его решение в рамках международных правовых норм. В марте 2014 года Азербайджанская Республика уверенно проголосовала за территориальную целостность Украины на Генеральной Ассамблеи ООН. Помимо того, во время пресс-конференции с федеральным канцлером Германии госпожой Ангелой Меркель в рамках своего рабочего визита в Германию в январе 2015 г. Президент Азербайджанской Республики господин Ильхам Алиев еще раз заявил о поддержке суверенитета и признании территориальной целостности Украины.

Отношения между Азербайджаном и Украиной развиваются на уровне стратегического партнерства. Есть большой потенциал для расширения сотрудничества в сферах политического взаимодействия, экономики и торговли, науки и образования, культуры и других гуманитарных направлений.

 

Eynulla Madatli

Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Azerbaijan to Ukraine

Relations between Azerbaijan and Ukraine: history and current state

Summary

There were historical ties and close ethnic affinity existing between our nations before the establishment of the diplomatic relations between Azerbaijan and Ukraine. The first contacts and trade relations take their start from the period of Kievan Rus.

Mutual relations between the Azerbaijan Democratic Republic and Ukraine People’s Republic during 1918-1920 are of high importance for the independent relations between our countries. Starting from the first diplomatic contacts till the exchange of the diplomatic representations, these relations were being developed under difficult political conditions. Azerbaijan Democratic Republic, becoming the first parliamentarian republic on the East, was occupied by Soviet Russia on April 28, 1920 and lost its independence. Political relations with Ukraine, which faced the same fate, were interrupted. Only in 1991 when our countries restored their independence, relations between Azerbaijan and Ukraine were reestablished. These relations started rapidly developing with leadership of nationwide leader Heydar Aliyev in Azerbaijan, who used to attach high importance to the cooperation with Ukraine.

Ukraine supports territorial integrity of Azerbaijan in Nagorno-Karabakh conflict and stands for its resolution within the norms of international law. Azerbaijan confidently voted for the territorial integrity of Ukraine at the UN General Assembly meeting in March 2014. Besides, the President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev, at the press-conference together with German Federal Chancellor Mrs. Angela Merkel within his working visit to Germany in January 2015, reiterated the support for sovereignty and territorial integrity of Ukraine.

Relations between Azerbaijan and Ukraine are developing on the level of strategic partnership. The is a huge potential for widening the cooperation in political, economic, scientific, cultural and other spheres.